Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-183/2024 19.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0,3433 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0,3433 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(120)-183/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Lənkəran rayon İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X2 əsasən Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0,3433 ha torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) iddiaçının xüsusi mülkiyyətindədir. O, özünə məxsus torpaq sahəsində bir mərtəbəli qeyri-yaşayış obyekti inşa etdirmişdir. Qeyd edilən qeyri-yaşayış obyektinin layihəsi "xxxx" MMC tərəfindən hazırlanmış və Lənkəran şəhər İcra Hakimiyyəti ilə razılaşdırılaraq təsdiq edilmişdir. O, xüsusi mülkiyyətində torpaq sahəsində tikilmiş qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq Çıxarış almaq üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda müraciətinin icrasından imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********97nömrəli bildirişdə qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətdə olan 0.3433 ha torpaq sahəsi üzərində təsdiqlənmiş layihə sənədləri əsasında inşa edilmiş qeyri-yaşayış binasına dair yaranmış hüquqların vahid daşınmaz əmlak obyekti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması proseduru ilə əlaqədar təqdim edilən hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, həmin qeyri-yaşayış binasına dair mühüm əhəmiyyətli sənədlərdən sayılan tikinti obyektinin “İstismarına icazə sənədi” Ərazi İdarəsinə təqdim edilməmişdir. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. - İşdə olan AZE08437529 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçıxx.xx.1982-ci ildə anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli çıxarışa əsasən, Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0.3433 ha torpaq sahəsi İddiaçı adına **********95 reyestr nömrə ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********91 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2022-ci il 27 aprel tarixli, 2-1 (120)-1534/2022 saylı inzibati iş üzrə İddiaçı cavabdeh olaraq Ərazi idarəsinə qarşı “ünvan 6 ünvanında 0,3433 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin üzərinə qoyulması” iddia tələbinə dair sərəncama münasibətin (etirazın) bildirilməsi ilə əlaqədar arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə sərəncamda, habelə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsin (İddiaçı) mülkiyyətində olan 0.3433 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq hazırki iş üzrə iddiaçının adına qeydiyyatın aparılması öhdəliyinin cavabdeh olaraq üzərimizə qoyulması məsələsinə münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildirilir ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki sərəncamın aidiyyəti üzrə icrası olaraq tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, yuxarıda göstərilən ünvanda yerləşən, mülkiyyətdə olan 0.3433 ha torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında iddiaçı tərəfindən inşa edilmiş ona məxsus qeyriyaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2022-ci il 17 yanvar tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında icraata qəbul edilmişdir.Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin (çöl ölçmə işlərinin) və sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş layihə üzrə inşa edilmiş qeyri-yaşayış binasına dair tələb olunan mühüm sənədlərdən sayılan istismara icazə sənədi təqdim olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Xidmət orqanı olaraq bildirilir ki, həmin qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə (istismara icazə sənədi tələb olunan tikili olduğundan: AR Şəhərsalma və Arxitektura Komitəsinin tikinti obyektinə verilmiş xüsusi kodun nömrəsi qeyd olunmaqla tərtib olunmuş şəhadətnamə, tikinti obyektinin istismarına icazə sənədi və AR. FHN-nin aidiyyəti qurumu tərəfindən təsdiqlənmiş istismara hazırlıq aktı) iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 24 yanvar 2022-ci il tarixli “İmtina” bildirişi göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hazırki sərəncamın İddiaçı cavabdeh olaraq Ərazi idarəsinə qarşı “inşa edilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdeh olaraq üzərinə qoyulması” iddia tələbinə qanunamüvafiq olaraq etiraz etmiş və iddianın təmin olunmaması barədə qərar qəbul etməyi xahiş etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-9774/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivində JN-4008 saylı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” və onun verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. - İşdə olan xx.xx.2011-ci il tarixli torpaq sahəsinin bağışlama müqaviləsindən görünür ki, X1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli MA №0001872 saylı çıxarışavə ƏMDK yanında DƏDRX-nin 22-22-911saylı xx.xx.2011-ci il tarixli arayışına əsasən ona məxsus olan və Lənkəran şəhəri 22-ci məhəllədə yerləşən 0,14 hatorpaq sahəsini kürəkəni Hüsevnov lkin Eldar oğluna bağışlamışdır. Tərəflər bağışlanan əmlakı 9000 (doqquz min) manat məbləğində dəyərləndirmişdirlər. - İddiaçı tərəfindən qeyri-yaşayış binasının Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən razılaşdırılmış qaydada memarlıq planlaşdırma bölməsi təqdim edilmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 13-16/2-07/07-3/1/14811/2023 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran şəhəri, X4 küçəsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyekti ilə "xxxx" ASC-yə məxsus d280 mm su xəttinin arasındakı məsafə 9 (doqquz) metr olduğu üçün həmin qeyriyaşayış obyekti mühafizə zonasında yerləşmir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin “a” bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağan edilir. - Azərbaycan Respublikası "xxxx" ASC-i 3 №-li regional sukanal idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 13-16-9-3/2-03/1-1272/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı məxsus Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən 0.3433 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binasının "xxxx" ASC-yə məxsus su və kanalizasiya xətlərinin mühafizə zonasına daxil deyil, qeyriyaşayış obyekti ilə su xəttinin yerləşdiyi yer arasındakı məsafə 5 (beş) metr olmalıdır faktiki 9 (doqquz) metrdir. Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən 0.3433 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binasının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması iddiaçının və digər şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətmir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-35/2-8486/2023 nömrəli məktubunda göstərilmişdir ki, Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0,3433 ha torpaq sahəsi üzərində inşa edilmiş İddiaçı məxsus birmərtəbəli qeyri-yaşayış binasının istismarına icazə verilib-verilməməsi, icazə verilmişdirsə, istismara qəbul aktının və aidiyyəti digər sənədlərin, o cümlədən binanın təsdiq edilmiş eskiz layihəsinin təsdiq edilmiş surətinin təqdim edilməsinə dair 07.11,2023-cü il tarixli 2-1(120)-468/2023 nömrəli müraciətinizə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır.Bununla əlaqədar bildiririk ki, sözügedən ünvanda qeyri-yaşayış binasının istismarına icazənin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 nömrəli Fərmanına uyğun olaraq yerli icra hakimiyyəti orqanı tərəfindən verildiyini nəzərə alaraq, tikintiyə dair sənədlərinin surətinin verilməsi üçün Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət etmək tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli çıxarışa əsasən, Lənkəran şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 0.14 ha torpaq sahəsi İddiaçı adına **********14 reyestr nömrə ilə qeydiyyata alınmışdır. - Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının aparatının məhkəməyə ünvanladığı 5-2-9/2-1575/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0.03433 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə baxılması ilə əlaqədar şəhər İcra hakimiyyətinə ünvanlanmış məktuba baxılmışdır. Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0.03433 ha torpaq sahəsində vəıəndaş İddiaçı tərəfindən inşa edilmiş bir mərtəbəli qeyriyaşayış binasına dair tikintiyə icazə sənədi ilə bağlı son 5 (beş) il ərzində hər hansı bir hüquqi aktın verilməsi qeydə alınmamışdır. - X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-10/2-2468/2023 saylı məktubu ilə məhkəməyə ünvanlanmış Lənkəran RQİİ-nin Lənkəran Xidmət sahəsi tərəfindən tərtib olunmuş 18 dekabr 2023-cü il tarixli aktdan görünür ki,Lənkəran RQİİ-nin Lənkəran XS-i üzrə QDX-nin rəisi: İslam Nəzərli, Lənkəran RQİİ-nin Lənkəran XS-i üzrə QDX-nin mühəndisi: Sehman İsmayılov, Lənkəran RQİİ-nin Lənkəran XS-i üzrə QDX-nin çilingəri: Yaşar Musayev öz imzaları ilə təsdiq edirək bildirmişlər ki, həqiqətən xx.xx.2023-cü il tarixində Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən İddiaçı məxus olan qeyriyaşayış binasınin daxilinə salınmış ( xəttinin mühafizə zonasında inşa olunan) orta təzyiqli D159mm-lik küçə xəttinə növbəti dəfə baxış keçirmişdir. Baxış zamanı məlum oldu ki, qeyri-yaşayış binası 0.2-0.4m aralığda və ona bitişik olan tikili (əl-üz yuma otağı və anbarı) isə xəttinin üzərində inşa olunmuşdur. Gələcəkdə xəttinin həmin hissələrində yaranan sızması nəticəsində baş verəcək bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün həmin xəttinin mühafizə zonasının pozulması halını aradan qaldırılması vacibdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1534/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6224 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixli 10/6224 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. Həmin ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2260/2023 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran şəhəri, X3 küçəsi ünvanında yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010- cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və **********95 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 0,3433 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyətinin üst-üstə düşməsi müəyyən olunmuşdur. Eyni zamanda sözügedən ərazidə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011 -ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********14 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsinin də olması müəyyən edilmişdir.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2260/2023 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ərazi hüdudları daxilində 2 (iki) qeyriyaşayış tikilisinin olması müəyyən olunmuşdur. Həmin tikililərin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan sözügedən 0,3433 ha torpaq sahəsinin və Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011 -ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur.İddiaçı tərəfindən Lənkəran şəhəri, X3 küçəsində inşa edilmiş qeyri-yaşayış binasının texniki parametrlərinin (ölçüləri, konfiqurasiyası, mərtəbəliliyi, planlı yerləşməsi və.s.) Memarlıq-Planlaşdırma bölməsinə uyğun olmasını, eyni zamanda həmin Memarlıq- Planlaşdırma bölməsinin Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılaraq təsdiq edilməsini nəzərə alaraq, qeyri-yaşayış biasının layihəyə uyğun inşa edildiyi və qeyri-yaşayış binasının layihəsinin tikinti və şəhərsalma normalarına uyğun olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən Lənkəran şəhəri, X3 küçəsində inşa edilmiş qeyri-yaşayış binasının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,3433 ha torpaq sahəsinin və Hüquqların Dövlət qedyiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011 -ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan 0,14 ha torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməsini, qeyri-yaşayış binasının texniki parametrlərinin (ölçüləri, konfiqurasiyası, mərtəbəliliyi, planlı yerləşməsi və.s.) təsdiq edilmiş Memarlıq-Planlaşdırma bölməsinə uyğun olmasını nəzərə alaraq, İddiaçı tərəfindən Lənkəran şəhəri, X3 küçəsində inşa edilmiş qeyri-yaşayış binasının faktiki vəziyyəti ilə aidiyyatı sənədlər arasında hər hansı uyğunsuzluğun mövcud olmadığı müəyyən edilmişdir.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-2260/2023 saylı mütəxəssis rəyinə və baxış zamanı əldə olunan məlumatlara əsasən, İddiaçı tərəfindən Lənkəran şəhəri, X3 küçəsində inşa edilmiş qeyri-yaşayış binasınin başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaratması müəyyən edilməmişdir. Beləliklə, iddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı aydın olur ki, iddiaçı sahibliyində olduğunu iddia etdiyi qeyri-yaşayış binasınin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olduğu üçün onun üzərində qeyri-yaşayış binası tikmişdir. İddiaçı hazırda həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydiyyatının aparılmaqla çıxarışın verilməsini tələb edir. Cavabdeh orqan həm iddiaçının ərizəsinə verdiyi imtina məktubunda və digər hallarla yanaşı iddiaçının ərizəsinin icrasının mümkünsüzlüyünü onunla əsaslandırmışdır ki, iddiaçının qeyri-yaşayış binasına dair istismara icazə sənədi mövcud olmadığı üçün həmin qeyri-yaşayış binasınin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbyacan Respublikasının Qanunun 3- cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; ... Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt (01 yanvar 2013-cü il tarixədək) qüvvədə olan “Şəhərsalmanın əsasları haqqında” Qanunun 1-ci maddəsinin 6-cı abzasına əsasən dövlət şəhərsalma norma və qaydaları — müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ hüquqi aktlar və normativ-texniki sənədlər hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti ərazilərin və yaşayış məskənlərinin təhlükəsizliyi, təbii və texnogen təsirlərdən qorunması tələblərinə əməl olunmaqla qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti sahəsində şəhərsalma norma və qaydalarına, tikinti qaydalarına, təsdiq olunmuş şəhərsalma sənədlərinə əməl etmək hüquqi və fiziki şəxslərin vəzifələridir. Həmin Qanunun 19-cu maddəsinə əsasən şəhərsalma fəaliyyətinə nəzarətin məqsədi fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilik aktlarının tələblərinə və təsdiq olunmuş şəhərsalma sənədlərinə mütləq əməl olunmasını təmin etməkdən, ərazilərdə və mövcud tikililərdə qanunsuz olaraq yenidən planlaşdırma, yenidənqurma, konstruktiv dəyişikliklər edilməsinin qarşısını almaqdan ibarətdir. Şəhərsalma fəaliyyətinə nəzarət təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 25-ci maddəsinin 7-ci abzasına əsasən tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda hüquqi və fiziki şəxslər inzibati və mülki məsuliyyət daşıyırlar. “Şəhərsalmanın əsasları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, 19-cu və 25-ci maddəsinin 7-ci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını Respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, Respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıq tikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1- 3.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və 5 qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X5 Görülməsi və X8 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 №-li əmri ilə təsdiq olunmuş “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 43-cü bəndində isə göstərilir ki, dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim olunması tələb olunur. Azərbaycan Respublikası qanunvericiliyinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış qeyri-yaşayış binasınin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı, istismara icazə sənədi mövcud olmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrindən ilkin qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış binasınin istismara icazə sənədi və istismara qəbul aktı mövcud deyildir. Qeyri-yaşayış binasının istismara yararlılığının məhkəmə tərəfindən müəyyən edilməsi imkanına dair dəlilə gəldikdə, hakimiyyətlərin bölünməsi prinsipinə uyğun olaraq məhkəmə icra hakimiyyətinin səlahiyyətinə aid məsələni inzibati orqanının əvəzinə həll etməli deyil. Başqa məsələdir ki, inzibati orqanın qanunla ona verilmiş səlahiyyətlərdən (o cümlədən, tikinti obyektinin istismara yararlılığının müəyyən edilməsi ilə bağlı səlahiyyətlərdən) düzgün istifadə edib-etmədiyi məhkəmədə mübahisələndirilə bilər. Hazırkı işdə iddiaçı ilə tikinti obyektinin istismara yararlılığını müəyyən etməyə səlahiyyətli olan inzibati orqan arasında mübahisə yoxdur. Həmçinin məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq, X7 İdarəsinin xx.xx.2023-cü il tarixli, 14-2-2-10/2-2468/2023 saylı məktubu ilə məhkəməyə ünvanlanmış Lənkəran RQİİ-nin Lənkəran Xidmət sahəsi tərəfindən tərtib olunmuş 18 dekabr 2023-cü il tarixli aktı ilə müəyyən edilmişdir ki, Lənkəran RQİİ-nin Lənkəran XS-i üzrə QDX-nin rəisi: İslam Nəzərli, Lənkəran RQİİ-nin Lənkəran XS-i üzrə QDX-nin mühəndisi: Sehman İsmayılov, Lənkəran RQİİ-nin Lənkəran XS-i üzrə QDX-nin çilingəri: Yaşar Musayev öz imzaları ilə təsdiq edirək bildirilmişdir ki, həqiqətən xx.xx.2023-cü il tarixində Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən İddiaçı məxus olan qeyri-yaşayış binasınin daxilinə salınmış (xəttinin mühafizə zonasında inşa olunan) orta təzyiqli D159mm-lik küçə xəttinə növbəti dəfə baxış keçirmişdir. Baxış zamanı məlum oldu ki, qeyri-yaşayış binası 0.2-0.4m aralıqda və ona bitişik olan tikili (əl-üz yuma otağı və anbarı) isə xəttinin üzərində inşa olunmuşdur. Gələcəkdə xəttinin həmin hissələrində yaranan sızması nəticəsində baş verəcək bədbəxt hadisələrin qarşısının alınması və təhlükəsizliyin təmin olunması üçün həmin xəttinin mühafizə zonasının pozulması halını aradan qaldırılması vacibdir. Məhkəmə tərəfindən qeyd edilir ki, qeyri-yaşayış binası 0.2-0.4m aralıqda və ona bitişik olan tikili (əl-üz yuma otağı və anbarı) isə xəttinin üzərində inşa olunması gələcəkdə xəttinin həmin hissələrində yaranan sızması nəticəsində baş verəcək bədbəxt hadisələrin olmasına səbəb ola bilər. Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə məlumat verilmişir ki, Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0.03433 ha torpaq sahəsində vətəndaş İddiaçı tərəfindən inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binasına dair tikintiyə icazə sənədi ilə bağlı son 5 (beş) il ərzində hər hansı bir hüquqi aktın verilməsi qeydə alınmamışdır. İddiaçı tərəfindən isə yalnız qeyri-yaşayış binasının Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən razılaşdırılmış qaydada memarlıq planlaşdırma bölməsi təqdim edilmişdir. İddiaçı mövcud tikilinin istismara qəbul aktını məhkəməyə təqdim etməməklə yanaşı, aktın cavabdeh orqana göndərilməsini sübut edən hər hansı sənəd təqdim etməmiş, yəni istismara qəbul aktının mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər tikilmiş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-ci ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. İddiaçının sahibliyində olan qeyri-yaşayış binasının istismara qəbul aktı təqdim edilmədiyindən, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınaraq, müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbyacan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran şəhəri, X3 küçəsində yerləşən 0,3433 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-183/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-183/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver