Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1847/2024 16.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı “Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi Şəxsinin xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 fevral 2024-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri Hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı Dövlət Tibbi- Sosial Ekspertiza və X4 Hüquqi Şəxsinin xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016cı il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X3rşı “Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Hüquqi Şəxsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin ilkin qiymətləndirildiyi tarixdən, yəni 10 yanvar 2012-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə təmin edilmişdir. Həmin Qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-256/2023 saylı,xx.xx.2023-cü il tarixli Qərardadına əsasən, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-154/2023 saylı, xx.xx.2023cü il tarixli Qərarı ləğv edilərək təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Dövlət Tibbi- Sosial Ekspertiza və X4 Hüquqi Şəxsinin xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016cı il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 02 fevral 2024-cü il tarixli, 2-1(120)-1847/2024 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Astara rayonunun Miki kəndində ailəsi ilə yaşamaqla, himayəsində həyat yoldaşı və üç uşağı var və pensiya almaqla heç yerdə işləmir. İzah edir ki, o, 1993-cü ilin oktyabr ayında Astara rayon Hərbi Komissarlığı tərəfindən Səfərbərlik üzrə hərbi xidmətə çağırılmaqla təxminən 45 gün Qusar rayonunda təlim keçmiş və sonrakı dövrdə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə döyüş şəraitində xidmət etmişdir. Xidmət dövrü 1997-ci ilin avqustun 15-ə kimi davam etmişdir. 1994-cü ilin fevral ayında Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində düşmən erməni qüvvələri ilə döyüş şəraitində yanında düşən “Qrad” mərmisinin partlayışı nəticəsində xəsarət almaqla huşunu itirəndən sonra döyüş yoldaşları tərəfindən hərbi hospitala aparılmaqla müalicə olunmuşdur. Müalicə olunduğu 3 aya yaxın müddət ərzində üzərində aprılan əməliyyatlarla bağlı bədənində çoxlu sayda mərmi qəlpələri çıxarılmışdır. Bəzi qəlpələrin çıxarılması isə həyatı üçün təhlükəli olduğundan bədənində saxlanılmışdır. Müalicə başa çatdıqdan sonra səhhətilə bağlı tərxis olunmağı qanunun tələblərinə uyğun olduğundan bu barədə ona təklif olunmasına baxmayaraq o, imtina etmiş və yenidən hərbi xidmətini davam etdirmək istədiyini ifadə etmişdir. Bununla əlaqədar müvafiq qaydada ərizəsi alındıqdan sonra o, yenidən xidmətinin davam etdirilməsi üçün əvvəlki xidmət yerinə göndərilmişdir. Bir halı da xüsusi olaraq qeyd edir ki, həmin vaxtdan o, əsəb xəstəsidir və xidmət etdiyi dövrdə əsəblərilə bağlı dərmanlar ailə üzvləri tərəfindən onun üçün göndərilirdi. Yuxarıda qeyd etdiyi kimi o, 15 avqust 1997-ci ildə hərbi xidmətdən tərxis olundu və həmin vaxtdan başlayaraq Astara rayonunun Miki kəndində yaşayır. Sonrakı dövrdə o, əsəblərilə bağlı müalicəsini davam etdirsə də, bədənində olan mərmi qəlpələri öz mənfi nəticəsini göstərmiş və hazırkı dövrə qədər bu proses davam etməkdədir. 1997-ci ildən 2011-ci ilə kimi xəstəliyilə bağlı ayrı-ayrı aidiyyəti qurumlara müraciətləri heç bir nəticə verməmişdir. Nəhayət həkim komissiyasından keçməklə əlaqədar yaxın adamlar tərəfindən ona məsləhət verildiyindən 2011-ci ilin dekabr ayında o, Lənkəran rayonlararası Tibbi Sosial Ekspert Komissiyasından keçmiş və 10 yanvar 2012-ci il hüququnun yaranma tarixi kimi qeyd olunmaqla müvafiq təsdiqedici sənədlər ona təqdim olunmuşdur. Həmin dövrdə o, müharibə əlili kimi deyil, ümumi əsaslarla 2-ci qrup əlil kimi pensiya almaq hüququnu əldə etmişdir. Bununla əlaqədar qeyd etdiyi halları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi tərəfindən ona verilmiş 11 fevral 2020-ci il tarixli arayış, 2-ci qrup əlil olmağını təsdiq edən 23 iyul 2013-cü il tarixli, 045738 saylı vəsiqənin surəti də təsdiq edir. (sənədlərin təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə olunur). 2019-cu ilin iyul ayında ona müharibə veteranı adının verilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət etmişdir. Lakin qanuni tələbi təmin edilmədiyindən o, iddia ərizəsi əsasında Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və tələbi məhkəmə qərarına əsasən təmin olunmuşdur. Həmin xüsusat üzrə müharibə veteranı olmağı ilə bağlı 30 oktyabr 2019-cu il tarixli, M/V 086948 saylı vəsiqənin təsdiq edilmiş surətini də iddia ərizəsinə əlavə edir. Qeyd edir ki, o, 10 yanvar 2012-ci ildən başlayaraq ümumi əsaslarla 2-ci qrup əlil kimi, 13 noyabr 2019-cu ildən isə 2-ci qrup müharibə əlili kimi 230 manat dövlət tərəfindən pensiya alır. Hazırda aldığı pensiyanın məbləğindən fərqli olaraq 13 noyabr 2019-cu il tarixdən əvvəlki dövr üzrə ümumi əsaslarla 2-ci qrup əlil kimi pensiya aldığından həmin pensiya nisbətən aşağı məbləğdə olmuşdur. Halbuki, 13 noyabr 2019cu il tarixə kimi üzərində aparılmış müayinələr üzrə təsdiqedici sənədlər əsasında sübut olunur ki, o, 1994-cü ilin fevral ayında düşmən erməni qüvvələri ilə döyüş şəraitində yaralanmış və aldığı xəsarətlər hərbi travma hesab olunur. Belə ki, 2019-cu ilin əvvəllərində o, bir sıra zəruri sənədləri Müdafiə Nazirliyinin arxivindən əldə edə bilmədiyindən, nəhayət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi tərəfindən tərtib edilmiş 17 iyul 2019-cu il tarixli, 869 nömrəli göndəriş əsasında 19-22 iyul 2019-cu il tarixlərdə müayinə olunmuşdur. Ekspertiza ilə əlaqədar əvvəllər etmiş olduğu müraciətlərin əsaslı olduğu müəyyən edilmişdir. İstinad etdiyi məhkəmə tibb ekspertlərinin 22 iyul 2019-cu il tarixli rəyin nəticə hissəsində göstərilir: “İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2019) başın sağ alın nahiyəsində bir ədəd, sol budun orta 1/3-nin bayır səthində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ kürək nahiyəsində bir ədəd köhnə çapıq toxumalar, retgenoloji tədqiqat zamanı sağ budun yumşaq toxumaların yad cismi (qəlpə) aşkar edildi. İddiaçı xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə və rentgenoloji tədqiqat zamanı aşkar edilmiş metal qəlpənin varlığına görə demək olar ki, həmin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1994-cü ilin fevral ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür”. Həmin xüsusat Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 02 oktyabr 2019-cu il tarixli, 738 saylı qərarı əsasında bir daha təsdiq olunur. Orada göstərilir: “Astara RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994cü ilin fevral ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın nahiyəsində bir ədəd, sol budun orta 1/3-nin bayır səthində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ kürək nahiyəsində bir ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarının yad cismi (qəlpə)” (Azərbaycan Respublikası SHXÇDX)-nin Astara rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 886 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 211 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2019-cu il tarixli 158 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), ”HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Yuxarıda istinad etdiyi sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin 11 fevral 2020-ci il tarixli, ********** nömrəli sosial müavinat və təqaüd haqqında arayışda hüququn yaranma tarixi 1994-cü ilin fevral ayı qeyd olunmalı odluğu halda, 13 noyabr 2019-cu il qeyd olunmuşdur. 19 fevral 2020-ci il tarixdə o, həmin halları qısa şəkildə qeyd etməklə, Dövlət Sosial X8 rayon şöbəsinə müraciət etmişdir. İzah etmişdir ki, hərbi travma aldığı 1994-cü ilin fevral ayından 10 yanvar 2012-ci tarixə kimi ümumiyyətlə pensiya almamışdır. 10 yanvar 2012-ci ildən 13 noyabr 2019-cu il tarixə kimi ümumi əsaslarla 2-ci qrup əlil kimi pensiya almışdır. Nəhayət 13 noyabr 2019-cu ildən isə müharibə əlili kimi pensiya alır. Halbuki bədənində olan travmaların məhz hərbi travma olduğu və 1994-cü ilin fevral ayında düşmən erməni qüvvələri ilə döyüş şəraitində həmin travmaları aldığı tam təsdiq olunur. Yəni, hüququnun yarandığı 1994-cü ilin fevral ayından 10 yanvar 2012-ci il tarixə kimi pensiyanın ümumiyyətlə ödənilmədiyi müddət üzrə hesablanması və ödənilməsi, eləcə də 10 yanvar 2012-ci ildən 13 noyabr 2019-cu il tarixə kimi aldığı pensiya məbəğində fərq pulunun yenidən hesablanması və ödənilməsi zəruri olduğundan təmin edilməsini xahiş etmişdir. Lakin Dövlət Sosial X8 rayon şöbəsi ona təqdim etdiyi 19 fevral 2020-ci il tarixli məktubunda bundan imtina etmişdir. Əslində isə Dövlət Sosial X8 rayon şöbəsi ərizəsinin təmin edilməsindən imtina üzrə mövqeyini əsaslandırmamışdır. Söhbət ondan gedir ki, mövcud olan və hazırki iddia ərizəsinə də əlavə etdiyi sənədlərdən göründüyü kimi, bədənində olan zədələrin hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsiq olunmuşdur. Nəticə isə belədir ki, hərbi travmanı almış olduğu dövr, yəni 1994-cü ilin fevral ayı hüququnun yaranma tarixi kimi qeyd olunmaqla, həmin dövrdən ona müharibə əlili və veteranı kimi pensiyanın hesablanması və ödənilməsi təmin edilməli idi. 10 yanvar 2012-ci ildən 13 noyabr 2019-cu ilə kimi o, ümumi əsaslarla 2-ci qrup əlil kimi pensiya aldığından, lakin əslində isə 2-ci qrup müharibə əlili kimi pensiya almalı olduğundan pensiyasının hesablanmış olduğu dövr üzrə yenidən hesablanması və ödənilməsi təmin edilməli idi.Lakin iddiaçı apelyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddia tələbini dəyişmiş və xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməsini xahiş etmişdir.Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.0 - Şəxsiyyətin...; Diaqnozun mətni: Baş beynin travmatik x-yi nəticəsində şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış pozğunluğu və emosianl - iradı dəyişiliklər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 - Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.8 - Şəxsiyyətin...; Diaqnozun mətni: Baş beynin travmatik x-yi , nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi psixopatabənzər davranış pozuntuları; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. X1 xx.xx.2015ci il tarixli 3716003AAALİ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya dısfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin travmatik x-yi, nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi psixopatabənzər davranış pozuntulari; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Baş beynin travmatik x-yi, nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi psixopatabənzər davranış pozuntuları; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0226003AAGAP saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional iradi pozğunluqlar; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə, əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edrilər ki, iddiaçı Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2019-cu ildə müayinəyə cəlb edilmiş, 158 nömrəli aktda hərbi travma alması göstərilmişdir. Bununla əlaqədar bildirmək istəyirlər ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Hərbi-həkim komissiyası tərəfindən xx.xx.2019-cu ildə müəyyənləşdirildiyi üçün, həmin tarixdən sonra iddiaçının əlillik səbəbi dəyişdirilmişdir. Həmin tarixə qədər hər hansısa sübut təqdim edilmədiyindən iddiaçının əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hesab olunmadığından onun tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Əsaslandırıcı Hissə: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan Astara RPŞ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE Seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə Astara rayonunun Miki kəndində doğulmuş, yaşayış yeri Astara rayonunun Miki kəndidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.2019-cu il tarixli 738 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Astara RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət edərkən 1994-cü ilin fevral ayında aldığı və xx.xx.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın nahiyəsində bir ədəd, sol budun orta 1/3-nin bayır şərhində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3nin ön səthində bir ədəd, sağ kürək nahiyəsində bir ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarının yad cismi (qəlpə)” (Azərbaycan Respublikası SHXÇDX)-nin Astara rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 886 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli, 211 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2019-cu il tarixli, 158 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan Dövlət Sosial X8 rayon şöbəsinin iddiaçıya ünvanladığı 19 fevral 2020-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X8 rayon şöbəsinə ünvanladığınız 1994-cü ilin fevral ayından 10 yanvar 2012-ci il tarixə kimi əlilliyə görə pensiya almamağınız və 10 yanvar 2012-ci ildən 13 noyabr 2019-cu il tarixə kimi müharibə əlili kimi təqaüd almamağınız və “müharibə veteranı” adına görə müavinətin verilməməsi məsələsinə şöbədə baxılmışdır. Məlumat üçün bildiririk ki, sizin 01 iyun 2012ci il tarixli ərizənizə əsasən 10 yanvar 2012-ci il tarixdən təqdim etdiyiniz əlilliyi təsdiq edən və staj barədə sənədlərə əsasən Sizə əmək pensiyası təyin edilərək bu günədək ödənilir. 09 yanvar 2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək 13 noyabr 2019-cu il tarixdən 2-ci qrup ümumi səbəbdən əlillik təyinatının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” növü ilə əvəzləndiyini bildirmiş və Prezident təqaüdünün təyin edilməsini xahiş etmisiniz. Hüququnuzun yarandığı 13 noyabr 2019-cu tarixdən hal-hazıradək sizə aylıq əsaslarla 230 manat Prezident təqaüdü ödənilir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli 311 saylı qərarına əsasən təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin 2.33-cü bəndinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti tələb olunur. Sizə 30 oktyabr 2019-cu il tarixdə 086948 saylı vəsiqə verildiyindən vəsiqənin verildiyi gündən Müharibə veteranı statusuna malik hesab olunursuz. Eyni zamanda iki təqaüd almaq hüququnuz olduğundan təqaüdlərdən ən yüksəyi təyin edilmişdir və ödənilir. Ərizənizdə göstərdiyiniz müddətlərdə hüququmüəyyənedici əsasın olmadığına görə ödənişin həyata keçirilməsi qanunamüvafiq hesab edilmir. İş materiallarında olan canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə K/158 nömrəli aktın rəy hissəsində qeyd edilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2019) başın sağ alın nahiyəsində bir ədəd, sol budun orta 1/3-nin bayır səthində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində bir ədəd, sağ kürək nahiyəsində bir ədəd köhnə çapıq toxumalar, retgenoloji tədqiqat zamanı sağ budun yumşaq toxumaların yad cismi (qəlpə) aşkar edildi. İddiaçı xəsarət alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin çapıq toxumaların saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə və retgenoloji tədqiqatzamanı aşkar edilmiş metal qəlpənin varlığına görə demək olar ki, qəlpənin çapıqlar 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaraların sağalmış izidir, onların odlu silah mərmi partlaması zamanı yaranmış qəlpələrin təsiri nəticəsində əmələ gəlmələri inkar edilmir, o cümlədən müayinə olunanın göstərdiyi şəraitdə, 1994-cü ilin fevral ayında odlu silah mərmi partlaması zamanı əmələ gəlmələri də mümkündür”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, A/K-352/11 nömrəli TSEK-ə göndərişdən görünür ki, İddiaçı əsas xəstəlik diaqnozu və xəstəliyinin adı “baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional-iradi pozuntular” qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışdan görünür ki, əlilliyin səbəbi “ümumi xəstəlik” əlillik göstərilməklə İddiaçı xx.xx.2016-cı il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz kimi “baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış pozuntuları” qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, TQS 027 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı əsas xəstəlik diaqnozu “baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional-iradi pozuntular” qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının məhkəməyə ünvanladığı məktuba əsasən, müəyyən olunur ki, İddiaçı barəsində xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.Və xx.xx.2016-cı il tarixli qərarda səbəb “ümumi xəstəlik” kimi saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışdan görünür ki, əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik göstərilməklə İddiaçı xx.xx.2019-cu il tarixdə ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Diaqnoz kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional iradi pozğunluqlar” qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında iddiaçı xx.xx.1975-ci ildə Astara rayonunda anadan olmuş və Astara rayonu, Miki kəndində qeydiyyatda olan İddiaçı təyin olunmuş “Baş beynin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış pozğunluğu və emosional iradi dəyişiliklər” diaqnozu 1994-cü ilin fevral ayında aldığı odlu silah yarası ilə əlaqədar ola bilərmi?- məzmununda sual qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X9 verdikləri 14 iyun 2022-ci il tarixli, T 216/2022 saylı rəydə göstərilmişdir ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş C.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibb-sosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional iradi pozğunluqlarla əlaqədar” Əsasnamənin 2.2.9. bəndinə uyğun müddətsiz əlillik dərəcəsi təyin edilsə də, həmin xəstəliklərin onun 1994-cü ildə döyüşlərdə yaralanması nəticəsində yaranması mümkün deyildir. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X9 verdikləri 30 dekabr 2022-ci il tarixli, 954 saylı rəydə göstərilmişdir ki, vətəndaş C.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibb-sosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin travmatik xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixopatabənzər davranış və emosional iradi pozğunluqlarla əlaqədar” Əsasnamənin Meyarlarının 2.2 maddəsinin 2.2.9. bəndinə uyğun müddətsiz, ikinci dərəcə əlillik təyin edilmişdir. Həmin xəstəliklərin onun 1994-cü ildə döyüşlərdə yaralanması ilə əlaqəli olub-olmaması TSEK-də hərbi həkim komissiyasının müayinəsi zamanı həll oluna bilər. Qeyd olunduğu kimi, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi elektron xidmətindən çıxarışa əsasən İddiaçı əlilliyinin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq göstərilmiş, bu hal Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 iddiaçı haqqında tərtib olunmuş “canlı şəxsin məhkəmə-tibbi müayinəsi”nin nəticəsinə dair xx.xx.2019-cu il tarixli, 158 nömrəli akt, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilmiş, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.2019-cu il tarixli 738 saylı qərarı ilə iddiaçının əlilliyi ilə əlaqədar “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” nəticəsinə gəlinmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur. Ona ilkin olaraq “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış pozğunluğu və emosianal-iradi dəyişikliklər” xəstəliyi ilə xx.xx.2012-ci il tarixdə ümumi səbəbindən 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Sonradan iddiaçıya eyni diaqnozla əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilməklə xx.xx.2019-cu il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməli olduğunu tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi zaman almış olduğu xəsarətlər nəticəsində əlil olmuşdur. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən sübutlardan məlum olmuşdur ki, İddiaçı xx.xx.2012-ci il tarixdə “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış və emosianal-iradi dəyişikliklər” diaqnozu ilə ümumi səbəbdən 2-ci qrup əlillik dərəcəsi almışdır. Daha sonra xx.xx.2016-cı il tarixdə də eyni diaqnozla, yəni “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış pozuntuları” diaqnozu ilə ümumi səbəbdən 2-ci qrup əlillik təyin olunmuşdur.İddiaçıya əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik göstərilməklə xx.xx.2019-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin Qərarda diaqnoz kimi “baş beynin travmatik xəsarəti nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi, psixotabənzər davranış və emosianal-iradi dəyişikliklər” qeyd edilmişdir. Göründüyü kimi, iddiaçıya həm ilkin əlillik verilən zaman, həm xx.xx.2016-cı il tarixdə, həm də sonradan iddiaçı barəsində Hərbi Həkim Komissiyası tərəfindən qərar qəbul edilən zaman, yəni xx.xx.2019-cu il tarixdə iddiaçının diaqnozları eyni diaqnoz və xəstəlik olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya əvvəlki əlillik təyinatı zamanı da o, faktiki olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuşdur. Ona görə də, iddiaçının məhz xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil hesab edilməsi, onun bu əlilliyinin həmin tarixdən yaranması anlamına gəlmir.Belə ki, iddiaçı 1994-cü ildə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə “Qrad” mərmisinin partlayışı nəticəsində travma almış, hərbi travma olduğu sübuta yetirilmiş və təsdiqlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X10 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X10 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən,lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Nəticə Hissəsi: Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2019-cu il tarixli qərarına dəyişiklik edilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən xx.xx.2019-cu il tarixdən təyin olunmuş müddətsiz 2 dərəcəli əlillik müddətinin xx.xx.2016-cı il tarixdən müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1847/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1847/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver