Məhkəmə qərarları › İş №2-1(120)-1844/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1844/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1844/2024 14.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cinsiyyətinin müvafiq əməliyyatla dəyişməsi səbəbindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində cinsiyyətinin qadın olaraq qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı “İddiaçı barəsində tərtib edilmiş 529 saylı doğum akt qeydinə cinsiyyətinin müvafiq əməliyyatla dəyişməsi səbəbilə soyadının Məmmədova, adının Məryəm, ata adının Vladimir qızı olmaqla, cinsiyyətinin qadın olaraq düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2024-cü il tаriхli, 2-1(120)-1844/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “İddiaçı barəsində tərtib edilmiş 529 saylı doğum akt qeydinə cinsiyyətinin müvafiq əməliyyatla dəyişməsi səbəbilə soyadının Məmmədova, adının Məryəm, ata adının Vladimir qızı olmaqla, cinsiyyətinin qadın olaraq düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” tələbi bаrədə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “cinsiyyətinin müvafiq əməliyyatla dəyişməsi səbəbindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində cinsiyyətinin qadın olaraq qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı və Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının cinsiyyətinin müvafiq əməliyyatla dəyişməsi səbəbindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində cinsiyyətinin qadın olaraq qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasından imtina etmişdir. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, iddiaçı cinsiyyətinin müvafiq əməliyyatla dəyişmişdir. Ona görə də, onun barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində cinsiyyətinin qadın olaraq qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. İşdə olan xx.xx.1983-cü il tarixli, 529 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, ata qrafasında X2 adı, ana qrafasında X1 adı qeyd olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, AZ-T № 232675 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, ata qrafasında X2 adı, ana qrafasında X1 adı qeyd olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli buraxılış vəsiqəsinin notarial qaydada təsdiq olunmuş tərcüməsindən görünür ki, İddiaçı cinsini kişidən qadına dəyişdirmək üçün cərrahiyyə ehtiyaçları ilə müraciət etmişdir. xx.xx.2023-cü ildə X4 texnikasından istifadə etməklə uğurlu cinsiyyət dəyişmə əməliyyatı icra olunmuşdur. İşdə olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-1532/2023 nömrəli imtina məktubundan görünür ki, onun müraciəti əsasında xx.xx.1983-cü il tarixli, 529 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarında aşağıdakılar qeyd edilmişdir:

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Cinsin dəyişməsi ilə əlaqədar olaraq ada, soyada və ata adına dəyişiklik edildikdə, ərizə, həmçinin cinsin dəyişməsi haqqında rəy vermiş tibb müəssisəsinin olduğu yerdə verilə bilər.

6. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. Müstəsna hallarda qeydiyyat şöbəsinin rəisi və konsulluq idarələrinin rəhbəri tərəfindən ərizə verən şəxsə məlumat verilməklə, həmin müddət bir aydan çox olmayan müddətə uzadıla bilər.

7. Başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə akt qeydlərində dəyişiklik edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir.

8. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Cavabdeh “iddiaçının cinsiyyətinin müvafiq əməliyyatla dəyişməsi səbəbindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində cinsiyyətinin qadın olaraq qeyd edilməsindən imtinası qanuna zidd sayıla bilməz. Belə ki, cinsiyyətin dəyişdirilməsi ilə bağlı qanunvericiliyin (Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların) nəzərdə tutduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki cərrahi əməliyyatı həyata keçirməsini zəruri edən hallar iddiaçı tərəfindən məhkəmə prosesində sübuta yetirilməmişdir. Bununla yanaşı məhkəmə bu halı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin təmin edilməsi gələcəkdə insanlar arasında çaşqınlıq yaradacağına, bərqərar olmuş birgə yaşayış qaydalarının və üçüncü şəxslərin hüquqlarının poulmasına, ailə münasibətləri qurularkən digər tərəfin yanılması ilə nəticələnə biləcək halların yaranmasına səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, doğum akt qeydinə düzəliş edilməsindən imtina olunması barədə inzibati orqanın hərəkətləri qanuni olduğundan, iddiaçı anadan olarkən kişi cinsindən olması, akt qeydi tərtib olunarkən hər hansı yalnışlıq baş vermədiyindən və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı Cavabdehnə qarşı “cinsiyyətinin müvafiq əməliyyatla dəyişməsi səbəbindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində cinsiyyətinin qadın olaraq qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “cinsiyyətinin müvafiq əməliyyatla dəyişməsi səbəbindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində cinsiyyətinin qadın olaraq qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar