Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-18/2024 22.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X2, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “Masallı rayon X3 xx.xx.1992-ci il tarixli, 7 nömrəli qərarına və Masallı rayon sabiq Türkoba sovxozunun xx.xx.1992-ci il tarixli əmrinə əsasən verilmiş 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC 8 saylı Layihə-Tədqiqat İdarəsinə və Masallı rayon Türkoba bələdiyyəsinə qarşı Masallı rayon X3 xx.xx.1992-ci il tarixli, 7 nömrəli qərarına və Masallı rayonun sabiq “Türkoba” sovxozunun xx.xx.1992-ci il tarixli, 257 nömrəli əmrinə əsasən verilmiş 0,06 hektar torpaq sahəsinin koordinatlarının, statusunun müəyyən edilməsinin və həmin torpaq sahəsinə mülkiyyət hüquqi tanınaraq 0,06 ha torpaq sahəsinin adına rəsmiləşdirilərək daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın və texnuki pasportun verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbini dəyişərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı Masallı rayon X3 xx.xx.1992-ci il tarixli, 7 nömrəli qərarına və Masallı rayon sabiq Türkoba sovxozunun xx.xx.1992-ci il tarixli əmrinə əsasən verilmiş 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(120)-1495/2020 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2-1(120)-1495/2020 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Daha sonra Şirvan İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(120)- 1495/2020 nömrəli qərardadı ilə Masallı rayon Türkoba bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-183/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixli, 10/2336 nömrəli ekspert rəyi verilərək, qeyd olunan inzibati iş Şirvan İnzibati Məhkəməsinə qayrarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsi, üçüncü şəxs Masallı rayon Türkoba bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsinin, üçüncü şəxs Masallı rayon Türkoba bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X5 hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil hazırkı iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçının hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, Masallı rayon X3 xx.xx.1992-ci il tarixli, 7 nömrəli qərarına və Masallı rayon sabiq Türkoba sovxozunun xx.xx.1992-ci il tarixli əmrinə əsasən verilmiş 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iş materiallarında olan Masallı rayon Dövlə Arxivinin xx.xx.1992-ci il tarixli, 257 nömrəli əmrindən çıxarışdan görünür ki, Masallı rayon XDS-nin xx.xx.1992-ci il tarixli, 7 nömrəli qərarına əsasən Türkoba kənd sakini İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1089 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-698/2023 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə baza məlumatı olan adlı siyahıya görə İddiaçı hesabına qeyd edilmiş 736 nömrəli 0,06 ha həyətyanı torpaq sahəsinin Türkoba kəndinin kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında öz əksini tapmadığından onun yerini müəyyən etmək mümkün olmadı. JN-356 (kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə üçüncü şəxs X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş iki hissəli 256/0,55 və 356D/0,07 ha cəmi 0,62 ha, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə isə üç hissəli 00,1247ha, 0,1650 ha və 0,2571 ha cəmi 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 356/,1247 ha birinci hissəsinin faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci və üçüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-698/2023 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə baza məlumatı olan adlı siyahıya görə İddiaçı hesabına qeyd edilmiş 736 nömrəli 0,06 ha həyətyanı torpaq sahəsinin Türkoba kəndinin kompleks yerquruluşu layihəsində, həm də torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında öz əksini tapmadığından onun yerini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən iddiaçının hesabına baza məlumatı olan adlı siyahıya görə qeyd edilmiş 736 nömrəli 0,06 ha həyətyanı torpaq sahəsinin, onun iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini, hüquqi statusu, hüquqi rejimi və digər xüsusatlarını müəyyən etmək mümkün olmamışdır. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-698/2023 №-li mütəxəssis rəyinə əsasən, JN-356 (kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə üçüncü şəxs X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş iki hissəli 256/0,55 və 356D/0,07 ha cəmi 0,62 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə isə üç hissəli 00,1247 ha, 0,1650 ha və 0,2571 ha cəmi 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 356/,1247 ha birinci hissəsinin faktiki istifadə vəziyyəti (naturadakı yeri) № Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğun olmadığı müəyyən edildi. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-698/2023 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarına və baza məlumatı olan adlı siyahıya görə İddiaçı hesabına qeyd edilmiş 736 nömrəli 0,06 ha həyətyanı torpaq sahəsinin Türkoba kəndinin kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında öz əksini tapmadığından həmin torpaq sahəsinin JN-356 (kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə üçüncü şəxs X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş iki hissəli 256/0,55 və 356D/0.07 ha cəmi 0,62 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə isə üç hissəli 00,1247ha, 0,1650 ha və 0,2571 ha cəmi 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 356/, 1247 ha birinci hissəsinin koordinatları (sərhədləri) ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçının həyətyanı sahə kimi iddia etdiyi, üçüncü şəxs X4 faktiki istifadəsində olan torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə isə üç hissəli 0,1247ha, 0,1650 ha və 0,2571 ha cəmi 0,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 356/,1247 ha hissəsinin hüdudları daxilində yerləşir. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-698/2023 Nq-İİ mütəxəssis rəyinə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə baza məlumatı olan adlı siyahıya görə İddiaçı hesabına qeyd edilmiş 736 nömrəli 0,06 ha həyətyanı torpaq sahəsinin Türkoba kəndinin kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında öz əksini tapmadığından və “Türkoba” sovxozunun direktorunun xx.xx.1992-ci il tarixli, 257 nömrəli əmr ilə İddiaçı ayrılmış 0,06ha həyətyanı torpaq sahəsinin (fermanın yanı deyilən dəmyə örüş sahəsindən uzunluğu 30 metr, eni 20 metr ölçüdə) məkan göstəricilərinin (koordinatlarının) olmaması səbəbindən həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın yeddinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-698/2023 №-li mütəxəssis rəyinə əsasən, JN-356 (kod ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə üçüncü şəxs X4 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş iki hissəli 256/0,55 və 356D/0,07 ha cəmi 0,62 ha, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə isə üç hissəli 00,1247 ha, 0,1650 və 0,2571 ha cəmi 0,55 ha birinci hissəsinin naturada faktiki kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən üçüncü şəxs X4 və istifadəsində olduğu müəyyən edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-698/2023 №-li mütəxəssis rəyinə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə baza məlumatı olan adlı siyahıya görə İddiaçı hesabına qeyd edilmiş 736 nömrəli 0,06 ha həyətyanı torpaq sahəsinin Türkoba kəndinin kompleks yerquruluşu layihəsində, həm də Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında öz əksini tapmadığından onun koordinatlarının üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilən hüquq normalarının hazırki işin müəyyən edilmiş fakitiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus torpaq sahəsinin kordinatları iddiaçıya məxsus torpaq sahəsinin üzərinə qeydiyyata alınsın. Lakin, iş materiallarında olan sənədlərdən (ekspert rəyindən) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahələrinin üst-üstə düşməsi halını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, subyektiv hüququnun olmasına, iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahələrinin üst-üstə düşməsinə dair sübutlarının, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların olmasının zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir sübut aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “Masallı rayon X3 xx.xx.1992-ci il tarixli, 7 nömrəli qərarına və Masallı rayon sabiq Türkoba sovxozunun xx.xx.1992-ci il tarixli əmrinə əsasən verilmiş 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tətqiqatın dəyərləri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər İddiaçı tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı “Masallı rayon X3 xx.xx.1992-ci il tarixli, 7 nömrəli qərarına və Masallı rayon sabiq Türkoba sovxozunun xx.xx.1992-ci il tarixli əmrinə əsasən verilmiş 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş sənədlərin məhkəmə texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SFİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-18/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-18/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver