Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1832/2025 15.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Mirzəağa oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X5 Filialına qarşı “xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X5 Filialının nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X5 Filialına qarşı “xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə xx.xx.2025-ci il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək “əmək kitabçasında qeyd edilən 8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsində işlədiyi illərin qanuni olması” tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialının cavabdeh kimi qəbul edilməsini, iddia tələbinə isə “1993-2004-cü illərdə işlədiyi əmək stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçının olduğu kimi saxlanılmasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X7 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının cavabdeh siyahısından çıxarılmasını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialının cavabdeh kimi qəbul edilməsini, iddia tələbinə isə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. İddiaçı yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondu Sosial Ödənişlərin X5 Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1832/2025 nömrəli qərardadı ilə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondu Sosial Ödənişlərin X5 Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı il dekabr ayından əmək pensiyasındadır. Pensiya ona 32 il 9 ay 2 gün əmək kitabçasında olan iş stajına əsasən hesablanmışdır. 2016-cı ildən 2024-cü ilin yanvar ayına kimi yuxarıda qeyd etdiyi stajına əsasən əmək pensiyası almışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (bundan sonra cavabdeh) tərəfindən xx.xx.2024-cü il tarixindən pensiyasını azaltmışlar və bu ildə olan artımı ona verməmişlər. Cavabdeh bunu əsas göstərir ki, əmək kitabçasının 24-25-ci səhifəsində göstərilən 8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsinin əmr yazılan qrafada pozuntu var. Ancaq həmin səhvənin tarix, il ay gün qrafasında işə girmə 1993-cü il, 12-ci ay, 07-si işdən çıxma 2004-cü il yanvar ayının 9-u tam aydın göstərilir və heç bir pozuntu yoxdur. Əmək kitabçasının il qrafasında qeyd olunmuş 2004-01-09 rəqəmləri, əmrin 2004-cü ildə verilməsi barədə rəqəmləri ilə üst-üstə düşür. Ona görə də əmək kitabçasında qeydlər nəyin əsasında yazılmışdır qrafasında pr №17k xx.xx.2004-cü il tarixdə verilməsinin düzgünlüyünü ondan əvvəlki qrafalar təsdiq edir. 1993-2004-cü ilə kimi işlədiyi əmək stajının qanuni olmasını təsdiq etdirmək üçün 8 saylı Baş İstehsalat Təmir Tikinti idarəsini aramış heç bir nəticə olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinə 4 saylı Bakı “Asan Xidmət” vasitəsi ilə müraciət etmiş və imtina cavabı almışdır. Ona görə məhkəməyə müraciət etmək məcburiyyəttində qalmışdır. Əmək kitabçasında qeyd edilən 8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsində işlədiyi illərin qanuni olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): İcraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin X5 filialna qarşı “1993-2004-cü illərdə işlədiyi əmək stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatti iş vardır. İddiaçı xx.xx.2016-cı il tarixdə yaşa görə pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinin araşdırılması zamanı onun xx.xx.2006-cı il tarixə kimi 22 il 08 ay sığorta stajı nəzərə alınmalı olduğu halda, 32 il 09 ay 02 gün nəzərə alınmamışdır. Bu səbəbdən xx.xx.2021xx.xx.2024-cü il tarixləri arasında artıqödəmə müəyyən olunmuşdur. Bu barədə Fondun Sosial Ödənişlərin X5 filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-28793/2024 nömrəli məktubla, o cümlədən Fondun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-32494/2024 nömrəli əmək pensiyası üzrə yaranmış artıq ödəmənin bərpa olunması barədə məktubla İddiaçı məlumat verilmişdir. Bundan narazı qalan İddiaçı 1993-2004-cü illərdə işlədiyi əmək stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanmaı öhdəliyinin Fondun Sosial ödənişlərinin X5 filialına həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edirlər və icraatda qəbul edib, hüquqi qiymət verilməsini xahiş etmişlər. Aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2006-cı il tarixə kimi 22 il 08 ay sığorta stajı nəzərə alınaraq hesablanmalı olduğu halda, 32 il 09 ay 02 gün nəzərə alınaraq hesablanmışdır. Belə ki, əmək kitabçasındakı 26-cı qeyddə işdən çıxma əmrinin tarixində düzəliş olunmuşdur (xx.xx.2004). həmçinin müvafiq qeyd rus dilində yazılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. “Latın qrafilakı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin blankların dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Lakin xx.xx.1993cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrü təsdiq edən möhürdə rus dilindən istifadə olunmuşdur. Əlavə olaraq bildiririk ki, mübahisələndirilən müəssisənin (8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsi) sənədləri arxivə təhvil verməmişdir. Həmçinin həmin müəssisəsnin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Belə olan halda həmin dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son 3 il üçün tutulur. Nəticədə İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2024-cü il tarixədək 1158,44 manat məbləğində artıqödəmə müəyyən olunmuşdur. Fondun Maliyyə və Mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-32494/2024 nömrəli əmək pensiyası üzrə yaranmış artıqödəmənin bərpa olunması barədə məktubla İddiaçı əmək pensiyasından tutulmalar aparılmamışdır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X5 Filialının nümayəndəsi X3 etiraza uyğun izahat verərək təmin olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar iddiaçıya təqdim edilməmişdir. İddiaçı poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1993-2004-cü illərdə işlədiyi əmək stajının sosial sığorta stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı ona xx.xx.2016-cı il tarixdə təyin edilmiş əmək pensiyasının bərpasıdır. Bundan sonra iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarla tanış olduqdan sonra iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə məhkəməyə təqdim etmişdir. Bundan başqa cavabdeh inzibati orqan tərəfindən etirazda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixdən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2024-cü il tarixədək 1158,44 manat məbləğində artıqödəmə müəyyən olunmuşdur. Həmin artıq ödəmə ilə bağlı hər hansı tutma həyata keçirilməmişdir. Belə olan halda iddiaçının həmin qərardan məlumatlı olması müəyyən edilmir. xx.xx.1953-cü il təvəllüdlü iddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İddianın növü müvafiq olaraq öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyyən olunur ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuşdur. xx.xx.1970-ci il təvəllüdlü əmək kitabçasının surətindən görünür ki, iddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1970-ci ildə Emalatxanaya mexanik vəzifəsinə işə qəbul olunub. (Əmr №107k;xx.xx.1970) xx.xx.1971-ci ildə öz xahişi ilə işdən azad olunub. (Əmr№73k;xx.xx.1971) xx.xx.1971-ci ildə zənginləşdirmə fabrikinə işə qəbul olunub. (Əmr №179k;xx.xx.1971) xx.xx.1972-ci ildə Ali məktəb pilləsində təhsil aldığı üçün işdən azad olunmuşdur. (Əmr№134k;xx.xx.1972) xx.xx.1976-cı ildə Astara sovxoz fəhlə kooperativinin xx.xx.1976-cı il, 509 nömrəli sərəncamına əsasən tədarük kontorunun 89 nömrəli əmrinə əsasən keyfiyyət üzrə əmtəəşünas vəzifəsinə işə qəbul edilmişdir. (Əmr №xx.xx.1976, №509) xx.xx.1979-cu ildə öz xahişi ilə işdən azad olunmuşdur. (Əmr№117;xx.xx.1979) xx.xx.1980-cı ildə Tekstil fabrikinə 2-ci dərəcəli sex nəzarətçisi vəzifəsinə işə qəbul olunub. (Əmr№6/21;xx.xx.1980) xx.xx.1980-cı ildə usta vəzifəsinə keçirilib. (Əmr№35;xx.xx.1980) xx.xx.1980-ci ildə 2-ci dərəcəli rəis vəzifəsinə qəbul olunmuşdur. (Əmr№49;xx.xx.1980) xx.xx.1982-ci ildə 37-ci Azərbaycan SSR-i Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunmuşdur. (Əmr№9;xx.xx.1982) xx.xx.1982-ci ildə Sexə 2-ci dərəcəli qablaşdırıcı vəzifəsinə işə qəbul olunmuşdur. (Əmr№178/ok;xx.xx.1982) xx.xx.1983-cü ildə həmin sexdə 4-cü kateqoruya üzrə hazır məhsula nəzarətçi vəzifəsinə keçirilmişdir. (Əmr№162/ok;xx.xx.1983) xx.xx.1984-cü ildə həmin sexə usta vəzifəsinə keçirilmişdir. (Əmr№21/ok;xx.xx.1984) xx.xx.1984-ü ildə Azərbaycan SSR-i Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. (Əmr№117/ok;xx.xx.1984) xx.xx.1984-cü ildə müvəqqəti 2 aylıq müdətinə tacir vəifəsinə işə qəbul olunmuşdur. (Əmr№109;xx.xx.1984) xx.xx.1985-ci ildə işdə əldə edilən yüksək göstəricilərlə, ictimai kollektivdə fəal iştirakına görə təşəkkür edilmişdir. (Əmr №28;xx.xx.1985) xx.xx.1987-ci ildə Yeməkxanaya Aşbaz vəzifəsinə keçirilmişdir.(Əmr№ 13;xx.xx.1987) xx.xx.1989-cu ildə Azərbaycan SSR-i Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. (Əmr№274;xx.xx.1989) xx.xx.1989-cu ildə 2 nömrəli sahhəyə 3-cü dərəcəli usta köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur. (Əmr№709;xx.xx.1989) xx.xx.1990-cı ildə öz xahişi ilə vəzifəsindən azad olmuşdur. (Əmr№624;xx.xx.1990) xx.xx.1990-cı ildə 28 nömrəli mağazaya 3-cü kateqoriyalı satıcı vəzifəsinə işə qəbul edilmişdir. (Əmr№167;xx.xx.1990) xx.xx.1991-ci ildə 1-ci kateqoriyalı satıcı vəzifəsi ilə təltif olmuşdur. (Əmr№301;xx.xx.1991) xx.xx.1993-cü ildə AR Əmək qanunvericiliyinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. (Əmr№428№xx.xx.1993) xx.xx.1993-cü ildə Baş Mühəndis vəzifəsinə keçirilmişdir. (Əmr№6;xx.xx.1993 xx.xx.1993-cü ildə müəssisənin ləğv olunması ilə əlaqədar olaraq, işdən azad edilmişdir. (Əmr№39-kxx.xx.1993) xx.xx.1993-cü ildə 8 nömrəli Baş İstehsalat Təmi Tikinti İdarəsində prorab vəzivəsinə təyin olunmuşdur. (Əmr№174k;xx.xx.1993) xx.xx.2004-cü ildə öz ərizəsi əsasında işdən azad olunmuşdur. (Əmr№17k;xx.xx.2024) xx.xx.2004-cü ldə X1 Aşbaz vəzifəsinə qəbul edilib. (Əmr№19;xx.xx.2004) xx.xx.2004-cü ildə üzürsüz səbəbdən işə çıxmadığına görə tutduğu vəzifədən azad edilmişdir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən. (Əmr№139;xx.xx.2004) xx.xx.2012-ci ildə Səbail rayon MKTB-nin 4 saylı MKİS-də dam örtüyü üzrə fəhlə vəzifəsinə qəbul edilmişdir. (Əmr№32;xx.xx.2012) xx.xx.2013-cü ildə S/fəhlə vəzifəsinə keçirilmişdir. (Əmr№41/1;xx.xx.2013) xx.xx.2017-ci ildə Dam örtüyü üzrə fəhlə işinə keçirilmişdir. (Əmr№12;xx.xx.2017) xx.xx.2020-ci ildə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (Əmr№17/2;xx.xx.2020). Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 12 iyul 2024-cü il tarixli, 3-48-2F/2-B-33xx-xx-3491/2024 nömrəli məktubunun surətindən görünür ki, 8 nömrəli Baş İstehsalat Təmi Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialının 27 mart 2024-cü il tarixli, 3-17- 1/2-13-69209/2024 nömrəli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 7-ci maddəsinin xx.xx.2016cı il tarixində qüvvədə olmuş tələblərinə uyğun olaraq sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işinizdə olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 22 il 8 ay sığorta stajınız və xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 1501,63 manat pensiya kapitalı, eyni zamanda xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək 1552,66 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətinizdən 3 il əvvələ) 276,10 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrinin tarixində düzəliş olunub) sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə və ya Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 285,49 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 302,15 manat müəyyən edilib və Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq indeksləşdirilərək xx.xx.2023-cü il tarixindən 346,56 manata, xx.xx.2024-cü il tarixindən 385,37 manata çatdırılıb. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciətinizin araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixindən (xx.xx.2020-ci il tarixli müraciətinizdən 3 il əvvələ) yaşa görə əmək pensiyanız yenidən hesablanarkən pensiyanızın məbləği xx.xx.2006-cı il tarixinə kimi 22 il 8 ay sığorta stajınız nəzərə alınaraq hesablanmalı olduğu halda, 32 il 9 ay 2 gün nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanızın məbləğində xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətinizdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 noyabr 2024-cü il tarixli, 3-21-2-1/2-7513/2024 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Dövlət reyestrində 8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsi adı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialının 29 noyabr 2024-cü il tarixli, 3-17-1/2-294494/2024 nömrəli məktubunun surətindən müəyyən olunur ki, Azerbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra Fond) Sosial Ödənişlərin X5 Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)-4859/2024 nömrəli sorğuya baxılmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən xx.xx.2016-cı il tarixindən Fondun keçmiş Astara rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi 005264 nömrəli diplomun surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1970-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək, xx.xx.1971-ci il tarixindən xx.xx.1972ci il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək xx.xx.1984-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 22 il 8 ay təşkil edir. Adıçəkilən şəxsin fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək 1501,63 manat (2016-cı il tarixinə indeksləşdirilmiş məbləğ), eyni zamanda xx.xx.2016-cı il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2020-ci il tarixinədək 1552,66 manat (2020-cı il tarixinə indeksləşdirilmiş məbləğ) pensiya kapitalı pensiyanın hesablanması zamanı nəzərə alınmışdır. Əlavə olaraq bildiririk ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün işdən çıxma əmrinin tarixində düzəliş olunduğundan sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası; 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi; Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 1.İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1 dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22- 1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür:- Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad- inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsi: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir. Məhkəmə ilk öncə iddiaçıya təyin olunmuş əmək pensiyasının bərpa olunması ilə bağlı vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-cü il tarixinədək pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir) iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1953-cü il təvəllüdlü iddiaçının xx.xx.2016-cı il tarixində, 65 yaşının tamam olması yəni pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərtə (azı 25 il sığorta stajı olduqda) əməl olunduğuna istinad edir. Cavabdeh inzibati orqan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasındakı 26-cı qeyddə işdən çıxma əmrinin tarixinə düzəliş olunmasını (xx.xx.2004), həmçinin müvafiq qeydlərin rus dilində yazılması və əmək kitabçasında qeyd edilmiş xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydasının pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab etməmişdir. Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxt ona əmək pensiya təyin edilən zaman 32 il 09 ay 02 gün təşkil stajının olması qeyd edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiya təyin edildikdən sonra o, müxtəlif yerlərdə işləmişdir. 2024-cü il yanvar ayında cavabdeh inzibati orqana müraciət edərək xx.xx.2016-cı il tarixdən sonra işlədiyi illərin nəzərə alınaraq pensiya məbləğinin yenidən hesablanmasını inzibati orqandan xahiş etmişdir. Cavabdeh inzibati orqan onun müraciətində göstərilən hallardan kənara çıxaraq 7 (yeddi) il əvvəl qərar qəbul edilən zaman nəzərə aldığı iş stajına aid illəri yenidən araşdırmış və iddiaçının hüquqi marağının ziddinə qərar qəbul etmişdir. Qərarın əsası kimi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrün doldurma qaydası pozulduğu üçün sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir qeyd edilmişdir. Halbu ki, cavabdeh inzibati orqan xx.xx.2016-cı il tarixdə qərar qəbul edən zaman həmin hallara qiymət vermiş hazır ki, mübahisəli illəri iddiaçının xeyrinə qiymətləndirmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, xx.xx.2016-cı il tarixdə iddiaçıya təyin edilmiş əmək pensiyasının 1 (bir) il ərzində xidməti vəzifəsindən irəli gərələrkək yoxlamaq hüququ qanunvericiliklə müəyyən edilmişdir. Buna baxmayaraq cavabdeh inzibati orqan 2024-cü ilin yanvar ayında iddiaçının hüquqi marağının ziddinə uyğun olaraq 7 (yeddi) il əvvəl təyin edilmiş əmək pensiyasını aradıraraq onun maraqlarının ziddinə qərar qəbul etmişdir. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə bununla yanaşı qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan arayışlardakı məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslar ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunmuşdur. Belə ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 8 saylı Baş İstehsalat Təmir Tikinti İdarəsində işlədiyi təsdiq olunur. Beləliklə iş materialları ilə iddiaçının təhsil dövrü daxil olmaqla sığorta stajı 32 il 09 ay 02 gün təşkil edir. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X5 Filialının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X5 Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafə Fondu Sosial Ödənişlərin X5 Filialının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və İddiaçı yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixindən bərpa edilməsi öhdəliyi” cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X5 Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1832/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1832/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver