Məhkəmə qərarları › İş №2-1(120)-1846/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1846/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1846/2023 02.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin X6 aid hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “AİK-nın xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında JN-539, KOD 80216018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-539 A, KOD 80216018 nömrəli, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X6 aid olan hissəsində qismən ləğv edilməsi və X4 adının həmin AİK-nın xx.xx.1998-ci il tarixli şəhadətnamə və dövlət aktının mülkiyyətçilər sırasından bütövlükdə çıxarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəmənin 01 iyun 2023-cü il tarixli qərardadı ilə X11 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin 24 avqust 2023-cu il tarixli qərardadla iddiaçının iş üzrə iddia tələbinin və cavabdehin dəyişdirilməsi barədə ərizəsi təmin edilərək, iş üzrə cavabdeh kimi Lənkəran şəhər İcra Hakimiyyətinin, üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin qeyd edilməsini, iddia “Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin X6 aid hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin 24 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ailə üzvüləri həyat yoldaşı X16, qızı X13, qızı X15 və oğlu X17 ilə birlikdə Lənkəran rayonu, Osaküçə kəndi ünvanında yaşayırlar. ünvan 1i ünvanında xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında JN-539A saylı, KOD 80216018 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında fərdi yaşayış evinin tikintisindən ötrü 0,06 ha. həyətyanı torpaq sahəsi, xx.xx.1998-ci il tarixli, 07 saylı Qərarı əsasında JN-539 saylı, KOD 80216018 nömrəli, “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,33 ha. pay torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Lakin yuxarıda qeyd olunan ilkin hüquqmüəyyənedici sənədlər əsasında ailə üzvülərinin mülkiyyətinə verilən fərdi yaşayış evinin tikintisindən ötrü 0,06 ha. həyətyanı torpaq sahəsini təsdiq edən “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”- də və kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,33 ha. pay torpaq sahəsini təsdiq edən “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-n da, heç bir qohumluqtanışlıq əlaqələri olmayan X4 adı qeyd olunmuşdur. Bununla belə Lənkəran rayonu, Osaküçə kəndi ərazisində yerləşən, AİK-nın JN-539A saylı, KOD 80216018 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında 0,06 ha. təyinatı- həyətyanı torpaq sahəsinə və AİK- mn JN-539 saylı, KOD 80216018 nömrəli, “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 0,33 ha. təyinatı- kənd təsərrüfatı məhsullarının istehsalı torpaq sahələrinə dair mülkiyyət hüquqlarının onun adına dövlət qeydiyyatına alınmasından ötrü, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə, 14 dekabr 2022-ci il tarixdə müraciət etmişdir. “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 0,33 ha. kənd təsərrüfatı məhsullarının istehsalı torpaq sahəsinə dair mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınması bardə müraciəti 10 saylı Lənkəran Ərazi İdarəsi № ********** saylı qeydiyyata götürməklə, 19 dekabr 2022-ci il tarixli, № **********96 qeydiyyat nömrəli, “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” imtina cavabı verilmişdir. 10 saylı Lənkəran Ərazi İdarəsi 19 dekabr 2022-ci il tarixli, № **********96 qeydiyyat nömrəli imtina cavabının 2-ci abzasında: “Sənədlərin qanunamüvafıqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin 0,33 ha. pay torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim etdiyi ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-539 nömrəli “Dövlət Aktı” üzrə məlumatlarda barəsində qeyd olunan mülkiyyətçilərdən sayılan X11 ailənin üzvünün olmaması” qeyd edilmişdir. Həmin imtina cavabının 3-cü və 5-ci abzaslarında: Tərəflərindən təqdim olunmuş JN-539 nömrəli “Dövlət Aktı” üzrə 4-cü qrafada barəsində qeyd olunan həmin X4 adının bütövlükdə mülkiyyətçilər sırasından çıxarılması Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində olmaması da qeyd olunmuşdur. Həmçinin həmin imtina cavabının 7ci abzasında: “Odur ki, gələcəkdə sözü gedən pay torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-539 nömrəli “Dövlət Aktı” üzrə 4-cü qrafada barəsində qeyd olunan mülkiyyətçinin adının bütövlükdə çıxarılmasına münasibətdə, inzibati icraat qaydasında baxılmaqla Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq məhkəmə qərarı təqdim olunduğu təqdirdə, müraciətlərinə təkrarən baxılacağı ” qeyd olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi, təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənəd olan JN-539 nömrəli “Dövlət Aktı” üzrə 4-cü qrafada yanlış olaraq adı qeyd olunmaqla guya mülkiyyətçilərdən biri sayılan X7, bütövlükdə mülkiyyətçilər sırasından çıxarılmasına hüquqi səlahiyyətinin olmamasını və bu barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsini 19 dekabr 2022-ci il tarixli, № **********96 qeydiyyat nömrəli imtina cavab məktubunda qeyd edilmişdir. Eyni zamanda “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında fərdi yaşayış evinin 0,06 ha. həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarımın dövlət qeydiyyatına alınması bardə müraciəti 10 saylı Lənkəran Ərazi İdarəsi № ********** sayla qeydiyyata götürməklə, 22 dekabr 2022-ci il tarixli, **********46 qeydiyyat nömrəli, “Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” imtina cavabı vermişdir. 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 22 dekabr 2022-ci il tarixli, № **********46 qeydiyyat nömrəli imtina cavabında qeyd olunan səbəblər, 19 dekabr 2022-ci il tarixli, **********96 qeydiyyat nömrəli, imtina cavabı ilə eyni olmaqla bərabər hətta sonuncu cavab məktubundakı bütün abzas- cümlələrdə heç bir fərq yoxdur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi, təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənəd olan JN-539A nömrəli “Dövlət Aktı” üzrə 4-cü qrafada yanlış olaraq adı qeyd olunmaqla guya mülkiyyətçilərdən biri sayılan X7, bütövlükdə mülkiyyətçilər sırasından çıxarılmasına hüquqi səlahiyyətinin olmamasını və bu barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilməsini 22 dekabr 2022-ci il tarixli, № **********46 qeydiyyat nömrəli imtina cavab məktubunda da qeyd etmişdir. Odurki, cavabdeh- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı ünvan 2i ünvanında, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı Qərarı əsasında fərdi yaşayış evinin tikintisindən ötrü 0,06 ha. həyətyanı torpaq sahəsinə dair JN-539A saylı, KOD 80216018 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-nin, Kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,33 ha. pay torpaq sahəsinə dair JN-539 saylı, KOD 80216018 nömrəli, “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nm, X6 aid olan hissəsində qismən ləğv edilməsi və X11 adının həmin Lənkəran rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 07 saylı Qərarı əsasında verilmiş JN-539A saylı, KOD 80216018 nömrəli, “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” və JN-539 saylı, KOD 80216018 nömrəli, “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nda mülkiyyətçilər sırasından bütövlükdə çıxarılması barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsinin, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsinin və üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və çüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 19 dekabr 2022-ci il tarixli, **********96 nömrəli məktubunda qeyd olunmuşdur ki, Lənkəran rayonu, Osakücə kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli, 07 saylı qərarı əsasında JN-539 nömrəli “Dövlət Aktı” üzrə sizin və ailə üzvlərinizin ümumbirgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli 0.33 ha pay torpaq sahəsinə dair əvvəllər yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin 0.33 ha pay torpaq sahəsinə dair Ərazi İdarəsinə təqdim etdiyiniz ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-539 nömrəli “Dövlət Aktı” üzrə məlumatlarda barəsində qeyd olunan mülkiyyətçilərdən sayılan X2 ailənin üzvü deyildir. Tərəfinizdən təqdim olunmuş sözü gedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin JN-539 nömrəli “Dövlət Aktı” üzrə 4-cü qrafada barəsində qeyd olunan həmin şəxsin mülkiyyətçilərin ailə üzüvlərinə heç bir aidiyyəti olunmadığı səbəbindən reallıqda hüquqi anlaşılmazlıq yaranmışdır. Həmçinin, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Əlavə olaraq bildiririk ki, hüquqmüəyyənedici sənəd olaraq həmin JN-539 nömrəli “Dövlət Aktı” barədə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti qeydlər aparıldığından, barəsində qeyd olunan həmin şəxsin adının bütövlükdə mülkiyyəıçilər sırasından çıxarılması Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, gələcəkdə sözü gedən pay torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd olaraq həmin JN-539 nömrəli “Dövlət Aktı” üzrə 4-cü qrafada barəsində qeyd olunan mülkiyyətçinin adının bütövlükdə çıxarılmasına münasibətdə, inzibati icraat qaydasında baxılmaqla Şirvan İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq məhkəmə qərarı təqdim olunduğu təqdirdə, müraciətinizə təkrarən baxılacaqdır. Bu səbəbdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində əvvəllər yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İş materiallarında olan JN-539A KOD 80216018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarına əsasən 0,06 ha. həyətyanı torpaq sahəsi X9, onun ailə üzvləri X1, X5, X4 mülkiyyətinə verilmiş və kitabda qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 279/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 sayiı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2023-cü il 12 yanvar tarixli, 2-1(120)- 1846/2023 saylı inzibati iş üzrə sorğunun icrası olaraq zərurət yarandığından, Lənkəran rayonu, Osakücə kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı müvafiq qərarı əsasında JN-539A nömrəli şəhadətnamə üzrə iddiaçıya və onun ailə üzvlərinə ayrılmış 0.06 ha həyətyanı və eyni qərarla JN-539 nömrəli “Dövlət Aktı” ilə həmin şəxslərə ayrılmış 0.33 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahələrinə dair qeydiyyatın aparılması proseduru ilə əlaqədar iddiaçı tərəfindən Ərazi İdarəsinə edilən müraciətin, habelə müraciət əsasında aparılmış inzibati icraat materiallarının təqdim olunmasına münasibətdə, tərəfmizdən həmin əmlaklara dair arxiv və baza məlumatları aid olan hissədə araşdırıldı. Məlumat üçün bildiririk ki, sözü gedən ünvanda yerləşən, yuxarıda barəsində qeyd olunan ilkin hüquqmüəyyənedici sənədlərlə (JN-539A nömrəli şəhadətnamə və JN-539 nömrəli “Dövlət Aktı” üzrə) iddiaçıya və onun ailə üzvlərinə ayrılmış 0.06 ha həyətyanı və 0.33 ha pay torpaq sahələri üzərində yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçının üç halda olmaqla 14 dekabr 2022-ci il tarixli, **********7 və eyni tarixli, **********, habelə 27 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizələri əsasında təqdim olunmuş sənədlər icraata qəbul edilmişdir. Həmin ərəfədə sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, sözü gedən 0.06 ha həyətyanı, habelə 0.33 ha pay torpaq sahələrinə dair Ərazi İdarəsinə təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənəd olaraq JN-539A və JN- 539 nömrəli “Şəhadətnamə” və “Dövlət Aktı” üzrə məlumatlarda barəsində qeyd olunan mülkiyyətçilərdən sayılan X11 hazırki iş üzrə iddiaçının ailə üzvü deyildir. Sözü gedən torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən məlum olmuşdur ki, həmin JN- 539A nömrəli “Şəhadətnamə”, habelə JN-539 nömrəli “Dövlət Aktı” ilə siyahı üzrə 4-cü qrafada barəsində qeyd olunan X4 mülkiyyətçilərin ailə üzvlərinə heç bir aidiyyəti olunmadığı səbəbindən reallıqda hüquqi anlaşılmazlıq yaranmışdır. Bu baxımdan bildiririk ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Əlavə olaraq bildiririk ki, hüquqmüəyyənedici sənəd olaraq həmin JN-539A nömrəli “Şəhadətnamə” və eyni nömrəli “Dövlət Aktı” barədə mövcud DBF (siyahı) və DWG (xəritə) baza məlumatlarında aidiyyəti qeydlər aparıldığından, barəsində qeyd olunan həmin şəxsin adının bütövlükdə mülkiyyətçilər sırasından çıxarılması Ərazi İdarəsinin səlahiyyətləri çərçivəsində olmadığından, sözü gedən hər iki torpaq sahələrinə dair əvvəllər yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə hazırki iş üzrə iddiaçının müraciətlərinin icrasından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 12-3/66-1 nömrəli məktubundan görünür ki, Kazımova X3 rayonunun Osaküçə kəndində yaşayır, əri X16, qızı X13, qızı X15, oğlu X14r. Bu barədə Osaküçə kənd inzibati ərazi dairəsində nümayəndəliyin 11 nömrəli təsərrüfatbaşına kitabın (2021-2025-ci illər üçün) 80-cı səhifəsində qeyd vardır. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 12-3/66-2 nömrəli məktubundan görünür ki, X11 hazırda ərazidə yaşamır, qardaşı X8r. Bu barədə Osaküçə kənd inzibati ərazi dairəsində nümayəndəliyin 3 nömrəli təsərrüfatbaşına kitabın (2021-2025-ci illər üçün) 91-ci səhifəsində qeyd vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-18/2- 23313-23 nömrəli məktubundan görünür ki, X11 xx.xx.2002-ci il tarixdən Lənkəran rayonu, Osaküçə kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-2-8/2-1190/2023 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin X6 aid hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati işlə bağlı münasibət bildirilməsi xahiş olunmuşdur. Bildiririk ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün və Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 saylı qərarın verilməsinə əsas olan sənədlər Arxiv İdarəsinin Lənkəran Filialında mövcud olmadığından iddia ilə bağlı münasibət bildirilməsi imkan xaricindədir. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan və tələbində qeyd edilən əsasları məhkəmədə sübut etdiyindən, inzibati orqan tərəfindən verilən imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 139-1.1, 139-1.1.5) Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi İddiaçı X11 adlı ailə üzvü olmamış, Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Osaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 12-3/66-2 nömrəli məktubunda X11 ərazidə yaşamadığı qeyd edilmişdir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə müəyyən etdi ki, mübahisələndirilən Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 07 saylı qərarı ilə X24 oğlu və ailə üzvlərinə 0,06 ha həyətyanı və 0,33 ha kənd təsərrüfattəyinatlı torpaq sahələri verilmiş və bu hal şəhadətnamə və dövlət aktı ilə rəsmiləşdirilmişdir. JN-539A nömrəli şəhadətnamədə və JN-539 nömrəli dövlət aktında iddiaçıların ailə üzvü olmayan X11 əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı qeyd edilən şəxsin həmin ərazidə yaşamadığı və qardaşının X12 olduğu, qeyd edilən şəxsin təsərrüfatıbaşı kitabında qeydiyyatda olduğu müəyyən edilir. Göründüyü kimi iddiaçılar, qeyd edilən torpaq sahəsinə çıxış almaq istəmişdirlər. Lakin hal-hazırda mübahisələndirilən qərarda ailə üzvü olmayan şəxsin olması iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır. İş materiallarına əsasən mübahisələndirilən qərardan tərəflərin yalnız torpaq sahələrinə çıxarış almaq istədikləri zaman məlumatlarının olduğu müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Komissiyanın hər hansı prosedur qaydasında formal pozuntular törətməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnməməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin üzərinə Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin X6 aid hissəsində ləğv edilməsi öhdəliyi öhdəliyi qoyulmalıdır. Başqa sözlə qeyd edilən hallar iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin X6 aid hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. X18 Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin X6 aid hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar