Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1808/2022 15.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X3 xx.xx.2021-ci il tarixli, 21 saylı qərarının ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 15 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X3 xx.xx.2021-ci il tarixli, 23 saylı qərarının etibarsız hesab edilməsi, həmin qərarla ləğv edilmiş 011169 və 01030 saylı DMAA-nın etibarlı hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X3 xx.xx.2021-ci il tarixli, 21 saylı qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X10 İddiaçı MMC-nin həm təsisçisi, həm də icraçı direktorudur. İddiaçı MMC-xx.xx.2002-ci ildə 0602Aİ-51 saylı qeydiyyat şəhadətnaməsi ilə Vergilər Nazirliyindən Dövlət Qeydiyyatından keçirilmiş, xx.xx.2011-ci ildə **********029900 saylı qeydiyyat şəhadətnaməsi ilə Dövlət reyestrindən təkrar keçirilmişdir. İddiaçı MMC-nin əsas fəaliyyət növü qum-çınqıl materiallarının hasilatı, emalı və satışı olmuşdur. Bu məqsədlə MMC İmişli Rayon İcra Hakmiyyətinə karxana fəaliyyəti üçün müraciət etmiş və müvafiq olaraq İmişli Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 24 saylı sərancamı ilə və xx.xx.2014-cü il 05 saylı icarə müqaviləsi ilə 3.0 ha və xx.xx.2014-cü il tarixli, 303 saylı sərancamı və xx.xx.2014-cü il tarixli, 78 saylı icarə müqaviləsi ilə 8.0 ha torpaq sahəsi ayrılmışdır. Ötən dövr ərzində o, sahibkar olaraq istehsal fəaliyyətini təmin etmək məqsədi ilə həmin ərazilərdə vəsait xərcləmiş, əsas vəsaitlər və avdanlıqlar almış, enerji təchizatı xətləri, transformator yarımsatnsiyası, daşdoğrayan və çeşidləyən qurğuları, inzibati bina və köməkçi anbarlar tikib istifadəyə vermişdir. Hal hazırda cəmiyyətdə 15 işçi heyəti çalışır və əmək haqqı alırlar. Bildirir ki, 3.0 ərazi istismarda olduğu müddətdə icarə müqaviləsində göstərilən bütün təlblərə tərəflərindən tam riayət olunmuş, icarə haqqları vaxtlı vaxtında ödənilmişdir. Lakin 8.0 ha ərazi isə tərəflərindən bu günə qədər obyektiv səbəblərdən istismar olunmamışdır. Belə ki, həmin ərazidə qonşu olan fiziki şəxslər onları həmin əraziyə buraxmamış, qoluzorluq etmiş və fəaliyyətlərinə mane olmuşlar. Münaqişə sonradan məhkəmə çəkişmələrində davam etmiş, tərəflərindən Şirvan İzibati-İqtisadi Məhkəməsində həmin şəxslərə qarşı iddia qaldırılmış və Şirvan İzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə (İş № 2-1-(086)-409/2018) həmin ərazi üçün müvafiq mərzçəkmə işlərinin aparılması (natuada yerlərin, sərhədlərin müəyyənləşdirilməsi və s.) öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin üzərinə qoyulmuşdur. Yasamal rayonu İcra və Proporsiya şöbəsinin xx.xx.2018-ci il tarixli, 101935/2018-53-8 saylı bildirişi ilə “Borclu” tərəfindən tələbin könüllü icrası tələb olunmuşdur. Çox təəsüflər olsun ki, bu günə qədər həmin məhkəmə qərarı icraçı şəxslərin məsuliyyətsizliyi ucbatından icra olunmamış olaraq qalır. Yuxarıda qeyd etdiyi kimi 8.0 ha torpaq sahəsində bu günə qədər heç bir hasilat işləri görülməmiş, Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında X13 X3 mütəxəssisləri həmin ərazidə olarkən orada heç bir istehsal işlərinin görülmədiyi haqqında xx.xx.2020-ci ildə 63245 saylı akt tərtib etmişlər. Həmin akta görə yalnız 3.0 ha əraziyə cərimə tətbiq olunmuş, onlara yazılan cərimə ilə razılaşmamışlar və akta imza etməmişlər. Çünki, Agentliyin əməkdaşları əraziyə baxışı onların nümayəndələrinin iştirakı olmadan keçirmişlər və burada 1976-cı ildən fəaliyyət göstərmiş Meliorasiya Nazirliyinin Qum-çınqıl zavodunun hasilatını onların işi kimi dəyərləndirmişlər və reallığa uyğun olmayan cərimə tətbiq etmişlər. Onlar dəfələrlə həmin quruma rəsmi şəkildə vazılmış aktın reallığa uyğun olmadığını və təkrar baxışın keçirilməsin xahiş etmişlər. Buna baxmayaraq qarşı tərəf Şirvan Kommersiya Məhkəməsində cərimənin ödənilməsi ilə bağlı iddia qaldırmış, məhkəmə prosesi davam etmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli (İş № e-2-2(121)l515/2021) qərardadı ilə işin hallarının araşdırılması üçün ekspertiza təyin etmiş, aradan 8 ay vaxt keçəndən sonra həmin məhkəmə iddia tələbini iddiaçıya geri qaytarmışdır. Məhkəmənin gedisində onlara məlum olmuşdur ki, X13 X5 tətbiq olunmuş cəriməni əsas gətirərək xx.xx.2022-ci il tarixli, 23 saylı qərarı ilə 011169 və 01030 saylı Dağ-Mədən ayırma aktlarını ləğv etmişdir və həmin vaxta qədər həmin qurum tərəfındən onlara heç bir rəsmi bildiriş göndərilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X5 iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Qeyd olunan səlahiyyətlər daxilində Agentlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara baxış keçirilmişdir. Baxış zamanı Araz çayının hövzəsində yerləşən “Bəhrəmtəpə-İİ” yatağında qum-çınqıl hasilatı məqsədi ilə 07 may 2019-cu il tarixli, 01169 nömrəli Dağ-mədən ayırması aktı (DMAA) ilə İddiaçı MMC-yə ayrılmış 3,0 ha yer təki sahəsindən kənarda 20784 m3 qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Əraziyə monitorinq zamanı qanunla icazə ilə ayrılmış sərhədlər daxilində sahəsi 1.62 ha sahədə orta istismar dərinliyi 4 metr olmaqla 65152 m3, xaricində isə 0.48 ha sahədə orta istismar dərinliyi 4.33 metr olmaqla 20784 m3 həcmində hasilat aparılması müəyyən edilmişdir. İstismar işləri hidromexaniki üsulla aparılmış, karxana sahəsi “Bəhrəmtəpə-İİ” yatağı hüdudları daxilində yerləşmişdir. Göründüyü kimi, yerin təkinin mühafizə və səmərəli istifadə qaydaları (Yerin təki haqqında Qanunun 21-ci maddəsi) kobud şəkildə pozulmuşdur. X8 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli Qərarı ilə müvafiq icazə sənədi ilə İddiaçı MMC-yə ayrılmış yer təki sahəsindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 2 ay müddətinə dayandırılmışdır. İcazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək öhdəliyi qoyulmuşdur. Lakin, İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən, X8 29 aprel 2021-ci il tarixli 23 saylı Qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Əlavə olaraq bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” ilə su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edilir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. Agentlik nəzarət orqanı olaraq yalnız sahibkarların maraqlarını yox, ətraf ərazilərdə yaşayan əhalinin, hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq, təbii resurslardan istifadə etmək hüququ təmin edilməlidir. Bu səbəbdən ətraf mühitin mühafizəsini, təbii resursların səmərəli istifadəsini, gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək məqsədilə bəzi ekoloji cəhətdən təhlükədə olan yataqlarda hasilat işlərinin aparılması üçün verilmiş icazə sənədləri (“Dağmədən ayırması” aktları) Agentliyin qərarı ilə ləğv edilmişdir. Bu cür çətin və məsuliyyətli qərarın qəbul edilməsi hazırda regionda yaranmış ekoloji böhran vəziyyəti ilə səciyyələndirilmişdir. Agentlik inzibati orqan olaraq dövlətin ona verdiyi səlahiyyətlər çərçivəsində qərar qəbul edib. Qəbul edilmiş qərar ilk növbədə ətraf mühitin mühafizəsinə, faydalı qazıntıların səmərəli istifadəsinə yönəlmişdir. Oxşar mübahisələr üzrə tərəflərin maraqlarının qiymətləndirilməsi baxımından Ali Məhkəmənin mövqeyi isə belədir “fərdi sahibkarlıq fəaliyyəti ilə müqayisədə yerin təkindən səmərəli və təhlükəsiz istifadənin, yerin təkindən özbaşına istifadəyə yol verilməməsinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin edilməsində ifadə olunan cəmiyyətin üstün maraqları (publik maraqlar) ilk növbədə nəzərə alınmalıdır. “Yerin təki haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən hissələri daxildir. Qanunun 10-cü maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. Dağ-mədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. Hər bir istismarçı ona ayrılmış sahənin hüdudları daxilində hasilat işləri aparmalıdır. Dağ-mədən ayırmasının hüdudlarında aparılan hasilat qanunsuz və icazəsiz aparılmış hesab olunur. “Yerin təki haqqında” Qanunun 11-ci maddəsinə əsasən yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Digər məsələyə münasibətdə bildirirlər ki, Agentlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara baxış zamanı Araz çayının hövzəsində yerləşən “Bəhrəmtəpə-İ” yatağında qumçınqıl hasilatı məqsədi ilə 24 aprel 2018-ci il tarixli 01030 nömrəli Dağ-mədən ayırması aktı (DMAA) ilə İddiaçı MMC-yə ayrılmış 8 ha yertəki sahəsindən kənarda 2827 m3 qumçınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Əraziyə monitorinq zamanı mərz nişanlarının mövcud olduğu, müxtəlif çalalar şəklində sahəsi 0.18 ha orta istismar dərinliyi 1.5 metr olmaqla 2827 m3 həcmində istismar aparıldığı müəyyən olunmuşdur. Əraziyə monitorinq zamanı fiziki şəxs Eldar Hüseynov nümayəndələri tərəfindən istismar işləri aparıldığı müəyyən olunmuş, həmçinin fiziki şəxs Eldar Hüseynova məxsus ələk və texnikanın fəaliyyəti müşahidə edilmişdir. Karxana sahəsi “Bəhrəmtəpə-İ” yatağı daxilində yerləşir. X13 X3 (Agentlik) İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli Qərarına əsasən, İddiaçı MMC-yə verilmiş 24 aprel 2018-ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktının, ayrılmış yer təki sahəsinin istifadə olunmaması səbəbindən Agentliyə qaytarılmasının təmin edilməsi öhədiliyi qoyulmuşdur. Lakin, İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən, X8 29 aprel 2021-ci il tarixli, 21 saylı Qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.9-cu maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. “Yerin təki haqqında” Qanunun 18-ci maddəsinin 4-cü bəndinə əsasən, yer təkinin istifadəçisi icazədə göstərilən müddətdə yerin təkindən nəzərdə tutulan həcmdə istifadəyə başlamazsa yerin təkindən istifadə hüququ dayandırılır. Həmin Qanunun 19-cu maddəsinin 6-cı bəndinə əsasən, bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə “Dağ-mədən ayırması” statusunun verilməsi Qaydalarının 01 nömrəli Əlavəsinə əsasən, Yerin təkinin istifadəçisi “Dağ-mədən ayırması” aldıqdan iki il müddətində işə başlamamışdırsa “Dağmədən ayırması” aktı öz qüvvəsini itirir və Dövlət Mineral X1ytarılır. İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İnzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü biruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi habelə, hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Göründüyü kimi, İddiaçı MMC-yə “Bəhrəmtəpə-İ” və “Bəhrəmtəpə-İİ” yataqlarından qum-çınqıl hasilatı məqsədilə verilmiş 24 aprel 2018-ci il tarixli 01030 nömrəli və 07 may 2019-cu il tarixli 01169 nömrəli “Dağ-mədən ayırması” Aktlarının ləğvi qanunamüvafiq qaydada həyata keçirilmişdir və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X10 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 24 aprel 2018-ci il tarixli, 01030 nömrəli Dağ-mədən ayırması aktının surətindən görünür ki, İddiaçı MMC-yə qum-çınqıl hasilatı məqsədilə “Bəhrəmtəpə-İ” qəsəbəsi yaxınlığında, Araz çayı yatağından 5 il müddətinə 8,0 hektar sahə ayrılmış, bu akt Dövlət Ekspertiza İdarəsinin reyestr kitabında 24 aprel 2018ci il tarixdə 1030 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli Sərancamının surətindən görünür ki, İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Bəhrəmtəpə qəsəbəsi yaxınlığında Araz çayı yatağından 8,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə ayrılıb verilməsi qərara alınmışdır. İş materiallarında olan «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» 30 dekabr 2014-cü il tarixli, 78 nömrəli müqavilənin surətindən görünür ki, İmişli Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 99 illik icarə müqaviləsi ilə 8,0 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X3 İdarə heyətinin “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” 29 aprel 2021-ci il tarixli, 21 nömrəli qərarın surətindən görünür ki, 24 aprel 2018-ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktı ilə İddiaçı MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinə əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Yerin təkindən istifadə hüququnun dayandırılması, ləğvi və yenidən rəsmiləşdirilməsi qaydası Yerin təkindən istifadə hüququnun dayandırılması “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. ... Yerin təkindən istifadə hüququnun ləğvi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4cü bəndlərində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 25. Lisenziyanın və icazənin dayandırılması 25.1. Lisenziya və icazə aşağıdakı hallarda dayandırılır: ... 25.1.2. lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə; Maddə 26. 26.1. Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1. lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2. lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3. lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4. lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5. məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6. lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7. bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8. lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı MMC-yə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Bəhrəmtəpə qəsəbəsi yaxınlığında Araz çayı yatağından 8,0 ha torpaq sahəsinin müvəqqəti istifadə hüququ ilə ayrılıb verilmiş, eləcə də İmişli Rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün 99 illik icarə müqaviləsi ilə 8,0 hektar torpaq sahəsi ayrılmışdır. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 24 aprel 2018-ci il tarixli, 01030 nömrəli Dağ-mədən ayırması aktına əsasən, İddiaçı MMC-yə qum-çınqıl hasilatı məqsədilə “Bəhrəmtəpə-İ” qəsəbəsi yaxınlığında, Araz çayı yatağından 5 il müddətinə 8,0 hektar sahə ayrılmış, Agentlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara baxış zamanı Araz çayının hövzəsində yerləşən “Bəhrəmtəpə-İ” yatağında qum-çınqıl hasilatı məqsədi ilə 24 aprel 2018-ci il tarixli 01030 nömrəli Dağ-mədən ayırması aktı (DMAA) ilə İddiaçı MMC-yə ayrılmış 8 ha yertəki sahəsindən kənarda 2827 m3 qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Əraziyə monitorinq zamanı mərz nişanlarının mövcud olduğu, müxtəlif çalalar şəklində sahəsi 0.18 ha orta istismar dərinliyi 1.5 metr olmaqla 2827 m3 həcmində istismar aparıldığı müəyyən olunmuşdur. Əraziyə monitorinq zamanı fiziki şəxs Eldar Hüseynovun nümayəndələri tərəfindən istismar işləri aparıldığı müəyyən olunmuş, həmçinin fiziki şəxs Eldar Hüseynova məxsus ələk və texnikanın fəaliyyəti müşahidə edilmişdir. X13 X3 (Agentlik) İdarə Heyətinin xx.xx.2020-ci il tarixli, 23/20 nömrəli Qərarına əsasən, İddiaçı MMC-yə verilmiş 24 aprel 2018-ci il tarixli 01030 nömrəli “Dağ-mədən ayırması” aktının, ayrılmış yer təki sahəsinin istifadə olunmaması səbəbindən Agentliyə qaytarılmasının təmin edilməsi öhədiliyi qoyulmuş, lakin, İddiaçı MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən, X8 29 aprel 2021-ci il tarixli, 21 saylı Qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1,9-cu maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə həmçinin müəyyən edilmişdir ki, İddiaçı MMC-yə ayrılmış 8 ha yertəki sahəsindən kənarda 2827 m3 qumçınqıl qarışığı hasil edildiyi aşkar edilsə də, hasilat İddiaçı MMC tərəfindən yox, İddiaçı MMC-yə aidiyyəti olmayan, yəni fiziki şəxs olan Eldar Hüseynovun nümayəndələri tərəfindən istismar işləri aparıldığı müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın yerin təkindən istifadə hüququnun ləğv edilməsinə əsas olan səbəblərdən digəri isə, İddiaçı MMC tərəfindən ona ayrılmış yer təki sahəsinin istifadə olunmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-409/2018 saylı, 06 mart 2018-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “torpaq sahəsi üzərində müvafiq mərzçəkmə işlərinin aparılması” barədə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə İmişli Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2014-cü il tarixli, 303 nömrəli Sərancamı və bu sərancama əsasən İddiaçı MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 78 nömrəli icarə müqaviləsi ilə 99 illik İddiaçı MMC-nin istifadəsinə verilmiş 8,0 ha torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Sözügedən qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərarına əsasən icra sənədi üzrə icraata başlanılmış və “Tələbin könüllü icrası haqqında” bildirişlə birlikdə icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 2-1(086)-409/2018 saylı, 06 mart 2018-ci il tarixli qərarının icrası məqsədilə 30 aprel 2018-ci il tarixində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Beyləqan Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri sözügedən ərazidə olmuş, lakin qonşu istifadəçilər tərəfindən mərzçəkmə işlərinin aparılmasına maneə yaradıldığından məhkəmə qərarının icrası mümkün olmamışdır. Hal-hazırda da sözügedən məhkəmə qərarı icra olunmamışdır. Bu hal onu deməyə əsas verir ki, İddiaçı MMC tərəfindən ona ayrılmış yer təki sahəsinin istifadə olunmaması MMC-nin təqsiri ucbatındən yox, yuxarıda qeyd edilən məlum səbəblərdən, yəni digər üçüncü şəxslərin maneə yaratmaları səbəbindən olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Məhkəmə icraatı zamanı X11 tərəfindən 29 aprel 2021-ci il tarixli, 21 saylı Qərarın qəbul edilməsi zamanı Qanunda nəzərdə tutulan prosedura riayət olunmasını təsdiq edən sənədlər, o cümlədən yuxarıda qeyd edilən xüsusatların araşdırılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin yuxarıda istinad edilən müddəalarının tələblərinə uyğun olmadığından qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci və 2.0.11-ci maddələrinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X3 “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” 29 aprel 2021-ci il tarixli, 21 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X13 X3 “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” 29 aprel 2021-ci il tarixli, 21 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1808/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1808/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver