Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1809/2025 21.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan regional Təhsil idarəsinə qarşı “ona valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi orta məktəbi bitirdiyi üçün ona ödənilməli olan Respublika üzrə orta əmək haqqının iki misli miqdarında birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan regional Təhsil idarəsinə qarşı “ona valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi orta məktəbi bitirdiyi üçün ona ödənilməli olan Respublika üzrə orta əmək haqqının iki misli miqdarında birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideyn himayəsindən məhrum olmuş uşaq kimi 2021-ci ildə orta məktəbi bitirmiş, Qanunverciliyə əsasən orta məktəbi bitirdikdə ona respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti verilməli idi. Lakin orta məktəbi bitirdiyi zaman qanunvercilikdə belə bir müddəa olduğunu bilməmişdir. Cavabdeh orqan tərəfindən də ona qeyd edilən birdəfəlik pul vəsaiti ödənilməmişdir. Cavabdeh orqana müraciət edərək ona orta məktəbi bitirdiyinə görə birdəfəlik pul vəsaitinin ödənilməsini xahiş etsə də, ona ünvanlanmış məktubda müraciətin təmin edilməsinin mümkün olmamasını qeyd etmişdir. Qeyd edilənlərə əsasən ona valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi orta məktəbi bitirdiyi üçün ona ödənilməli olan Respublika üzrə orta əmək haqqının iki misli çiqdarında birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədiklərini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 55 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Şirvan şəhər “Qəyyumluq və Himayədarlıq” Komissiyasının xx.xx.2010-cu il tarixli 443 nömrəli rəyi nəzərə alınması, xx.xx.2004-cü il tarixdə anadan olmuş X6 nənəsi X2 qəyyumluğa verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-F-215046/2024 nömrəli məktubundan görünür ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən yə ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Həmçinin qeyd olunan maddəyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Qanunun 5-ci maddəsinə əsasən valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2022ci il 10 iyun tarixli 227 nömrəli Qərarına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan məlumatlara əsasən qüvvədə olan əmək müqaviləsinin olmadığından ona sözügedən birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq bildiririk ki, Qanunun 5-ci maddəsində qeyd olunmuş güzəştlərlə (mövsümi paltar və ayaqqabı və respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti) təmin olunmaq üçün aidiyyəti üzrə müvafiq orqana (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə) müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X12-Salyan Regional Təhsil İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-/2-F-2431-4/2024 nömrəli məktubundan görünür ki, Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununun 1.1.3 maddəsinə əsasən büdcə ili yanvar ayının 1-dən dekabr ayının 31-dək olan bir illik dövrdən ibarətdir. Qanunun 10.4. maddəsinə əsasən hər ilin dövlət büdcəsi üzrə təsdiq edilmiş ayırmaların icra müddəti büdcə ilinin sonunda başa çatır. Qanunun 19.1. maddəsinə əsasən Dövlət büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. Dövlət xəzinədarlığı dövlət maliyyəsindən istifadə sahəsində şəffaflığı təmin etmək məqsədi ilə dövlət büdcəsindən maliyyələşən bütün idarə, müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının müvafiq uçot qaydalarına uyğun uçotunu aparır. Qanunun 19.3. maddəsinə əsasən Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir. Qanunun 19.4. maddəsinə əsasən Dövlət büdcəsinin icrası prosesində qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar, büdcə ili qurtardıqdan sonra həyata keçirilə bilməz. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddələrinin tələblərinə əsasən müavinət hüququ yarandığı il ərzində tərəfindən bu hüquqdan istifadə etmək məqsədilə müavinət hüququnun yaranmasını təsdiq edən sənədlər təqdim edilərək müraciət olunmadığı üçün “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli qərarına əsasən nəzərdə tutulan müavinət üzrə Dövlət Xəzinədarlığı tərəfindən öhdəlik məbləği qəbul edilməmişdir. Həmin vəsait üçün Dövlət Xəzinədarlığı tərəfindən qəbul edilmiş öhdəlik məbləğinin olmaması və keçmiş illərin xərclərinin növbəti büdcə illərində ödənilməsinin mümkün olmaması səbəbindən müraciətinin təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-314841/2024 nömrəli məktubuna əlavə edilmiş inzibati materiallarından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə tələbələr sırasından xaric olunub, ümumi orta təhsil bazasında orta ixtisas təhsili 2019/2020 X7 və Humanitar Kolleci 40108 ailə və ev təhsili əyani ödənişli əsaslarla, xx.xx.2004-cü il tarixdə təhsil alır, qəbul əmrindən başqa heç bir əmri yoxdur, növbəti illərdə bitirəcək ümumi orta təhsil bazasında orta ixtisas təhsili 2022/2023 Bakı Biznes və Kooperasiya Kolleci 40410 vergi işi əyani ödənişli əsaslarla təhsil alır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı iddia predmet və subyekt baxımından inzibati məhkəmə icraatında baxılması mümkün olmayan iddiadır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İşin hallarından görünür ki, iddiaçı valideyn himayəsindən məhrum olmuş uşaq kimi 2021-ci ildə orta məktəbi bitirmiş, ona valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi orta məktəbi bitirdiyi üçün ödənilməli olan Respublika üzrə orta əmək haqqının iki misli miqdarında birdəfəlik müavinətin ödənilməsini mübahisələndirir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: - valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan. qəyyumluq və himayə – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. Qəyyumluq 14 yaşınadək olan uşaqlara, himayə 14 yaşından 18 yaşınadək olan uşaqlara müəyyən edilir. övladlığa götürən şəxs – qanunvericiliklə müəyyən edilmiş qaydada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürən ər-arvad və ya ayrı-ayrı şəxslərdir. Maddə 5. Təhsil üzrə təminatlar Bütün tipdən olan dövlət təhsil müəssisələrindəhabelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir. Ailə Məcəlləsi Maddə 64. Valideynlik hüquqlarından məhrumetmə 64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: 64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 64.0.2. alimenti qəsdən ödəmədikdə; 64.0.3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; 64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; 64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; 64.0.8. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə. Maddə 65. Valideynlik hüquqlarından məhrumetmə qaydası 65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. 65.2. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən müvafiq icra hakimiyyəti orqanının iştirakı təmin edilməlidir. 65.3. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. 65.4. Valideynlik hüquqlarından məhrumetmə işinə prokurorun iştirakı olmadan baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur. 65.5. Valideynlik hüquqlarından məhrumetmə barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Göründüyü kimi Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Eləcə də, Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödənilir. İddiaçının tələbi ona valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi orta məktəbi bitirdiyi üçün ona ödənilməli olan Respublika üzrə orta əmək haqqının iki misli miqdarında birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Qeyd edilən tələb üzrə 2 məqama toxunmaq zəruridir. Belə ki, birincisi tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilməsi, ikincisi isə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinətin ödənilməsidir. Hər iki hal üzrə zəruri olan hal tərəfin valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olmasıdır. Hal-hazırki iş üzrə iş materiallarına əlavə edilən sənədlərə əsasən xx.xx.2004-cü il tarixdə anadan olmuş X6 nənəsi X2 qəyyumluğa verilmişdir ki, verilməsinə əsas X3 atasının ailəni tərk etdiyi, təlim – tərbiyəsi ilə məşğul olmaması olmuşdur. Lakin valideyn himayəsindən məhrum olmasını təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və belə məhkəmə qətnaməsi müəyyən edilməmişdir. Belə ki, Ailə Məcəlləsinə əsasən Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir və məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Həmçinin iddiaçının hüquqi marağı ona birdəfəlik müavinətin ödənilməsidirsə, bu hal üzrə yalnız valideyn himayəsindən məhrum olması barədə məhkəmə qətnaməsi kifayt deyil. Qanunvericiliyin tələblərinə əsasən ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman bu hüquq yaranır. İş materiallarına əsasən İddiaçı halhazırda Bakı Biznes və Kooperasiya Kolleci 40410 vergi işi əyani ödənişli əsaslarla təhsil aldığı müəyyən edilir. Məhkəmə hesab edir ki, təhsilini başa vurduqdan sonra və məhkəmə müraciət edilərək barəsində valideyn himayəsindən məhrum olması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra bu hüququndan istifadə məqsədilə müvafiq inzibati orqna müraciət etmək hüququ olacaqdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1 -ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şirvan-Salyan regional Təhsil idarəsinə qarşı “ona valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq kimi orta məktəbi bitirdiyi üçün ona ödənilməli olan Respublika üzrə orta əmək haqqının iki misli miqdarında birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək qeyd edir ki, iddianı mümkün sayılmamalıdır. İddiaçı hüquqi marağı üzrə İddiaçı “Valideynlik hüquqlarından məhrumetmə barədə” ərizə ilə aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə müraciət etmək hüququ izah edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1809/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1809/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver