Məhkəmə qərarları › İş №2-1(120)-1850/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1850/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1850/2024 18.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi İddiaçı2, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarının İddiaçı1nə aid olan hissədə və 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-320/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-111/2023 nömrəli qərardadı ilə cavabdeh X15 X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-320/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçının vəkili və nümayəndəsi İddiaçı2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli və 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarlarının “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının vəkili və nümayəndəsi İddiaçı2 müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı1 ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. İddiaçının vəkili və nümayəndəsi İddiaçı2 sonradan iddia tələbinin dəqiqdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarının İddiaçı1nə aid olan hissədə və 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 127 saylı Sərəncamı əsasında İddiaçı1 MMC-yə rayonun Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən ümumi sahəsi 80.30 ha olan torpaq sahəsində qumçınqıl materialların çıxarılmasına icazə verilmişdir və qeyd olunan torpaq sahəsində “Dağ mədən işlərinin inkişafı planı” razılaşdırılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin Dağ-Mədən Ayırması haqqında 01 avqust 2018-ci il tarixli 01045 saylı aktına əsasən Azərbaycan Respublikası, İmişli rayonunun inzibati ərazisində İddiaçı1 MMC-yə ayrılmış torpaq sahəsində yerləşən qum-çınqıl yatağında Markşeyder planı üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş 80.3 hektar ərazi 5 il müddətində qum-çınqıl hasilatının həyata keçirilməsi məqsədi ilə MMC-nin istifadəsinə verilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, qeyd olunan torpaq sahəsində qum-çınqıl hasilatına dair MMC-yə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən Ekoloji Pasportda təqdim olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən İddiaçı1nə İmişli rayonunun ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağı ünvanında dağ-mədən işlərinin həyata keçirilməsinə ıcazə verilmişdir. Beləliklə sadalanan bütün sənədlərdən görünür ki, MMC-yə ayrılmış torpaq sahəsində dağ-mədən işlərinin aparılması və qum-çınqıl karxanasında qum-çınqıl hasilatının həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş bütün icazələr və razılaşmalar əldə edilmişdir. Yəni MMC tərəfindən aparılan fəaliyyət tam qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X4 İdarə Heyətinin 29 aprel 2021-ci il tarixli 15 saylı qərarına əsasən 01 avqust 2018-ci il tarixli 01045 saylı “Dağ mədən ayrılması” aktı ilə “X17”MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin Təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə ləğv edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqan qəbul etdiyi inzibati aktın zəruriliyini sübut etməlidir. Sübut etmə vəzifəsini inzibati orqan daşıyır. Lakin inzibati orqan MMC-yə "xxxx" aktı ilə ayrılmış yerin təkindən istifadə hüququnun ləğv edilməsi ilə bağlı qərar qəbul etsə də, bu halları təsdiq edən hər hansı sübut yoxdur. İnzibati orqan qanunsuz qərarında qeyd edir ki, guya MMC tərəfindən yerin təkindən səmərəli istifadə edilməsi və mühafizəsinə aid əsas tələblər, yerin təkindən istifadə qaydaları və icazə şərtləri pozulmuşdur. Halbuki bu halları təsdiq edən hər hansı mötəbər sübut və ya əsas olmamışdır. İnzibati orqan qərarında yalnız “Yerin təki haqqında” AR Qanununa və AR Prezidentinin xx.xx.2020-ci il tarixli qərarına istinad etmiş, istifadə qaydasının və icazə şərtlərinin hansı tələblərinin pozulmasını konkret göstərməmişdir. Yuxarıda sadalanan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də tam təsdiq olunur ki, MMC tərəfindən dağ mədən işləri müvafiq ekspert rəylərinə, ekoloji pasporta və təsdiq edilmiş plana uyğun olaraq aparılmışdır. Bütün bu işlərin görülməsi üçün kompleks icazələr alınmışdır ki, bu icazələrin də hamısı müvafiq yoxlama və araşdırmalar aparıldıqdan sonra verilmişdir. Lakin cavabdeh inzibati orqan hər hansı araşdırma aparmadan, müvafiq ekspertiza keçirmədən MMC-nin yerin təkindən düzgün istifadə etmədiyi qənaətinə gəlmişdir. Halbuki bu qərara gəlmək üçün əsaslı araşdırma aparılmalı, müvafiq ekspertizalar keçirilməli və mütəxəssislər cəlb olunmalı idi. Lakin inzibati orqan bu tədbirlərin heç birini həyata keçirməmiş və öz qanunsuz qərarı ilə MMC-in hüquqlarımı kobud və əsassız şəkildə pozmuşdur. Bu səbəbdən hesab edirik ki, həmin qərar tam qanunsuz olduğu üçün ləğv ediməli və 01045 syalı "xxxx" aktına əsasən MMC-nin fəaliyyəti bərpa olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati orqanın əsassız qəbul etdiyi qərarın nəticəsində MMC və dağ-mədənində çalışan insanlara maddi ziyan içindədir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X4 İdarə Heyətinin 29 aprel 2021-ci il tarixli 15 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir: Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin stifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Qeyd olunan səlahiyyətlər daxilində Agentlik tərəfindən Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq çay hövzələrində yerləşən yataqlara baxış keçirililmişdir. Baxış zamanı Araz çayının hövzəsində yerləşən “İmişli” yatağında 1 avqust 2018-ci il tarixli, 01045 nömrəli "xxxx" Aktı (DMAA) ilə İddiaçı1 MMC-yə ayrılmış yer təki sahəsindən kənarda 328 567 m3 qum-çınqıl qarışığı hasil etdiyi aşkar edilmişdir. Bu barədə müvafiq qaydada 63247 nömrəli 7 oktyabr 2020-ci il tarixli Akt tərtib edilmişdir. Monitorinq zamanı ərazidən yüksəkgərginlikli elektrik xətlərinin keçdiyi, mərz nişanlarının qismən mövcud olduğu, lakin mərz nişanlarının üzərində MMC-nin adı, müvafiq künc nöqtəsinin nömrəsi və koordinatları göstərilmədiyi, eyni zamanda istismar işləri “Dağ-mədən ayırması Aktı” üzrə hüquqi şəxsə verilmiş karxana sahəsini hüdudları daxilində sahəsi 13.6 ha orta istismar dərinliyi 5.82 metr olmaqla 796 610 m3, xaricində isə sahəsi 5.64 ha orta istismar dərinliyi 5.82 metr olmaqla 328 567 m3 həcmində aparıldığı müəyyən edilmişdir. Göründüyü kimi, yerin təkinin mühafizə və səmərəli istifadə qaydaları (Yerin təki haqqında Qanunun 21-ci maddəsi) kobud şəkildə pozulmuşdur. Bununla bağlı X12 23 dekabr 2020ci il tarixli 23/20 nömrəli Qərarı ilə müvafiq icazə sənədi ilə "xxxx" MMC-yə ayrılmış yer təki sahəsindən istifadə Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə 3 ay (xx.xx.2021-ci il tarixədək) müddətinə dayandırılmışdır. İcazənin dayandırıldığı müddət bitənədək hüququn dayandırılmasına əsas verən icazə şərtlərinin pozulması hallarını aradan qaldırılması barədə tədbirlər görmək öhdəliyi qoyulmuşdur. Lakin, "xxxx" MMC tərəfindən qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Odur ki, müəyyən edilən müddət ərzində icazə hüququnun dayandırılmasına əsas olan halların aradan qaldırılmaması səbəbindən, X12 29 aprel 2021-ci il tarixli 15 saylı Qərarı ilə “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və cazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən, yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Sözügedən çayın məcrasında bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılmasının nəticəsində yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş vermişdir, həmçinin ətraf mühitə, sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranmış, çay məcraları kəskin eroziyaya məruz qalmış, çayların ekoloji axımları zəyişmiş, torpaq sahələri və digər təbiət obyektləri yararsız hala salınmışdır. Hazırda İmişli rayonu ərazisində su qıtlığı problemi yaşanmaqdadır, sakinlər həm içməli su, həm əkin sahələrini sulamaq üçün yararlı texniki su təminatı ilə bağlı çətinlik çəkirlər, həyətyanı sahələrdə qazılmış suyuların suyu aşağı həddədir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları” ilə su mühafizə zonalarında su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ctimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağan edilir. İmişli rayonu ərazisində Araz çayının hövzəsində karxanaların fəaliyyəti nəticəsində ekosistemə çox böyük zərər vurulub, karxanaların fəaliyyəti dayandırılmadıqda yaxın gələcəkdə təbii fəlakətlər baş verə bilər. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 09 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin (Nizamnamə) 3.1.19-cu bəndinə uyğun olaraq, Agentlik yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə “Lisenziyalar və icazələr haqqında” və “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək səlahiyyətinə malikdir. Agentlik nəzarət orqanı olaraq yalnız sahibkarların maraqlarını yox, ətraf ərazilərdə yaşayan əhalinin, hər bir vətəndaşın sağlam ətraf mühitdə yaşamaq, təbii resurslardan istifadə etmək hüququ təmin edilməlidir. Bu səbəbdən ətraf mühitin mühafizəsini, təbii resursların səmərəli istifadəsini, gələcək nəsillər üçün qorunub saxlanmasını təmin etmək məqsədilə bəzi ekoloji cəhətdən təhlükədə olan yataqlarda hasilat işlərinin aparılması üçün verilmiş icazə sənədləri ("xxxx" aktları) Agentliyin qərarı ilə ləğv edilmişdir. Bu cür çətin və məsuliyyətli qərarın qəbul edilməsi hazırda regionda yaranmış ekoloji böhran vəziyyəti ilə səciyyələndirilmişdir. Agentlik inzibati orqan olaraq dövlətin ona verdiyi səlahiyyətlər çərçivəsində qərar qəbul edib. Qəbul edilmiş qərar ilk növbədə ətraf mühitin mühafizəsinə, faydalı qazıntıların səmərəli istifadəsinə yönəlmişdir. Oxşar mübahisələr üzrə tərəflərin maraqlarının qiymətləndirilməsi baxımından Ali Məhkəmənin mövqeyi isə belədir “fərdi sahibkarlıq fəaliyyəti ilə müqayisədə yerin təkindən səmərəli və təhlükəsiz istifadənin, yerin təkindən özbaşına istifadəyə yol verilməməsinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin edilməsində ifadə olunan cəmiyyətin üstün maraqları publik maraqlar) ilk növbədə nəzərə alınmalıdır. “Yerin təki haqqında” Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Azərbaycan Respublikasının ərazisində yerin təki bütünlükdə vahid dövlət fondunu təşkil edir və bu fonda yer təkinin həm istifadə edilən, həm də istifadə edilməyən nissələri daxildir. Qanunun 10-cü maddəsinə əsasən, yer təki sahəsi istifadəçisinə yerin təki sahəsindən faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında "xxxx" statusunun müəyyən edilməsi şəklində verilir. Dağmədən ayırmasının ilkin hüdudları dağ-mədən ayırması statusu verilərkən müəyyən edilir. Hər bir istismarçı ona ayrılmış sahənin hüdudları daxilində hasilat işləri aparmalıdır. Dağmədən ayırmasının hüdudlarında aparılan hasilat qanunsuz və icazəsiz aparılmış hesab olunur. “Yerin təki haqqında” Qanunun 11-ci maddəsinə əsasən yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. İnzibati Prosessual Məcəllənin 11ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İnzibati məhkəmə prosesində bərabərliyin təmin edilməsi tərəflərdən hər birinə öz mövqeyini tam ifadə etmək üçün hakim tərəfindən bərabər imkanların yaradılmasında ifadə olunur. Bu xüsusilə vəsatətlərin, izah və şərhlərin, şikayətlərin verilməsində, sübutların təqdim edilməsində və s. özünü büruzə verir. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi habelə, hər bir inzibati işə eyni qaydada, eyni prosessual formada, prosesdə iştirak edən şəxslər üçün eyni təminatlarla baxılmasını təmin edir. Bununla da işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, tərəflərə məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılmalıdır. Göründüyü kimi, iddiaçı "xxxx" MMC-yə “İmişli” qum-çınqıl hasilatı məqsədilə verilmiş 01 avqust 2018ci il tarixli 01045 nömrəli "xxxx" Aktının ləğvi qanuna müvafiq qaydada həyata keçirilmiş və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. Həmçinin qeyd etmək istərdik ki, iddiaçı "xxxx" MMC iddia müddətini ötürmüşdür. Belə ki, X15 X3 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 15 saylı qərarı müvafiq qaydada iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Buna görə də, iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə X15 X6 tərəfindən Şirvan İnzibati Məhkəməsinə müraciət olunur. "xxxx" MMC-nin iddia ərizəsinin rədd edilməsini, Agentliyin xx.xx.2021-ci il tarixli, 15 saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili və nümayəndəsi İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin qərarları ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 “29 aprel 2021-ci il tarixli, 15 nömrəli “Yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərarı mübahisələndirməklə tam hüquqi marağını təmin edə bilməz. İddiaçı yalnız hər iki qərarı mübahisələndirərək tam istəyinə çata bilər. Hazırda hər iki qərarın mübahisələndirilməsi eyni məsələ ilə əlaqəli olduğundan və bir məhkəmə icraatı üzrə həyata keçirildiyindən hazırkı işin hallarını nəzərə alaraq hər iki qərarın mübahisələndirilməsi üzrə iddia müddətlərinə ayrı-ayrılıqda fərqli qaydada qiymət verilə bilməz. Belə ki, iddiaçı ikinci qərarı iddia müddətini ötürmədən mübahisələndirmiş, həmçinin eyni icraatda ikinci qərarı onun hüququnu pozduğunu bildiyi vaxta münasibətdə iddia müddətini ötürmədən mübahisələndirmişdir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı1 ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Gövhərli kəndində 16.50 hektar torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Qaradonlu kəndində 18.0 hektar torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Gövhərli kəndində 30.0 hektar torpaq sahəsi icarə hüququ əsasında "xxxx" MMC-yə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan, torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu, Qaradonlu kəndində 10.80 hektar torpaq sahəsi icarə hüququ əsasında "xxxx" MMC-yə verilmiş, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il qeydiyyat tarixli, seriya MA ******* nömrəli çıxarışdan görünür ki, İmişli rayonu, Gövhərli kəndinin yaxınlığında, Araz çayı hövzəsindən 5.0 hektar torpaq sahəsi icarə hüququ əsasında "xxxx" MMC-yə verilmişdir. İş materiallarında olan İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 nömrəli "xxxx" MMC-nin qum-çınqıl istehsalına icazə verilməsi barədə sərəncamından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Beyləqan ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə verilmiş 18 ha, MA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə verilmiş 30 ha, MA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə verilmiş 10.80 ha, MA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə verilmiş 16.50 ha, MA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə verilmiş 5.0 ha, cəmi 80.30 ha torpaq sahəsində qum çınqıl materiallarının çıxarılmasına icazə verilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktından görünür ki, "xxxx" MMC-yə dağ-mədən ayırması İmişli rayonunun inzibati ərazisində yerləşir, markşeyder planının üzərində 5 sahə künc nöqtələri ilə nömrələnmiş, yer səthinin planında 80.3 hektar, mədən ayırmasının müddəti 5 il müəyyən edilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli plandan görünür ki, İmişli rayonu ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağında fəaliyyət göstərən "xxxx" MMC-yə məxus qum-çınqıl karxanasının 2018-ci il üçün dağ-mədən işlərinin inkişaf planı təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 tərtib etdiyi xx.xx.2020-ci il tarixli 63247 nörməli aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 əməkdaşları tərəfindən "xxxx" MMC-nin fəaliyyətinə baxış keçirilmiş və baxış zamanı iddiaçıya ayrılmış sahənin hüdudlarından kənarda qum-çınqıl qarışığının hasil edildiyi aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarından görünür ki, "xxxx" Aktı ilə ayrılmış sahədən kənarda fəaliyyət göstərən istismarçılara, o cümlədən "xxxx" MMC-yə (VÖEN: **********) 01045 nömrəli "xxxx" aktı ilə 3 ay müddətinə, xx.xx.2021-ci il tarixədək yerin təkindən istifadə üçün verilmiş hüquq dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 29 aprel 2021-ci il tarixli, 15 nömrəli “yerin təkindən istifadə üçün verilmiş hüququn ləğv edilməsi haqqında” qərarından görünür ki, 01 avqust 2018-ci il tarixli 01045 nömrəli "xxxx" aktı ilə "xxxx" MMC-yə verilmiş yerin təkindən istifadə hüququ “Yerin təki haqqında” Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yerin təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına görə bu qərar imzalandığı gündən ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 05/1950-11 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya tabeliyində olan X15 X6 tərəfindən İddiaçı1 MMC-yə məxsus ərazidə (VÖEN **********) 2020-2021-ci illərdə keçirilən yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyatı ilə bağlı xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinə daxil olan sorğuya baxılmışdır. Bildiririk ki, 2020-2021-ci illərdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ya tabeliyində olan X15 X6 tərəfindən adıçəkilən sahibkarlıq subyektində hər hansı yoxlamanın keçirilməsi barədə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmamışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri, o cümlədən yoxlamaların reyestrdə qeydiyyata alınması ilə bağlı müddəaları sahibkarlıq fəaliyyəti həyata keçirilən yerlərə gəlməklə aparılan yoxlama tədbirlərinə şamil edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış aktından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İlham Xudiyevin, "xxxx" MMC-nin mütəxəssisi Şükür Hüseynovun, "xxxx" MMC-nin yerquruluşu üzrə mütəxəssisi Nizami Səmədovun, "xxxx" MMC-nin mütəxəssisi Fərid İbadovun, İddiaçı1 MMC-nin nümayəndəsi İddiaçı2, İddiaçı1 MMC-nin nümayəndəsi Fuad Məmmədovun, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisi Cəfər Cəfərovun iştirakı ilə baxış aktı tərtib olunmuş, tədqiq olunan İmişli rayonu Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçı1 MMC-yə məxsus mübahisəli torpaq sahələrinə baxış keçirilmişdir. Tədqiq olunan mübahisəli torpaq sahəsi faktiki olaraq qum-çınqıl materiallarının çıxarılması və istehsalı üzrə istifadə olunur. Baxış zamanı tədqiq olunan Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən, İddiaçı1 MMC-yə məxsus mübahisəli qum-çınqıl çıxarılan ərazinin və istifadəsində olan mövcud vəziyyəti üzrə ərazinin döngə nöqtələrinin koordinatları GPS ölçü avadanlığı vasitəsilə götürülmüş və ərazinin fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan “X11” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 102 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir:

1. Naturada və eləcə də kameral şəraitdə hüquqmüəyyənedici sənədlər əsasında aparılan ekspertiza tədqiqatı zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli "xxxx" aktı ilə qumçınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçı1nə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin və İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası ehtiyat fond torpaqları olmaqla sahibkarlıq (qum-çınqıl materiallarının çıxarılması və istehsalı) məqsədli icarə hüququ ilə istifadəyə və xüsusi mülkiyyətə verilmişdir. Sözügedən 80.3 ha torpaq sahəsinin 30.0 ha (MA-0285422 saylı çıxarış) torpaq sahəsi və 18 ha (MA- 0398017 saylı çıxarış) torpaq sahəsi dövlət mülkiyyətində, 10.8 ha torpaq sahəsi (MA- 0285322 nömrəli çıxarış) bələdiyyə mülkiyyətində 16.5 ha torpaq sahəsi (MA-0285420 saylı çıxarış) bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin müayinəsi zamanı ölçüləri və sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan-sxemdə aydın şəkildə göstərilmişdir.

2. İmişli rayonu, Qaradonlu və Gövhərli kəndləri ərazisində mübahisələndirilən torpaq sahələri üzrə aparılan ekspertiza tədqiqatı nəticəsində İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli "xxxx" aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçı1nə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsi ilə İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, İddiaçı1 MMC-yə icarə hüququ ilə məxsus ümumisahəsi 80.3 ha torpaq sahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüşdür.

3. Naturada aparılan çöl tədqiqatı işləri zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01045 nömrəli "xxxx" aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçı1nə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsindən kənarda İddiaçı1 tərəfindən qumçınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdur.

4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istismarçıya məxsus ərazidən kənarda istismar işlərinin aparılmasına dair tərtib edilən 7 oktyabr 2020-ci il tarixli, № 63247 AKT-da müəyyən edilmiş ərazi İddiaçı1nə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30ha olan torpaq sahəsinin (**********82 reystr nömrəli çıxarışın) koordinatları daxilində yerləşir. Qeyd: İddiaçı1nə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin 5.0 ha (0285424 Seriya MA çıxarışla) hissəsinin yerləşmə koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən işlənib hazırlanmış ərazinin plan-sxemində, eləcə də İddiaçı1nə verilmiş ilkin torpaq ayırma sənədlərinə əsasən faktiki istifadəsində olan ərazidə olduğu halda DƏDRX-nın Beyləqan Ərazi idarəsi tərəfindən sözügedən 5,0 ha torpaq sahəsinin koordinatları faktiki yerindən 9000,0 m qərb istiqamətinə verilmiş və həmin yerin kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olduğu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2274 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: 1-ci sual üzrə - “X11” MMC-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş 102 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən naturada və eləcə də kameral şəraitdə hüquqmüəyyənedici sənədlər əsasında aparılan ekspertiza tədqiqatı zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli "xxxx" aktı ilə qum- çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçı1nə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30ha olan torpaq sahəsinin və İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyası ehtiyat fond torpaqları olmaqla sahibkarlıq (qum-çınqıl materiallarının çıxarılması və istehsalı) məqsədli icarə hüququ ilə istifadəyə və xüsusi mülkiyyətə verilmişdir. Sözügedən 80.3ha torpaq sahəsinin 30.0ha (MA-0285422 saylı çıxarış) torpaq sahəsi və 18ha (MA-0398017 saylı çıxarış) torpaq sahəsi dövlət mülkiyyətində, 10.8ha torpaq sahəsi (MA-0285322 nömrəli çıxarış) bələdiyyə mülkiyyətində 16.5 ha torpaq sahəsi (MA- ******* saylı çıxarış) bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin müayinəsi zamanı ölçüləri və sahələri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan-sxemdə aydın şəkildə göstərilmişdir. 2-ci sual üzrə - Mütəxəssis rəyinə əsasən, İmişli rayonu, Qaradonlu və Gövhərli kəndləri ərazisində mübahisələndirilən torpaq sahələri üzrə aparılan ekspertiza tədqiqatı nəticəsində İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 01045 nömrəli "xxxx" aktı ilə qum- çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçı1nə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsi ilə İddiaçı1 faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, İddiaçı1 MMC-yə icarə hüququ ilə məxsus ümumisahəsi 80.3ha torpaq sahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüşdür. 3-cü sual üzrə - Mütəxəssis rəyinə əsasən, Naturada aparılan çöl tədqiqatı işləri zamanı İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 01045 nömrəli "xxxx" aktı ilə qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün icazə verilmiş Qaradonlu və Gövhərli kəndləri ərazisində yerləşən İddiaçı1nə icarə hüququ ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsindən kənarda İddiaçı1 tərəfindən qum-çınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdır. 4-cü sual üzrə - Mütəxəssis rəyində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istismarçıya məxsus ərazidən kənarda istismar işlərinin aparılmasına dair tərtib edilən 7 oktyabr 2020-ci il tarixli, № 63247 AKT-da müəyyən edilmiş ərazi İddiaçı1nə icarə hüquqi ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin (**********82 reyestr nömrəli çıxarışın) koordinatları daxilində yerləşir. Qeyd: İddiaçı1nə icarə hüquqi ilə məxsus ümumi sahəsi 80,30 ha olan torpaq sahəsinin 5.0 ha (0285424 Seriya MA çıxarışla) hissəsinin yerləşmə koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən işlənib hazırlanmış ərazinin plan-sxemində, eləcə də İddiaçı1nə verilmiş ilkin torpaq ayırma sənədlərinə əsasən faktiki istifadəsində olan ərazidə olduğu halda DƏDRX-nın Beyləqan Ərazi idarəsi tərəfindən sözügedən 5,0 ha torpaq sahəsinin koordinatları faktiki yerindən 9000,0 m qərb istiqamətinə verilmiş və həmin yerin kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Beyləqan ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı ******* saylı Çıxarışla, MA seriyalı ******* saylı Çıxarışla, MA seriyalı ******* saylı Çıxarışla, MA seriyalı ******* saylı Çıxarışla və MA seriyalı ******* saylı Çıxarışla "xxxx" MMC-yə məxsus ümumilikdə 80.30 ha torpaq sahəsində qum çınqıl materiallarının çıxarılmasına İmişli rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 127 nömrəli sərəncamı ilə icazə verilmişdir. Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktı ilə "xxxx" MMC-yə məxsus 80.30 ha torpaq sahəsində qum-çınqıl materiallarının çıxarılması üçün iddiaçı "xxxx" MMC-yə yerin təkindən istifadə üçün 5 il müddətinə hüquq verilmişdir. Sonradan xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktı ilə "xxxx" MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq keçirilmiş və iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması hallarının aşkar edilməsinə dair xx.xx.2020-ci il tarixdə 63247 nömrəli akt tərtib edilmişdir. Cavadeh inzibati orqan həmin akta əsaslanaraq iddiaçının yer təki sahəsindən istifadə hüququnun 3 ay müddətinə dayandırılması barədə 23 dekabr 2020-ci il tarixli 23/20 nömrəli qərar qəbul etmiş. Həmin qərarı qəbul etdikdən sonra cavabdeh inzibati orqan həmin qərara əsaslanaraq "xxxx" MMC-yə yerin təkindən istifadə üçün verilmiş hüququn (xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktının) ləğv edilməsi haqqında 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarı qəbul etmişdir. Hazırda iddiaçı onun hüquqi marağına uyğun olmayan həmin qərarların ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırıması zamanı həmçinin müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli, 01045 nömrəli Dağ-Mədən ayırması aktı ilə "xxxx" MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 2020-ci ildə monitorinq (yoxlama) keçirilərkən həmin yoxlama və onunla bağlı müraciət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamışdır (bax Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 05/1950-11 nömrəli məktubuna). Bundan başqa müəyyən edilmişdir ki, Qara-Qum Holding” MMC-yə icarə hüququ ilə məxsus ümumi sahəsi 80.3 ha torpaq sahəsinin hüdudları daxilində cəmiyyət tərəfindən qum-çınqıl materiallarının çıxarılması və istehsalı işləri görülmüş və həmin ərazidən kənarda qum-çınqıl hasilatı (istehsalı) işlərinin görülməsi müşahidə olunmamışdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi : Azərbaycan Respublikasında yerin təki hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur, iddiaçının qanunsuz apardığı hasilat nəticəsində dövlətə külli miqdarda ziyan vurulmuş, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi: Yer təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Agentlik tərəfindən qtjibul edilən qərar ilk növbədə ətraf mühitin mühafizəsinə və faydalı qazıntıların səmərəli istifadəsinə yönəlmişdir. Lakin məhkəmə araşdırması zamanı bu maddənin tələbləri nəzərə alınmamışdır. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi: İddiaçı dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyətlə məşğul olmuşdur, iddiaçı bu maddənin tələbini pozaraq ətraf mühitə zərər vuran hərəkətlərə yol versə də, məhkəmə araşdırması zamanı bu maddənin tələbi nəzərə alınmamışdır. Agentliyin Nizamnaməsinin 3.1.4-cü bəndi: Yerin təkindən səmərəli istifadəyə, onun mühafizəsinə və geoloji öyrənilməsinə nəzarəti həyata keçirmək Agentliyin vəzifələrindən biridir. Agentlik bu vəzifəni icra etmək məqsədilə yerin təki sahələrində monitorinqlər aparır. Apellyasiya məhkəməsi həmin monitorinqlərə sahibkarlıq fəaliyyətinin yoxlanması kimi qiymət verərək yanlışlığa yol vermişdir. Belə ki, Agentlik tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti yoxlanmamış, yerin təkinin vəziyyəti yoxlanmışdır. Agentliyin Nizamnaməsinin 3.1.19-cu bəndi: Yerin təkindən istifadədə və onun mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmadıqda, yataqayırma hüdudundan kənara çıxılmaqla faydalı qazıntılar çıxarıldıqda bu sahədə fəaliyyət göstərən müəssisə və obyektlərin fəaliyyətini dayandırmaq, habelə "Lisenziyalar və icazələr haqqında" və "Yerin təki haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada yerin təkindən istifadə üçün verilmiş hüququ dayandırmaq və ya ləğv etmək Agentliyin vəzifələrindən biridir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlıq maraqlarının müdafiəsi haqqında AR Qanununun 1.1.1-ci maddəsi: Sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Agentliyin apardığı monitorinq yerin təkinə münasibətdə faydalı qazıntı yatağının vəziyyətinin araşdırılması və həmin yatağa dair hesabatlılığın təmin edilməsinə xidmət edir. Monitorinq qrupu tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektin sahibkarlıq fəaliyyəti yoxlanılmamışdır. Belə ki, monitorinq qrupu tərəfindən sahibkarlıq subyektinin vergi hesabatlığı, fəaliyyətini əks etdirən digər sənədlərin yoxlanması həyata keçirilməmişdir. Odur ki, məhkəmə işin hallarını araşdırarkən Agentliyin fəaliyyət istiqamətini, idarə Heyətinin qəbul edilmiş qərarlarının əsas mahiyyətini nəzərə almadan qanunsuz və əsasız qərar qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsi: Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin diizgiin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması, sübutların toplanması təmin edilməmişdir. İnzibati Prosessual Məcəllənin 12.2-ci maddəsi: Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Sonuncu məhkəmə iclasında Agentliyin nümayəndəsi tərəfindən iddiaçı barəsində eyni iş üzrə (qanunsuz hasilata dair) Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılması barədə məlumatın verilməsi və hazırki iş üzrə icraatın dayandırılması barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə tərəfindən vəsatətə heç bir münasibət bildirilməmişdir. Bu hal məhkəmə tərəfindən işin obyektiv araşdırılmasını sual altında qoyur. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin: 1-ci cümləsinə əsasən yerin təkindən istifadə hüququnun dayandırılması "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən, yerin təkindən istifadə hüququnun ləğvi "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 5-ci cümləsinə əsasən bu Qanunun 18-ci maddəsinin birinci hissəsinin 2-ci, 4-cü bəndlərində və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsində göstərilən hallarda xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin təkindən istifadə hüququnun ləğvi haqqında qərar qəbul edilir. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən lisenziyanın (icazənin) sahibi lisenziya və icazə şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair lisenziya və icazə verən orqanın, həmçinin müvafiq nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə lisenziya və icazə dayandırılır. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən: 26.1.Lisenziya və icazə aşağıdakı hallarda ləğv edilir: 26.1.1.lisenziyanın (icazənin) sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə; 26.1.2.lisenziyanın (icazənin) müddəti bitdikdə; 26.1.3.lisenziyanın (icazənin) sahibi olan hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi ləğv edildikdə; 26.1.4.lisenziyanın (icazənin) sahibi olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə; 26.1.5.məhkəmənin müvafiq qərarı olduqda; 26.1.6.lisenziyanın və icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə; 26.1.7.bu Qanunun 25.4-cü maddəsində göstərilən məsələ ilə bağlı lisenziya və icazə verən orqana yazılı məlumat verilmədikdə; 26.1.8.lisenziyada göstərilmiş fəaliyyət növü və icazə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısından çıxarıldıqda; 26.1.9.Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda. Məhkəmə qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmənin qənaətinə görə hazırkı mübahisənin həllinə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun və əlaqədar digər qanunvericilik aktları tətbiq edilməlidirlər. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Bundan başqa, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 saylı fərmanının 1.2ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: - 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. - 1.4-cü bəndinin tələbinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 1.6-cı maddəsinə görə, bu Əsasnamənin 3.2.3-cü, 3.4.12-ci, 3.4.15-ci, 4.3-2-ci, 4.5- 4- cü, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri vergi yoxlamalarına şamil edilmir. - 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yerin təkindən istifadənin qadağan edilməsi və monitorinqin iddiaçının istifadəsində olan ərazinin hüdudları daxilində aparılması sahibkarlıq fəaliyyətinə bir başa təsir edən amildir.Çünki iddiaçı yerin təkindən istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirmiş və mənfəət əldə etmişdir. Eləcə də, iddiaçının ərazisinə baxış keçirilmədən istismar işlərinin onun istifadəsində olan ərazinin hüdudları daxilində aparılmasını müəyyən etmək mümkün olmazdı. Məhkəmə araşdırması zamanı tətqiq edilən sübutlarla müəyyən olunur ki, "xxxx" MMC-yə ayrılmış yer təki sahəsinə iddiaçı tərəfindən icazə şərtlərinin və qanunvericiliyin tələblərinin yerinə yetirilməsinin müəyyən edilməsi ilə əlaqədar cavabdeh tərəfindən 2020ci il tarixində aparılmış yoxlama (monitorinq) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Məhkəmə qeyd edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də, qanunvericiliyə əsasən, yerlərə getməklə aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Vahid məlumat reyestrində qeydə alınmadan yerlərdə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2332/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan iddia təmin edilməli, qanunsuz yoxlama nəticəsində müəyyən edilmiş nəticəyə əsasən cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktlar isə ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X7rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 100 (yüz) manatdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, ekspertiza xərcinin ona aid edilməsini xahiş etdiyindən, prosessual xərc məhkəmə ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı1ndən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X3 23 dekabr 2020-ci il tarixli, 23/20 nömrəli qərarı İddiaçı1nə aid olan hissədə və 29 aprel 2021-ci il tarixli, 15 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı1ndən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ34CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar