Məhkəmə qərarları › İş №2-1(120)-1811/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1811/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1811/2024 16.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1-ci dərəcəli əlil olmuş mərhum qardaşı X5 görə birdəfəlik ödəmə olan 8.800 manat məbləğində ödəmənin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində,məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə müraciət edərək, birdəfəlik ödənişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1811/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «birdəfəlik ödənişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbi olduğu kimi saxlanılsın, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tanınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1811/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «birdəfəlik ödənişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1811/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1-ci dərəcəli əlil olmuş mərhum qardaşı X5 görə birdəfəlik ödəmə olan 8.800 manat məbləğində ödəmənin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun qardaşı X2 Qarabağ müharibəsində iştirak etmiş, yaralanmış, uzun müddət Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında müalicə olunmuş, sol ayağı kəsilmiş, hər iki dizi qəlpə yarası alaraq hərəkəti məhdudlaşmış, xx.xx.2006-ci ildə vəfat etmişdir. O, mərhum qardaşının yeganə vərəsəsidir, onu saxlayırmış, mərhum subay olmuş, ata və anaları vəfat etmişlər, basqa bacı-qardaşları yoxdur. Mərhum qardaşına Hərbi Həkim Komissiyası, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 1-ci dərəcəli əlillik təyin edilmişdi. Mərhum qardaşının 267765 nömrəli vəsiqəsi ilə də onun 1-ci dərəcəli Qarabağ əlili olması təsdiq olunur. Mərkəzi Hərbi Hospitalın xx.xx.1993-cü il tarixli 12 saylı arayışında qardaşı Nuşrəvan Məmmədovun ayağının kəsilməsi qeyd olunur. İmişli rayon hərbi komissarının Mərkəzi Hərbi Hospitalının rəisinə ünvanladığı xx.xx.1994-cü il tarixli 1389 nömrləli məktubunda göstərilir ki, “Qarabağ döyüşlərinin iştirakçısı, 1-ci qrup əlil X1 ağırdır və hospitalda müalicəsi zəruridir”. O, mərhum qardaşının vərəsəsi kimi dövlətin müəyyən etdiyi birdəfəlik ödəmənin verilməsi üçün əlaqədar orqanlara müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2023-cü il tarixli 1161 saylı məktubunda göstərilir ki, “mərhum qardaşı X9 xx.xx.1992-ci ildə şəhadətləndirilmiş və aldığı yaralanmanın hərbi xidmətlə səbəbli əlaqəsi, "hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. 16 noyabr 1992-ci il tarixli 972 saylı xəstəlik haqqında şəhadətnamə 31 yanvar 2023-cü il tarixdə ƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sistemində altsistemə salınmışdır.Ödənişlərlə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və DSMF-yə müraciət edilməlidir”. İmişli rayon məhkəməsinə göndərdiyi ərizəyə cavab verilib ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və DSMF-yə etdiyi müraciətlərə müsbət cavab almadıqda müvafiq məhkəməyə mülki tələb barədə iddia vermək hüququ vardır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X24 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununda 1-ci qrup əlillər üçün nəzərdə tutulmuş 8800 manat məbləğində sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. İddiaçı ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, qardaşı X5 ödənilməli olan 1-ci qrup əlillər üçün nəzərdə tutulmuş 8800 manat məbləğində sığorta ödənişinin qardaşının vərəsəsi kimi ona ödənilməsini xahiş etmiş, müraciətin müsbət həlli mümkün olmamışdır. Fondun tərəfindən ona X4 1997-ci ilin 2 avqust tarıxinədək aldığı xəsarətlə əlaqədar əlilliyi olduğu təqdirdə bu faktın təsdiq olunması üçün Agentliyə müraciət etməyi tövsiyə edilmiş, fakt təsdiqləndiyi halda birdəfəlik ödəmənin verilməsi məsələsinə yenidən baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 1.2-ci bəndində 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 4.1-ci bəndində 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirliyi Kabinetinin xx.xx.2022-ci il tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini),yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün ərizə və sair sənədlər ilə birlikdə əlilliyin həmin Qaydanın 1.2.1 -ci və ya 1.2.2-ci yarımbəndlərində qeyd olunan səbəblərdən müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilməlidir. Belə ki, X4 əlillik dərəcəsini təsdiq və sübut edən heç bir sənəd Fonda təqdim edilməmişdir. Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mərhumun əlillik dərəcəsini təsdiq edən sənəd aşkar edilməmişdir. Eyni zamanda X9 ilə bağlı Fondun arxivlərində hər hansı məlumat aşkar edilməmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı hər hansı bir hüququ pozulmamış, X4 1997-ci ilin 2 avqust tarixədək aldığı xəsarətlə əlaqədar əlilliyi olması faktı təsdiqləndiyi halda birdəfəlik ödəmənin verilməsi məsələsinə yenidən baxılacaqdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq 2-1(120)-4697/2022 saylı saylı iş üzrə İddiaçı Dövlət Sosial Müdafiə Fonduna qarşı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanununda 1-ci qrup əlillər üçün nəzərdə tutulmuş 8800 manat məbləğində sığorta ödənişinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən İmişli şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə doğulmuş İddiaçı İmişli rayonu, Qaralar kəndində qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-218589/2024 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyindən 11,09.2023-cü il tarixli 5/M/1881/3 nömrəli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2023-cü il tarixli 1-1-23/2-M-2954/5-059/3t/2/2023 nömrəli və Azərbaycan Respublikası Milli Məclisinin Aparatından xx.xx.2023-cü il tarixli 1-6/13-2/2-M-8493/2023 nömrəli məktublarla daxil olan müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda aidiyyəti üzrə baxılıb. Müharibə əlillərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 1997-ci il avqustun 2-də qüvvəyə minənədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə verilir. X4 əlillik dərəcəsini təsdiq və sübut edən heç bir sənəd Fonda təqdim edilməyib. Göndərilən sorğu əsasında Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mərhumun əlillik dərəcəsini təsdiq edən sənəd də aşkar olunmayıb. Eyni zamanda X9 ilə bağlı Fondun arxivlərində hər hansı məlumat aşkar edilməyib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın 2.6.4-cü yarımbəndinə əsasən birdəfəlik ödəmənin verilməsi üçün ərizə və sair sənədlər ilə birlikdə əlilliyin həmin Qaydanın 1.2.1 -ci və ya 1.2.2-ci yarımbəndlərində qeyd olunan səbəblərdən müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilməlidir. X4 1997-ci ilin 2 avqust tarixinədək aldığı xəsarətlə (baş vermiş xəstəliyi ilə) əlaqədar əlilliyi olduğu təqdirdə bu faktın təsdiq olunması üçün Agentliyə müraciət etmək tövsiyə olunur. Həmin fakt təsdiqləndiyi halda birdəfəlik ödəmənin verilməsi məsələsinə yenidən baxıla bilər. - Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 11 dekabr 2023-cü il tarixli 3-17-1/2-290239/23 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “birdəfəlik ödənişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-1 (120)-4697/2023 nömrəli inzibati iş üzrə məhkəmə sorğusuna baxılmışdır. Sözügedən məhkəmə sorğusuna əsasən inzibati icraat materiallarının təsdiq olunmuş surəti təqdim olunur. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-36810/2024 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X17 İnzibati Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)-1811/2024 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Məmmədov Nüşrəvan Çoban oğluna sosial müavinət təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Elektron məlumat bazasına əsasən adıçəkilən şəxsə xx.xx.1993-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmiş və vəfatı ilə əlaqədar xx.xx.2006-cı il tarixdən pensiyanın ödənilməsi dayandırılmışdır. Mərkəzi Filialda mərhum N.Ç.Məmmədovun 080389 nömrəli pensiya işi aşkar edilməmiş və 2 saylı Quba-Xaçmaz regional filialına və Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına pensiya işinin göndərilməsi ilə bağlı sorğu ünvanlanmışdır.Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-11802/2024 nöməli cavab məktubunda bildirilmişdir ki, sözügedən pensiya işi həmin Fililala təhvil verilməmişdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 39219/2024 saylı məktubunda göstərilmişdir ki, pensiyaçıların birləşmiş məlumat bazasına əsasən xx.xx.1970- ci il təvəllüdlü mərhum Məmmədov Nüşrəvan Çoban oğluna xx.xx.1993-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib, vəfatı ilə əlaqədar pensiyasının ödənişi xx.xx.2006-cı il tarixindən dayandırılıb. N.Ç.Məmmədova sosial müavinət və ya Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə dair hər hansı müvafiq məlumat aşkar edilmədi. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 3-17-4/2-14093/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, N.Məmmədova dair araşdırma nəticəsində FİN məlumatı tapmaq mümkün olmamışdır. Həmçinin əlillik vəziyyəti barədə ərazi üzrə xidmət göstərən 19 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. - İmişli Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin məhkəməyə ünvanladığı 364 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2018ci il tarixdə vəfat etmiş X6 qanun üzrə vərəsələrinin müraciətləri əsasında xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmışdır. X3 İmişli Regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinə müraciət etmiş qanun üzrə vərəsələrinin əhatə dairəsi aşağıdakı kimidir: 1.İddiaçı (qohumluq dərəcəsi-oğlu) 2.X11 (qohumluq dərəcəsi-qızı) 3.X15 (qohumluq dərəcəsi-nəvəsi) Hazırda iş İmişli Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin icraatındadır və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməmşdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı 3-17-4/2-24236/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, N.Məmmədovun əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat aşkarlanmadı. Agentliyin arxiv sənədləri arasında araşdırma nəticəsində vətəndaşa dair xx.xx.1993-cü, xx.xx.1994cü, xx.xx.1994-cü və xx.xx.1997-ci tarixli müayinə işləri və protokol məlumatları mövcuddur. Lakin N.Məmmədova dair X7 (FİN - HH0CAH0) aktiv olmadığından "Əlillik" altsisteminə mövcud əlillik məlumatlarının daxil edilməsi mümkün olmamışdır. Şəxs vəfat etdikdə onun ailə üzvlərinə Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti FİN təqdim olunur.Odur ki, ailə üzvləri tərəfindən X4 mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq (məs: müvəqqəti FİN, əlilliyininə dair müvafiq sənədlər) sənədləri Agentliyə təqdim etmələri tövsiyə olunur. -“İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 18-1-46/2-1208/2024 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş xx.xx.1970-ci il təvəllüdlü Məmmədov Nüşrəvan Çoban oğlu xx.xx.2005-ci il tarixində xəstəxanaya "Xroniki hepatit kəskinləşməsi” diaqnozu ilə müraciət etmiş və ona xx.xx.2006-cı il tarixində ******* nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilmişdir. Məmmədov Nüşrəvan Çoban oğluna aid tibbi sənədlərin surətləri məktuba əlavə olunaraq göndərilir. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı cavabdeh orqana müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçu mərhum qardaşına görə birdəfəlik ödəmə olan 8.800 manat məbləğində ödəmənin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilərək, mərhum X4 əlillik dərəcəsini təsdiq və sübut edən heç bir sənəd Fonda təqdim edilmədiyi, göndərilən sorğu əsasında Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində mərhumun əlillik dərəcəsini təsdiq edən sənəd də aşkar olunmdığı, eyni zamanda X9 ilə bağlı Fondun arxivlərində hər hansı məlumat aşkar edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın 2.6.4-cü yarımbəndinə əsasən birdəfəlik ödəmənin verilməsi üçün ərizə və sair sənədlər ilə birlikdə əlilliyin həmin Qaydanın 1.2.1 -ci və ya 1.2.2-ci yarımbəndlərində qeyd olunan səbəblərdən müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış təqdim edilməlidir. X4 1997-ci ilin 2 avqust tarixədək aldığı xəsarətlə (baş vermiş xəstəliyi ilə) əlaqədar əlilliyi olduğu təqdirdə bu faktın təsdiq olunması üçün Agentliyə müraciət etmək tövsiyə olunmuş, həmin fakt təsdiqləndiyi halda birdəfəlik ödəmənin verilməsi məsələsinə yenidən baxıla biləcəyi bildirilmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, cavabdeh orqan iddiaçının müraciətindən imtina edən zaman Fondun arxivlərində mərhum X4 əlillik dərəcəsini təsdiq edən sənəd hər hansı məlumat aşkar edilmədiyini göstərilmişdir. Lakin məhkəmə tərəfindən sorğular göndərilmişdir və müəyyənləşdirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə məktubla müvafiq sənədlər təqdim edilərək, pensiyaçıların birləşmiş məlumat bazasına əsasən xx.xx.1970- ci il təvəllüdlü mərhum Məmmədov Nüşrəvan Çoban oğluna xx.xx.1993-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi, vəfatı ilə əlaqədar pensiyasının ödənişi xx.xx.2006-cı il tarixindən dayandırılması, N.Ç.Məmmədova sosial müavinət və ya Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsinə dair hər hansı müvafiq məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin “İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən məhkəməyə Məmmədov Nüşrəvan Çoban oğlu barəsində Xəstəxanada saxlanılmış tibbi sənədlər göndərilmişdir. Həmin sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mərhum Məmmədov Nüşrəvan Çoban oğlu tibbi kartalarda müharibə əlili-1 qrup olaraq göstərilmiş, xəstəyə qoyulmuş diaqnoz xroniki hepatit kəskinləşməsi qeyd edilmiş, epikriz, müayinə sənədləri və s. təqdim edilmiş, ölüm haqqında tibbi şəhdaətnaməyə əsasən, xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İmişli rayon Hərbi Komissarlıq tərəfindən verilmiş 1033 saylı, xx.xx.2011-ci il tarixli arayışa əsasən, Məmmədov Nüşrəvan Çoban oğlunun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və İ dərəcəli Qarabağ əlili olması barədə məlumat verilmişdir. İmişli Bələdiyyəsinin 67 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən, Məmmədov Nüşrəvan Çoban oğluna Bələdiyyənin xx.xx.2005-ci il tarixli qərarı ilə 32.0 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə, 68 kv.m icarə yolu ilə torpaq sahəsi İ dərəcəli Qarabağ müharibəsi əlili olduğu üçün verilmişdir. xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Məmmədov Nüşrəvan Çoban oğlunun vərəsəsi anası X16 olmuşdur. İmişli Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli, 364 saylı məktubdan görünür ki, X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir, onun qanun üzrə vərəsələri İddiaçı və digər şəxslər olmuşdur. “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydasının 1.1ci bəndinə əsasən, Bu Qayda “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və birdəfəlik ödəmənin və sığorta ödənişlərinin verilməsi qaydasını müəyyən edir. 1.2. Birdəfəlik ödəmə Fərmanın 1-ci hissəsinə uyğun olaraq aşağıdakı kateqoriyadan olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə (bundan sonra – birdəfəlik ödəmə almaq hüququ olan şəxslər) verilir: 1.2.1. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.2. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə; 1.2.3. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edilmiş, lakin sonradan təkrar əlilliyi müəyyən edilməmiş şəxslərə; 1.2.4. 1997-ci il avqustun 2-dək olan xidmət dövründə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulan səbəblərdən əlilliyi müəyyən edildiyinə görə bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş məbləğdən az sığorta ödənişi almış şəxslərə; 1.2.5. bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərin vərəsələrinə. 1.3. Birdəfəlik ödəmə almaq hüququ olan Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə birdəfəlik ödəmə bu Qaydanın tələbləri nəzərə alınmaqla verilir. 1.4. Bu Qaydanın 2.5-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin təyin edilməsi ilə bağlı xidmətlər elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) vasitəsilə göstərilir. 1.5. Bu Qaydanın 2.2-ci bəndi istisna olmaqla, birdəfəlik ödəməni almaq hüququ olan şəxslər bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) struktur bölmələrinə (bundan sonra – Bölmə) və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) müraciət edirlər. 1.6. Birdəfəlik ödəmə bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmuş səbəblərdən birinə əsasən müxtəlif vaxtlarda müəyyən edilmiş və ən yüksək məbləğdə təyinata əsas verən əlillik dərəcəsinə uyğun olaraq verilir. Qaydanın 2-ci bəndinə əsasən, Birdəfəlik ödəmə Fond tərəfindən proaktiv qaydada (müraciət edilmədən), yaxud onu almaq hüququ olan şəxslərin müraciəti əsasında təyin edilir. 2.2. Bu Qaydanın 1.2.1-1.2.4-cü yarımbəndlərində nəzərdə tutulan şəxslərə birdəfəlik ödəmənin proaktiv qaydada təyin edilməsi üçün aşağıdakılar tələb olunur: 2.2.1. hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsinin, qərarının və ya arayışının MEİS-in “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində olması; 2.2.2. əlilliyinin müəyyən edilməsinə dair qərarın MEİS-də olması; 2.2.3. şəxsin adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Fərmanın 9-cu hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda olmaması. 2.3. Birdəfəlik ödəmə almaq hüququ olan şəxsə proaktiv təyinat aparıldığı gün onun əlaqə vasitələrindən (mobil telefonuna və ya elektron poçt ünvanına) birinə və ya poçt vasitəsilə bu barədə məlumat göndərilir. 2.4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Fərmanın 8-ci hissəsinə uyğun olaraq təqdim etdiyi siyahıda qeyd olunan, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan hərbi qulluqçulara və daxili işlər orqanları əməkdaşlarına da sığorta ödənişi proaktiv təyin edilir və bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq bu barədə onlara məlumat verilir. 2.5. Bu Qaydanın 2.2-ci və 2.4-cü bəndlərinə uyğun olaraq proaktiv qaydada təyinat aparılması mümkün olmayan hallarda, habelə bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə birdəfəlik ödəmə bu Qaydanın 2.6-2.8-ci bəndlərinə əsasən tələb olunan sənədlər əlavə edilməklə (bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla) birdəfəlik ödəmə almaq hüququ olan şəxsin istənilən Bölməyə və ya Mərkəzə birbaşa və ya poçt vasitəsilə və ya elektron qaydada şəxsən və ya nümayəndə vasitəsilə yazılı müraciəti əsasında Fond tərəfindən təyin edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq birdəfəlik ödəmənin verilməsi üçün ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir: 2.6.1. müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi; 2.6.2. ərizə nümayəndə vasitəsilə təqdim edildikdə nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsi; 2.6.3. tibbi sənədlər (hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) xəstəlik haqqında şəhadətnaməsi, qərarı və ya arayışı); 2.6.4. əlilliyin bu Qaydanın 1.2.1-ci və ya 1.2.2-ci yarımbəndlərində qeyd olunan səbəblərdən müəyyən edilməsinə dair tibbi-sosial ekspertiza müayinəsinin nəticəsindən çıxarış. 2.7. Fərmanın 1-ci hissəsinə əsasən sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müraciət edildikdə, bu Qaydanın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində qeyd olunanlardan əlavə sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı da təqdim edilir. 2.8. Birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşlarının vərəsələri bu Qaydanın 2.6-cı və 2.7-ci bəndləri nəzərə alınmaqla, əlavə olaraq aşağıdakı sənədləri də təqdim etməlidirlər: 2.8.1. birdəfəlik ödəmə almaq hüququ olan hərbi qulluqçunun və ya daxili işlər orqanı əməkdaşının ölüm haqqında şəhadətnaməsi; 2.8.2. vərəsəlik hüququ haqqında şəhadətnamə. 2.9. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən X8 Sistemi vasitəsilə müvafiq dövlət orqanlarından (qurumlarından) bu Qaydanın 2.6-2.8-ci bəndlərində qeyd olunan sənədləri və ya məlumatları əldə etmək mümkün olduqda, həmin sənədlərin və ya məlumatların təqdim edilməsi müraciət edən şəxsdən tələb olunmur. Belə sənədlərin və ya məlumatların X8 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanlarından (qurumlarından) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir. 2.10. Yazılı və ya elektron müraciət əsasında təyinat aparılması üçün Bölməyə və ya Mərkəzə daxil olan (təqdim edilən) sənədlərin tamlığı və düzgünlüyü yoxlanılır. Təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıq aşkar olunmadıqda, müraciət edən şəxs bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla ərizə qeydiyyata alınır. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar olunduqda, müraciət edən şəxsə həmin çatışmazlıqların 10 (on) iş günü müddətində aradan qaldırılması (bu Qaydanın 2.9-cu bəndinin tələbi nəzərə alınmaqla) barədə dərhal, müraciət poçt vasitəsilə edildikdə isə bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada ən geci 3 (üç) iş günü müddətində məlumat verilir və bu zaman bu Qaydanın 2.11-ci bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. 2.11. Ərizənin qeydiyyata alındığı gündən 20 (iyirmi) iş günü müddətində Bölmə və ya Mərkəz tərəfindən birdəfəlik ödəmənin verilməsi və ya verilməsindən imtina olunmasına dair (səbəbi göstərilməklə) Fond tərəfindən müvafiq qərar qəbul edilir və bu Qaydanın 2.3cü bəndində nəzərdə tutulmuş qaydada 3 (üç) iş günü müddətində müraciət edən şəxsə bu barədə məlumat (birdəfəlik ödəmənin verilməsindən imtina ilə bağlı məlumata münasibətdə imtina səbəbi göstərilməklə) verilir. 2.12. Birdəfəlik ödəmənin verilməsindən bu Qaydanın 2.13-cü bəndi nəzərə alınmaqla aşağıdakı hallarda imtina edilir: 2.12.1. müraciət edən şəxsin bu Qaydanın 1.2-ci bəndinə əsasən birdəfəlik ödəməni almaq hüququ olmadıqda; 2.12.2. müraciət edən şəxs bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda; 2.12.3. müraciət edən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi aldıqda; 2.12.4. təqdim edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqlar bu Qaydanın 2.10cu bəndində nəzərdə tutulan müddətdə aradan qaldırılmadıqda. 2.13. Bu Qaydanın 2.12.2-ci və 2.12.3-cü yarımbəndlərində qeyd edilən imtina halları "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sığorta ödənişinin ödənilməsinə dair ödəniş sənədi (qaimə, qəbz və s.) barədə məlumatları əsasında müəyyən edilir. 2.14. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarında qeyd edilən əlillik dərəcəsinə uyğun olaraq, bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulan məbləğlərdə sığorta ödənişi təyin edilir. 2.15. Bu Qaydanın 2.12.4-cü yarımbəndində nəzərdə tutulmuş halda birdəfəlik ödəmənin verilməsindən imtina edildikdə, həmin şəxs imtinaya səbəb olan hallar aradan qaldırıldıqdan sonra birdəfəlik ödəməni almaq üçün təkrar müraciət etmək hüququna malikdir. 2.16. Müraciət edən şəxsin birdəfəlik ödəmənin verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət etmək hüququ vardır. Qaydanın 3-cü bəndinə əsasən, Fərmanın 1-ci hissəsinə uyğun olaraq birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə təyin edilir: 3.1.1. İ dərəcə əlilliyə görə – 8 800 manat; 3.1.2. İİ dərəcə əlilliyə görə – 6 600 manat; 3.1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 3.1.4. bu Qaydanın 1.2.5-ci yarımbəndində nəzərdə tutulan şəxslərə - vəfat etmiş şəxsin əlillik dərəcəsinə uyğun olaraq bu Qaydanın 3.1.1-3.1.3-cü yarımbəndlərində nəzərdə tutulan məbləğ nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən onlara çatası miras payı məbləğində. 3.2. Birdəfəlik ödəmə almaq hüququ olan şəxslərə birdəfəlik ödəmə və sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sığorta ödənişləri Fərmanın 4.2-ci və 6.2-ci bəndlərinə uyğun olaraq, dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına Fond tərəfindən bu Qaydanın 3.3-cü bəndi ilə müəyyən edilmiş qaydada ödənilir. 3.3. Birdəfəlik ödəmə birdəfəlik ödəmənin verilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü müddətində müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq Fond tərəfindən nağdsız qaydada ödənilir. 3.4. Birdəfəlik ödəmənin ödənilməsi və sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sığorta ödənişinin verilməsi ilə bağlı bank xərcləri Fərmanın 4.2-ci və 6.2-ci bəndlərinə uyğun olaraq dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X13 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı 1-ci dərəcəli əlil olmuş mərhum qardaşı X5 görə birdəfəlik ödəmə olan 8.800 manat məbləğində ödəmənin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 1-ci dərəcəli əlil olmuş mərhum qardaşı X5 görə birdəfəlik ödəmə olan 8.800 manat məbləğində ödəmənin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar