Məhkəmə qərarları › İş №2-1(120)-1829/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1829/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1829/2023 15.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, 74 saylı əmrin ləğv edilməsi, Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və 300 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, 74 saylı əmrin ləğv edilməsi, Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və 300 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2-1(120)-1829/2023 nömrəli məktubu ilə iddiaçı X3 hüquqi yardım edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək müqaviləsinə Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 74 saylı əmri ilə xitam verilərək o, Fizuli Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsindən azad edilmişdir. Həmin əmrdə əsas kimi Dövlət qulluğu haqqında AR qanunun 18.0.9-cu, 20.1.2-ci, 25.2.6-cı maddələri, Dövlət qulluqçularının etik davranış qaydaları haqqında AR qanunun 6.2-ci, 6.4-cü maddələri, Korrupsiyaya qarşı mübarizə haqqında AR qanunun 9.3.1-ci maddələri göstərilib. Lakin həmin əmrin surəti hələ də ona rəsmi qaydada verilməmişdir. Onunla birlikdə qeyri-rəsmi yollar ilə həmin əmrin kserosurəti ilə xx.xx.2022-ci il tarixində tanış olmaq imkanını əldə edə bilmişdir. xx.xx.2022ci il tarixindən neyrolojik problemləri səbəbi ilə xəstə yatır və amblator müalicə alır. Həmin əmr qanunvericiliyin maddi və prosessual imperativ normalarına zidd olduğu üçün ləğv edilməli, öz işinə bərpa olunmalıdır. Əmrdə göstərilir ki, “qulluq keçdiyi orqan rəhbərinin icazəsi olmadan başqa ödənişli fəaliyyət ilə məşğul olduğuna görə” işdən azad edilmişdir. Fizuli Rayon İcra Hakimiyyəti başçısının və digər rəhbər şəxslərə yaxşı məlumdur ki, əvvəlki icra başçısının şifahi təklifi, hətta xahişi (razılığı) əsasında Fizuli rayon 1 saylı Peşə Məktəbinin mühasibatlıq işlərini oraya çox vaxtı getmədən kənardan icra edib və bunu icra edərkən də Fizuli Rayon İcra Hakimiyyəti başçılığında olan işinin ahəngini pozmayıb, ən yüksək keyfiyyət və vicdanla həmin işini icra etmişdir. Heç bir vaxt da xəbərdarlıq, töhmət və ya başqa intizam tənbehi almamışdır. Əksinə dəfələrlə təbrik və təşəkkür eşidmişdir. Onun işdən azad edilməsi qanunsuzdur. xx.xx.2022-ci il tarixli, 74 saylı əmr ləğv edilərək onun işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində göstərib ki, işdən çıxarılmasına dair Cavabdeh xx.xx.2022-ci il tarixli, 74 saylı əmri bu günə kimi ona təqdim edilməmişdir. Cavabdeh əməkdaşı Bayram Niftəliyev tərəfindən İddiaçı işdən çıxarılması barədə xx.xx.2022-ci il tarixli, 74 saylı əmr təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı prosessual müddəti üzürsüz səbəbdən buraxması səbəbindən hesab edirəm ki, onun iddia tələbi üzrə məhkəmənin icraatında olan 2-1(120)- 1829/2023 saylı inzibati işə baxılmamalıdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi 1 saylı Peşə məktəbində mühasib işləməsi barədə Cavabdeh başçısına məlumat vermiş və onun bu vəzifədə işləməsinə razılığı olmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18.0.9-cu maddəsinə qeyd olunur ki, dövlət qulluqçusu qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidir. Cavabdeh başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən verilmiş, 03 aprel 2023-cü il tarixli məktubda görünür ki, İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 18.0.9-cu maddəsinin tələblərinə riayət etməmiş, heç vaxt öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməmişdir. Ərizəyə əlavə edilmiş 1 nömrəli Füzuli Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli 22 nömrəli məktubunda qeyd olunur ki, xx.xx.2010-cu il tarixli 99 nömrəli əmr ilə İddiaçı məktəbin bütün bank-maliyyə işlərini icra etməsi həvalə edilmişdir. O, məktəbdə olan 2018-2019 və 2019-2020-ci illərin tarifləşmə cədvəllərində baş mühasib vəzifəsini icra etməklə yanaşı müəllim kimi də fəaliyyət göstərmişdir. İddiaçı 2020-2021 və 2021-2022-ci illərin tarifikasiyasında müəllim kimi fəaliyyət göstərməmiş baş mühasib kimi işləmişdir. İddiaçı işdən azad edilməsi barədə yazdığı 28 iyun 2022-ci il tarixli ərizəsində özünü Baş mühasib kimi göstərmiş və rəhbərlikdən sahətinə görə işdən azad edilməsini xahiş etmişdir. 1 nömrəli Füzuli Peşə Məktəbinin direktoru qeyd olunan ərizə əsasında 40 nömrəli əmri ilə iddiaçı Ələddin Mehdiyevi işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinə əsasən, dövlət qulluqçusi, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Həmin qanunun 25.6cı maddəsinə əsasən, Bu Qanunun 25.2.6-cı (dövlət qulluğundan azad edilmə) maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinin tələblərini pozduğu üçün ona həmin qanunun 25.2.6-cı maddəsinin tətbiq edilməsi yəni işdən azad edilməsi qanunamüvafıqdir. Bundan əlavə, iddiaçının əməlində “Korrupsiyaya qarşı mübarizə haqqında’’ Azərbaycan Respublikası Qanunun 9.3.1-ci maddəsinin əlamətdəridə müəyyən edilmişdir. Belə ki, 9.3.1-ci maddəsində qeyd edilir ki, xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövürdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq korrupsiya ilə əlaqədar hüquqpozma hesab edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.11-ci maddəsinə əsasən, Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci (5.1.1-ci maddəsi “mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə” məlumat vermək) maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Füzuli Rayon İçra Hakimiyyəti tərəfindən 16.01,2023-cü il tarixli 5-43-2/2-74/2023 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsinin İstintaq idarəsinə ünvanlamış 74/2023 saylı məktuba cavab olaraq bildirilmişdir ki, 1 X17 Məktəbinin vəzifəli şəxsləri barəsində AR CM-nin 179.3.2; 308.1 və 313-cü maddələri ilə ********* saylı cinayət işinin istintaqı aparılır. İddiaç İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izah olunanların ona aydın olduğunu bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X7 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X9 iddiaçı tərəfindən iddia müddətinin ötürülərək məhkəməyə müraciət etdildiyi bildirilərək, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 74 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan başqa ödənişli fəaliyyətlə məşğul olduğuna, əlavə gəlirlərinin mənbəyini, növünü və məbləğini göstərmədiyinə görə Cavabdeh başçısr Aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilsin, onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. İşdə olan Azərbaycan Respublikası Elmi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi 1 nömrəli Füzuli Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli, 22 nömrəli məktundan görünür ki, İddiaçı 1988-ci ildən 1 nömrəli Füzuli Peşə Məktəbində tutduğu Baş Mühasib vəzifəsindən xx.xx.2009-cu il tarixli, 97 nömrəli əmrə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq dərs saatları saxlanılmaqla öz ərizəsi ilə baş mühasib vəzifəsindən azad olunub. 5 yanvar 2010-cu il tarixli, 99 nömrəli əmrə əsasən müəllim İddiaçı məktəbin bütün bank-maliyyə işlərini əvvəlki qaydada davam etdirməklə həvala olunmuşdur. Hal-hazırda məktəbdə olan 2018-2019, 2019- 2020-ci illərin tarifləşmə cədvəllərinə əsasən Mehdiyev Ələddin məktəbdə müəllim kimi tarifikasiya cədvəli üzrə dərs saatları aparmaqla, eyni zamanda məktəbin baş mühasibi vəzifəsini icra etmişdir. 2020-2021 və 2021-2022-ci illərin tarifikasiyasında İddiaçı müəllim kimi fəaliyyəti olmamış, əmək haqqı cədvəllərində baş mühasib kimi adı qeyd olunaraq 2022-ci il iyun ayına qədər həmin vəzifəni icra etmişdir. Bu barədə heç bir əmək müqaviləsi və elektron hökümət portalında qeydiyyat olmamışdır. 28 iyun 2022-ci il tarixdən 1 nömrəli Füzuli Peşə Məktəbindən baş mühasib vəzifəsindən öz ərizəsi əsasında 40 nömrəli əmrlə azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Elmi və Təhsil Nazirliyi 1 nömrəli Füzuli Peşə Məktəbinin xx.xx.2023-cü il tarixli, 11 nömrəli məktubundan görünür ki, İddiaçı 1988-ci ildə əmək kitabçasına əsasən Füzuli 1 nömrəli peşə məktəbinə baş mühasib vəzifəsinə təyin edilib. xx.xx.2009-cu il tarixli, 97 nömrəli əmrə əsəasən başqa işə keçməsi ilə əlaqədar olaraq dərs saatları saxlanılmaqla baş mühasib vəzifəsindən azad olunub xx.xx.2010-cu il, 98 nömrəli əmrə əsasən (həyat yoldaşı) X4 baş mühasib vəzifəsinə təyin edilmişdir. 05 yanvar 2010-cu il tarixli, 99 nömrəli əmrə əsasən müəllim İddiaçı məktəbin bütün bank, maliyə işlərini əvvəlki qaydada davam etdirmək ona həvalə olunmuşdur. 1988-ci ildən 2019-cu ilə qədər aldığı əmək haqqı öz işlədiyi dövrü əhatə etdiyi üçün əllərində heç bir əsas yoxdur. 2019-cu ildən 2022-ci ilin yanvar ayına qədər 595 manat əmək haqqı almışdır. 2022-ci ilin yanvar ayından xx.xx.2022-ci il tarixədək 714 manat əmək haqqı almışdır. xx.xx.2022-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, ********* nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə daxil clmuş 12 aprel 2023-cü ıl tarixli 2- 1 (120)-1829/2023 nömrəli cinayət işi üzrə sorğunuza baxılmışdır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 179.3.2, 308 2 və 313-cü maddələri ilə istintaqı aparılmış ********* №-li cinayət işi üzrə X10 təqsirləndirilən şəxs qismində cəlb edilib ona həmin Məcəllənin 179.3.2, 308.2 və 313-cü maddələri ittiham elan edilməklə cinayət işi yekun ittiham aktı ilə birlikdə baxılması üçün 28 fevral 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd edilən cinayət işı üzrə 1 nömrəli Füzuli peşə məktəbində bank və maliyyə işləri həvalə olunmuş İddiaçı əməlində cinayət tərkibi müəyyən edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Cavabdeh başçısının aparatının hüquq şöbəsinin xx.xx.2023-cü il tarixli, 5-43-5/2-1197/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh başçısı Aparatında vəzifəyə təyin olunması və müxtəlif vəzifələr təyin olunması üçün verilən əmrlər və əsas olmuş sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli fialalına təhvil verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə RİHB-nın xx.xx.2022-ci il tarixli 74 nömrəli əmrinin və həmin əmrin verilməsinə əsas olan sənədlərin, RİH-də işə qəbul olarkən hazırlanmış şəxsi işi olan sənədlərin, əmək kitabçası və əmrin surətinin verilməsi barədə izahatın kserosurəti Sizə göndərilir. Ələddin Mehdiyevin aylıq əmək haqqı 2022-ci ilin fevral ayına kimi 659 (altı yüz əlli doqquz) manat, fevral ayından işlədiyi dövrədək isə 1203.50 (bir min iki yüz üç 50 qəpik) manat olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 74 saylı əmrinin təsdiq edilmiş surətindən görünür ki, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan başqa ödənişli fəaliyyətlə məşğul olduğuna, əlavə gəlirlərinin mənbəyini, növünü və məbləğini göstərmədiyinə görə Cavabdeh başçısr Aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Elmi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi 1 nömrəli Füzuli Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli, 22 nömrəli məktundan görünür ki, İddiaçı 1988-ci ildən 1 nömrəli Füzuli Peşə Məktəbində tutduğu Baş Mühasib vəzifəsindən xx.xx.2009-cu il tarixli, 97 nömrəli əmrə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq dərs saatları saxlanılmaqla öz ərizəsi ilə baş mühasib vəzifəsindən azad olunub. 5 yanvar 2010-cu il tarixli, 99 nömrəli əmrə əsasən müəllim İddiaçı məktəbin bütün bank-maliyyə işlərini əvvəlki qaydada davam etdirməklə həvala olunmuşdur. Hal-hazırda məktəbdə olan 2018- 2019, 2019-2020-ci illərin tarifləşmə cədvəllərinə əsasən Mehdiyev Ələddin məktəbdə müəllim kimi tarifikasiya cədvəli üzrə dərs saatları aparmaqla, eyni zamanda məktəbin baş mühasibi vəzifəsini icra etmişdir. 2020-2021 və 2021-2022-ci illərin tarifikasiyasında İddiaçı müəllim kimi fəaliyyəti olmamış, əmək haqqı cədvəllərində baş mühasib kimi adı qeyd olunaraq 2022-ci il iyun ayına qədər həmin vəzifəni icra etmişdir. Bu barədə heç bir əmək müqaviləsi və elektron hökümət portalında qeydiyyat olmamışdır. 28 iyun 2022-ci il tarixdən 1 nömrəli Füzuli Peşə Məktəbindən baş mühasib vəzifəsindən öz ərizəsi əsasında 40 nömrəli əmrlə azad edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023cü il tarixli, ********* nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə daxil clmuş 12 aprel 2023cü ıl tarixli 2- 1 (120)-1829/2023 nömrəli cinayət işi üzrə sorğunuza baxılmışdır. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 179.3.2, 308 2 və 313-cü maddələri ilə istintaqı aparılmış ********* №-li cinayət işi üzrə X10 təqsirləndirilən şəxs qismində cəlb edilib ona həmin Məcəllənin 179.3.2, 308.2 və 313-cü maddələri ittiham elan edilməklə cinayət işi yekun ittiham aktı ilə birlikdə baxılması üçün 28 fevral 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd edilən cinayət işı üzrə 1 nömrəli Füzuli peşə məktəbində bank və maliyyə işləri həvalə olunmuş İddiaçı əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı iddia tələbində iddia müddətinə riayət etmədən yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı razılaşmadığı Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 74 saylı əmrindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdi. Lakin işin faktiki hallarından da göründüyü kimi iddiaçı şikayət vermə müddətini ötürmüşdür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi əmrdən uzun müddətdir məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələdirilən inzibati akt 16 sentyabr 2022-ci ildə olmuşdur və həmin akt iddiaçı tərəfindən 2023-cü ilin yanvar tarixdə mübahisələndirilmişdir. İş materiallarına əsasən mübahisələndirilən Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 74 saylı əmri ilə bağlı uzun müddətdir ki, məlumatının olduğu müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində Aşağıdakı hallar müəyyən edilmişdir: - İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstə olması səbəbindən stasionar müalicə aldığı müəyyən edilir. Belə ki, Ambulator müalicə və ya ambulator yardım stasionar müalicədən fərqli olaraq prosedurunuzla eyni gündə evə getməyə imkan verən hər hansı bir tibbi prosedur və ya cərrahiyyədir. Lakin qeyd edilən dövrdə xəstə olsa da, tərəfindən iş yerinə məlumat verməsi barədə məlumatlar əlavə edilməmişdir. İddiaçının ambulator müalicədə olması onun iş yerinə getməsinə, rəsmi qaydada işdən icazə almasına, müvafiq məlumatların təqdim edilməsinə və qanunla müəyyən edilmiş müddətdə şikayət verməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. - İddiaçı mübahisələndirilən əmrlə xx.xx.2022-ci il tarixdə tanış olduğunu qeyd etmişdir. Bu hissə də aparılan araşdırma nəticəsində məhkəmə belə qənaetə gəmişdir ki, iddiaçının qeyd edilən əmrdən uzun müddətdir xəbəri olmuşdur. Belə ki, 04 aprel 2023-cü il tarixli iclasında iddiaçı izahat verdiyi zaman sentyabr iş yoldaşı olan Bayram adlı şəxslə birlikdə icra başçısının qəbulunda olduğunu, oktyabr ayında isə əmək kitabçasının ona təqdim edildiyini bildirmişdir. Qeyd edilən halları X5 İcra hakimiyyətində xx.xx.2023-cü il tarixdə verdiyi izahatında da təsdiqləmişdir. - İş materiallarına əsasən iddiaçının işdən çıxarılma barədə əmri verildiyi 16 sentyabr 2022-ci il tarixdən sonra əmək haqqı almadığı müəyyən olunmuşdur. Belə ki, iddiaçının əmək haqqı almadığı dövrdə artıq qeyd edilən halları araşdırması hüququ vardır. Lakin qeyd edilən istiqamətdə, yəni əmək haqqının ödənilməmə səbəbləri barəsində məlumatın əldə edilməsindən ötrü iddiaçı tərəfindən hər hansı hərəkətin olmadığı müəyyən olunur. İddiaçının məhkəməyə müraciət edən vaxta kimi əmək haqqı almadığı müddət 4 aya yaxın müddət iddiaçı tərəfindən hərəkətləri ilə etirazını bildirmək üçün kifayət qədər uzun müddət olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı Fizuli Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsindən azad edildiyi barədə xx.xx.2022-ci il tarixli, 74 saylı əmrin ləğv edilməsi, Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və 300 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə mübahisələndirilmişdir. İş materiallarına əsasən iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktla bağlı uzun müddətdir ki, məlumatının olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 23 avqust 2023-cü il tarixli, 2-1(120)-1829/2023 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, qanunvericiliyin müddətlə bağlı tələbləri izah olunmuş, iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı ilə müddətin bərpası ilə bağlı ərizəsinin müzakirəsi aparılmışdır. Belə ki, hazırkı halda müddətin ötürülməsi aşkardır ki, iddianın mümkün hesab edilməsi və işə mahiyyəti üzrə baxılması üçün əsas qismində iddiaçının müddət bərpa barədə ərizə verilməsi ilə əlaqədar ola bilər. İddiaçı da həmin ərizə ilə məhkəməyə müraciət etmişdir ki, iddianın mümkünlüyü ilə bağlı həmin ərizənin münasibət bildirilməsi ilə bağlı da aşağıdakıların xüsusi olaraq vurğulanmasını zəruri hesab edir. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan əmr barədə iddiaçı məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçı həmin iddia müddətini ötürmüşdür, lakin müddətin buraxılmasına səbəb olmuş halları iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstə olması və ambulator müalicə alması ilə əlaqələndirsə də, məhkəmə həmin əsasları ərizənin bərpası üçün yetərli əsas hesab etmir. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb təqsirin olmaması ilə bağlıdır ki, iddiaçının ərizəsində qeyd etdiyi təqsirlə bağlı vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, 74 saylı əmrin ləğv edilməsi, Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və 300 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı “xx.xx.2022-ci il tarixli, 74 saylı əmrin ləğv edilməsi, Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və 300 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar