Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1823/2025 06.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İmişli “Asan Xidmət” X6rşı “İmişli rayonu Bəhrəmtəpə qəsəbə İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli doğum akt qeydində soyadının “Cəfərzadə”dən “Cəfərov”a, adının “Əmrah”dan “Təzəxan”a dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 06 fevral 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “İmişli rayonu Bəhrəmtəpə qəsəbə İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli doğum akt qeydində soyadının “Cəfərzadə”dən “Cəfərov”a, adının “Əmrah”dan “Təzəxan”a dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə İmişli rayonunun Qaragüvəndikli kəndində anadan olmuşdur. X1, anası X8 olmuşdur. Ona İmişli rayonu Bəhrəmtəpə icra nümayəndəliyi tərəfindən xx.xx.1958-ci il tarixli, 37 nömrəli doğum akt qeydində soyadı Cəfərov, adı Təzəxan, atasının adı Mövsüm yazılmışdır. 2007ci il tarixdə İmişli rayon qeydiyyat şöbəsinə ərizə verib adını el arasında çağrıldığı kimi Əmraha, soyadını Cəfərzadəyə dəyişib. Lakin sonralar əsas sənədləri-evinin qeydiyyat vəsiqəsini, uşaqlarının sənədlərini, pensiya sənədini dəyişdirtdırə bilməmişdir. Ona görə də əvvəlki soyad və adına qayıtmağa qərar verib. O, soyadının və adının dəyişdirilməsi üçün İmişli rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024cü ıl tarixli rəylə heç bir qanuni əsas göstərmədən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında ad və soyadında düzəliş etməkdən imtina edilmiş, ona məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Cavabdehin hərəkətini düzgün hesab etmir. Belə ki, onun 3 uşağının doğum sənədləri, evinin çıxarışı, pensiya sənədində soyadı Cəfərov, adım Təzəxan kimi yazılmışdır. Həmin rəsmi sənədlərin dəyişdirilməsi qeyri-mümkündür. Ona görə də istəyir ki, doğum akt qeydində “Cəfərzadə”dən Cəfərova və “Əmrah”dan Təzəxana dəyişiklik edilsin. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, Cavabdeh nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, iş materialarında olan: Cavabdeh soyadın və adının dəyişdirilməsi haqqında xx.xx.2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, 10 sentyabr 2007-ci il tarixdə 02 nömrəli aktla “Cəfərov Təzəxan“-dan “İddiaçı“-a dəyişdirilmişdir. İkinci dəfə adın, soyadın və ya ata adının dəyişdirilməsinə yalnız ailədə ümumi soyad götürmək səbəbi olarsa yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na müvafiq olaraq, İddiaçı soyadının “Cəfərzadə”dən “Cəfərov”a, adının “Əmrah”dan “Təzəxan”a dəyişdirilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuş, İmişli rayonu, Koroğlu küçəsi, ev 28 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasi” X14 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü, İddiaçı arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı soyadını və adını xx.xx.2007ci ildə “Cəfərov Təzəxan”-dan “İddiaçı”-a dəyişdirmişdir. Soyadın və adın ikinci dəfə dəyişdirilməsindən imtina edilmiş, imtinanın əsası da rəydə öz əksini tapmışdır. Soyadın, Adın və Ata adının dəyişdirilməsi haqqında xx.xx.2007-ci il tarixli, 02 nömrəli aktın qeydindən görünür ki, X4 adı və soyadı İddiaçı dəyişdirilmişdir. xx.xx.1958-ci il tarixli, 37 nömrəli doğum aktı qeydinə düzəliş edilərək X4 adı və soyadı İddiaçı dəyişdirilmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq normaları: Konstitusiyanıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə əsasən, ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1958-ci ildə doğulmuş X9 adının və soyadının dəyişdirilməsi ilə bağlı İmişli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, Təzəxan Cəfərov adı və soyadı İddiaçı kimi dəyişdirilərək xx.xx.2007-ci il tarixli, 02 nömrəli Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı ad və soyadının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən növbəti dəfə ad və soyadın dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçının tələbi təmin edilə bilməz. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının ad və soyadının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçı əvvəlki soyad və adına qayıtmaq istəsə belə bu hal növbəti dəfə adın və soyadın dəyişdirilməsidir ki, bu halla bağlı qanunvericilikdə istisnalar nəzərdə tutulmamışdır. İddiaçının adının və soyadının dəyişdirilməsinin müxtəlif problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla adın və soyadın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Bundan başqa iddiaçı qanunla ona verilən hüquqdan istifadə edərək adını və soyadını dəyişdirən zaman üzləşəcəyi narahatlıqlara da eyni zamanda razı olmuş adını və soyadını dəyişmişdir. Həmçinin iddiaçı əvvəlki məhkəmə iclaslarında izahatında da bildirmişdir ki, Türkiyə Respublikasından deportasiya olunmuşdur. Məhkəmə hesab edir ki, hazırki halda ad və soyadının dəyişdirilməsi səbəbi də həmin deportasiya ilə bağlıdır ki, həmin hal ad və soyadın dəyişdirilməsi üçün əsas hesab oluna bilməz. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “İmişli rayonu Bəhrəmtəpə qəsəbə İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli doğum akt qeydində soyadının “Cəfərzadə”dən “Cəfərov”a, adının “Əmrah”dan “Təzəxan”a dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1823/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1823/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver