Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-18/2021 01.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Fərəcov Fəttah Nizami oğlunun, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4, Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti oğlunun cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “19134,18 manat məbləğində əsassız silinmiş pul vəsaitinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcun şəxsi hesabdan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2-1(086)-1586/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2-1(086)-1586/2019 saylı qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsi və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin cavabdeh siyahısından çıxarılması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2-1(086)-1586/2019 saylı qərardadı ilə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı 01.04.2016-cı il tarixədək yaranmış və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016-cı il tarixli qərarı ilə rədd edilmiş 19314,18 manat məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2-1(086)-1586/2019 saylı qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(086)- 1586/2019 saylı qərardadı ilə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı 19314,18 manat məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia tələbinə dair iş üzrə icraat Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2- 1(086)-1419/2016 nömrəli qərardadından verilmiş apelyasiya şikayəti üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2-1(120)-36/2020 saylı qərardadı ilə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “01.04.2016-cı il tarixədək yaranmış və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016-cı il tarixli qərarı ilə rədd edilmiş 19314,18 manat məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair 2-1(120)-36/2020 inzibati iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(120)-36/2020 saylı qərardadı ilə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “01.04.2016-cı il tarixədək yaranmış və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016-cı il tarixli qərarı ilə rədd edilmiş 19314,18 manat məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “01.04.2016-cı il tarixdək yaranmış və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016-cı il tarixli, 2-1(86)-1419/2016 nömrəli qərarı ilə təmin edilməmiş 19314,18 manat məbləğində borcun (məcburi dövlət sosial sığorta haqları üzrə) və həmin borca görə hesablanmış 556,37 manat məbləğində maliyyə sanksiyasının şəxsi hesabdan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2-1(120)-18/2021 saylı qərardadı ilə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “01.04.2016-cı il tarixdək yaranmış və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016-cı il tarixli, 2-1(86)- 1419/2016 nömrəli qərarı ilə təmin edilməmiş 19314,18 manat məbləğində borcun (məcburi dövlət sosial sığorta haqları üzrə) və həmin borca görə hesablanmış 556,37 manat məbləğində maliyyə sanksiyasının şəxsi hesabdan silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “19134,18 manat məbləğində əsassız silinmiş pul vəsaitinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi 2016-cı ildə iddia ərizəsi ilə Şirvan İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" QSC-nin 01.04.2016- cı il tarixə yaranmış 19.314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-l(86)-1419/2016 saylı 31.08.2016-cı il tarixli qərarı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin iddia tələbi təmin edilməmiş və 19.314,18 manat məbləğində borc rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleqiyasının qərarı ilə birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış və qanuni qüvvəyə minmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-1419/2016 saylı 31.08.2016-cı il tarixli qərarının qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi müvafiq məhkəmə qərarında təmin olunmamış 19.314 manat məbləğində borcun iddiaçı - "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı öhdəliyin cavabdehin üzərinə qoyulması nəzərdə tutulmadığından, iddiaçıdan mövcüd məhkəmə qərarı ilə təmin olunmamış 19.314 manat məbləğin tutulması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görür. Beləliklə, qanuni qüvvəyə minmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-1419/2016 saylı 31.08.2016-cı il tarixli qərarı ilə, iddiaçının cavabdehə məcburi dövlət sosial sığorta haqları üzrə 19.314,18 manat məbləğində borcun mövcüd olmaması sübut edilmişdir. Buna baxmayaraq məhkəmə gedişatı dövründə cavabdeh inzibati orqan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-1419/2016 saylı 31.08.2016-cı il tarixli qərarı ilə tutulması mümkün olmayan 19.314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarına görə həmin həcmdə pul vəsaitini iddiaçının vəsaitindən silmişdir. Qeyd olunanların nəzərə alınaraq iddiaçının hesabından 19134,18 manat məbləğində əsassız silinmiş pul vəsaitinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına geri qaytarılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Fərəcov Fəttah Nizami oğlu şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X8 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarında olan sübutları obyektiv, hərtərəfli, tam tətqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsinin 15 mart 2019-cu il tarixli, **********645500 nömrəli müraciətə baxılması haqqında məktubda qeyd olunmuşdur ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********) Şirvan İnzibati-İqtisadi məhkəməsinin 31.08.2016-cı il tarixli 2-1(86)-1419/2016 nömrəli qərarı ilə DSMF üzrə tələbetmə müddətinin keçməsi ilə bağlı borcların silinməsi barədə müraciətinə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildiririk ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 14.03.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 16943,64 manat borcu vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial haqqına münasibətdə tətbiq edilmir. Əlavə olaraq bildiririk ki, Şirvan İnzibati-İqtisadi məhkəməsi tərəfindən cəmiyyətin məcburi dövlət sosial sığorta haqqı borcunun silinməsi barədə deyil, cəmiyyətin əmlakının satılmasına yönəldilməməsi barədə 31.08.2016-cı il tarixli 2-1(86)-1419/2016 nömrəli qərar qəbul edilmişdir. Odur ki, “xxxx” QSC-nin sosial sığorta və işsizlikdən sığorta haqları üzrə olan borcun silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 10.06.2019-cu il tarixli, **********464000 saylı etirazında qeyd edilmişdir: “iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra – İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının silinməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsi 31.08.2016-cı il tarixli 2- 1(086)-1419/2016 saylı qərarı ilə iddiaçının (DSMF-nin Şirvan şəhər şöbəsi) iddia tələbini təmin etməmiş və qeyd olunan borc məbləğini rədd etmişdir. Lakin qeyd olunan məhkəmə qərarında hesablanmış borcun silinməsi öhdəliyi məhkəmə tərəfindən iddiaçının üzərinə qoyulmamışdır. Bundan başqa məhkəmə qərarında borcun mövcudluğu təsdiq edilmiş, lakin Mülki Məcəllənin 373-cü maddəsinə əsasən tələbetmə müddəti bitdiyi üçün məhkəmə tərəfindən həmin normaya əsaslanmaqla iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair 24.05.2019-cu il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəalarının tətbiq edilmədiyini qərarında qeyd etmişdir. Qeyd olunanlardan göründüyü kimi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016-cı il tarixli 2-1(086)-1419/2016 saylı qərarında borcun silinməsi barədə iddiaçının üzərinə öhdəlik qoyulmamışdır. Həmçinin qeyd edirik ki, İddiaçı-nin ƏƏSMN-nin Şirvan şəhər DSMF şöbəsində olan şəxsi hesab vərəqəsində işsizlikdən sığorta üzrə 24,40 manat, məcburi dövlət sosial sığorta üzrə 16736,27 manat, cəmi 16760,67 manat borc məbləği mövcud olmuş və həmin məbləğ qanunvericiliyə uyğun olaraq 01.01.2019-cu il tarixə vergi orqanlarında olan şəxsi hesab vərəqəsinə keçirilmişdir. Həmçinin qeyd edirik ki, iddiaçının vergi orqanında olan şəxsi hesab vərəqəsinə baxış zamanı 31.05.2021-ci il tarixə MDSS haqları üzrə borcu müəyyən edilməmişdir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edirəm iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz”. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 20.05.2021-ci il tarixli, **********754800 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı-nin (VÖEN **********) vergi orqanında olan şəxsi hesab vərəqəsindən 19134.18 manat borc məbləğinin silinib-silinməməsi barədə məktubunuz 5 saylı Ərazi Vergilər İdarəsində araşdırılmışdır. Məlumat üçün bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Apardığımız araşdırma zamanı müəyyən edildi ki, İddiaçı-nin ƏƏSMN-nin Şirvan şəhər DSMF şöbəsində olan şəxsi hesab vərəqəsində işsizlikdən sığorta üzrə 24,40 manat, məcburi dövlət sosial sığorta üzrə 16736,27 manat, cəmi 16760,67 borc məbləği mövcud olmuş və həmin məbləğ qanunvericiliyə uyğun olaraq 01.01.2019-cu il tarixə vergi orqanlarında olan şəxsi hesab vərəqəsinə keçirilmişdir. Eyni zamanda İddiaçı tərəfindən 2018-ci il 4-cü rüb – 2021-ci il 1-ci rüblərin hesabat dövrləri üzrə vergi orqanına təqdim edilmiş hesabatlara əsasən 146,8 manat işsizlikdən sığorta, 3645.93 manat Məcburi dövlət sosial sığorta üzrə, cəmi 3792.73 manat hesablama aparılmışdır (2021-ci ilin 1-ci irübü üzrə hesabatın təqdim olunma tarixi 17.04.2021-ci il, işsizlik üzrə hesablanan məbləğ 15,0 manat, Məcburi dövlət sosial sığorta üzrə hesablanan məbləğ isə 375 manat təşkil etmişdir). Əlavə olaraq bildiririk ki, İddiaçı tərəfindən hesablamalar vaxtında ödənilmədiyi üçün işsizlikdən sığorta üzrə 10,1 manat, məcburi dövlət sosial sığorta üzrə 1163,6 manat, cəmi 1173,7 manat faiz hesablanmış və müəssisənin bank hesabından silinmişdir (o cümlədən 2021-ci ilin 1-ci rübü üzrə təqdim edilmiş hesabata görə işsizlikdən sığorta üzrə 1,4 manat faiz ödənilmişdir). Beləliklə, İddiaçı-nin DSMF-də yaranmış və 01.01.2019-cu il tarixə vergi orqanında olan şəxsi hesab vərəqəsinə keçmiş cəmi 16760,67 manat borc məbləği, təqdim edilmiş hesabatlara əsasən hesablanmış cəmi 3792.73 manat sığorta məbləğləri və yaranmış borca görə hesablanmış 1173,7 manat faiz məbləğlərinin cəmi 21725.74 manat təşkil etmişdir. Müəssisə tərəfindən 01.01.2019 – 08.05.2021-ci il tarixlərində 189.1 manat işsizlikdən sığorta, 20239.8 manat məcburi dövlət sosial sığorta, 1173.7 manat faiz məbləği olmaqla, cəmi 21602.6 manat ödəniş edilmişdir. İddiaçı-nin şəxsi hesab vərəqəsinə əsasən 16.05.2021-ci il tarixinə İşsizlikdən sığorta üzrə 13.5 manat, məcburi dövlət sosial sığorta üzrə 109.64 manat, faiz üzrə 1.36 manat olmaqla cəmi 124,5 manat artıq ödəməsi mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 01.06.2021-ci il tarixli, **********906200 saylı etirazında qeyd edilmişdir ki, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra – İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarının silinməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsi 31.08.2016-cı il tarixli 2- 1(086)-1419/2016 saylı qərarı ilə iddiaçının iddia tələbini təmin etməmiş və qeyd olunan borc məbləğini rədd etmişdir. Lakin qeyd olunan məhkəmə qərarında hesablanmış borcun silinməsi öhdəliyi məhkəmə tərəfindən iddiaçının üzərinə qoyulmamışdır. Bundan başqa məhkəmə qərarında borcun mövcudluğu təsdiq edilmiş, lakin Mülki Məcəllənin 373-cü maddəsinə əsasən tələbetmə müddəti bitdiyi üçün məhkəmə tərəfindən həmin normaya əsaslanmaqla iddia tələbi təmin edilməmişdir. Bundan başqa iddiaçı 28.02.2019-cu il tarixli məktubla 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək borcun silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. İdarə tərəfindən göndərilən cavab məktubunda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsaslanmış, həmçinin “sosial sığorta və işsizlikdən sığorta haqları üzrə olan borcun silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmadığı” qeyd olunmuşdur. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbini əsassız hesab edir: Belə ki, Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Bundan başqa Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair 24.05.2019-cu il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəalarının tətbiq edilmədiyini qərarında qeyd etmişdir. Qeyd olunanlardan göründüyü kimi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016-cı il tarixli 2-1(086)- 1419/2016 saylı qərarında borcun silinməsi barədə iddiaçının üzərinə öhdəlik qoyulmamış, eyni zamanda hazırki iş üzrə Mülki Məcəllənin 373-cü maddəsinə əsaslanmaqla borcun silinməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə iddianın verilməsi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair 24.05.2019-cu il tarixli Plenum Qərarından da göründüyü kimi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən xahiş edirəm iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı 16.05.2021-ci il tarixli, **********198700 saylı məktubunda qeyd edilmişdir ki, sizin 30.04.2021-ci il tarixli müraciətinizə 5 saylı Ərazi Vergilər idarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, "ŞİRVAN YAG- PİY" QAPALİ SƏHMDAR CƏMİYYƏTİNİN (VÖEN-**********) şəxsi hesab vərəqəsinin 16.05.2021-ci il tarixə olan göstəricilərinə əsasən sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin iddiaçıya ünvanladığı 08.12.2020-ci il tarixli, **********890600 saylı məktubunda qeyd edilmişdir ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN) Şirvan İnzibati-İqtisadi məhkəməsinin 31.08.2016-cı il tarixli 2-1(86)-1419/2016 nömrəli qərarı ilə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə qət etmiş məbləğə hesablanmış faizlərin silinməsi barədə müraciətlərinizə 5 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Bildiririk ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin 08.12.2020-ci il tarixə sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 17785,96 manat (əsas 16718,74 manat, hesablanmış faizlər üzrə 1067,22 manat) borcu vardır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial haqqına münasibətdə tətbiq edilmir. Belə ki, Şirvan İnzibati-İqtisadi məhkəməsi tərəfindən cəmiyyətin məcburi dövlət sosial sığorta haqqı borcunun silinməsi barədə deyil, cəmiyyətin əmlakının satılmasına yönəldilməməsi barədə 31.08.2016-cı il tarixli 2-1(86)-1419/2016 nömrəli qərar qəbul edilmişdir. Bundan əlavə Vergi Məcələsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Vergi Məcəlləsinin 59.1-ci maddəsində müyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. Odur ki, sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə yaranmış 17785,96 manat (əsas 16718,74 manat, hesablanmış faizlər üzrə 1067,22 manat) borcun qısa müddət ərzində ödənilməsi Sizə tövsiyyə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X12 Filialının məhkəməyə göndərdiyi 31.05.2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Şirvan inzibati Məhkəməsinin icraatında olan iddiaçı “xxxx” QSC-nin (VÖEN: **********, SUN; **********3) cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergi idarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi) “borcun şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair 2-1(120)-18/2021 nömrəli inzibati iş üzrə məhkəmə iclasının 1 iyun 2021-ci il tarixə saat 14:30-a təyin edilməsi barədə məhkəmə bildirişi aidiyyəti üzrə hal-hazırda iddiaçının uçotda olduğu Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) daxil olmuşdur. İddiaçı “xxxx” QSC-nin 1 aprel 2016-cı il tarixədək yaranmış və iddiada qeyd etdiyi Şirvan İnzibati-iqtisadi Məhkəməsinin 31 avqust 2016-ct il tarixli 2-1(86)-1419/2016 (adıçəkilən məhkəmə qərarı Filiala təqdim olunmamışdır) nömrəli qərarı ilə rədd edilmiş 19314,18 manat məbləğində borcun şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia tələbini əsassız hesab edirik. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “Sığorta" (Hesabat) altsistemində “X7 “xxxx" QSCnin 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 16736,27 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 347,81 manat olmaqla ümumilikdə 17084,08 manat Dövlət Sosial Müdafiə Fonduna borcu qalmışdır. İddiaçı “xxxx" QSC 19314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu məhkəmə qərarı ilə rədd olunduğunu hesab edərək həmin borcun silinməsini tələb edir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının {məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. Əlavə olaraq bildiririk ki, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və "Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ei il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci ii tarixli 421 nömrəli Fərmanının 4,4-cü bəndinə əsasən 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvələ olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair" 24 may 2019-cu il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətlərinin məcburi dövlət sosial sığorta borcları üzrə tətbiq edilməsi qanunauyğun deyildir. Yuxarda qeyd olunanlara əsasən "xxxx" QSC-nin iddia tələbinin əsassız hesab edilərək rədd edilməsini və Filialın iş yükünün çoxluğu və məsafənin uzaqlığını nəzərə alaraq işə iştirakımız olmadan baxılmasını xahiş edirik. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016-cı il tarixli 2-1 (86)-1419/2016 nömrəli qərarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin “xxxx” QSC-yə qarşı 01 aprel 2016-cı il tarixə yaranmış 19.134,18 manat məcburi dövlət sosial sığorta haqqı borcunun “xxxx” QSC-nin əmlakının satılması yolu ilə Dövlət Sosial Müdafiə Fondu Şirvan şəhər şöbəsinin xeyrinə ödənilməsi barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26.08.2019-cu il tarixli 2-1 (86)-1419/2016 nömrəli qərardadından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin “xxxx” QSC-nə qarşı “məcburi dövlət sosial sığorta haqqından yaranmış borcun əmlakın satılması yolu ilə ödənilməsi barədə” iddia tələbi üzrə qəbul olunmuş qərardan iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən verilmiş yeni açılmış hallarla bağlı 2-1(86)-1419/2016 nömrəli inzibati iş üzrə icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06.11.2019-cu il tarixli 2-1(106)-780/2019 nömrəli qərardadından görünür ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26.08.2019-cu il tarixli 2-1 (86)- 1419/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2-1(102)-281/2020 nömrəli qərarından görünür ki, üçüncü şəxsin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 06.11.2019-cu il tarixli 2-1(106)-780/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2- 1(86)-1419/2016 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31.08.2016-cı il tarixli 2-1 (86)-1419/2016 nömrəli qərarı 07 oktyabr 2016-cı il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05.09.2019-cu il tarixli, MXMT(086)-7/2019 nömrəli qərardadından görünür ki, ərizənin qismən təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “xxxx” QSCnin bank hesabına qoyulmuş 22.07.2019-cu il tarixli **********0AS nömrəli sərəncamın icrası sosial sığorta haqları üzrə 19.314.18 (on doqquz min üç yüz on dörd manat on səkkiz qəpik) manat məbləğində borcun 105 faizi həcmində pul vəsaitinin “xxxx” QSC-nə məxsus milli və ya xarici valyutada cari və digər bank hesablarında məxaric əməliyyatları üzrə dondurulması öhdəliyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan məhkəmənin sorğusu əsasında təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 21.08.2020-ci il tarixli, **********902700 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 26.08.2019-cu il tarixli 2-1 (086)- 1419/2016 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2-1 (106)-780/2019 nömrəli qərardadı ilə təmin edilməmiş və qeyd edilən qərardaddan Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2-1(106)-780/2019 nömrəli qərardadından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-281/2020 nömrəli 29 yanvar 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş və Şirvan Apelyasiya Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi 2016-cı ildə iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" QSC-nin 01.04.2016-cı il tarixə yaranmış 19.314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-1419/2016 saylı 31.08.2016-cı il tarixli qərarı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi həmin borc vəsaitinin tutulması üçün tələb etmə müddətini (iddia müddətini) ötürmüşdür. Məhkəmənin həmin qərarı qanuni qüvəsini almışdır. İddiaçı həmin qərarı rəhbər tutub, cavabdeh inzibati orqana müraciət etmiş və 19.314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun şəxsi hesab vərəqindən silinməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının həmin müraciətindən imtina etmişdir. Bundan sonra iddiaçı 19.314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun şəxsi hesab vərəqindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, həmin tələb üzrə işə baxılan zaman cavadeh inzibati orqan "xxxx" QSC-nin 01.04.2016-cı il tarixə yaranmış və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-1419/2016 saylı 31.08.2016-cı il tarixli qərarı ilə tutulması mümkün olmayan 19.314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc vəsaitini iddiaçının şəxsi hesabında olan pul vəsaiti hesabına silmişdir. İddiaçı həmin pul vəsaitinin silinməsi ilə bağlı cavabdehin hərəkətləri ilə razılaşmayaraq 19134,18 manat məbləğində əsassız silinmiş pul vəsaitinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına geri qaytarılması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının həmin tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı o halda müəyyən olunmuşdur ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05.09.2019-cu il tarixli MXMT(086)-07/2019 nömrəli qərardadı ilə xxxx" QSC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilmiş və işə mahiyyəti üzrə baxılıb qurtaranadək, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “xxxx” QSCnin bank hesabına qoyulmuş 22.07.2019-cu il tarixli **********0AS nömrəli sərəncamın icrası sosial sığorta haqları üzrə 19.314.18 (on doqquz min üç yüz on dörd manat on səkkiz qəpik) manat məbləğində borcun 105 faizi həcmində pul vəsaitinin “xxxx” QSC-nə məxsus milli və ya xarici valyutada cari və digər bank hesablarında məxaric əməliyyatları üzrə dondurulması öhdəliyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmuşdur. Hazırda iddiaçı məhkəmədən 19134,18 manat məbləğində əsassız silinmiş pul vəsaitinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası bu Məcəllə və digər qanunlarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə hesab edir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(86)-1419/2016 saylı 31.08.2016-cı il tarixli qərarı ilə 19.314,18 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borc vəsaitininin tələb etmə hüququnun olmaması səbəbindən cavabdeh tərəfindən tutulması mümkün olmadığından, eyni zamanda Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05.09.2019-cu il tarixli MXMT(086)- 07/2019 nömrəli qərardadı ilə xxxx" QSC-nin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilərək, həmin borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin “xxxx” QSC-nə məxsus milli və ya xarici valyutada cari və digər bank hesablarında məxaric əməliyyatları üzrə dondurulması öhdəliyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması qərara alındığndan cavabdeh tərəfindən sözügedən pul vəsaitinin iddiaçının hesabından silinməsi qanunsuz olmuşdur. Qeyd olunanlardan məhkəmə belə qənaətə gəlir ki, 19.314,18 manat məbləğində pul vəsaiti iddiaçının hesabından qanunsuz silindiyindən həmin pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı, cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Buna görə də iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinə qarşı “19134,18 manat məbləğində əsassız silinmiş pul vəsaitinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin.
2. 19134,18 manat məbləğində əsassız silinmiş pul vəsaitinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər idarəsinin üzərinə qoyulsun.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov