Məhkəmə qərarları › İş №2-1(120)-185/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-185/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-185/2022 18.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı1 nümayəndəsi və vəkili İddiaçı2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarlarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə 17 noyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 xx.xx.2021-ci il tarixində məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “vergi orqanının xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarlarının ləğv olunması” kimi baxılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 8 saylı Ərazi Vergilər İdarəsinin “X12nin nəticəsi haqqında” 16 iyun 2021 ci il tarixli 004710 nömrəli Aktı, ”sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 16 iyun 2021 ci il tarixli 002210 nömrəli Protokolu və «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 23 iyun 2021 -ci il tarixli **********4957 nömrəli Qərarı iddiaçıya daxil olmuşdur. Yuxarıda qeyd edilən Protokol və Qərarda qeyd edilir ki, İddiaçı1 tərəfindən əmək qanunvericiliyinə dair qaydaların pozulması halı aşkar edilmişdir. Hesab edir ki, sözü gedən Protokol və Qərar ciddi şəkildə yol verilmiş qanun pozuntuları və uyğunsuzluqlarla qəbul edildiyindən, orada yazılanlar həqiqətə uyğun olmadığından etibarsız hesab edilərək ləğv edilməlidir. Protokolda qeyd edilən guya onun tərəfinizdən yol verilmiş pozuntu həqiqətə uyğun deyil, sadəcə 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşlarının subyektiv təxəyyülünün məhsuludur. Qeyd edilənləri protokolda və qərarda olan uyğunsuzluqlardan da açıq-aşkar görmək olur. Belə ki, yoxlamanın aparılması haqqında protokolda 8 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun plandankənar (növbədənkənar) yoxlamalara dair bütün müddəalarını pozmuşlar. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 17-ci maddəsinin tələblərinə əsasən Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Lakin məlum olduğu kimi, Azərbaycan Respublikası 8 saylı Ərazi Vergilər İdarəsinin yoxlamanın aparılması haqqında xx.xx.2021-ci il tarixli **********4957 nömrəli Qərarı yoxlayıcı tərəfindən ona təqdim edilməmiş, elektron sistemə yerləşdirilmişdir. Təqdim olunan **********4957 nömrəli Qərardan məlum olur ki. plandankənar yoxlamanın başlanması tarixi xx.xx.2021-ci il, yoxlamanın sona çatma tarixi isə xx.xx.2021-ci il tarixləridir və yoxlama yoxlayıcı orqan tərəfindən məhz həmin tarixlərdə aparılmalıdır. Lakin yoxlayıcı orqan qanunda nəzərdə tutulmuş halları və qaydaları acıq şəkildə pozmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.3-1-ci bəndində bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-3.4.13-cii və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Məlum olur ki, xx.xx.2021-ci il tarixdə plandankənar (növbədənkənar) yoxlanılmanın aparılması ən azı 1 iş günü əvvəl yəni xx.xx.2021 -ci il tarixdə İnformasiya sisteminə yerləşdirilməli idi. Qanunun 16-cı maddəsində plandankənar (növbədənkənar) yoxlamanın əsasları qeyd olunsa da, Dövlət vergi xidməti yoxlama apararkən yoxlamanın təyin edilməsi üçün əsas olaraq ‘'Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar” qeyd etsə də, bunun barədə iddiaçıya heç bir məlumat verməmişdir. Qeyd edilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********3 nömrəli Arayışına əsasən İddiaçı1 VÖEN **********, 1096 ünvan 2 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota xx.xx.2021-ci il tarixdə alınmışdır. Vergi orqanı isə öz növbəsində İnzibati xəta haqqında Qərarda artıq xx.xx.2021 -ci il tarixdən həmin təssərrülat obyektinin İddiaçı1 istifadəsində olmasını təsdiq edərək Qərarda həmin yerin “Manqalüstü” restoranı kimi qeyd etmişdir. Bu hal ciddi qanun pozuntusudur, belə ki, xx.xx.2021-ci il tarixdə həmin təssərrüfat subyektində yalnız gələcəkdə xidmət göstərilməsi ilə bağlı təmir, səfərbərlik işləri, işə qəbul üçün müsahibə aparılmışdır. Dövlət vergi xidmətinin əməkdaşları yoxlama aparan zaman restoranda çalışan işçilərin xidmət göstərməsi ilə bağlı heç bir sıibut yoxlama protokoluna əlavə etməmişdir. Yuxarıda yazılanları nəzərə alaraq məlum olur ki, qeyd olunan plandankənar yoxlama xx.xx.2021 -ci il tarixdə təsərrüfat subyekti fəaliyyət göstərmədiyi vaxtda keçirilmişdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hiiquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə təmsil etdiyi qurumun iddiaya qarşı etirazını təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı1 (VÖEN **********) cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3716 saylı “Oprerativ vergi nəzarəti keçirilməsi haqqında" qərarına əsasən fərdi sahibkar İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında “Nağd pul hesablaşmalarının aparılması qaydaları”na riayət olunması vəziyyətinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının müəyyən edilməsi məqsədilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən X12 tədbiri keçirilmişdir. X12 zamanı fərdi sahibkar İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən (**********-16001 kodlu obyektdə) Manqal Üstü restoranında 11 nəfər işçinin əmək müqaviləsi (kontrakt) bağlamadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb edildiyi, bununla da, Əmək Məcəlləsinin 49-cu, Vergi Məcəlləsinin 58.10- cu maddələrinin müdəalarının pozulduğu müəyyən edilərək fərdi sahibkar İddiaçı1 barəsində xx.xx.2021 -ci il tarixli DVX seriyalı 004710 saylı Akt tərtib edilmişdir. İşçilər fərdi sahibkar İddiaçı1 ilə aralarında əmək müqaviləsinin olmadığını verdikləri yazılı izahatlarda təsdiq etmişlər. Akt vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli 321064 saylı Etibarnamə əsasında təmsilçisi olan X9 tərəfindən imzalanmışdır. Eyni zamanda iddiaçıya məxsus obyektdə Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək Vergi Məcəlləsinin 58.7 maddəsi üzrə xx.xx.2021-ci il tarixli DVX seriyalı 005239 saylı akt tərtib edilmişdir. Akt vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli 321064 saylı Etibarnamə əsasında təmsilçisi olan X9 tərəfindən imzalanmışdır. Vergi ödəyicisinə xx.xx.2021-ci il tarixdə qeyd olunan qanun pozuntularına baxılması və qərarın qəbul edilməsi üçün xx.xx.2021-ci il tarixə 8 saylı Ərazi Vergilər İdarəsinə **********880000 saylı dəvət bildirişi göndərilmişdir. Vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi həmin tarixdə qərarın çıxarılmasında iştrak etməmişdir. Fərdi sahibkar İddiaçı1 barəsində xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 22000 manat məbləğində və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı iddia ərizəsində keçirilmiş vergi nəzarəti tədbiri zamanı qanunvericiliyin pozulması haqqında 6 müddəa irəli sürmüşdür. Birincisi, iddiaçı qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.1 -ci maddəsinə əsasən Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bununla əlaqədar olaraq bildirirlər ki, Qeyd edilən qanunun 2.2 maddəsində qeyd edilir ki, bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1 -ci, 12-ci, 13-cü və 34.1 -ci maddələri, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara münasibətdə isə həmçinin 26-cı maddəsi istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Eyni zamanda bildirilir ki, fərdi sahibkar İddiaçı1 barəsində Vergi Məcəlləsinin 36.1 -ci maddəsində göstərilən yoxlama deyil, 50-ci maddəsinə əsasən X12 həyata keçirilmişdir. İkincisi, vergi ödəyicisi şikayətində **********4957 nömrəli qərarının yoxlamanın başlama anında təqdim edilmədiyini iddia etmişdir. Qeyd edilənlərlə bağlı olaraq bildirirlər ki xx.xx.2021-ci il tarixli **********4957 nömrəli qərar X12nin keçirilməsi haqqında qərar deyil, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardır. X12 isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3716 saylı “X12 keçirilməsi haqqında” Qərarına əsasən keçirilmişdir. Üçüncüsü, Vergi ödəyicisi İddia edir ki, Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reysterindən alınmış çıxarış vergi ödəyicisinin elektron informasiya sisteminə yerləşdirilməli idi. Qeyd edilənlərlə bağlı bildiririrlər ki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən X12 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X12ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhaf təqdim etməlidir. İddiaçının irəli sürdüyü dördüncü müddəada vergi ödəyicisi vergi yoxlamasının keçirilməsinə əsas kimi mənbəyi bəlli olan məlumatlar olmasına baxmayaraq, bu mənbə barədə ona məlumat verilmədiyini bildirmişdir. Qeyd edilənlərlə bağlı olaraq bildirirlər ki, X12 Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olduqda keçirilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********516100 saylı əmri ilə təsdiq edilmiş Dövlət vergi orqanları tərəfindən X12 tədbirlərinin həyata keçirilməsi haqqında qaydaların 1.5.2 maddəsinə əsasən mənbəyi bəlli məlumatlar aşağıdakılar sayılır: -vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı müvafiq vergi dövrü (ay, rüb, il) ilə müqayisədə növbəti vergi dövrlərində vergi ödəyicilərinin dövriyyələrinin azalması, təqdim olunan bəyannamələrdə vergi dövrləri üzrə eyni və ya oxşar məbləğdə dövriyyələrin əks olunması, bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin vergi ödəyicilərinin obyektlərinin faktiki iqtisadi göstəricilərinə (işçilərinin sayı, əmtəə-material ehtiyatlarının həcmi və vahidlərinin satış qiymətləri, obyektin sahəsi, satış üçün əlverişli coğrafi ərazidə yerləşməsi, alıcı axınının və alqı-satqı əməliyyatlarının intensivliyi, gözlənilən faktiki dövriyyə, aktivlərin dəyəri və s.) uyğun olmaması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; -vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; -rəsmi statistikaya əsasən təqdim olunan malların (iş və xidmətlərin) qiymətlərinin artdığı, vergi ödəyicisinin yeni sahibkarlıq obyektlərinin qeydiyyata alındığı, habelə reklam və digər mənbəyi bəlli məlumatlara əsasən malların (iş və xidmətlərin) çeşidinin artdığı halda, büdcəyə vergi hesablamalarının və ödənişlərin müvafiq dövrlə müqayisədə azalması və ya eyni məbləğdə olması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; -vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində artıq ödəmə məbləğləri yaranması barədə vergi orqanının digər strukturlarından daxil olmuş məlumatlar;-vergidən yayınma, həmçinin X12 məsələləri üzrə qanun pozuntusu hallarına yol verilməsi barədə digər dövlət orqanlarından, vergi ödəyicilərindən, vətəndaşlardan və ya 195 telefon xidməti vasitəsi ilə daxil olmuş müraciətlər; -istehsal həcminin və ya satış dövriyyəsinin azalması ilə əlaqədar olaraq xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə vergi ödəyicilərindən daxil olmuş müraciətlər; -vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. Beşinci müddəada qeyd edilir ki, vergi ödəyicisi fəaliyyət göstərdiyi xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmasına baxmayaraq yoxlama xx.xx.2021ci il tarixdə aparılmışdır. Bununla bağlı olaraq bildirirlər ki, X12 vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi ərazidə onun iş vaxtı aparılır və vergi ödəyicisinin obyektini qeydiyyata almaması vergi nəzarətinin keçirilməməsi üçün əsas deyildir, obyektin qeydiyyatının olmaması vergidənyayınma halı və ya riski kimi qiymətləndirilir. Buna əsasən də ünvan 3 ünvanında yerləşən **********-16001 obyekt kodu olan “Manqal Üstü” restoranında Bakı şəhəri X13 üzrə baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3716 saylı Oprerativ vergi nəzarəti keçirilməsi haqqında Qərarına əsasən X12 tədbirləri keçirilmişdir. Vergi ödəyicisinin irəli sürdüyü altıncı müddəada qeyd edilir ki, Dövlət Vergi Xidmətinin əməkdaları tərəfindən yoxlama aparılarkən restoranda olan işçilərin xidmət göstərməsi ilə bağlı sübutların olmamasını göstərmişdir. Bununla bağlı olaraq bildirirlər ki, X12 zamanı əmək müqaviləsi olmayan işçilərin hər birindən yazılı izahat alınmış və onlar öz izahatlarında orada işlədiklərini təsdiq etmişlər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi və həmin qərarlar əsasında hesablanmış borcun silinməsi barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 nümayəndəsi vəkil İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, akta adı çəkilən bir çox şəxslərin iddiaçının işçisinin olmadığını, X4 izahatında da 2017-ci ildən restoranda fəaliyyət göstərdiyini bildirdiyini, X5 2021-ci ilin yanvar ayından həmin restoranda işlədiyini, həmçinin digər şəxslərin 14-xx.xx.2021-ci il tarixlərdə restoranda fəaliyyətə başladıqlarını izahatlarında qeyd etmişlər, halbuki iddiaçının xx.xx.2021-ci il tarixdə Qulu Hacıyevlə icarə müqaviləsi bağlayaraq fəaliyyətə başladığını, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək, iddia tələbini qəbul etmədiyini bildirib, iddianın rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2017-ci il tarixli AZE16981671 nömrəli şəxsiyyət vəsiqəsinin və fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin vergi orqanı tərəfindən təsdiq olunmuş surətlərindən, habelə Bakı şəhəri X13 üzrə Baş İdarəsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 29 sentyabr 2021-ci il tarixli **********054100 nömrəli məktubundan görünür ki, xx.xx.1991-ci il tarixində Ağcabədi rayonunun Xocavənd kəndində doğulmuş İddiaçı1 xx.xx.2017-ci il tarixində vergi ödəyicisi kimi 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və ona ********** eyniləşdirmə nömrəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli **********3716 nömrəli Qərarın vergi orqanı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq “Nağd pul hesablaşmalarının aparılması qaydaları”na riayət olunması vəziyyətinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi sahibkar İddiaçı1 ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında fəaliyyəti ilə bağlı “X12nin həyata keçirilməsi haqqında” Qərar qərar qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli **********3722 nömrəli Qərarın vergi orqanı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrini əsas tutaraq “X12nin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3716 nömrəli Qərar əsasında fərdi sahibkar İddiaçı1 məxsus yoxlama predmetinə aid olan “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar qərar qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli **********3721 nömrəli Tələbnamənin vergi orqanı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq “X12nin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması”nı İddiaçı1 tələb etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002210 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokolun, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004710 nömrəli və xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005239 nömrəli Aktların vergi orqanı tərəfindən təsdiq olunmuş surətlərindən görünür ki, Bakı şəhəri X13 üzrə Baş İdarəsinin nümayəndələri tərəfindən “X12nin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3716 nömrəli Qərar əsasında fərdi sahibkar İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli 321064 saylı etibarnamə əsasında təmsilçisi X3 iştirakı ilə “X12” həyata keçirilmiş, 11 nəfər işçinin “əmək müqaviləsi (kontrakt) bağlamadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsi”nə cəlb edildiyi, bununla da, Əmək Məcəlləsinin 49-cu, Vergi Məcəlləsinin 58.10-cu maddələrinin tələblərinin pozulduğu, eyni zamanda iddiaçıya məxsus obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydaları”nın pozulması faktı, həmçinin NKA-dan istifadə edilmədiyi aşkar edilərək Vergi Məcəlləsinin 58.7 maddəsi üzrə müvafiq aktlar tərtib olunmuş, həmin aktlar iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş dəvət bildirişlərinin vergi orqanı tərəfindən təsdiq olunmuş surətlərindən görünür ki, vergi ödəyicisi qeyd olunan qanun pozuntularına baxılması və qərarın qəbul edilməsi üçün xx.xx.2021-ci il tarixə 8 saylı Ərazi Vergilər İdarəsinə dəvət olunmuşdur. Məhkəmə iclasında ifadə verən şahid X10 ifadəsində bildirmişdir ki, İddiaçı1 onun həyat yoldaşıdır. İddiaçı1 tərəfindən icarə hüququ əsasında götürdüyü Bakı şəhərində yerləşən obyektin fəaliyyət göstərməsi üçün restoran işinin təşkil olunmasında köməklik etməsi məqsədilə müəyyən tanışlarını həmin obyektə dəvət etmişlər. xx.xx.2021-ci il tarixdə günün ikinci yarısında 10-11 nəfər mülki geyimdə olan şəxslər daxil oldular. Onlarla çox kobud şəkildə rəftar edərək və təzyiq altında ona, həyat yoldaşına və orada olan köməklik edən şəxslərə hansısa sənədlərə imza etdirdilər. Daha sonra müəyyən olundu ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul olunmuşdur. Hansı ki, restoranın fəaliyyəti bu yoxlamadan 3-4 gün sonra başlanmışdır. Həmin gün restoranın heç bir fəaliyyəti olmamışdır. Onlara sonradan məlum olmuşdur ki, onunla kobud rəftar edən bu şəxslər vergi orqanının əməkdaşlarıdır, sonra polis bölməsinə aparılaraq Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iddiaçıya qarşı cinayət işi açılmış, lakin sonradan həmin cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4957 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, 11 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada “əmək müqaviləsi (kontrakt) bağlamadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsi”nə cəlb etdiyinə görə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən İddiaçı1 vergi məsuliyyətinə cəlb olunmuş və barəsində 22000 manat məbləğində maliyyə sanksiyasınin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5118 nömrəli qərarının vergi orqanı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, “Əhali ilə pul hesablaşmalarının aparılması qaydaları”nı pozduğuna görə Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən İddiaçı1 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X3 vergi orqanı tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli izahatının surətində bildirilir ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 216 ünvanında yerləşən “Manqal Üstü” restoranını həmin əmlakın sahibi X7 xx.xx.2021-ci il tarixində icarə müqaviləsi bağlamadan fərdi sahibkar İddiaçı1 adına icarəyə götürmüş, yeni fəaliyyətə başladığı üçün obyekti vergi orqanında qeydiyyatdan keçirməmiş və NKA quraşdırmamış, 11 nəfər işçini əmək müqaviləsi bağlamadan işə cəlb etmişdir. Tezliklə obyekti vergi orqanında qeydiyyatdan keçirərək NKA quraşdırılmasını və 11 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılmasını təmin edəcəkdir. İş materiallarında olan vergi orqanı tərəfindən təsdiq olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 11 nəfər fiziki şəxsin xx.xx.2021-ci il tarixli izahatlarının surətlərində bildirilir ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 216 ünvanında yerləşən “Manqal Üstü” restoranında əmək müqaviləsi bağlamadan İddiaçı1 tərəfindən 14,15, 16 iyun 2021-ci il tarixlərində işə götürülmüşlər. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 21 fevral 2022-ci il tarixli “212980613 nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərarına əsasən, xx.xx.2021-ci il tarixində ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında fərdi sahibkar İddiaçı1 fəaliyyəti ilə bağlı “X12 tədbirləri”nin həyata keçirilməsi nəticəsində müəyyən olunmuş qanun pozuntuları ilə bağlı aparılmış ibtidai istintaq zamanı X10 verdiyi ifadəsində “X12 tədbirinin keçirildiyi xx.xx.2021-ci il tarixindən blr neçə gün əvvəl həyat yoldaşının adına olan dayandırımış VÖEN-ni aktiv edərək, ünvan 3 ünvanında yerləşən “Manqal üstü" restoranında sahibkarlıq fəaliyyətinə başlamaq niyyəti ilə hazırlıq işləri gördüyünü, X12 tədbiri keçirilən anadək restoran tərəfindən hər hansı xidmətin göstərilmədiyini, xidmətə başlamaq üçün bir neçə günlük hazırlıq işlərinin görüldüyünü, hətta obyektin vergi orqanında qeydiyyata belə alınmadığını, operativ vergi nəzarati tədbiri zamanı aşkar olunan fiziki şəxslərin bacarıqlarının və təcrübələrinin yoxlanılması məqsədi ilə restorana cəlb edildiyini bildirmişdir. İstintaq zamanı X3 ifadəsində qeyd etdiyi xüsusatlar, şahid ifadələri və digər sənədlərlə öz təsdiqini tapmışdır İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin möhürü ilə təsdiq olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 2763,2 kvadratmetr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X11 məxsusdur. İş materiallarında olan, notarial qaydada təsdiq olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli “icarə müqaviləsi”nin surətindən görünür ki, mülkiyyətçi X14 ünvan 3 ünvanında yerləşən və sahəsi 2763,2 kv.m. olan qeyri-yaşayış binasından 1000 kv.m. hissəsini xx.xx.2026-cı il tarixədək İddiaçı1 icarəyə vermiş, bu barədə tərəflər arasında 17 iyun 2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3716 nömrəli Qərarına əsasən “Nağd pul hesablaşmalarının aparılması qaydaları”na riayət olunması vəziyyətinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının müəyyən edilməsi məqsədilə xx.xx.2021-ci il tarixində ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında fərdi sahibkar İddiaçı1 fəaliyyəti ilə bağlı “X12 tədbirləri” həyata keçirilmiş, həmin təşkilatın “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3722 nömrəli Qərarına əsasən fərdi sahibkar İddiaçı1 X12nin həyata keçirilməsi üçün zəruri olan yoxlama predmetinə aid sənədlərin təqdim olunması tələb edilmiş, X12 zamanı iddiaçı tərəfindən 11 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontrakt) bağlanmadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsinə cəlb edildiyi, həmçinin obyektdə “Nağd pul hesablaşmalarının aparılması qaydaları”nın pozulması faktı aşkar edilmiş, X12 tədbirlərinin nəticələri xx.xx.2021-ci il tarixli, DVX seriyalı 002210 nömrəli Protokol və xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004710 nömrəli və xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005239 nömrəli Aktlarla rəsmiləşdirilmiş, vergi ödəyicisi qeyd olunan qanun pozuntularına baxılması və qərarın qəbul edilməsi üçün xx.xx.2021-ci il tarixə 8 saylı Ərazi Vergilər İdarəsinə dəvət olunmuş, lakin gəlməmiş, 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********4957 nömrəli qərarı ilə 11 nəfər fiziki şəxsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsi”nə cəlb etdiyinə görə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən İddiaçı1 vergi məsuliyyətinə cəlb olunmuş və ona 22000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin 8 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********5118 nömrəli digər qərarı ilə “Əhali ilə pul hesablaşmalarının aparılması qaydaları”nı pozduğuna görə Vergi Məcəlləsinin 58.7.1ci maddəsinə əsasən İddiaçı1 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə vergi orqanının xx.xx.2021-ci il tarixli **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli **********5118 nömrəli Qərarlarını qanunsuz hesab edərək mübahisələndirmiş, cavabdeh təşkilat isə iddiaya qarşı etirazında həmin dəlillərin əsassız olduğunu bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddiaçının dəlilləri əsaslıdır və o, vergi orqanının xx.xx.2021-ci il tarixli **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli **********5118 nömrəli Qərarlarının ləğv edilməsini tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin istər “Nağd pul hesablaşmalarının aparılması qaydaları”na riayət olunması vəziyyətinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının müəyyən edilməsi məqsədilə qəbul etdiyi ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında fərdi sahibkar İddiaçı1 fəaliyyətinə X12nin həyata keçirilməsi barədə **********3716 nömrəli, istər “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********3722 nömrəli Qərarları, istər X12nin həyata keçirilməsi üçün zəruri olan yoxlama predmetinə aid sənədlərin təqdim olunmasının tələb edilməsi barədə **********3721 nömrəli Tələbnamə, istər X12 tədbirlərinin nəticələri barədə tərtib olunmuş DVX seriyalı 002210 nömrəli Protokol, DVX seriyalı 004710 nömrəli və DVX seriyalı 005239 nömrəli Aktlar, istərsə də müqavilə bağlanmadan işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş 11 nəfər fiziki şəxsdən alınmış izahatlar eyni gündə, yəni xx.xx.2021-ci il tarixində tərtib edilmiş və yazılmışdır. Lakin qeyd olunduğu kimi, xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 2763,2 kvadratmetr, xüsusi mülkiyyət hüququ əsasında X11 məxsus qeyri-yaşayış binasının 1000 kv.m. hissəsi icarə müqaviləsi əsasında İddiaçı1 yalnız xx.xx.2021-ci il tarixində verilmişdir. Göründüyü kimi, ünvan 3 ünvanında yerləşən, X11 məxsus qeyri-yaşayış binasında X12nin həyata keçirildiyi xx.xx.2021-ci il tarixində İddiaçı1 həmin obyektlə heç bir bağlılığı olmamışdır. ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında xx.xx.2021-ci il tarixində İddiaçı1 mülkiyyət, istifadə və ya icarə hüququ əsasında sahibkarlıq fəaliyyətini həyata keçirməsinə dair vergi orqanı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi X3 xx.xx.2021-ci il tarixli izahatında Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 216 ünvanında yerləşən “Manqal Üstü” restoranını həmin əmlakın sahibi X7 xx.xx.2021-ci il tarixində icarə müqaviləsi bağlamadan, yəni ilkin şifahi razılaşma əsasında fərdi sahibkar İddiaçı1 adına icarəyə götürdüyünü bildirməsinin, həmçinin müqavilə bağlanmadan işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş 11 nəfər fiziki şəxsdən alınmış izahatlarda Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 216 ünvanında yerləşən “Manqal Üstü” restoranına əmək müqaviləsi bağlamadan İddiaçı1 tərəfindən 14,15, 16 iyun 2021-ci il tarixlərində işə götürüldüklərinin bildirilməsinin hüquqi əsası olmadığından məhkəmə həmin izahatların mötəbər sübut kimi qəbul edilməsini mümkün hesab etmir. Belə ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 21 fevral 2022-ci il tarixli “212980613 nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Qərarına əsasən, xx.xx.2021-ci il tarixində ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında fərdi sahibkar İddiaçı1 fəaliyyəti ilə bağlı “X12 tədbirləri”nin həyata keçirilməsi nəticəsində müəyyən olunmuş qanun pozuntuları ilə bağlı aparılmış ibtidai istintaq zamanı X10 verdiyi ifadəsində “X12 tədbirinin keçirildiyi xx.xx.2021-ci il tarixindən blr neçə gün əvvəl həyat yoldaşının adına olan dayandırımış VÖEN-ni aktiv edərək, ünvan 3 ünvanında yerləşən “Manqal üstü" restoranında sahibkarlıq fəaliyyətinə başlamaq niyyəti ilə hazırlıq işləri gördüyünü, X12 tədbiri keçirilən anadək restoran tərəfindən hər hansı xidmətin göstərilmədiyini, xidmətə başlamaq üçün bir neçə günlük hazırlıq işlərinin görüldüyünü, hətta obyektin vergi orqanında qeydiyyata belə alınmadığını, operativ vergi nəzarati tədbiri zamanı aşkar olunan fiziki şəxslərin bacarıqlarının və təcrübələrinin yoxlanılması məqsədi ilə restorana cəlb edildiyini bildirmişdir. Həmin Qərarda qeyd olunmuşdur ki, istintaq zamanı X3 ifadəsində qeyd etdiyi xüsusatlar, şahid ifadəsi və digər sənədlərlə öz təsdiqini tapmışdır Digər tərəfdən, ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranını həmin əmlakın sahibi X7 icarə müqaviləsi bağlamadan fərdi sahibkar İddiaçı1 adına xx.xx.2021ci il tarixində, yəni həmin obyektdə X12 tədbirlərinin həyata keçirildiyi xx.xx.2021-ci il tarixdən cəmi 4 gün əvvəl icarəyə götürüldüyü barədə X3 vergi orqanına verdiyi xx.xx.2021-ci il tarixli izahatının sübut kimi qəbul edildiyi təqdirdə, həmin təsərrüfat subyektində (obyektində) iddiaçının belə qısa müddətli fəaliyyəti ilə bağlı X12 tədbirlərinin həyata keçirilməsinin hansı zərurətdən irəli gəldiyini cavabdeh təşkilatın nümayəndəsi izah elə bilmədi. Halbuki, X12 Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olduqda keçirilə bilər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən X12 tədbirlərinin həyata keçirilməsi haqqında qaydalar”ın vergi orqanının iddiaya qarşı etirazında istinad etdiyi 1.5.2 yarımbəndinə əsasən mənbəyi bəlli məlumatlar aşağıdakılar sayılır: -vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı müvafiq vergi dövrü (ay, rüb, il) ilə müqayisədə növbəti vergi dövrlərində vergi ödəyicilərinin dövriyyələrinin azalması, təqdim olunan bəyannamələrdə vergi dövrləri üzrə eyni və ya oxşar məbləğdə dövriyyələrin əks olunması, bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin vergi ödəyicilərinin obyektlərinin faktiki iqtisadi göstəricilərinə (işçilərinin sayı, əmtəə-material ehtiyatlarının həcmi və vahidlərinin satış qiymətləri, obyektin sahəsi, satış üçün əlverişli coğrafi ərazidə yerləşməsi, alıcı axınının və alqı-satqı əməliyyatlarının intensivliyi, gözlənilən faktiki dövriyyə, aktivlərin dəyəri və s.) uyğun olmaması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; -vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; -rəsmi statistikaya əsasən təqdim olunan malların (iş və xidmətlərin) qiymətlərinin artdığı, vergi ödəyicisinin yeni sahibkarlıq obyektlərinin qeydiyyata alındığı, habelə reklam və digər mənbəyi bəlli məlumatlara əsasən malların (iş və xidmətlərin) çeşidinin artdığı halda, büdcəyə vergi hesablamalarının və ödənişlərin müvafiq dövrlə müqayisədə azalması və ya eyni məbləğdə olması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; -vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində artıq ödəmə məbləğləri yaranması barədə vergi orqanının digər strukturlarından daxil olmuş məlumatlar; -vergidən yayınma, həmçinin X12 məsələləri üzrə qanun pozuntusu hallarına yol verilməsi barədə digər dövlət orqanlarından, vergi ödəyicilərindən, vətəndaşlardan və ya 195 telefon xidməti vasitəsi ilə daxil olmuş müraciətlər; -istehsal həcminin və ya satış dövriyyəsinin azalması ilə əlaqədar olaraq xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə vergi ödəyicilərindən daxil olmuş müraciətlər; -vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. Göründüyü kimi, hətta iddiaçının X12nin hətata keçirildiyi xx.xx.2021-ci il tarixində fəaliyyət göstərdiyi təqdirdə belə, “Dövlət vergi orqanları tərəfindən X12 tədbirlərinin həyata keçirilməsi haqqında qaydalar”ın 1.5.2 maddəsində sadalanan mənbəyi bəlli məlumatların heç biri cəmi 3-4 gün fəaliyyətə başlamış sahibkara və ya sahibkarlıq subyektinə şamil oluna bilməz. Belə ki, ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında X12 tədbirlərinin qeyd olunan “Qaydalar”ın 1.5.2 maddəsində sadalanan mənbəyi bəlli məlumatların hansının əsasında həyata keçirilməsi nə vergi orqanının Qərarlarında öz əksini tapmış, nə də cavabdeh təşkilat bu məlumatlar baradə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, “Dövlət vergi orqanları tərəfindən X12 tədbirlərinin həyata keçirilməsi haqqında qaydalar”ın 1.6-cı bəndinə əsasən “X12 tədbirləri”nin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları (1.6.1.); Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları (1.6.2.). Göründüyü kimi, qanunverici “X12 tədbirləri”nin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, Vergilər Nazirliyi tərəfindən və ya Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarlarından birinin olmasını tələb edir. Lakin Bakı şəhəri X13 üzrə Baş İdarəsi ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında “X12nin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3716 nömrəli Qərarında, bu Qərarın qəbul edilməsinin əsası kimi tələb olunan risk meyarının mövcudluğunu göstərməmişdir. Təklif edilməsinə baxmayaraq, ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında X12 tədbirlərinin həyata keçirilməsi üçün “Qaydalar”ın 1.6-cı bəndində, 1.6.1ci və 1.6.2-ci yarımbəndlərində tələb olunan “risk meyarları”nın hansının mövcud olması barədə cavabdeh təşkilat tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi orqanının məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında isə bildirilir ki, “vergi ödəyicisinin obyektinin qeydiyyatının olmaması vergidənyayınma halı və ya riski kimi qiymətləndirilir. Buna əsasən də ünvan 3 ünvanında yerləşən **********-16001 obyekt kodu olan “Manqal Üstü” restoranında Bakı şəhəri X13 üzrə baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3716 saylı “Oprerativ vergi nəzarəti keçirilməsi haqqında Qərarı”na əsasən X12 tədbirləri keçirilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən İddiaçı1 adına verilmiş ”Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” arayış ünvan 3 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2021-ci il tarixində uçota alınmasını təsdiq edir. ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında “X12 tədbirləri”nin həyata keçirildiyi xx.xx.2021-ci il tarixində iddiaçının həmin təsərrüfat subyekti (obyekti) ilə heç bir bağlılığının olmamasını, qeyd olunan qeyri-yaşayış binasının İddiaçı1 tərəfindən xx.xx.2021-ci il tarixində bağlanmış “İcarə müqaviləsi” əsasında icarəyə götürülməsini və həmin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə xx.xx.2021-ci il tarixində uçota alınmasını, “X12 tədbirləri”nin həyata keçirildiyi xx.xx.2021-ci il tarixində bu halların mövcudluğunun mümkün olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, vergi orqanının “vergi ödəyicisinin obyektinin qeydiyyatının olmaması” dəlili əsassızdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan vergi orqanı tərəfindən ünvan 3 ünvanında yerləşən “Manqal Üstü” restoranında xx.xx.2021-ci il tarixində iddiaçıya münasibətdə ciddi qanun pozuntularına yol verilməklə keçirilmiş “X12”nin nəticəsində müəyyən edilmiş və iddiaçınin vergi məsuliyyətinə cəlb olunması üçün əsas olmuş hallar, yəni mübahisələndirilən xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarların qəbul edilməsini zəruri edən faktiki şərtlər mövcud deyil və məhkəmə bunu iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2021-ci il tarixli, **********4957 nömrəli və xx.xx.2021-ci il tarixli, **********5118 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar