Məhkəmə qərarları › İş №2-1(120)-184/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-184/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-184/2025 03.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “(xx.xx.2021-ci il tarixdən) 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququnun yarandığı gündən ödənilməmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2-1(120)-435/2024 nömrəli qərardadı ilə, iddia ərizəsi dəqiqləşdirilərək, iddia tələbinə iddiaçı X8 cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı gündən ödənilməmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-184/2025 nömrəli qərardadı ilə, iddia ərizəsi dəqiqləşdirilərək, iddia tələbinə iddiaçı X8 cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı gündən ödənilməmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. xx.xx.1979-xx.xx.1981-ci illər Sovet Ordusunda xidmətdə olmuşdur. xx.xx.1981 -ci ildən əmək fəaliyyətinə başlamışdır. Həmin tarixdən bu günədək işlədiyi müəssisələrdə ümumi əmək stajı-41 ildən çox, bu əmək stajının- 19 ildən çox müddəti isə, güzəştli şərtlərlə əmək stajına aiddir. İlk olaraq 1 1.06.1981-ci ildən- xx.xx.1981-ci ilədək Bakı emaye qablar zavodunda 1 -ci dərəcəli ştamplayıcı peşəsində işləmişdir. xx.xx.1981 -ci il tarixdən-xx.xx.1992-ci il tarixədək Əli Bayramlı “Cihazlar” zavodunda və Əli Bayramlı “Sənaye Avtomatika və Telemexanika” zavodunda işləmişdir ( Bu zavodlarda ümumi əmək stajını-10 il 06 ay, 17 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilmıəsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən güzəştli şərtlərlə əmək stajım bu zavodlarda -08 il, 05 ay, 23 gün təşkil edir). Yəni-xx.xx.1981-ci ildən-xx.xx.1984-cü ilədək Əli Bayramlı “Cihazlar” zavodunda Plastmas sexində 3-cü dərəcəli ştamplayıcı peşəsində (02 il 24 gün), xx.xx.1984- cü il tarixdən-xx.xx.1985-ci il tarixədək həmin sexdə 3-cü dərəcəli presləyici peşəsində (01 il, 03 ay,11 gün- güzəştli əmək stajı-23200000 XXXİİİ.Ümumi peşələr; 23200000-17008 plastik kütlədən məmulatların presləyiciləri), xx.xx.1985- ci il tarixədən-xx.xx.1987-ci il tarixədək Plastmas sexində usta vəzifəsində (02 il, 00 ay, 24 gün- güzəştli əmək stajı- 21501 OOb b)rəhbəı*lər və mütəxəssislər; 2150100b-23362 avadanlığın təmiri üzrə ustalar, 2150100b-23428 sahə ustaları, böyük ustalar, xx.xx.1987-ci il tarixdən-xx.xx.1988ci il tarixədək Plastmas sexində 3-cü dərəcəli sazlayıcı peşəsində (10 ay 06 gün güzəştli əmək stajı-21500000 XİV.Metal emalı; 21501000 1. Tökmə istehsalatı; 2150100a a) fəhlələr; 2150100a-14923 təzyiq altında press-forma maşınlarının və avtomatik axın xətlərin doldurucu tökmə maşınlarının sazlanması ilə məşğul olan tökmə maşınlarının sazlayıcıları), xx.xx.1988-ci il tarixdən-xx.xx.1990-cı il tarixədək Əli Bayramlı “Cihazlar” zavodunda və Əli Bayramlı “Sənayenin Avtomatlaşdırılması və Telemexanika” zavodunda Plastmas sexində növbə ustası vəzifəsində (01 il, 11 ay 00 gün güzəştli əmək stajı- 21500000 XİV.Metal emalı; 21501 00b b) rəhbərlər və mütəxəssislər; 2' 1501 ÖOb-23428 sahə ustaları, böyük ustalar), xx.xx.1990-cı il tarixdən-xx.xx.1992-ci il tarixədək Plastmas sexində 5-ci dərəcəli sazlayıcı peşəsində (02 il, 01 ay 06 gün güzəştli əmək stajı- 21500000 XİV.Metal emalı; 21501000 1. Tökmə istehsalatı; 2150100a a) fəhlələr; 2150100a-14923 təzyiq altında press-forma maşınlarının və avtomatik axın xətlərin doldurucu tökmə maşınlarının sazlanması ilə məşğul olan tökmə maşınlarının sazlayıcıları) işləmişdir. Bundan sonra, xx.xx.1992-ci il tarixdən-xx.xx.1994-cü il tarixədək “Şirvanneft” NQÇİ-nin 3 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli Yeraltı təmir operatoru peşəsində çalışmışdır. Həmin idarədə ümumi və güzəştli əmək stagım-01 il 10 ay 01 gün təşkil etmişdir(Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilmıəsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 21302000 2. (Neft-qaz və qaz kondensatlarının hasilatı) bəndinə əsasən. Bundan sonra, xx.xx.1994-cü il tarixdə yenidən Əli Bayramlı “Telemexanika” zavodunda Plastmas sexində 4-cii dərəcəli yıgıcı peşəsinə işə qəbul olunmuşdur və xx.xx.1994-cü il tarixdən-xx.xx.1997-ci il tarixədək həmin sexdə 4-cü dərəcəli presləyici peşəsində işləmişdir (02 il, 07 ay 20 gün güzəştli əmək stajı- 23200000 XXXİİİ.Ümumi peşələr; 23200000-17008 -plastik kütlədən məmulatların presləyiciləri). Bundan sonra, xx.xx.1997-ci il tarixdən-xx.xx.2000-ci il tarixədək "xxxx" Müştərək Müəssisəsində “İstehsalatın Avtomatlaşdırılması” sexində 5-ci dərəcəli elektrik monmajlayıcı çilingər peşəsində işləmişdir. Bundan sonra, xx.xx.2000-ci il tarixdən "xxxx" Əməliyyat Şirkətinə “İstehsalatın Avtomatlaşdırılması” sexində 5-ci dərəcəli elektrik monmajlayıcı çilingər peşəsinə işə qəbul olunmuş və bu günədək həmin şirkətdə çalışır. Həmin şirkətdə ümumi iş stajı-21 il 11 aydan çox müddət təşkil edir. xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı-25 il, 05 ay, 13 gün; güzəştli şərtlərlə əmək stajı isə-16 il, 09 ay, 11 gün təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixdə müraciət etmişdir və müraciətə Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialda baxılaraq xx.xx.2021 -ci il tarixli, **********7 nömrəli cavab məktubu ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. İmtina məktubunda onun güzəştli şərtlərlə iş stajının 12 il 06 aydan az (07 il 13 gün (xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il və xx.xx.2009xx.xx.2011-ci il tarixləri arasındakı dövrləri)) təşkil etdiyi bildirilmişdir. Halbuki, əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək ümumi əmək stajı 25 ildən çoxdur və onun 12 il 06 aydan çox hissəsi güzəştli şərtlərlə əmək stajı təşkil edir. İddiaçı tərəf olaraq o, bu imtina məktubunu qanunsuz sayır, ona görə ki, onun güzəştli əmək stajı yuxarıda qeyd etdiyi vəzifə, peşələr üzrə əmək fəaliyyətinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilmıəsi haqqında” 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən düzgün qiymətləndirilməmişdir. Onun güzəştli iş stajı yarandığı zaman qüvvədə qeyd etdiyi NK-nin qərarı olmuşdur və onun peşəsi, vəzifə üzrə əmək stajı həmin siyahıya əsasən qiymətləndirilməlidir. Həmçinin qeyd edir ki, hətta yeni "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarında da, onun peşə və vəzifələrinin güzəştli şərtlərlə olan siyahıya düşür və nədənsə cavabdeh imtina məktubunda bunları nəzərə almamış və hansı səbəbdən bu əmək stajının güzəştli şərtlərə aid edilmədiyini imtina məktubunda açıqlamamışdır. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı 25 ildən artıq ümumi və 12 il 6 aydan çox xüsusi iş stajının olduğunu nəzərə alaraq, ona 57 yaşdan yəni 21 fevral 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu qeyd edir. 2-1 (120)-1550/2023 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir. İşin faktiki hallarına əsasən İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ərizə ilə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən tərəfindən iddiaçının müraciətinə kifayət qədər güzəştli iş stajının olmaması səbəbi ilə ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 25 il 10 ay 21 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 5 il 3 ay 12 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yasına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin islərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin qanuna uyğun olaraq təyin edilir. Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X18 qərarlarını, X16 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X15 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Əmək fəaliyyəti ilə məşğul olduğu tarixlərdə zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Bu səbəbdən də ona 60 yaşdan əmək pensiyası təyin edilməlidir. Ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC –nin xx.xx.2021ci il tarixli arayış-açılış sənədindən görünür ki, İddiaçı həqiqətən Əli-Bayramlı “Cihazlar” zavodunun (hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC Plastmas sexində ştamplayıcı, presləyici, usta, sazlayıcı və növbə ustası vəzifəsində işləmişdir. Arxiv sənədlərinə əsasən İddiaçı Əli-Bayramlı “Cihazlar” zavodunda və Əli-Bayramlı “Sənaye Avtomatika və Telemexanika” zavodunda xx.xx.1981-cı ildən xx.xx.1992-ci il tarixədək ümumi əmək stajı 10 il, 06 ay, 17 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (23200000 XXXİİİ. “Ümumi peşələr” və 21500000 XİV. Metal emalı (2********. Tökmə istehsalatı) bəndinə əsasən İddiaçı Əli-Bayramlı "Cihazlar” zavodunda və Əli-Bayramlı "Sənaye Avtomatika və Telemexanika” zavodunda xx.xx.1981-cı ildən xx.xx.1992-ci il tarixinədək 08 il, 05 ay, 23 gün güzəştli şərtlərlə əmək stajı var. 1.İddiaçı xx.xx.1981-ci il tarixli 135/k saylı əmrlə xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Əli-Bayramlı "Cihazlar" zavodunun Plastmas sexində 3-cü dərəcəli ştamplayıcı peşəsində işləmişdir. (02 il, 00 ay, 24 gün) 2.xx.xx.1984-cü il tarixli 8 saylı əmrlə xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək zavodun Plastmas sexində 3-cü dərəcəli presləyici peşəsində işləmişdir. (01 il, 03 ay, 11 gün) (güzəştli əmək stajı) - 23200000 XXXİİİ. Ümumi peşələr; 23200000-17008 (plastik kütlədən məmulatların presləyiciləri) 3.xx.xx.1985-ci il tarixli 94/p saylı əmrlə xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Plastmas sexində usta vəzifəsində işləmişdir. (02 il, 00 ay, 24 gün) (güzəştli əmək stajı) - 2150100b b) rəhbərlər və mütəxəssislər; 2150100b—23362 avadanlığın təmiri üzrə ustalar; 2150100b—23428 sahə ustaları, böyük ustalar. 4. xx.xx.1987-ci il tarixli 84/k saylı əmrlə xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Plastmas sexində 3-cü dərəcəli sazlayıcı peşəsində işləmişdir. (00 il, 10 ay, 06 gün) (güzəştli əmək stajı) - 21500000 XİV. Metal emalı; 21501000 1. Tökmə istehsalatı; 2150100a a) fəhlələr; 2150100a—14923 təzyiq altında press-forma maşınlarının və avtomatik axın xətlərin doldurucu tökmə maşınlarının sazlanması ilə məşğul olan tökmə maşınlarının sazlayıcıları, 5.xx.xx.1988-ci il tarixli 54/k saylı əmrlə xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Əli-Bayramlı “Cihazlar” zavodunun və X1 və Telemexanika zavodunun Plastmas sexində növbə ustası vəzifəsində işləmişdir. (01 il, 11 ay, 00 gün) (güzəştli əmək stajı) - 21500000 XİV. Metal emalı; 2150100b b) rəhbərlər və mütəxəssislər; 2150100b—23362 avadanlığın təmiri üzrə ustalar; 2150100b—23428 sahə ustaları, böyük ustalar 6.xx.xx.1990-cı il tarixli 259 saylı əmrlə xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək Plastmas sexində 5-ci dərəcəli sazlayıcı peşəsində işləmişdir. (02 il, 01 ay, 06 gün) (güzəştli əmək stajı) - 21500000 XİV. Metal emalı; 21501000 1. Tökmə istehsalatı; 2150100a a) fəhlələr; 2150100a—14923 təzyiq altında press-forma maşınlarının və avtomatik axın xətlərin doldurucu tökmə maşınlarının sazlanması ilə məşğul olan tökmə maşınlarının sazlayıcıları, İddiaçı xx.xx.1992-ci il tarixli 24/k saylı əmrlə xx.xx.1992-ci il tarixdə Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Şirvanneft ” NQÇİyə köçürmə yolu ilə işdən azad edilmişdir. Arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmək üçün verilir. İşdə olan “Socar” Baş Ofisin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci ildə (əmr № 117/k, xx.xx.1992-ci il) “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 3 №-li NQÇS-nə 4-cü dərəcəli YAT operatoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1994-cü ildə (əmr № 81/k, xx.xx.1994-cü il) Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1997-ci ildə (əmr № 64/p, xx.xx.1997-ci il) "xxxx" X3 avtomatlaşdırılması sexinə 5-ci dərəcəli elektrikquraşdırıcı çilingər peşəsinə işə qəbul edilmişdir. İşdən azad olunma barədə qeyd aşkar olunmadı. Haqq-hesab cədvəllərinə əsasən 2000-ci ilin dekabr ayına kimi əmək haqqı almışdır. SOCAR-ın xx.xx.2001-ci il tarixli 4 nömrəli əmrinə əsasən xx.xx.2000- ci ildən "xxxx" MM ləğv olunmuş və onun bazasında Qarasu Əməliyyat Şirkəti işə başlamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etməyinizi məqsədəuyğun hesab etmişdir. İşdə olan “X17 LTD” Şirkətinin Azərbaycandakı filialının xx.xx.2021-ci il tarixli, 53 saylı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arxiv rayışna əsasən, İddiaçı həqiqətən Şirvanneft“ Neftqazçıxarma sexində 4-cü dərəcəli Yeraltı təmir operatoru peşəsində işləmişdir. " NQÇİ, “Shirvan Oyl" BMMM və “X11 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı eyni neft mədənlərində hasilatla məşğul olan, təsis və təşkil olunma qaydaları ilə əlaqədar müxtəlif vaxtlarda fərqli adlandırılan müəssisələrdir. İddiaçı Şirvanneft“ NQÇİ-də ümumi əmək stajı 01 il, 10 av, 01 gündür. Azərb.Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (21300000X11. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin enuılı 21302000 2. (Neft-qaz və qaz kondensatının hasilatı) bəndinə əsasən İddiaçı “Şirvanneft ” NQÇİ-də 01 il, 10 ay, 01 gün güzəştli şərtlərlə əmək stajı var. xx.xx.1992-ci il tarixli 117/K saylı əmrlə xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə qədər “Şirvanneft” NQÇİ-nin 3 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli Yeraltı təmir operatoru peşəsində işləmişdir. ( 01 il, 10 ay, 01 gün ) 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı 2130200a a) fəhlələr 2130200a-15870 quyularm yeraltı təmiri üzrə operatorlar İddiaçı xx.xx.1994-cü il tarixli 81/k saylı əmrlə xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı Şirvanneft“ NQÇİ-də ümumi və güzəştli əmək stajı 01 il. 10 ay. 01 gündür. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli 158 №-li əmrinə əsasən “Azneft" İstehsalat Birliyinin ‘‘Şirvanneft" NQÇİ-si ləğv olunmuş və xx.xx.1997-ci il tarixdən onun bazasında Azərbaycan-X5 Müştərək Müəssisəsi “Shirvan Oyl" BMMM yaradılmışdır. X10 Heyətinin 27 oktyabr 2009-cu il tarixli 106 saylı əmrinə müvafiq olaraq “Shirvan Oyl" X7 Müəssisəsi ləğv edilmişdir. Onun bazası əsasında yeni müəssisə “X11 Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı yaranmışdır. İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********7 saylı məktuba əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərində qeyd olunanlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (7 il 13 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il və xx.xx.2009-xx.xx.2011 -ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. - İddiaçı tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli, 04-1/394 saylı siğortaolunanın ümmumi iş stajı barədə məlumatda İddiaçı xx.xx.1979-xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur, xx.xx.1981-ci il tarixdən xx.xx.2021-ci ilədək əmək fəaliyyəti ilə məşğul olduğu məlumatlar öz əksini tapmışdır. - İddiaçının İT-0814148 nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur, xx.xx.1981-ci il tarixdən hal-hazıradək fasilələrlə müxtəlif idarələrdə işləmişdir. - X14 tərəfindən xx.xx.2021-ci il tarixli, 79 saylı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışdan görünür ki, Bununla təsdiqlənir ki, İddiaçı, Karasu Əməliyyat Şirkətində Anbar təsərrüfatı xidmətinə yükdaşıyan vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir; Karasu Əməliyyat Şirkəti:

1. İstehsalın avtomatlaşdırıci sexi: 5(beşinci) dərəcəli elektrik mantajlayıcı çilingər/ xx.xx.2000- xx.xx.2001

2. Aparatda növbətçi mühəndis xx.xx.2001- xx.xx.2002

3. İstehsalat-dispetçer xidməti Dispetçer xx.xx.2002- xx.xx.2004

4. İstismar sahəsində dispetçer xx.xx.2004-xx.xx.2009

5. Hasilat şöbəsi Mişovdağ sahəsi:/ Çilingər təmirçi/ xx.xx.2009-xx.xx.2009

6. Hasilat şöbəsi: 1 saylı neft və qaz hasilatı sexində quyularm tədqiqi üzrə Operator/ xx.xx.2009-xx.xx.2011

7. İnzibati -təsərrüfat şöbəsi Bağban xx.xx.2011- xx.xx.2012

8. Maddi-texniki təchizat şöbəsi: Yanacaqdoldurma stansiyasının operatoru xx.xx.2012- xx.xx.2012

9. Anbar təsərrüfatı: Yanacaqdoldurma stansiyasının operatoru xx.xx.2012- xx.xx.2016

10. Nəqliyyat sexi: Yanacaqdoldurma stansiyasının operatoru xx.xx.2016- xx.xx.2017

11. Nəqliyyat sexinin Maşm və mexanizmlərin istismarı üzrə xidməti: Yanacaqdoldurma stansiyasının operatoru xx.xx.2017- xx.xx.2021 Anbar təsərrüfatı xidmətinə yükdaşıyan xx.xx.2021-xx-xx.2021 Cəmi: 3 il.3ay.28gün X4: İstehsalın avtomatlaşdırılması sexinə 5(beşinci) dərəcəli elektrik mantajlayıcı çilingər/ xx.xx.1997-xx.xx.2000 Qeyd: Əmək kitabçasında göstərilən 19,20 nömrəli qeydlərə əsasən Cəmi: 3il. 3ay. 11 gün. Ümumi əmək stajı: 6il. 7ay. 10 gün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 6il. 7ay. 10 gün imtiyazlı iş stajma malikdir.

10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a)fəhlələr: Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları/quyuları tədqiqi üzrə operatorlar.neft qaz və qaz kondensatı. A) fəhlələr: Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları/quyuları tədqiqi üzrə operatorlar. Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər. İşdə olan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 3-17-1/2-18096/23 saylı məktubuna əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 il 10 ay 21 gün (xx.xx.1979xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1981- xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994- 02.01,1997-ci il, xx.xx.1997-xx.xx.2005-ci il), həmin tarixdən sonrakı dövr üçün sığorta stajı 16 il 8 ay, güzəştli iş stajı isə cəmi 7 il 13 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1992-xx.xx.1994- cü il, xx.xx.1994-02.01,1997-ci il, xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Hazırda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 69997,45 manat təşkil edir. Əlavə olaraq, adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının və pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətlərini sizə təqdim edirik. - İşdə olan iddiaçının НЗ №396788 nömrəli hərbi biletinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1981-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC –nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1961 -ci il təvəllüdlü sabiq işçi İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunda (hal-hazırda Azərbaycan Respublikası Prezidentinin 1181 nömrəli 16 dekabr 2006-cı il tarixli Fərmanına əsasən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır) Plastmas sexinə xx.xx.1981-ci il 135 K saylı əmrlə ştamplayıcı peşəsi işinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində İddiaçı ştamplayıcı (Əmr №135K, xx.xx.1981-xx.xx.1984), presləyici (Əmr №08, xx.xx.1984xx.xx.1985), usta (Əmr №94, xx.xx.1985-xx.xx.1987), sazlayıcı (Əmr №84, xx.xx.1987xx.xx.1988), növbə ustası (Əmr №54, xx.xx.1988-xx.xx.1990), sazlayıcı (Əmr №94, xx.xx.1990-xx.xx.1992) peşəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (köçürmə yolu ilə) işdən azad edilmişdir. Arxiv sənədlərinə əsasən sabiq işçi İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunda (halhazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) xx.xx.1981ci ildən xx.xx.1992-ci il tarixədək ümumi əmək stajı 10 il 06 ay 17 gündür və onun da 08 il 06 ay 27 günü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən fəhlə sinfinə aiddir. İddiaçı yuxarıda qeyd edilən peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfna daxildir.

11. Metal emalı 11.1. Tökmə istehsalı a) fəhlələr “Təzyiq altında press-forma maşınlarının və avtomatik axın xəttlərinin doldurucu tökmə maşınlarının sazlanması ilə məşğul olan tökmə maşınlarının sazlayıcısı” (Əridilən məmulat üzrə (fenoplast, ftoroplast, plastik) hidravlik preslərin sazlanması, təmizlənməsi) b) rəhbərlər və mütəxəssislər - sahə ustaları - avadanlığın təmiri üzrə ustalar 35. Ümumi peşələr - plastik kütlədən məmulatların presləyiciləri İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək aylıq məvacibinin 08%-i miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliynə əsasən ona əlavə 06 t/g məzuniyyət günü verilmişdir. Qeyd edilənləri nəzərə almaq xahiş olunur. İşdə olan “Socar” Baş Ofisin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin verdiyi xx.xx.2021 -ci il tarixli SOCAR**********80020123X00053 nömrəli arxiv arayışındakı qeydlərdən müəyyən olunur ki, xx.xx.1961 -ci il təvəllüdlü İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 3 nömrəli neft və qazçıxarma sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək yeraltı təmir operatoru, "xxxx" X3 avtomatlaşdırılması sexində xx.xx.1997-ci il tarixdən 2000-ci ilin sonunadək (arxiv arayışında işdənçıxma tarixi dəqiq göstərilməmişdir və 2000ci ilin sonunadək əmək haqqı ödənildiyi qeyd edilmişdir) elektrikquraşdırıcı çilingər peşəsində işləmişdir. İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 3 nömrəli neft və qazçıxarma sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (1 il 10 ay 3 gün) işlədiyi yeraltı təmir operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10- cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2- ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində qeyd edilən “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi ilə eynilik təşkil edir. Eyni zamanda məlumat üçün bildirilmişdir ki, İddiaçı neft sənayesində işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrə uyğunluğu araşdırılaraq rəy verilmişdir. Onun sənayenin digər sahələrindəki əmək fəliyyətinə rəy bildirilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC –nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1961 -ci il təvəllüdlü sabiq işçi İddiaçı oglu Əli Bayramlı şəhər “Cihazlar” zavodunda (hal-hazırda Azərbaycan Respublikası Prezidentinin 1181 nömrəli xx.xx.2006-cı il tarixli Fərmanına əsasən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC adlandırılmışdır) Plastmas sexinə xx.xx.1981 -ci il 135 K saylı əmrlə ştamplayıcı peşəsi işinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində İddiaçı oglu ştamplayıcı (Əmr № 135 K, xx.xx.1981-xx.xx.1984), presləyici (Əmr № 08, xx.xx.1984xx.xx.1985), usta (Əmr № 94, xx.xx.1985-xx.xx.1987), sazlayıcı (Əmr № 84, xx.xx.1987xx.xx.1988), növbə ustası (Əmr № 54, xx.xx.1988-xx.xx.1990), sazlayıcı (Əmr № 94, xx.xx.1990-xx.xx.1992), yığıcı (Əmr № 75, xx.xx.1994-xx.xx.1994), sazlayıcı (Əmr № 364, xx.xx.1994-xx.xx.1994), presləyici (Əmr № 146, xx.xx.1994-xx.xx.1997) peşəsində işləmişdir. Arxiv sənədlərinə əsasən, sabiq işçi İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunda (hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin "Telemexanika zavodu” MMC) xx.xx.1981-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.1997-ci il tarixlərədək ümumi əmək stajı-13 il, 01 ay, 20 gündür və onun da 11 il, 02 ay, 17 günü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən fəhlə sinfinə aiddir. Plastmas sexində ştamplayıcı, sazlayıcı peşələri presləyici peşələri ilə əmək funksiyası baxımından eynilik təşkil edir və iş şəraiti agır və zərərli kimi qəbul olunur. Məhz buna görə iş şəraitinin agır və zərərli olduğu üçün İddiaçı işlədiyi müddət ərzində xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək aylıq məvacibinin 08 %-i miqdarında əlavə əmək haqqı ödənilmiş və zərərlli iş şəraitinə görə Əmək qanunvericiliyinə əsasən onun əsas məzuniyyətinə 06 təqvim günü əlavə məzuniyyət hesablanmışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC –nin xx.xx.2024-cü il tarixli, 100/02-440 saylı məktubundan görünür ki, İddiaçı işlədiyi peşələr üzrə “vəzifə təlimatları” təqdim edilmişdir. - İşdə olan X14 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 04-2/422A saylı məktubuna əsasən, İddiaçı həqiqətən xx.xx.2000-ci il tarixindən Kayman adalarının “X14” Şirkətinin filialında çalışır. İddiaçı Güzəştli şərtlərlə yaşa görə penisya hüququ verən aşağıda adları qeyd olunan peşələrdə çalışıb. İstehsalın avtomatlaşdırıci sexi: 5-ci (beşinci) dərəcəli elektrik mantajlayıcı çilingər/ xx.xx.2000-xx.xx.2001 Hasilat şöbəsi Mişovdağ sahəsi: Çilingər təmirçi/ xx.xx.2009-xx.xx.2009 Hasilat şöbəsi: 1 saylı neft və qaz hasilatı sexində quyuların tədqiqi üzrə Operator/ xx.xx.2009- xx.xx.2011. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 3 il, 3 ay, 28 gün imtiyazlı iş stajına malikdir. - X14 tərəfindən İddiaçı işlədiyi vəzifə təlimatı təqdim edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərində qeyd olunanlara əsasən güzəştli iş stajının 12 il 6 aydan az (7 il 13 gün (xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997ci il və xx.xx.2009-xx.xx.2011 -ci il tarixləri arasındakı dövrlər)) təşkil etməsi, qeyd olunanların nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi, müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ olması barədə məlumat verilmişdir. Məhkəmə gedişatı zamanı cavabdeh orqan tərəfindən məhkəməyə məlumat verilmişdir ki, iddia ümumi iş stajı xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 25 il 10 ay 21 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı məhkəmə prosesi gedişində 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İşin mübahisəsiz halı 25 xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 25 il 10 ay 21 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) ildən çox ümumi iş stajının olmasıdır. İşin mübahisəli halı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda qeyd edilən məlumatları özündə əks etdirən iş yerinin arayışının təqdim edilməsi ilə bağlı olmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İddia ərizəsindən və iddiaçının məhkəmə iclaslarından verdiyi izahatlardan aydın olur ki, iddiaçı 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 60 yaşı –xx.xx.2021-ci ildə tamam olmuşdur. Həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən, (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun yaşı qanunla müəyyən edilmiş həddə çatmalı, 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İşdən müəyyən olunur ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Məhkəmə qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə, xx.xx.2006-cı il tarixədək iddiaçının iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Lakin, mübahisə predmetini təşkil edən məsəlin aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, iddiaçının işlədiyi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına daxil olub-olmaması ilə bağlı mütəxəssis arayışının təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC –nin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, xx.xx.1961 -ci il təvəllüdlü sabiq işçi İddiaçı oglu Əli Bayramlı şəhər “Cihazlar” zavodunda (hal-hazırda Azərbaycan Respublikası Prezidentinin 1181 nömrəli xx.xx.2006-cı il tarixli Fərmanına əsasən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC adlandırılmışdır) Plastmas sexinə xx.xx.1981 -ci il 135 K saylı əmrlə ştamplayıcı peşəsi işinə qəbul edilmişdir. İşlədiyi müddət ərzində İddiaçı oglu ştamplayıcı (Əmr № 135 K, xx.xx.1981-xx.xx.1984), presləyici (Əmr № 08, xx.xx.1984-xx.xx.1985), usta (Əmr № 94, xx.xx.1985-xx.xx.1987), sazlayıcı (Əmr № 84, xx.xx.1987-xx.xx.1988), növbə ustası (Əmr № 54, xx.xx.1988-xx.xx.1990), sazlayıcı (Əmr № 94, xx.xx.1990xx.xx.1992), yığıcı (Əmr № 75, xx.xx.1994-xx.xx.1994), sazlayıcı (Əmr № 364, xx.xx.1994xx.xx.1994), presləyici (Əmr № 146, xx.xx.1994-xx.xx.1997) peşəsində işləmişdir. Arxiv sənədlərinə əsasən, sabiq işçi İddiaçı Əli Bayramlı şəhər “Cihazlar” zavodunda (halhazırda Müdafiə Sənayesi Nazirliyinin "Telemexanika zavodu” MMC) xx.xx.1981xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.1997-ci il tarixlərədək ümumi əmək stajı-13 il, 01 ay, 20 gündür və onun da 11 il, 02 ay, 17 günü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən fəhlə sinfinə aiddir. Plastmas sexində ştamplayıcı, sazlayıcı peşələri presləyici peşələri ilə əmək funksiyası baxımından eynilik təşkil edir və iş şəraiti agır və zərərli kimi qəbul olunur. Məhz buna görə iş şəraitinin agır və zərərli olduğu üçün İddiaçı işlədiyi müddət ərzində xx.xx.1984-cü il tarixdən xx.xx.1997-ci il tarixədək aylıq məvacibinin 08 %i miqdarında əlavə əmək haqqı ödənilmiş və zərərlli iş şəraitinə görə Əmək qanunvericiliyinə əsasən onun əsas məzuniyyətinə 06 təqvim günü əlavə məzuniyyət hesablanmışdır. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12 il 6 aydan artıq güzəştli iş stajına malik olmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Mübahisələndirilən dövr (ştamplayıcı (Əmr № 135 K, xx.xx.1981-xx.xx.1984), usta (Əmr № 94, xx.xx.1985-xx.xx.1987), sazlayıcı (Əmr № 84, xx.xx.1987-xx.xx.1988), növbə ustası (Əmr № 54, xx.xx.1988-xx.xx.1990), sazlayıcı (Əmr № 94, xx.xx.1990-xx.xx.1992), presləyici (Əmr № 146, xx.xx.1994-xx.xx.1997) peşələri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının (23200000 XXXİİİ. “Ümumi peşələr” və 21500000 XİV. Metal emalı (2150100b b) rəhbərlər və mütəxəssislər; 2150100b—23362 avadanlığın təmiri üzrə ustalar; 2150100b—23428 sahə ustaları, böyük ustalar; 21500000 XİV. Metal emalı; 21501000 1. Tökmə istehsalatı; 2150100a a) fəhlələr; 2150100a—14923 təzyiq altında press-forma maşınlarının və avtomatik axın xətlərin doldurucu tökmə maşınlarının sazlanması ilə məşğul olan tökmə maşınlarının sazlayıcıları) bölməsində qeyd olunan işin xüsusiyyətlərinə uyğun olması səlahiyyətli təşkilatın müvafiq məktubu ilə təsdiq edilir. X13 Company tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 04-2/422A saylı məktubdan görünür ki, İddiaçı İstehsalın avtomatlaşdırıci sexi: 5-ci (beşinci) dərəcəli elektrik mantajlayıcı çilingər/xx.xx.2000-xx.xx.2001 Hasilat şöbəsi Mişovdağ sahəsi: Çilingər təmirçi/ xx.xx.2009xx.xx.2009 Hasilat şöbəsi: 1 saylı neft və qaz hasilatı sexində quyuların tədqiqi üzrə Operator vəzifəsində işlədiyi dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il 320 saylı Qərarının “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a)fəhlələr: Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları/quyuları tədqiqi üzrə operatorlar.neft qaz və qaz kondensatı. A) fəhlələr: Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları/quyuları tədqiqi üzrə operatorlar. Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingərlər” bölməsində qeyd olunan işin xüsusiyyətlərinə uyğun olması səlahiyyətli təşkilatın müvafiq məktubu ilə təsdiq edilir. Odur ki, iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya 60 yaşından pensiya hüququ yarandığından xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşagörə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ:

İddiaçı iddiası təmin edilsin. İddiaçı 60 yaşdan (xx.xx.22021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, H.Z.Tağıyev 10) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar