Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-181/2022 13.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair işə 13 oktyabr 2022-ci il tarixdə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubla iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon İslehlak Cəmiyyətində işlədiyi illərin iş stajı kimi müəyyən edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubunda iddiaçının əmək kitabçasında qeyd olunan 1996-2006-cı illərdə əmrdə adının olmasına baxmayaraq onun adına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin mövcud olmamasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(120)-181/2022 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi baxılması qərara alınmıdır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur və 21 iyun 2020-ci ildə 64 yaş yarımı tamam olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “X5” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, xx.xx.2020-ci ildə yaranmasına baxmayaraq, iddiaçıya 2021-ci ilin yanvar ayınadək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Buna görə də iddiaçıya tələbinə uyğun yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən təyin edilməlidir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (xx.xx.1971-xx.xx.2006-cı illər) ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 1090 nömrəli arayışından görünür ki, İddiaçı Astara şəhəri, Nizami küçəsi, 8 nömrəli evdə yaşayır. İş materiallarında olan əmək kitabçalarının notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.2006-cı il tarixdə öz ərizəsi ilə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 27 nömrəli arayışından görünür ki, İddiaçı Astara Kooperativ Cəmiyyətinin əmr kitablarına əsasən 1974-cü ilin may ayının 20-də 222 saylı əmrlə Səncərədi kənd yeməkxanasına fəhlə təyin edilmiş, Astara Kooperativ Cəmiyyətinin tabeçiliyində olan İctimai İaşə birliyində, Balıq ovu İstehlak Cəmiyyətində və Sovxoz fəhlə Kooperativ Cəmiyyətində müxtəlif vəzifələrdə işləmiş, 2006-cı ilin dekabr ayının 29-da 36 saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 28 nömrəli arayışından görünür ki, İddiaçı Astara Kooperativ Cəmiyyətinin əmr kitablarına əsasən 1974-cü ilin may ayının 20-də 222 saylı əmrlə Astara rayon Səncərədi kəndindəki yeməkxanasına fəhlə təyin edilmiş, 2006-cı ilin dekabr ayının 29-da 36 saylı əmrlə işdən azad edilmişdir. İşlədiyi müddətin müəyyən dövrü (1990-1995-ci illər) ərzində əmək haqqı almışdır. İş materiallarında olan NZ № ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 7 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara Kooperativ Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 1996-cı ildə 4 rüb, 1997-ci ildə 4 rüb, 1998-ci ildə 4 rüb, 1999-cu ildə 4 rüb, 2000-ci ildə 4 rüb, 2001-ci ildə 4 rüb, 2002-ci ildə 4 rüb, 2003-cü ildə 4 rüb, 2004-cü ildə 4 rüb, 2005-ci ildə 4 rüb, 2006-cı ildə 4 rüb hesabatı olmuşdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 7 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubunda və xx.xx.2021-ci il tarixli, **********7 nömrəli eyni məzmunlu məktubunda qeyd edilmişdir ki, ”X5” Azərbaycan Respublikasınin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027- ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Astara şəhər sakini İddiaçı təqdim etdiyi sənədlərdə (əmək kitabçasındakı əmrlər əsasında və hərbi biletdə qeyd olunmuş illər əsasında ) 31 il 6 ay 17 gün sığorta stajı qeyd edilmişdir. Vətəndaşın fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı mübahisəli sığorta stajı aşağıdakı illərdir: xx.xx.1971-xx.xx.1972-ci illərdə Astara rayon kommunal təssərüfatında işlədiyi illər (əmək haqqı barədə məlumat yoxdur), Əmək kitabçasında qeyd olunmuş (müəssisənin verdiyi arayışda işə daxil olma xx.xx.1974-cü il tarix qeyd olunmuşdur) xx.xx.1974-cü ildən xx.xx.1974-cü il tarixədək Astara ictimai iaşə birliyində işlədiyi illər (əmrlər kitabında vətəndaşın ata adı qeyd olunmamış, əmək haqqlarının yoxlaması mümkün olmamışdır), xx.xx.1977-ci ildən xx.xx.1983-cü ilədək 1 nömrəli univermaqda işlədiyi illərin əmək haqqlarının yoxlaması mümkün olmamışdır, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilədək 3 nömrəli univermaqda işlədiyi illərin əmək haqqlarının yoxlaması mümkün olmamışdır,xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək uşaq aləmi mağazasında işlədiyi illərin əmək haqqlarının yoxlaması mümkün olmamışdır, xx.xx.1989-cu ilədək xx.xx.1995-ci ilədək 1 nömrəli univermaqda işlədiyi illərdə fasilələrlə əmək haqqları almışdır. xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək 1 nömrəli sənaye mallar mağazasında işlədiyi illərin əmək haqqlarının yoxlaması mümkün olmamışdır. xx.xx.2001ci ildən xx.xx.2006-cı ilədək univermağın oyuncaqlar şöbəsində şöbə müdiri işlədiyi illərin əmək haqqlarının yoxlaması mümkün olmamışdır. Vətəndaşın mübahisəsiz sosial sığorta stajı xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmət dövrüdür. ”X5” Azərbaycan Respublikasınin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 7 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə 222 saylı əmrlə işə qəbul olunmuş, xx.xx.1974-cü il tarixdə vəzifədən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə 31 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə 486 nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixdə 229 nömrəli sərəncamla işə qəbul edilmiş, müxtəlif vəzifələrə keçirilmiş və xx.xx.1995-ci il tarixdə 32 nömrəli sərəncamla işdən azad olunmuşdur. xx.xx.1995-ci il tarixdə 101 nömrəli sərəncamla işə qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə 43 nömrəli sərəncamla işdən azad olunmuşdur. xx.xx.2001-ci il tarixdə 20 nömrəli 20 nömrəli sərəncamla işə qəbul olunmuş, xx.xx.2006-cı il tarixdə 36 nömrəli sərəncamla işdən azad olunmuşdur. İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli, 5 saylı əmək haqqı arayışı əmək haqqı kitabları ilə üşləşdirilmiş və düzgünlüyü təsdiq edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktından görünür ki, İddiaçı 1971-1972-ci illərinin iş stajı və əmək haqqları yoxlanılmış, xx.xx.1971-ci ildə 76 nömrəli əmr ilə işə qəbul olması, xx.xx.1972-ci ildə 134 nömrəli əmr ilə işdən azad olması, həmçinin əmək haqqı barədə məlumatların olmaması müəyyən edilmişdir. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 129 nömrəli arayışında qeyd edilmişdir ki, İctimai İaşə birliyi, Balıq ovu İstehlak Cəmiyyəti və sovxoz fəhlə Kooperativ cəmiyyətinin arxiv sənədləri rayon arxivinə təhvil verilmədiyindən İddiaçı arxiv arayışı tərtib etmək tərəfimizdən imkan xaricindədir. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 55 nömrəli arayışından görünür ki, İddiaçı 1987-ci ilin oktyabr, noyabr, dekabr aylarında, 1989-cu ilin yanvar-sentyabr aylarında aldığı əmək haqqını kitabların həmin hissələrinin tam yararsız olduğu üçün müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 53 nömrəli arayışından görünür ki, X3 28 iyun 2019-cu il tarixli K-16 saylı qərarına əsasən İdarə Heyətinin sədri vəzifəsi X1 həvalə edilmişdir. Təhvil-təslim zamanı 1996-2000-ci illərə aid 3 saylı əmək haqqı kitabları (univermaq, mağaza müdirləri, satıcılar) təhvil verilmədiyindən çıxarış etmək mümkün olmamışdır. 2001-2006-cı illərə aid kifayət qədər məlumat tapılmamışdır. İş materiallarında olan Astara rayon Dövlət arxivinin iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli, 102 nömrəli arxiv arayışından görünür ki, X9 Birliyinin əmr və əmək haqqı kitabları Astara rayon Dövlət arxivində saxlanılmamışdır. İş materiallarında olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Astara Kooperativ Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 5 nömrəli arayışından görünür ki, İddiaçı 1974-cü ilin may ayının 20-də 222 saylı əmrlə Astara rayon Səncərədi kəndindəki yeməkxanaya fəhlə təyin edilmiş, Astara Kooperativ Cəmiyyətinin tabeçiliyində olan İctimai İaşə birliyində, Balıq ovu İstehlak Cəmiyyətində və Sovxoz fəhlə Kooperativ Cəmiyyətində müxtəlif vəzifələrdə işləmiş, 2006-cı ilin dekabr ayının 29-da 36 saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 7 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara şəhər sakini İddiaçı təqdim etdiyi sənədlərdə (əmək kitabçasındakı əmrlər əsasında və hərbi biletdə qeyd olunmuş illər əsasında) 31 il 6 ay 15 gün sığorta stajı qeyd edilmişdir. Vətəndaşın fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. ”X5” Azərbaycan Respublikasınin Qanunun 21.1. maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Vətəndaşın mübahisəsiz sosial sığorta stajı aşağıdakı illərdir: xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmət dövrü- 1 il 11 ay 29 gün, xx.xx.1977-ci ildə xx.xx.1995-ci ilədək astar rayon istehlak cəmiyyətində işləməsinə dair 1990-cı ildə 12 ay, 1991-ci ildə avqust - dekabr - 5 ay, 1992-ci ildə mart dekabr -10 ay, 1993-cü ildə 12 ay, 1994-cü ildə 12 ay, 1995-ci ildə yanvar - iyun 6 ay əmək haqqları aldığı aylardır- 4 il 9 ay. Cəmi 6 il 8 ay 29 gün, Mübahisəli: xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək Astara rayon kommunal təssərüfatında işlədiyi illər əmək haqqları yoxdur- 1 il 5 ay 26 gün, Əmək kitabçasında qeyd olunmuş xx.xx.1974-cü ildən 01,08.1974-cü il tarixədək Astara ictimai iaşə birliyində işlədiyi illər (əmrlər kitabında vətəndaşın ata adı qeyd olunmamış, əmək haqqlarının yoxlaması mümkün olmamışdır, (müəssisənin verdiyi arayışda işə daxil olma xx.xx.1974-cü il tarix qeyd olunmuşdur) 1 ay 25 gün, əmək kitabçasında qeyd olunmuş 27.01,1977-ci ildən xx.xx.1977-ci ilədək təzə univermaqda işləməsinə illərin əmək haqqlarının yoxlaması mümkün olmamışdır -9 ay 20 gün, xx.xx.1977-ci ildə xx.xx.1995-ci ilədək astara rayon istehlak cəmiyyətində univermaq və maqazarda köçürmə yolu ilə müxtəlif vəzifələrdə çalışmasına dair əmək haqqları olmayan xx.xx.1977-xx.xx.1989-cu illərdə 12 il 1 ay, 1991 -ci ildə yanvar-iyul- 7 ay , 1992ci ildə yanvar və fevral ayları -2 ay əmək haqqları olmayan müddət, cəm 12 il 10 ay, əmək kitabçasınd qeyd olunmuşl nömrəli sənaye mallar mağazasında xx.xx.1995 ci ildən xx.xx.2000-ci ilədək əmək haqqları olmayan müddət-5 il 29 gün, əmək kitabçasında qeyd olunmuş xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilədək univermağın oyuncaqlar şöbəsində işlədiyi illərin əmək haqqlarının olmadığı üçün - 4 il 5 ay 6 gün, Cəm-24 il 9 ay 16 gün. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. X5» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «X5» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə kimi olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə kimi işlədiyi iş illəri “X5” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə kimi işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi, həmçinin məcburi sosial sığorta haqlarının ödənilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilə kimi işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «X5» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «X5» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-181/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-181/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver