Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1831/2022 16.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «fərdi hesabda yığılmış kapitala görə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması » tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun fərdi hesabında yığılmış 25882,00 (iyirmi beş min səkkiz yüz səksən iki) manat məbləğində sosial sığorta puluna əsasən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Fövqəladə Hallar Nazirliyinin polkovnik-leytenant rütbəli ehtiyatda olan zabitidir. 2009-cu ildə Fövqəladə Hallar nazirinin müvafıq əmrinə əsasən ehtiyata buraxılmış, həmin ildən də ona pensiya təyin olunmuşdur. 2009-2019-cu illər ərzində X2 Limanında yanğından mühafızə və qəza xilasetmə komandasının rəisi vəzifəsində işləmişdir. İşlədiyi təşkilatın mühasibatlığı tərəfindən hər ay onun aylıq maaşından sosial sığorta pulu tutulmuşdur. İşlədiyi bütün müddət ərzində ondan 25882 (iyirmi beş min səkkiz yüz səksən iki) manat məbləğində sosial sığorta pulu tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qanunvericilikdə təsbit olunmuş hüquqlarının həyata keçirilməsi məqsədilə cavabdeh orqan olan Dövlət Sosial Müdafıə Fonduna rəsmi şəkildə müraciət edərək fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalına görə əmək pesniyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin, həmin qurum qanunvericiliklə müəyyən olunmuş müddət ərzində ona rəsmi cavab verməmişdir. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüquqlarının bərpasını xahiş edir. Artıq yuxarıda qeyd olunduğu kimi, ehtiyata buraxılandan sonra 10 il müddətində mülki işlərdə işləmiş və fərdi hesabında 25882 (iyirmi beş min səkkiz yüz səksən iki) manat məbləğində sosial sığorta pulu yığılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Deməli pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləyərək sığorta pulu ödədiyindən əmək pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır. O, da bu hüququ gerçəkləşdirmək üçün cavabdehə 15 fevral 2022ci il tarixində rəsmi şəkildə müraciət etmişdir. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublıkasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət hakimiyyət orqanları təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Həmçinin, “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana muraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən, səlahiyyətli inzibati orqanda ərizənin və ya muraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün muddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göründüyü kimi, cavabdeh orqan qanunla müəyyənləşdirilmiş müddət ərzində qanunvericilyin tələblərinə zidd olaraq ona heç bir rəsmi cavab verməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da fərdi hesabda yığılmış kapitala görə pensiyanın yenidən hesablanması hüququnu özünün 02 fevral 2022-ci il tarixli qərarı ilə imperativ qaydada təsdiqləmişdir. Həmin qərarın əsaslandırma hissəsində qeyd olunur ki, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutıılmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Həmin qərarın nəticə hissəsinin 2-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respuhlikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Deməli, fərdi hesabında yığılmış kapitala görə pensiyanın yenidən hesablanmasını tələb etmək onun qanunla nəzərdə tutulmuş hüququdur, cavabdehin bundan imtina etməsi, mövcud qanunvericiliyin tələblərinə əhəmiyyət verməyərək ümumiyyətlə ona cavab verməməsi hüquqlarının kobud şəkildə pozulmasıdır. Ona görə də hesab edir ki, məhkəmə pozulmuş hüquqlarını bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddənin İ və İİİ hissələri). «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsində, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.3-ci maddəsinə əsasən, inzibati orqan tərəfındən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfındən baxılır. İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfındən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Ona görə də, hesab edir ki, fərdi hesabında yığılmış 25 882 (iyirmi beş min səkkiz yüz səksən iki) manat məbləğində sosial sığorta puluna əsasən pensiyası yenidən hesablanmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 15 fevral 2022-ci il tarixli ərizə ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, fərdi hesabında yığılmış pensiya kapitalına görə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 37.3.1-ci maddəsinə əsasən isləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; Həmin Qanunun 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 45-ci maddəsinə uygun olaraq, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. (gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubunda bildirilmişdir ki, İddiaçı mərkəzi filiala müraciət etdiyi tarixdə 24436,43 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına-138 (24436,43:138 (64 il 6 ay-59 il=66 ay+(144 ay-72 ay)=177,08 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (294,42 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 471,50 (294,42+177,08) manat müəyyən edilmışdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (838,61 manat) həmin artımlar qədər (177,08 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyanızın sığorta hissəsi 471,50 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği isə 661,53 (838,61-177,08) manat təşkil edir. Bildirirlər ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-113,30 manat maddi yardım ödənilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı Fövqəladə Hallar Nazirliyinin polkovnik-leytenant rütbəli ehtiyatda olan zabitidir. 2009-cu ildə Fövqəladə Hallar nazirinin müvafıq əmrinə əsasən ehtiyata buraxılmış, həmin ildən də ona pensiya təyin olunmuşdur. 2009-2019-cu illər ərzində X2 Limanında yanğından mühfızə və qəza xilasetmə komandasının rəisi vəzfəsində işləmişdir. İşlədiyi təşkilatın mühasibatlığı tərəfmdən hər ay onun aylıq maaşından sosial sığorta pulu tutulmuşdur. İşlədiyi bütün müddət ərzində ondan 24436,43 manat məbləğində sosial sığorta pulu tutulmuşdur. Odur ki, iddiaçı cavabdeh orqan olan Dövlət Sosial Müdafıə Fonduna rəsmi şəkildə müraciət edərək fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalına görə əmək pesniyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli, **********3 nömrəli imtina məktubunda bildirilmişdir ki, İddiaçı mərkəzi filiala müraciət etdiyi tarixdə 24436,43 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına-138 (24436,43:138 (64 il 6 ay-59 il=66 ay+(144 ay-72 ay)=177,08 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (294,42 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 471,50 (294,42+177,08) manat müəyyən edilmışdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (838,61 manat) həmin artımlar qədər (177,08 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyanızın sığorta hissəsi 471,50 manat, qulluq stajına görə əmək pensiyanıza əlavənin məbləği isə 661,53 (838,61-177,08) manat təşkil edir. Bildirirlər ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-113,30 manat maddi yardım ödənilir. Göründüyü kimi, iddiaçı 6 il işlədikdən sonra ƏPQ-nun 37.3.1-ci maddəsinə əsaslanaraq pensiya təyin olunduqdan sonra toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının işləyən pensiyaçı olmaqla pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını ƏPQ-nun 37.3.1 və 45-ci maddələrinin tələbləri nəzərə almaqla yenidən hesablamışdır. İddiaçı cavabdehin pensiya kapitalının hesablanma qaydası və hesablanmış məbləği ilə razılaşmır. Belə ki, iddiaçının mövqeyinə görə iddiaçı pensiya təyin olunduqdan sonra işləməkdə davam etmiş və Qanunun 37.3.1ci maddəsinin tələbinə əsasən 6 il işlədikdən sonra fərdi hesabında toplanmış pensiya kapitalı 72 aya (6 il x12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə edilməklə yenidən hesablanmalıdır. Beləliklə, işin hazırkı mübahisələndirilən halı 2009-2019-cu illər ərzində X2 Limanında yanğından mühfızə və qəza xilasetmə komandasının rəisi vəzfəsində işlədiyi müddətdə toplanmış pensiya kapitalına görə pensiyanın yenidən hesablanmasıdır. Pensiya işindən müəyyən olunur ki, iddiaçıya 24 yanvar 2009-cu il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib, sonrakı artırmlar nəzərə alınmaqla əmək pensiyası 1133,03 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: - əmək pensiyasının sığorta hissəsi-294,42 manat; qulluq stajına görə əmək pensiyasına əlavəsi -838,61 manat. 2009-cu tarixdən iddiaçı işləməkdə davam etdiyindən iddiaçının 6 il işlədikdən sonra yenidən hesablama üçün müraciət etdiyi tarixdə 24436,43 manat pensiya kapitalı toplanmışdır. Bu zaman inzibati orqan toplanmış kapitalı həmin dövr ƏPQ-nun 37.3.1 və 45-ci maddələrindəki tələblərə uyğun olaraq hesablayaraq pensiyasının üzərinə əlavə etmişdir. Belə ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün müraciət etdiyi vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş və 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiya) işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən isə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2006cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Göründüyü kimi 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsindəki dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ əldə etmişlər. Qeyd edilməlidir ki, 01 iyul 2017-ci il tarixədək olan vəziyyətdə işləyən əmək pensiyaçıları yalnız işləməyən əmək pensiyaçıları kateqoriyasına keçdikdən sonra bu qaydada yenidən hesablamanı tələb edə bilərdilər. Eyni zamanda, 01 iyul 2017-ci il tarixdə paralel olaraq həm də Qanunun 45-ci maddəsində dəyişiklik edilmiş və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Göründüyü kimi yeni dəyişiklik Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərə münasibətdə gözlənilən pensiya ödənişi müddətinin hesablanmasının fərqli qaydasını nəzərdə tutmuşdur. Qanunvericilikdə edilmiş dəyişikliklər, onların eyni anda edilməsini və qanunvericinin bununla bağlı güddüyü məqsədləri nəzərə alındıqda hesab edilir ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməklə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb edən şəxslərə münasibətdə hər iki dəyişiklik eyni anda tətbiq edilməlidir. Belə ki, Qanun 6 il və daha çox işləyən pensiyaçıların qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyalarının yenidən hesablanmasını mümkün hesab etmiş, lakin bu zaman həm də, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının ümumi qaydadan fərqli hesablanmalı olduğunu müəyyən etmişdir. İşləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Odur ki, Qanunun 37.3.1 və 45-ci maddələrindəki hər iki tənzimləmə iddiaçıya münasibətdə bərabər tətbiq edilməlidir. Məhkəmə iddiaçının 2009-cü ildən etibarən 6 il işlədikdən sonra yığılmış kapitalının 72-yə bölünməli olması ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, müvafiq olaraq 01 iyul 2017-ci il tarixədək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir. İddiaçı işləməkdə davam edən əmək pensiyaçısı olduğundan və Qanunun 37.3.1-ci maddəsində təsbit edilmiş yeni hüquqdan istifadə etmək istədiyindən cavabdeh onun pensiyasının yenidən hesablanmasını müvafiq olaraq Qanunun 45-ci maddəsinin müddəaları nəzərə alınmaqla aparmaqda haqlı olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 1.11-ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi (Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.) Qanundan çıxarılmışdır. 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş adıçəkilən Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun Keçid müddəalarının 2.2-ci bəndinə əsasən qeyd olunan 1.11-ci maddəsi Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Göründüyü kimi yeni Qanun 29 iyun 2022-ci il tarixədək pensiyası hesablanmış şəxslərin pensiyasının ƏPQnun 45-ci maddəsinin 2-ci cümləsi nəzərə alınmadan yenidən hesablanmasını qadağan edir. Odur ki, iddiaçının yalnız növbəti dəfə işlədiyi dövr üzrə fərdi hesabın sığorta hissəsində qeydə alınmış və istifadə edilməmiş pensiya kapitalının nəzərə alınmaqla yenidən hesablanması zamanı pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına-72-yə bölünməklə pensiya məbləğinin üzərinə əlavə edilməsini tələb etmək hüququ yaranacaqdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «fərdi hesabda yığılmış kapitala görə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «fərdi hesabda yığılmış kapitala görə pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1831/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1831/2022
16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver