Məhkəmə qərarları › İş №2-1(120)-1833/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1833/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1833/2022 09.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 09 dekabr 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 28 may 2021-ci il tarixindən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əhalinin Əmək Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı 28 may 2021-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, onunla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı tarixdən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsi və hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı topladığı üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Lakin cavabdeh 13 may 2022-ci il tarixli, **********0 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı ilə qədər topladığı güzəstli is stajı 12 il 6 aydan az təskil edir və eyni səbəblə qanunvericiliyin tələbləri baxımından ona qüzəstli şərtlərlə yasa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu 28 may 2022-ci il tarixində poçtamt vasitəsilə almışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, 01 fevral 1964-cü ildə Sabirabad rayonunun Axtaçı kəndində doğulmuş, hal-hazırda Şirvan şəhəri, S.Zeynalov küçəsi, ev 5, mənzil 31-də yaşayır. Natamam orta təhsili başa vurduqdan sonra 01 sentyabr 1979-19 iyul 1982-ci il tarixində Sabirabad 135 nömrəli X9 Məktəbdə əyani formada təhsil almışdır. 24 avqust 1982-ci ildə X4 Texnikumunun əyani şöbəsində daxil olmuşdur. 07 mart 1983-23 may 1985-ci il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. 04 may 1987-ci ildə həmin texnikumu bitirmişdir. 10 may 1987-ci il tarixində “Partiyanın XXV qurultayı” adına kolxozun üzvlüyünə qəbul edilmiş və 10 fevral 1988-ci ildə üzvlükdən azad edilmişdir. 04 mart 1988-ci ildə Sabirabad 83 nömrəli TSMD-nə betonçu vəzifəsinə işə qəbul edilmiş və 13 mart 1989-cu ilə qədər orada işləmişdir. 20 mart 1989-cu ildə X5 Evtikmə Kombinatına kompressor operatoru vəzifəsinə işə qəbul edilmiş, 19 fevral 1992-ci il tarixinə kimi orada işləmişdir. 28 avqust 1992-ci il tarixində Şirvanneft NQÇİ-də yeraltı təmir operatoru vəzifəsinə işə qəbul edilmiş və 06 mart 1997-ci il tarixinə qədər həmin vəzifədə çalışmışdır. 06 mart 1997-ci ildə həmin müəssisədə quyuların yeraltı və əsaslı təmirinə hazırlıq briqadasının operatoru vəzifəsinə keçirilmiş və 05 aprel 2004-cü il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 05 aprel 2004-07 fevral 2005-ci il tarixində həmin idarədə mühafizəçi işləmişdir. 07 fevral 2005-ci il tarixində təkrarən hazırlıq operatoru vəzifəsinə keçirilmiş və 05 oktyabr 2009-cu il tarixinə kimi orada çalışmışdır. 05 oktyabr 2009-cu il tarixində Şirvan Əməliyyat Şirkətində hazırlıq operatoru qəbul edilmişdir. 01 dekabr 2011-ci il tarixindən etibarən həmin müəssisədə yüklərin daşınması üzrə operator vəzifəsində çalışır. Onun 28 avqust 1992-06 mart 1997ci il tarixində Şirvanneft NQÇİ-də yeraltı təmir operatoru-4 il 6 ay 06 gün, yenə də orada 06 mart 1997-05 aprel 2004-cü ildə hazırlıq operatoru - 7 il 30 gün və 07 fevral 2005-01 yanvar 2006-cı il tarixinədək hazırlıq operatoru - 10 ay 25 gün güzəştli iş stajı var ki, bu da topladıqda 12 il 6 ay 01 gün təşkil edir. Cavabdeh isə onun Şirvanneft NQÇİ-də yeraltı təmir operatoru vəzifəsində çalışarkən səfərbərliyə alınaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi müddəti güzəştli iş stajına daxil etməmişdir. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə, məlum olur ki, o, ümumi iş stajını mübahisələndirmir, yəni 01 yanvar 2006-cı il tarixinə kimi ən azı 25 illik ümumi iş stajının olmasını qəbul edir. - Pensiya kapitalının məbləğini mübahisələndirmir; - Çalışdığı yeraltı təmir və hazırlıq operatoru vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsini mübahisələndirmir. Bu səbəblə də, hesab edir ki, yuxarıda qeyd edilən məqamlar hazırki iddia işində mübahisələndirilməyən hallar kimi qəbul edilməlidir. Cavabdehin mübahisələndirdiyi yeganə məsələ, onun 1993-cü ilin avqust ayında 17 avqust 1995-ci il tarixinə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi müddəti güzəştli iş stajına daxil etməməsidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 179-cu (İşçilərin is yerinin və orta əmək haqqının saxlandığı hallar) maddəsinin 1-ci bəndində deyilir: işçi qanunvericiliklə nəzərdə tutulmus hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində is yeri, vəzifəsi (pesəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Aşağıdakı hallarda işçinin iş veri və orta əmək haqqı saxlanılır: a) hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi ücün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə istirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda; g) hərbi və fövqəladə vəziyyətlə əlaqədar, habelə təbii fəlakətin nəticələrinin aradan aaldırılması ücün müvafiq islərin görülməsinə cəlb olunduqda. Digər tərəfdən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda da bununla bağlı müddəa var. Həmin Qanunun 52.1-ci bəndinə əsasən, toplanısa cağırılmıs hərbi vəzifəlilər cağırış üzrə vəzifələrini yerinə yetirdikləri, toplanıs yerinə gedib-gəldikləri və toplanıs keçirdikləri bütün dövrdə daimi iş yerində və orta aylıq əmək haqqı saxlanılmaqla iş prosesindən azad edilirlər. Çağırış vərəqəsi aldığı gündən toplanışdan qayıdana qədər sözügedən şəxslərin əmək müqaviləsinə xitam verilə bilməz. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərini pozaraq, onun da sosial təminat hüquqlarını pozmuşdur. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir: Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997ci ildən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Əmək və Əhalinin Sosial Müdaafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08 oktyabr 2010cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin-ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İGD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın-yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 212.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternalıv) xidmət (1992-ci il yanvarın 1-dək SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xıdmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun ona münasibətdə tətbiq edilməsini nəzərdə tutur. 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin (İş stajının hesablanmasında güzəştlər) ikinci abzasının 01 sentyabr 2005-ci il tarixli, 977-İİQD Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiyasında deyilirdi; - döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafıə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti-ücqat ölçudə. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ-dan əvvəl güvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (b) bəndinə görə, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının qeyd edilən iddia ərizəsini aşağıda göstərəcəkləri səbəblərə görə qanunsuz və əsassız hesab edirlər. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı tələb olunun 12 il 06 aydan azdır. Yani 10 il 05 ay 14 gündür (xx.xx.1992-xx.xx.1993, xx.xx.1995-xx.xx.2004, xx.xx.2005-xx.xx.2005-ci il arası dövlrər). Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 95 nömrəli arxiv arayışının surətindən görünür ki, Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan “Partiyanın XXV qurultayı” adına kolxozun müvafiq sənədlərinə əsasən İddiaçı həmin kolxozda işləməsi barədə aşağıdakı qeydlər vardır: 1987-ci ildə 161 adam günü işləmişdir. Sabirabad rayon sabiq “Partiyanın XXV qurultayı” adına kolxozda kişilər üçün 1987ci ildə adam günləri minimum 260 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1987-ci ildə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il traixli, 12 saylı arayışından görünür ki, İddiaçı həqiqətən X5 Evtikmə zavodunda (rus dilində-Али-Байрамлинский ЖБД) operator-kompressorçu peşəsində işləmişdir. İddiaçı X5 Evtikmə zavodunda 03 il, 05 ay, 00 gün əmək stajı var. 15/k saylı xx.xx.1989-cu il tarixli əmrlə xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixə kimi X5 Evtikmə zavodunun Kompressor sexində 2-ci dərəcəli operator-kompressorçu; 68/k saylı xx.xx.1989-cu il tarixli əmrlə xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixə kimi Filtr sexində 3-cü dərəcəli operator; 24/k saylı xx.xx.1991-ci il tarixli əmrlə xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Divar paneli sexində 3-4-cü dərəcəli operator peşəsində işləmişdir. Cəmi: 03 il, 05 ay, 00 gün. İddiaçı 79/k saylı xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İş materiallarında olan Sabirabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 99 saylı arayşından görünür ki, 83 saylı TSMD-nin xx.xx.1988-ci il tarixli, 12 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı ərizəsinə əsasən xx.xx.1988-ci il tarixdən dəstəyə götürək iş üsulu ilə İİ dərəcə betonçu qəbul edilmiş, 83 saylı TSMD-nin xx.xx.1989-cu il tarixli, 18 nömrəli əmrinə əsasən ərizəsinə və Azərbaycan SSR Əmək Qanunu Məcəlləsinin 37-ci maddəsinə əsasən xx.xx.1989-cu il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan X6 xx.xx.2021-ci il tarixli, 164 nömrəli arayışından görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə Ərnr № 21 əsasən Sabirabad 135 №-li X9 Məktəbinin əyani olaraq Geniş pofılli traktorçu-maşınçı, təmirçi-cilingər qrupuna qəbul olunmuş, Əmr № 8 əsasən 19 iyul 1982-ci ildə həmin qrupu bitirmiş və ona №-608203 nömrəli Diplom verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 13/380 nömrəli arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafızə olunan X4 Texnikumunun sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı xx.xx.1982-ci il tarixli 87 №-li əmrlə texnikuma “Texniki mexanikləşdirmə” ixtisasi üzrə qəbul olması və əyani təhsil alması, xx.xx.1987-ci il tarixli 64 №-li əmrlə texnikumu bitirməsi, xx.xx.1987-ci il tarixdə LT 018676 №-li diplom alması əmr kitablannda göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin xx.xx.2022-ci il tarixli, 615 nömrəli arayışından görünür ki, 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983cü il tarixdən xx.xx.1985-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə və 1993-cü ilin avqust ayından xx.xx.1995-ci il tarixədək səfərbərliklə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi üzrə Qarabağ müharibəsi veteranlarının qeydiyyatındadır. Əsas: NZ ******* Ne-li hərbi bilet və MV 032944 №-li müharibə veteranı vəsiqəsi. İş materiallarında olan “X7 Limited” Şirkətinin xx.xx.2022-ci il tarixli, 05 nömrəli “Güzəştli şərtləörlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” Arayışından görünür ki, İddiaçı həqiqətən hal-hazırda “X7 Limited” Şirkətinin Mexanika Xidmətinin Boru meydançasında yüklərin daşınması üzrə 5-ci dərəcəli operator peşəsində işləyir. “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı eyni neft mədənlərində hasilatla məşğul olan, təsis və təşkil olunan qaydalar ilə əlaqədar müxtəlif vaxtlarda fərqli adlandırılan müəssisələrdir. İddiaçı təqdim edilən sənədlərə və əmək kitabçasına əsasən ümumi əmək stajı xx.xx.2022-ci il tarixinə 42 il 02 ay 12 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) 2-ci yarımbəndinə (********).

2. (Neft-qaz və qaz kondensatının hasilatı) bəndinə əsasən İddiaçı “Şirvanneft” NQÇİ, "xxxx" BMMM-də xx.xx.2006-cı il tarixinə 12 il 06 ay 01 gün güzəştli şərtlərlə əmək stajı var. 1) xx.xx.1992-ci il tarixli, 152/k saylı əmrlə xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər “Şirvanneft” NQÇİ-nin 1 saylı Neftqaçıxarma sexində 4-cü dərəcəli Yeraltı təmir operatoru peşəsində işləmişdir. (04 il 06 ay, 06 gün). 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı; 2130200a a) fəhlələr; 2130200a-15870 quyuların yeraltı təmiri üzrə operatorlar. 2) xx.xx.1997-ci il tarixli, 40/k saylı əmrlə xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə qədər “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işləmişdir. (07 il 01 ay, 00 gün). 2130200a-15866 - quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar. 3) xx.xx.2005-ci il tarixli, 17/k saylı əmrlə xx.xx.2005-ci ildən xx.xx.2006-cı il tarixinə qədər "xxxx" BMMM-in 1 saylı Neftqazçıxarma sexində və QƏYT sexində 4-cü dərəcəli quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işləmişdir. (00 il 10 ay, 25 gün), 2130200a-15866 - quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar. Cəmi xx.xx.2006-cı il tarixinə güzəştli əmək stajı 12 il 06 ay 01 gün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı ********. 2. (Neft-qaz və qaz kondensatının hasilatı) bəndinə əsasən İddiaçı “Şirvanneft” NQÇİ, "xxxx" BMMM və “X7 Limited” Şirkətində xx.xx.2022-ci il tarixinə 18 il, 05 ay, 00 gün güzəştli şərtlərlə əmək stajı var. 1) xx.xx.1992-ci il tarixli, 152/k saylı əmrlə xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli yeraltı təmir operator peşəsində işləmişdir. (04 il, 06 ay, 06 gün). 2130200a-15870 - quyuların yeraltı təmiri üzrə operatorlar. 2) xx.xx.1997-ci il tarixli, 40/k saylı əmrlə xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə qədər “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in 1 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işləmişdir. (07 il 01 ay, 00 gün). 2130200a- 15866 - quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar. 3) xx.xx.2005-ci il tarixli, 17/k saylı əmrlə xx.xx.2005-ci ildən xx.xx.2011-ci il tarixinə qədər "xxxx" BMMM və “X7 Limited” Şirkətinin Quyuların Əsaslı və Yeraltı Təmir Sexində 5-ci dərəcəli quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işləmişdir. (06 il, 09 ay, 24). 2130200a-15866 – quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar. Cəmi 18 il, 05 ay, 00 gün. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli, 158 №-li əmrinə əsasən “Azneft” İstehsalat Birliyinin “Şirvanneft” NQÇİ-si ləğv olunmuş və xx.xx.1997-ci il tarixdən onun bazasında Azərbaycan-X1 Müştərək Müəssisəsi "xxxx" BMMM yaradılmışdır. X3 Heyətinin 27 oktyabr 2009-cu il tarixli, 106 saylı əmrinə müvafiq olaraq "xxxx" X2 Müəssisəsi ləğv edilmişdir. Onun bazası əsasında yeni müəssisə “X7 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı yaradılmışdır. İş materiallarında olan Г № 608203 nömrəli, 20 iyul 1982-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə Sabirabad 135 №-li kənd X9 məktəbinə daxil olmuş, 19 iyul 1982-ci ildə təmir-çilingər işini bilməklə geniş profilli traktorçu-maşınçı peşəsi üzrə X9 məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. İmtahan komissiyasının qərarı ilə ona üçüncü dərəcəli traktorçu-maşınçı və ikinci dərəcəli çilingər ixtisası verilmişdir. İş materiallarında olan ЛТ № 018676 nömrəli, 05 may 1987-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1982-ci ildə Naxçıvan sovxoz texnikumuna daxil olmuş və 1987-ci ildə H.Rəfiyev adına Naxçıvan sovxoz texnikumunda “Kənd təsərrüfatının mexanikləşdirilməsi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 30 aprel 1987-ci il tarixli qərarı ilə ona “texnik-mexanik” ixtisası verilmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdı hesabın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasinın miniınum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə oimuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümurni iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq oiunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtləriə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 5 ay 14 gün, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1995-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun (Qanun qüvvədən düşmüşdür) 13-cü maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: 1). iddiaçının 57 yaşının tamam olması; 2). 25 il ümumi iş stajının mövcud olması; 3). 12 il 6 ay güzəştli iş stajının mövcud olması; 4). fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçının 28 may 2021-ci il tarixdə 57 yaşı tamam olsa da, eləcə də 57 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq olsa da, həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan versə də, güzəştli iş stajı 12 il 6 aydan az (10 il) təşkil edir. Belə ki, iddiaçı iddia edir ki, natamam orta təhsili başa vurduqdan sonra 01 sentyabr 1979-19 iyul 1982-ci il tarixində Sabirabad 135 nömrəli X9 Məktəbdə əyani formada təhsil almışdır. 24 avqust 1982-ci ildə X4 Texnikumunun əyani şöbəsində daxil olmuşdur. 07 mart 1983-23 may 1985-ci il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. 04 may 1987-ci ildə həmin texnikumu bitirmişdir. 10 may 1987-ci il tarixində “Partiyanın XXV qurultayı” adına kolxozun üzvlüyünə qəbul edilmiş və 10 fevral 1988-ci ildə üzvlükdən azad edilmişdir. 04 mart 1988-ci ildə Sabirabad 83 nömrəli TSMD-nə betonçu vəzifəsinə işə qəbul edilmiş və 13 mart 1989-cu ilə qədər orada işləmişdir. 20 mart 1989-cu ildə X5 Evtikmə Kombinatına kompressor operatoru vəzifəsinə işə qəbul edilmiş, 19 fevral 1992-ci il tarixinə kimi orada işləmişdir. 28 avqust 1992-ci il tarixində Şirvanneft NQÇİ-də yeraltı təmir operatoru vəzifəsinə işə qəbul edilmiş və 06 mart 1997-ci il tarixinə qədər həmin vəzifədə çalışmışdır. 06 mart 1997-ci ildə həmin müəssisədə quyuların yeraltı və əsaslı təmirinə hazırlıq briqadasının operatoru vəzifəsinə keçirilmiş və 05 aprel 2004-cü il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 05 aprel 2004-07 fevral 2005-ci il tarixində həmin idarədə mühafizəçi işləmişdir. 07 fevral 2005-ci il tarixində təkrarən hazırlıq operatoru vəzifəsinə keçirilmiş və 05 oktyabr 2009-cu il tarixinə kimi orada çalışmışdır. 05 oktyabr 2009-cu il tarixində Şirvan Əməliyyat Şirkətində hazırlıq operatoru qəbul edilmişdir. 01 dekabr 2011ci il tarixindən etibarən həmin müəssisədə yüklərin daşınması üzrə operator vəzifəsində çalışır. Onun 28 avqust 1992-06 mart 1997-ci il tarixində Şirvanneft NQÇİ-də yeraltı təmir operatoru- 4 il 6 ay 06 gün, yenə də orada 06 mart 1997- 05 aprel 2004-cü ildə hazırlıq operatoru - 7 il 30 gün və 07 fevral 2005-01 yanvar 2006-cı il tarixinədək hazırlıq operatoru - 10 ay 25 gün güzəştli iş stajım var ki, bu da topladıqda 12 il 6 ay 01 gün təşkil edir. Cavabdeh isə onun “Şirvanneft” NQÇİ-də yeraltı təmir operatoru vəzifəsində çalışarkən səfərbərliyə alınaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi müddəti güzəştli iş stajına daxil etməmişdir. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı “Şirvanneft” NQÇİ-də yeraltı təmir operatoru vəzifəsində çalışarkən səfərbərliyə alınaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi müddət, yəni 1993cü ilin avqust ayından xx.xx.1995-ci il tarixədək səfərbərliklə əlaqədar Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu müddət mövcud qanunvericiliklə güzəştli iş stajı kimi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar