Məhkəmə qərarları › İş №2-1(120)-1848/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1848/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1848/2024 27.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********733500 saylı və xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********733500 saylı qərarla İddiaçı adına yazılmış, kameral qaydada əlavə olaraq hesablanmış 3649,80 manat məbləğində mənfəət vergisinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “xx.xx.2022-ci il tarixli, **********733500 saylı Qərarın, yenidən 2-ci dəfə kameral qaydada əlavə olaraq xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2011/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2011/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 14 dekabr 2022-ci il tarixli, 2-1(120)-2011/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi apelyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)- 2011/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən S.F.Həsənov, hakimlər M.K.Həsənov və C.F.İmanovdan ibarət tərkibdə) 12 sentyabr 2023-cü il tarixli, 2- 1(106)-172/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(120)- 2011/2022 saylı qərarının ləğv edilərək, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.2022-ci il tarixli, **********733500 saylı qərarla 3649,80 manat və yenidən 2-ci dəfə kameral qaydada əlavə olaraq xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarla 1968,0 manat olmaqla, cəmi 5617,80 manat məbləğində mənfəət vergisinin ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1848/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********733500 saylı və xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarların ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1848/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı (KM) VÖEN: ********** fəaliyyət kodu- 47302 və fəaliyyət növü- X6ndə neft məhsullarının pərakəndə satışı ilə Lənkəran rayonunda məşğul olur. Fəaliyyət dövründə hər il dövlət büdcəsinə mənfəət vergisi, əmlak vergisi və sosial vergilər ödəməklə yanaşı, göstərdikləri pərakəndə satışa görə 2021-ci ildə ƏDV-ə görə 17572,90 manat Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına köçürmüşlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfındən 16 iyun 2022-ci il tarixli, **********733500 saylı Qərarla, kameral yoxlama nəticəsində 2021-ci il üçün, rəhbərlik etdiyi İddiaçınə (KM) (VÖEN: **********) 3649,80 (üç min altı yüz dırx doqquz manat 80 qəpik) manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Belə ki, 2021-ci il üçün təqdim etdiyi “Mənfəət vergisi” bəyannaməsi üzrə cəmi 2618.24 manat məbləğ göstərilməsinə baxmayaraq, Vergi orqanı tərəfındən 2021-ci il üçün aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi isə 6268.04 manat hesablanmaqla 6268.04 manat - 2618.24 manat=3649.80 manat əlavə vergi borcunun hesablanması haqqında Qərar verilmişdir. Odur ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 16 iyun 2022-ci il tarixli, **********733500 saylı Qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edir. Belə ki, o, hüquqi şəxs - İddiaçı KM, digər tərəf "xxxx" QSC direktor müavini X3 şəxsində xx.xx.2021-ci il tarixli, №-li 11/462 saylı yanacağın Alış müqaviləsi əsasında, "xxxx" neft şirkətinin Bakı şəhərində yerləşən anbarlarından neft məhsullarını (benzin, dizel yanacağını və s.) Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən YDM-də (X6) pərakəndə satışını təmin etməkdən ötrü bağlanmışdır. Həmin "xxxx" QSC ilə bağlanmış Alış müqaviləsinin 3.1-ci bəndində “Azərbaycan Respublikasımn ərazisində yerləşən hər hansı bir X9 sifarişçi təşkilat, “öz nəqliyyat vasitələri və vəsaitləri hesabına yanacağın daşınmasım həyata keçirməlidir” qeyd olunmuşdur. Bu o deməkdir ki,”Tərəqq” kiçik müəssisəsi yanacağın daşınmasını 01 yanvar 2021-cu il tarixli, sürücü- fıziki şəxs X10 (VÖEN **********) ilə bağlanmış “Müqavilə” əsasında həyata keçirməlidir. Hər ay daşınan yanacağa görə sürücü tərəfındən Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən (görülən işlərə və göstərilən xidmətlərə görə eqaimələr təqdim edilir) alınmış malların sənədləri - Elektron qaimə və Elektron vergi hesab fakturası AVİS bazasında öz əksini tapmışdır. Yəni alınmış malların dəyəri AVİS bazasından da göründüyü kimi e-qaimə ilə təqdim edilib və daşınma haqqının bir hissəsi sürücünün bankdakı hesablaşma hesabına köçürülmüş, digər hissəsi “Aliş aktı” ilə sürücüyə nağdı qaydada ödənilmişdir. Lakin 2021-ci il üçün “Mənfəət vergisi bəyannaməsi”-ndə yanacağın daşınması ilə bağlı qeyd etdikləri 27614.0 manat “nəqliyyat xərci”nin 9840,0 manat El.Qaimə olduğu üçün gəlirdən çıxılan xərclərə aid edilmiş, digər 17774,0 manat Alış aktı ilə nağd qaydada aparıldığı üçün gəlirdən çıxılan xərclərə aid edilməmişdir. Araşdırma üçün zəruri olan sənədləri tələb edilmiş və vergi ödəyicisi tərəfındən göndərilmiş məktuba münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67ci və 83-cü maddələrini əsas gətirərək 2021-ci il üçün 3649,04 manat əlavə mənfəət vergi hesablanmışdır. Bundan əlavə olaraq Tarif Şurasınm 14 yanvar 2015-ci il tarixli, 2 №-li Qərarının 2.5-ci bəndini əsas gətirilməklə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən parakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edildiyi bildirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1, 24.2 və 24.3-cü maddələrinə əsasən inzibati orqan, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. X12 məlum Qərarına əsasən ”Sokar Petroleum” satdığı yanacağı, alıcının fəaliyyət göstərən parakəndə satış yerlərinə qədər daşınmasına borcludur. Faktiki olaraq “Sokar Petroleum” bunu həyata keçirməmiş və alıcıya bu məhsulun daşınmasını öz nəqliyyat vasitəsi və vəsaiti hesabına həyata keçirməsini bildirmişdir. Bu ziddiyyətli məqamı Vergi Orqanı bilərəkdən nəzərindən qaçımış ”Sokar Petroleum”a yanacağın daşınması onun nəqliyyat vasitələri və vəsaiti hesabına həyata keçirilməsi tələb olunmaqla ciddi sanksiyalar tətbiq olunmalı idi. Lakin onlar bunun əksini gördü və onlar ciddi sanksiyalara məruz qaldılar. Nəticədə sürücüyə 2021-ci il ərzində ödənilmiş 27614.0 manat vəsaitin 9840,0 manatı El.Qaimə ilə ödənildiyi üçün ”Gəlirdən çıxılan xərclər”ə aid edilmiş, digər vəsait 17774,0 manat “nağdı” vəsait olduğu üçün ”Gəlirdən çıxılan xərclərə” aid edilməmiş və 3649.80 manat kameral yoxlama qaydasında əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Bildirirlər ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının xx.xx.2016cı il tarixli 461-VQD nömrəli Qanununa əsasən nağdı əməliyyatların həyata keçirilməsi qismən məhdudlaşdırılmışdır. Lakin ƏDV məqsədləri üçün qeydiyyata alınmış 200.000,0 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfındən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfındən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişləri, yalnız nağdsız qaydada həyata keçirilməlidir. (“Nağdsız hesablaşmalar haqqında 461-VQD Qanuna edilmiş əlavələr” İddia Ərizəsinə əlavə edilir.) Onların bu daşınmaya görə təqvim ayı ərzində ödədikləri vəsait 5.000,0 manatdan artıq olmamışdır. Burada heç bir qanun pozuntusuna və “Vergilər Məcəlləsi”-ndən kənar uyğunsuzluqlara yol verilməmişdir. İddiaçı KM hüquqi şəxs kimi, Vergi Məcəlləsinin 108-ci maddəsini əsas tutaraq, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər gəlirdən çıxılır. Müəssisənin 2021-ci il ərzində aylar üzrə cari ƏDV bəyannamələri, illik əmlak, torpaq və mənfəət vergisi bəyannaməsi vaxtında təqdim etməklə bərabər ödənişləri də həyata keçirmişdir. Bu məlumatları şəxsi hesab vərəqəsində və AVİS bazasında də aydın görmək olur. Aylar üzrə təqdim olunmuş ƏDV bəyannamələrində müvafıq aylar üzrə dövriyyələr, əvəzləşən ƏDV məbləğləri, işçi sayı və işçilərə hesablanmış əmək haqqı məlumatları da öz əksini tapmışdır. 2021-ci ilin təqdim olunmuş illik mənfəət vergisi bəyannaməsində də bu göstəricilər - alınmış mallar, əmək haqqı və sosial sığorta xərcləri, enerji, telefon xidməti, bank xidməti və digər xərclər xərc maddələri üzrə göstərməklə öz əksini tapmış və bütün bu yuxarıda qeyd olunanları 6 saylı ərazi vergilər baş idarəsinə təqdim olunmuşdur. 6 saylı Ərazi Vergilər Baş İdarəsi “Kameral vergi yoxlaması ilə aparılan araşdırmalar zamanı tərəfınizdən zəruri təsdiqedici səndlər və ya tam əsaslandırılmış izahat təqdim edilmədiyi üçün, müraciətinizin nəzərə alınmasının mümkün olmaması” bildirilmişdir. Aşağıdakı faktlardan, səbəblərdən, əsaslandırılmış mötəbər sübut növlərinə istinad edərək, İddiaçı KM-nə yazılmış 2021-ci il üçün, 3649.80 manat məbləğində mənfəət vergisinin müəssisələrinin hesabından silinməsi barədə Şirvan İnzibati Məhkəməsinə müraciət edirlər: 1) 6 Saylı Ərazi Vergilər Baş İdarəsinin qeyd etdiyi, yanacağın daşınması ilə gəlirdən çıxılan xərclərə aid edilməyən 17774,0 manat məbləğ, "xxxx" QSC-dən E-qaimə fakturalarla 2021-ci il ərzində aldıqları neft məhsullarının, sifarişçinin yanacaqdoldurma məntəqəsinə çatdırılmasından ötəri nağdı qaydada ödənilmiş malın, daşınma xərcidir. Bu nağdı qaydada ödənilmiş, fıziki şəxs olan sürücü-X7 (VÖEN- **********), "xxxx" QSC ilə bağlanmış xx.xx.2021-ci il tarixli, Alış müqaviləsinin 3.1ci bəndinə uyğun olaraq həyata keçirilmişdir (Müqavilə əlavə edilir). 2021-ci il ərzində "xxxx" QSC-dən alınmış bütün yanacağı fıziki şəxs X10, idarə etdiyi **-KT-*** nömrəli avtosisternlə daşımaqla, İddiaçı X6ndə boşaldılmışdır. Fiziki şəxs (VÖEN- **********) X10 6 Saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olmaqla, fərqlənmə nişanı əsasında yükdaşımaları həyata keçirir və büdcəyə ödəmələrini də vaxtında ödəməklə, vergidən yayınma hallarına yol verməmişdir və “Vergi Məcəlləsi”nin tələblərinə uyğun vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etmişdir. 2) 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfındən müəssisələri barədə əsassız hesablanmış vergi cərimələri ucbatından, hələ bu azmış kimi, müəssisələrinin bank hesabına sərəncam qoyulmaqla onun fəaliyyəti bilərəkdən dondurulmuşdur. Bu qanunsuz qərarın ucbatından müəssisələri öz fəaliyyətini qismən də olmaqla dayandırmış və orada calısan isçiləri öz hesablarına məzuniyyətə göndərmək məcburiyyətində qalmısdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə baglı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Göründüyü kimi yanacağın daşınmasına görə nəqliyyat xərci İddiaçı KM- nin gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərclərə aiddir və bu məbləğ də qanunda qeyd olunduğu kimi gəlirdən çıxılmalıdır. Çünki müəssisə sürücü ilə xidmət müqaviləsi əsasında işləyir və hər ay daşınan yanacağa görə ödənişi yuxarıda qeyd olunan nağdsız və nağdı qaydada sürücünün müvafıq hesabına ödəyir. Əlavə olaraq onu da qeyd edir ki, gəlirdən çıxılmayan xərclərin dairəsi Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanmısdır və müəssisənin hazırki vəziyyətim həmin maddədə qeyd olunanların heç birinin təsir dairəsinə düşmür. Azərbavcan Respublikası Vergi Məcəlləsinin 77.2-ci maddəsində göstərilir ki, vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləgv edilməsi ücüıı əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Yenə də Konstitusiyanın 149-cu maddəsiniıı Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngiilləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçınə (VÖEN **********) kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləği aşağıdakı əsaslarla hesablanmışdır. Müəssisə tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzərində “hesablama metodu ilə təqdim etdikləri bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (979258.70 manat), tərəflərindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (26383.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (955939.35 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr)+1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (982322.35 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (20636.79 manat) çıxılması nəticəsində yaranan (961685.56 manat) məbləğin müqayisəsi nəticəsində 17573.14 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir” və “mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1-ci (İcarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 475.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1-ci (Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir.” məzmunlarda uyğunsuzluq yaranmışdır. Yaranmış uyğunsuzluqlar barədə müəssisəyə xx.xx.2022-ci il tarixli, **********182000 nömrəli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, müəssisə tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq əsaslandırılmış izahat, dəqiqləşdirilmiş bəyannamə və ya təsdiqedici sənədlər təqdim edilməməklə heç bir münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən müəssisəyə 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə “Vergi Məcəlləsi”nin 37-ci, 67-ci və 83-cü maddələrinə uyğun olaraq baza məlumatlarına əsasən təsdiqini tapmayan xərclərə əsasən kameral vergi yoxlaması ilə 3649,8 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli **********733500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı nümayəndəsi X2 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “... işin faktiki hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə iddiaçı 3649,80 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərarın ləğv edilməsi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmişdir. İşin məhkəmə icraatında olduğu zaman cavabdehin növbəti yəni, xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarı ilə iddiaçı əvvəlki qərarla müəyyən edilmiş vergi növü və dövr üzrə 1968.0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan sonra iddiaçı ilkin iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək həmin ərizədə göstərmişdir ki, xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli qərarla müəyyən edilən 3649,80 manat məbləğində vergi borcundan əlavə, cavabdeh ikinci dəfə yəni xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarla 1968.0 manat olmaqla, cəmi 5617,80 manat mənfəət vergisi hesablanmışdır. Odur ki, ərizəsində xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarla 1968.0 manat olmaqla, cəmi 5617,80 manat mənfəət vergisinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir (iş vərəqi 93). Yəni iddiaçının hazırki tələbi irəli sürməkdə məqsədi hər iki qərar üzrə hesablanmış 5617,80 manat mənfəət vergisinin şəxsi hesabından silinməsini olmuşdur. Apellyasiya məhkəməsində aparılmış araşdırma zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunan məlumatlardan görünür ki, cavabdehin qəbul etdiyi hər iki qərar qüvvədədir, ləğv edilməmişdir və iddiaçının ümumilikdə 5617,80 manat mənfəət vergisi borcu vardır. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirici təsirə malik olur. Yəni, belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. İddiaçıya 5617,80 manat məbləğində mənfəət vergisi cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsasında hesablanmışdır. Hazırda iddiaçı 5617,80 manat məbləğində mənfəət vergisinin hesablanması ilə bağlı cavabdehin qərarı ilə razılaşmır və həmin hesablanmaya əsas olan qərarın ləğv edilməsini tələb edir. Cavabdeh isə hər iki (xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********456800 nömrəli) qərarın qüvvədə olduğunu və ləğv edilmədiyini bildirir. Qeyd edilən hüquq normalarına görə isə iddiaçı məqsədinə yalnız onun üçün əlverişsiz inzibati aktın (və yaxud aktların) ləğv edilməsi ilə nail ola bilər. Yəni, xx.xx.2022-ci il tarixli, **********456800 nömrəli qərarın ləğv edilməsi tələbi ilə iddiaya o vaxt baxıla bilər ki, həmin qərarın ləğv edilməsi iddiaçıya hesablanmış 5617,80 manat məbləğində mənfəət vergisi borcunun silinməsi ilə nəticələnsin. Nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli qərarla 3649,80 manat, xx.xx.2022-ci il tarixli, **********456800 nömrəli qərarla 1968.0 manat olmaqla həmin qərarlar üzrə ümumi vergi borcunun cəmi 5617,80 manat edir. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün yanlış iddia tələbinin münasibi ilə əvəz olunmasında yardım etməli və iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan qərarı müəyyən etməli və cavabdeh tərəfindən qəbul edilən həmin qərarın (və yaxud qərarların) ləğv edilməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı idi. Buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatlara əhəmiyyət verməmiş, iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan qərarı, daha doğrusu 5617,80 manat vergi borcunun yaranmasına əsas olan inzibati aktı müəyyən etməmiş və iddiaçıya hüquqi marağına uyğun həmin qərarın ləğv edilməsini təklif etməmişdir. İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. Məhz bu səbəbdən də qanunverici tərəfindən sonuncuların qanuni mənafelərinin müdafiəsini daha səmərəli təmin etmək üçün inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən edilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 13-cü maddəsinin tələbini rəhbər tutaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya icraatı zamanı iddia tələbinin dəyişdirilməsi (həcminin artırılması) proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Bu baxımdan işə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan qərarı müəyyən etməli, bundan sonra iddiaçıya hüquqi marağına uyğun iddia tələbinin dəyişdirlməsi (həcminin artırlması) ilə bağlı yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif edilməli, iddia tələbinin dəyişdirilməsi qəbul olunduğu halda, yeni iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş materiallarından, o cümlədən işdə olan İddiaçı nizamnaməsinə dəyişiklik edilməsi barədə sənəddən, kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında xx.xx.2020-ci il tarixli, **********224900 nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərinin dövlət qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsi tərəfindən 14 may 1999-cu il tarixdə dövlət qeydiyyatına, 6 saylı Ərazi Vergilər Baş İdarəsində ********** qeydiyyat nömrəsi ilə vergi uçotuna alınmış, dövlət qeydiyyatı xx.xx.2020-ci il tarixli **********224900 nömrəli çıxarışla rəsmiləşdirilmiş, qanuni təmsilçisi X4r. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, №11/462 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında neft məhsullarının alqı-satqısına dair müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, №11/462 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş təsnifatdan görünür ki, cavabdeh 1 079 000 manat dəyərində Aİ-92 markalı avtobenzini və 122800 manat dəyərində dizel yanacağını iddiaçıya satmaq, iddiaçı isə ümumi məbləği ******* manat təşkil edən neft məhsullarının dəyərini əvvəlcədən köçürmə yolu ilə cavabdehə ödəmək barədə qarşılıqlı öhdəliklər götürülmüşdür. Qeyd olunan müqavilənin 3.1-ci bəndinə əsasən «alıcı», yəni İddiaçı KM müəyyən olunmuş miqdarda neft məhsullarını «satıcı»nın, yəni "xxxx" QSC-nin Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır. İş materiallarında olan «Avtomobil nəqliyyatı vasitəsi ilə yanacaq daşınması üzrə» xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə sürücü-fiziki şəxs X10 (VÖEN **********) arasında daşıma müqaviləsi bağlanmışdır. İş materiallarında olan 2021-ci il vergi dövrünü əhatə edən “Mənfəət vergisinin bəyannaməsi”nin 229-cu “Nəqliyyat xərcləri” bəndindən, seriya EBAW xx.xx.2021-ci il tarixli, 871704 nömrəli, seriya EBBB xx.xx.2021-ci il tarixli, 067717 nömrəli və seriya EBBF xx.xx.2021-ci il tarixli, 693243 nömrəli elektron qaimələrdən müəyyən olunur ki, daşınan yanacağa görə sürücü tərəfindən Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən (görülən işlərə və göstərilən xidmətlərə görə e-qaimələr təqdim edilir) alınmış malların sənədləri - Elektron qaimə və Elektron vergi hesab fakturası AVİS bazasında öz əksini tapmış və 2021-ci ilin fevral, aprel, iyul aylarında müvafiq olaraq 2440,0 manat, 4200,0 manat və 3200,0 olmaqla 9840.00 manat məbləğində daşınma xərci İddiaçı tərəfindən sürücü-fiziki şəxs X5 bankdakı hesablaşma hesabına köçürülmüşdür. İş materiallarında olan 31 mart 2021-ci il tarixli, 30 iyun 2021-ci il tarixli, 30 avqust 2021-ci il tarixli, 30 sentyabr 2021-ci il tarixli, 31 oktyabr 2021-ci il tarixli və 30 noyabr 2021-ci il tarixli aktların təsdiq olunmuş surətlərindən müəyyən edilir ki, qeyd olunan tarixlərdə müvafiq olaraq 3104,0 manat, 3148,0 manat, 3068,0 manat, 2876 manat, 3016,0 manat və 2552,0 olmaqla 17764,0 manat məbləğində yanacağın daşınma xərci İddiaçı tərəfindən sürücü-fiziki şəxs X7 nağd qaydada ödənilmişdir. İş materiallarından, habelə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, İddiaçı tərəfindən X7 17764,0 manat və 9840.00 manat olmaqla ümumilikdə 27604,0 manat məbləğində ödənilmiş yanacağın daşınma xərci Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən və Tarif Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə istinadən müəssisənin ümumi gəlirindən çıxılmış və vergi orqanına təqdim olunmuş «Mənfəət vergisi» Bəyannaməsidə mənfəət vergisinin məbləği 2618.24 manat göstərilmişdir. İş materiallarında olan cavabdeh vergi orqanının iddiaçıya ünvanladığı «kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 16 may 2022-ci il tarixli **********182000 nömrəli məktubunun təsdiq olunmuş surətindən görünür ki, vergi ödəyicisi tərəfindən 13 may 2022-ci il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılmasının mümkün olmadığı bildirilmişdir. Belə ki, Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.1 -ci (İcarə haqqı hüquqi şəxslər üzrə) sətrindəki 475.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.1-ci ( Hesabat ilinə aid olan hüquqi şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 0.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Hesablama metodu ilə təqdim etdiyiniz bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10- cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konslruktor işlərinə çəkilən xərclər” (226-cı) , “Nəqliyyat xərcləri” (229cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (979258.70 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (26383.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (955939.35 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal- materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (982322.35 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 20636.79 manat) çıxılması nəticəsində yaranan (961685.56 manat) məbləğin müqayisəsi nəticəsində 17573.14 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin mübahisələndirilən 16 iyun 2022-ci il tarixli, **********733500 nömrəli qərarından və iddiaya etirazından, habelə iddia ərizəsindən müəyyən olunur ki, müəyyən edilmiş uyğunsuzluqlara aydınlıq gətirilməsi üçün vergi orqanının iddiaçıya ünvanladığı 16 may 2022-ci il tarixli, **********182000 nömrəli məktubuna vergi ödəyicisi tərəfindən münasibət bildirilmədiyindən aparılmış kameral yoxlama nəticəsində İddiaçınə sürücü X7 nağd qaydada ödənilmiş 17774,0 manat yanacağın daşınması xərci və 475,0 manat icarə haqqı olmaqla cəmi 18249,0 manat pul vəsaiti vergi ödəyicisinin əldə etdiyi mənfəət kimi qiymətləndirilmiş və həmin məbləğə 6268,04 mənfəət vergisi hesablanmış, müəssisənin vergi orqanına 2021-ci il üçün təqdim etdiyi Bəyannaməyə əsasən hesablanmış 2618,24 manat mənfəət vergisi həmin məbləğdən çıxılaraq 3649,80 manat ödənilməyən mənfəət vergisi müəyyən olunmuş və həmin məbləğin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. Həmçinin, iş materiallarına, o cümlədən işdə olan vergi orqanının xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması” barədə mübahisələndirilən digər qərarına əsasən, İddiaçı tərəfindən sürücü-fiziki şəxs X5 bankdakı hesablaşma hesabına köçürülmüş 9840.00 manat məbləğində yanacağın daşınması xərci vergi ödəyicisinin əldə etdiyi mənfəət kimi qiymətləndirilmiş və vergi ödəyicisinə 1968.00 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Cavabdeh inzibati orqanın mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********456800 saylı Qərarının 6-cı bəndində bu qərara əsasən xx.xx.2022-ci il tarixli **********733500 saylı mübahisələndirilən digər qərarının ləğv edildiyi bildirilsə də, Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin işdə olan xx.xx.2023-cü il tarixli **********950900 nömrəli məktubunda 16 iyun 2022-ci il tarixli, **********733500 və xx.xx.2022-ci il tarixli, **********456800 nömrəli qərarların ləğv edilmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçınə ünvanladığı «vergi qanunvericiliyinə dair müraciətə baxılması» barədə xx.xx.2022-ci il tarixli, **********841600 nömrəli məktubunda bildirilir ki, 26 iyul 2022-ci il tarixədək qüvvədə olmuş «Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndində təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilir, lakin həmin qərar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixli 4 nömrəli Qərarı ilə ləğv edilmiş, yeni qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilir, buna əsasən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindənhəmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat tariflərinə daxil edilmədiyindən, vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Beləliklə, iş materiallarından göründüyü kimi, iddianın predmeti olan vergi orqanının xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********456800 nömrəli Qərarlarının mübahisələndirilməsinin əsasını İddiaçı tərəfindən sürücü X7 yanacağın daşınması xərci olaraq ödənilmiş 27614,0 manat və icarə haqqı üzrə əldə olunmuş 475,0 manat vəsaitin müəssisənin ümumi gəlirindən çıxılması, vergi orqanının isə həmin məbləğin müəssisənin ümumi gəlirinə daxil edərək bununla əlaqədar iddiaçıya 5617,80 manat (5522,80 + 95) ödənilməyən mənfəət vergisi hesablaması təşkil edir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tələbinin maddi hüquqi əsası kimi İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında neft məhsullarının alqısatqısına dair bağlanmış 23 dekabr 2020-ci il tarixli, № 11/462 saylı müqavilənin 3.1-ci bəndinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələrinə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndinə, cavabdeh təşkilat isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarına istinad etmişlər. Məhkəmə hesab edir ki, İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və sürücü X10 arasında mülki hüquq münasibətləri yaranan zaman Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarı qüvvədə olduğundan həmin münasibətlər bu qərara uyğun tənzimlənməlidir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixli 4 nömrəli Qərarı ilə 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ləğv edildikdən sonrakı dövrdə İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və sürücü X10 arasında mülki hüquq münasibətləri mövcud olmadığından yeni qərarın bu qərardan əvvəlki hüquq münasibətlərinə şamil edilməsi qanuna ziddir. Belə ki, Azərbaycan Respııblikası Konstitusiyasıııın 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və sürücü X10 arasında mülki hüquq münasibətləri yaranan zaman (neft məhsullarının alqı-satqısı və daşınması) qüvvədə olmuş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi, eləcə də təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsulları üzrə təchizat tarifləri daxil edilmişdir. Qeyd olunan Qərarın 2.4-cü bəndinə əsasən neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Həmin Qərarın 2.5-ci bəndinə görə topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş «ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkət daxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri»nin təsnifatından görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən müqavilə əsasında aldığı Aİ-92 markalı avtobenzin və dizel yanacağı tarifləri müəyyənləşdirilmiş neft məhsullarıdır. Vergi orqanı mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli Qərarında Hesablama metodu ilə təqdim etdiyi bəyannamənin «Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri”, (221.7) “Qaz xərcləri” (221.8), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221 12-ci). “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221 15-ci). “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işbrinə çəkibn xərclər” (226-cı), Nəqliyyat xərcləri (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləğ ilə (979258.70 manat), əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadəbşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (26383.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (955939.35 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (982322.35 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (20636.79 manat) çıxılması nəticəsində yaranan (961685.56 manat) məbləğin müqayisəsi nəticəsində 17573.14 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçınə ünvanladığı «vergi qanunvericiliyinə dair müraciətə baxılması» barədə xx.xx.2022-ci il tarixli, **********841600 nömrəli məktubunda bildirilir ki, 26 iyul 2022-ci il tarixədək qüvvədə olmuş «Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndində təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilir. İş materiallarında olan "xxxx" QSC-nin məhkəməyə ünvanladığı məktubunda neft məhsullarının hüquqi və fiziki şəxslərə məxsus yanacaqdoldurma məntəqələrinə qədər daşınması üçün Cəmiyyətin hər hansı maddi-texniki bazasının mövcud olmadığı bildirilmişdir. Beləliklə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndindən, Vergi orqanının mübahisələndirilən Qərarında və Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********841600 nömrəli məktubunun ikinci abzasında verilən izahlardan belə müəyyən olunur ki, neft məhsulunun topdansatış qiymətinə daxil edilmiş təchizat xərcləri (o cümlədən alınan neft məhsullarının pərakəndə satış yerinə daşınma xərcləri) aldığı neft məhsullarının dəyərini tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 11/462 nömrəli müqavilənin 2.4-cü bəndinə uyğun olaraq əvvəlcədən İddiaçı tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilmişdir. Belə olan halda, İddiaçı tərəfindən neft məhsullarının pərakəndə satış yerinə çatdırılması ilə bağlı ödənilmiş daşınma xərci, qanunvericiliyin tələbinə əsasən həmin daşınmanı həyata keçirməli olan, lakin bunu etməyən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ümumi gəlirinə daxil olan mənfəətidir və təbii ki, həmin mənfəət vergitutma obyekti hesab olunur. "xxxx" QSC-dən aldığı neft məhsullarının pərakəndə satış yerinə çatdırılması ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 9840 manat daşınma xərci isə müəssisənin mənfəəti yox, gəlir əldə etmək üçün çəkilən xərcdir və həmin məbləğin aldığı neft məhsullarının pərakəndə satış qiymətinə daxil edilməsi və sonradan vergitutma obyekti olan ümumi gəlirdən çıxılması Vergi Məcəlləsinin 108.1-ci maddəsinə tam uyğun olmaqla vergitutma obyekti kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Qeyd olunanlara hüquqi qiymət verərək məhkəmə cavabdeh tərəfindən neft məhsullarının daşınma xərcləri ilə bağlı qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********456800 nömrəli Qərarlarında gəldiyi nəticənin mötəbər sübutlara əsaslanmış hesab olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr”ini əhatə edən X fəslininin “Gəlirin əldə edilməsi ilə bağlı xərclər” haqqında 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109-cu maddəsində “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsi verilmişdir. İddiaçı tərəfindən aldığı neft məhsullarının daşınması üçün sürücü X5 hesablaşma hesabına köçürülmüş yanacağın daşınması xərci olaraq ödənilmiş 27614,0 manat məbləğində daşınma xərci Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanan “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsinə daxil olmadığından, məhkəmə hesab edir ki, həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən 27614,0 manat məbləğində daşınma xərcinin müəssisənin ümumi gəlirindən çıxılmasında iddiaçı tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərar ləğv edilmiş, «Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri» təsdiq edilmişdir. Yeni Qərara əsasən topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı xərclər daxil edilmişdir. Buna əsasən Qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat xərclərinə daxil edilmədiyindən, həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Göründüyü kimi, Tarif Şurası da 26 iyul 2022-ci il tarixdən qüvvədə olan 4 nömrəli Qərarında neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmalı olduğunu bildirmişdir. Bundan başqa, qeyd olunduğu kimi, cavabdeh icarə haqqı üzrə əldə olunmuş 475,0 manat vəsaitin müəssisənin gəlirindən çıxıldığını bildirmiş, həmin məbləğə 95,0 manat mənfəət vergisi hesablamış, lakin iddiaçı heç vaxt hər hansı fiziki və hüquqi şəxslə icarə münasibətlərində olmadığını bildirmiş, cavabdeh isə bunun əksini təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı 27614,0 manat məbləğində daşınma xərcinin və 475,0 manat icarə haqqının müəssisənin ümumi gəlirinə daxil edilməsi və həmin məbləğlərə müvafiq olaraq 5522,80 manat və 95 manat olmaqla ümumilikdə 5617,80 manat mənfəət vergisinin hesablanması barədə vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********733500 nömrəli və xx.xx.2022-ci il tarixli, **********456800 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərarının ləğvini tələb etməkdə haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati aktlar (qərarlar) qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə hazırki iş üzrə mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarların ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********733500 saylı və xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 - 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2022-ci il tarixli, **********733500 saylı və xx.xx.2022-ci il tarixli, **********456800 saylı qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar