Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1854/2025 16.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 1.10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 1.10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə 16 oktyabr 2025-ci il tаriхdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 1.10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1854/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Sabirabad rayon Kürkəndi Bələdiyyəsinin iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək, “Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 1.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1854/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia tələbinə “Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 1.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu, Kürkəndi kəndi ərazisində yerləşən 1.10 ha torpaq sahəsinin Sabirabad rayon Kürkəndi bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə ona satılması qərara alınmışdır. Torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş formaya uyğun olaraq, xx.xx.2002-ci il tarixində “Torpaqların alqı-satqısına dair Akt” sənədi tərtib olunmuşdur. Tərtib olunmuş müvafiq hüquqi və texniki sənədlərlə birlikdə 1.10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin Sabirabad “Asan Xidmət Mərkəzi”ndəki şöbəsinə müraciət etsə də, xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-2921/2024 saylı məktubla hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. “Araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Məlumat üçün bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə Təhvil verilməmişdir. Eyni zamanda sözügedən 1.10 ha torpaq sahəsi sahibkarlıq (dülgərlik sexinin fəaliyyəti) məqsədilə ayrılmasına baxmayaraq, elektron məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaqlar sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.3-cü maddəsinə uyğun olaraq, qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Hesab edir ki, bu imtina məktubunda göstərilən səbəblər ərizənin icrasından imtina etməyə əsas vermir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin mülkiyyət hüququnu, əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını, onun toxunulmaz olduğunu, müəyyən dövlət ehtiyacları ilə bağlı məsələləri çıxmaq şərtilə əmlakdan istifadə məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Lakin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən müvafiq əmlak üzərində mülkiyyət hüquqları qanunazidd şəkildə məhdudlaşdırılır. Belə ki, müvafiq torpaq sahəsi artıq 22 ildən çoxdur ki, istifadəsindədir. Hazırki vəziyyətdə elektron kadastr məlumat bazasında torpaq sahəsinin təyinatı kənd təsərrüfatı kimi qeyd olunduğuna görə Konstitusiyada təsbit olunmuş mülkiyyət hüququnu tam olaraq icra edə bilmir. Qeyd edir ki, xx.xx.2001-ci il tarixində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq alqı-satqının aparılması ilə bağlı müsbət rəy verilmiş, müvafiq torpaq sahəsinin alqı-satqı predmeti olması qeyd edilmişdir. Torpaq sahəsinin ayrılması barədə akt, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsinin rəyi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında təqdim edilmiş sənədlərin aşkar olunmamasında vətəndaşın məsuliyyəti olmadığı üçün və hüquqların qeydiyyatı üzrə təqdim olunmalı sənədlərin içərisində "Torpaq sahəsinin planı və ölçüsü”nün olmamasına gəldikdə, həmin sənədin verilməsi hazırda DƏDKR-nin səlahiyyətində olduğundan onun ərizə ilə birlikdə təqdim olunmasına zərurət qalmır. Ona görə də, qeyd olunanlar mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) verilməmişdir. Tərəflərin iştirakı və izahatları: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsin nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia tələbinə etiraz edərək təmin olunmamasını və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və üçüncü şəxs Sabirabad rayon Kürkəndi Bələdiyyəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı 14 oktyabr 2025-ci il tarixdə Teleqramla məhkəməyə müraciət edərək bildirmişdir ki, səhhətində yaranmış problemlə bağlı xx.xx.2025-ci il tarixdə inzibati işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia mümkün iddiadır. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 29 avqust 2024-cü il tarixli, 3-21-3-38/2-2921/2024 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildirişin surətindən görünür ki, Sabirabad rayonu, Kürkəndi ünvanda yerləşən 1.10 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Məlumat üçün bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə Təhvil verilməmişdir. Eyni zamanda sözügedən 1.10 ha torpaq sahəsi sahibkarlıq (dülgərlik sexinin fəaliyyəti) məqsədilə ayrılmasına baxmayaraq, elektron məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaqlar sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.3-cü maddəsinə uyğun olaraq, qısamüddətli müvəqqəti istifadə on beş ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün uzunmüddətli müvəqqəti istifadə isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. Sabirabad rayon Kürkəndi Bələdiyyəsinin 96 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Kürkəndi kəndində xx.xx.2001-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş 1.10 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi qüvvədədir və qeydiyyatına alınmasına etiraz edilmir. Sabirabad rayon Kürkəndi Bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli qərarından çıxarışdan görünür ki, Sabirabad şəhəri Q.Namazəliyev küçəsi 19 saylı evin sakini X5 torpaq sahəsinin satılması barədə Azərbaycan Respublikasının “Torpaq Məcəlləsinə, Torpaq islahatı haqqında” və Torpaq bazarı haqqında Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydalarına” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq Sabirabad şəhər, Q.Namazəliyev küçəsi 19 saylı evin sakini İddiaçı ona bələdiyyənin ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən 0.60 ha, tikinti altında yerləşən 0.50 ha torpaq sahəsi satılması barədə 01 noyabr 2001ci il tarixli ərizəsini bu barədə DTXK-nin Sabirabad rayon şöbəsinin hazırladığı rəy və digər sənədləri əsas tutaraq Sabirabad rayonu Kürkəndi kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına şərti yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Sabirabad şəhəri, Q.Namazəliyev küçəsi 19 saylı evin sakini İddiaçı dülgərlik sexinin fəaliyyəti məqsədilə 1.10 ha torpaq satılması barədə DTXK-nin Sabirabad rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması və sair qərara alınmışdır. Azərbaycan Meliorasiya və X14 Səhmdar Cəmiyyətinin 84 nömrəli, 19 iyul 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Kür-Araz çaylarında Bəndlərin İstismarı idarəsinə ünvanladığı 09 saylı 12 iyul 2024-cü il tarixli daxil olan müraciətinə cavab olaraq bildirilmişdir ki, Sabirabad rayon Kürkəndi kənd bələdiyyəsindən 2001-ci ildə aldığı qərarla DTXK-nin yer quruluşu planına əsasən və alqı-satqı etdiyi 1.10 ha sahə Kür çayı sağ sahil İvə İİ xətt mühafizə bəndlərinin arasında olmaqla heç bir bəndin mühafizə zonasında yerləşmir. Torpaqların X8 surətindən görünür ki, ünvan 2 ünvanda yaşayan X6 Sabirabad rayonu Kürkəndi Bələdiyyəsi ərazisində 1.10 ha torpaq sahəsinin satılması barədə 2001ci il 24 noyabr tarixli 02 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət və Torpaq Xəritəçəkmə Komitəsinin 21 noyabr 2001-ci il tarixli Aktından görünür ki, Sabirabad şəhər sakini İddiaçı məxsus dülgərlik sexinin ərazisinin özəlləşdirilməsi barədə ilkin yerquruluşu sənədlərinin hazırlanmasını xahiş etmişdir. Ölçülmüş torpaq sahəsi Kürkəndi kəndinin şimal tərəfində Kür çayının birinci və ikinci bəndinin arasında olmaqla cəmi sahəsi 1,10 hektardır, bundan 0,50 hektarı tikintialtına 0,60 hektarı bələdiyyənin şərti yararsız torpaq sahəsidir. X10 Komitəsinin Sabirabad rayon Şöbəsinin 21 noyabr 2001-ci il tarixli, 188 nömrəli Rəyindən görünür ki, Sabirabad şəhəri, Q.Namazəliyev küçəsi 19 nömrəli evin sakini İddiaçı şəxsi mülkiyyətinə torpaq sahəsi almaq barədə Kürkəndi bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Həmin torpaq sahəsinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, həmin torpaq sahəsi 1.10 / bir hektar 10 sot/ hektar olmaqla 0,50 ha tikinti altında, 0,60 ha isə Kürkəndi Bələdiyyəsinin ehtiyyat fonduna ayrılmış, BEF-nın şərti yararsız sahəsidir. Suvarlanması mümkün olmayan və əkinə yararsız, şoran torpaq sahəsidir. “Torpaq İslahatı haqqında” qanunun 19-cu maddəsinə uyğun həmin torpaq sahəsi bələdiyyənin ehtiyyat fondu torpaqlarının alqı-satqı predmetidir, satılması mövcud qanunvericiliyə uyğundur. Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 04 iyul 2024-cü il tarixli Aktından görünür ki, Kürkəndi bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı ilə İddiaçı verilmiş torpaq sahəsinin sənədlərində soyadı səhvən X2 yazılmışdır, əslində İddiaçıdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-4455/2024 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** qeydiyyat nömrəli müraciət ərizəsi aşkar olunmuşdur, lakin “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmədiyi halda imtina verilmişdir. Ərazi idarəsi tərəfindən 3-21-3- 38/2-2921/2024 nömrəli məktubla münasibət bildirilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivinin 18 noyabr 2024-cü il tarixli, 3-48-38/RA-41/2024 nömrəli məktubun surətindən görünür ki, İddiaçı 2001-ci ildə Sabirabad rayon Kürkəndi Bələdiyyəsi tərəfindən verilmiş torpaq sahəsi haqqında olan sorğuya cavab olaraq bildirilmişdir ki, Sabirabad rayon Kürkəndi Bələdiyyəsinin sənədləri Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin 09 dekabr 2024-cü il tarixli, 160 nömrəli məktubunun surətindən görünür ki, Kürkəndi kəndində yerləşən 1,10 ha torpaq sahəsinin İddiaçı satılmasına dair Kürkəndi Bələdiyyəsinin arxivində heç bir sənəd aşkar edilmədi. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1854/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsi qərara alınmışdır. Ekspert tərəfindən verilmiş rəy Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-3129/2025 nömrəli, 05 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha müəyyən edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks edilmişdir. 2. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha torpaq sahəsinin 2001-ci ildə və hal-hazırda hüquqi statusu (mülkiyyəti)-Bələdiyyə, hüquqi rejimi (kateqoriyası)-kənd təsərrüfatı təyinatlı torpaqlar, islahat və faktiki uqodiyası isə tikinti altında olan torpaq sahəsidir. 3. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında 0.18 ha azalması səbəbindən qismən uyğunsuzluq mövcuddur. 4. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha torpaq sahəsi olmaqla onun və digər ailə üzvlərinin istifadəsindədir.
5. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha torpaq sahəsinin koordinatları digər şəxslərin torpaq sahəsinin koordinatları ilə heç bir halda üst-üstə düşmür. 6. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha torpaq sahəsinin koordinatları və sərhədləri daxilində ona məxsus qeyri yaşayış tikililər mövcuddur və həmin tikililər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks edilmişdir. 7. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha torpaq sahəsinin koordinatları mühafizə-sanitariya zolağına (dəmir yolunun, magistral avtomobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və.s mühafizə zolağına) düşmür.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
49-cu maddəsi Torpaq üzərində xüsusi mülkiyyət hüququ 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. 49.4-cü maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. 67-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.4.Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sabirabad rayon Kürkəndi bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı satılması qərara alınmışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasın qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Məlumat üçün bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə Təhvil verilməmişdir. Eyni zamanda sözügedən 1.10 ha torpaq sahəsi sahibkarlıq (dülgərlik sexinin fəaliyyəti) məqsədilə ayrılmasına baxmayaraq, elektron məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaqlar sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50.3-cü maddəsinə uyğun olaraq, qısamüddətli müvəqqəti istifadə - on beş ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün uzunmüddətli müvəqqəti istifadə isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilmişdir. Cavabdehin imtinasının əsasını təşkil edən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Sabirabad rayon Kürkəndi Bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli qərarından Çıxarışın, Azərbaycan Meliorasiya və X15 Səhmdar Cəmiyyətinin 84 saylı, 19 iyul 2024-cü il tarixli məktubunun, Torpaqların X8, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 21 noyabr 2001-ci il tarixli Aktının İddiaçı məxsus olması sübut olunmuşdur. Torpaqların Alqı-Satqısına dair Aktdan müəyyən edilir ki, İddiaçı 1.10 ha torpaq sahəsinə ******* manat ödəmişdir. Bundan başqa iş materiallarında olan mütəxsis rəyi ilə müəyyən edilir ki, Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha torpaq sahəsinin 2001-ci ildə və hal-hazırda hüquqi statusu (mülkiyyəti)-Bələdiyyə, hüquqi rejimi (kateqoriyası)-kənd təsərrüfatı təyinatlı torpaqlar, islahat və faktiki uqodiyası isə tikinti altında olan torpaq sahəsidir. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında 0.18 ha azalması səbəbindən qismən uyğunsuzluq mövcuddur. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha torpaq sahəsi olmaqla onun və digər ailə üzvlərinin istifadəsindədir. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha torpaq sahəsinin koordinatları digər şəxslərin torpaq sahəsinin koordinatları ilə heç bir halda üst-üstə düşmür. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha torpaq sahəsinin koordinatları və sərhədləri daxilində ona məxsus qeyri yaşayış tikililər mövcuddur və həmin tikililər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks edilmişdir. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha, faktiki 0,92 ha torpaq sahəsinin koordinatları mühafizə-sanitariya zolağına (dəmir yolunun, magistral avtomobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və.s mühafizə zolağına ) düşmür. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001ci il tarixli, 08 nömrəli qərarı müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. Bundan başqa məhkəmə qeyd edir ki, Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə “İddiaçı satılmış 1.10 ha torpaq sahəsinin 0.92 ha hissəsində heç bir uyğunsuzluq mövcud olmamışdır və sözügedən torpaq sahəsinin koordinatlar digər şəxslərin mülkiyyətində, isifadəsində və icarəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmçinin məhkəmə icraatında zəruri cəlb etmə qaydasında cəlb edilən üçüncü şəxs Sabirabad rayonu Kürkəndi Bələdiyyəsi idddia ərizəsinin təmin olmasına hər hansı etirazının olmasını məhkəyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 1.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Sabirabad rayon Kürkəndi bələdiyyəsinin 24 noyabr 2001-ci il tarixli, 08 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.10 ha torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki istifadə vəziyyəti arasında 0.18 ha azalması səbəbindən qismən uyğunsuzluq mövcuddur. İddiaçı fakitiki sahibliyində və istifadəsində 0,92 ha torpaq sahəsi olması mütəxəssis rəyində müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertizaların xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı iddia tələbi qismən təmin edilsin. Sabirabad rayon Kürkəndi bələdiyyəsinin Sabirabad rayonu, Kürkəndi kəndində yerləşən 0.92 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərinin tədqiqi keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Şahəli Musayev