Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1855/2025 25.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 19 iyun 2N25-ci il tarixli Qərardadı ilə iddia tələbi və cavabdeh dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, kontrakt (müqavilə) əsasında xx.xx.2N22-ci ilə kimi Daxili Qoşunların N saylı hərbi hissəsində baş sürücü vəzifəsində, çavuş hərbi rütbəsində xidmətdə olmuşdur. 44 günlük vətən müharibəsi dövründə iki dəfə döyüş bölgəsində ezamiyyətdə olmuşdur. 16-21 oktyabr və N6-17 noyabr 2N22-ci ildə istifadəsində olan hərbi yük maşını ilə döyüş bölgəsinə silah-sursat aparmışdır. Ezamiyyəti Füzuli, Cəbrayıl rayonları və Hadrut qəsəbəsində olmuşdur. Bu barədə şəxsi işində qeydiyyat, ezamiyyətdə olmağı barədə əmr və ezamiyyət pulu almağı barədə mühasibatlıqda müvafiq maliyyə sənədləri vardır. Döyüş bölgəsində olduğu zaman özü tərəfindən çəkilən, öz səsi ilə nümayiş etdirdiyi və ya özünün də göründüyü video görüntülər var ki, həmin kadrlar onun döyüş əməliyyatları zamanı orada olmağının əyani sübutudur. O, orada özbaşına olmamışdır ki, hər halda rəsmi ezamiyyətlə bağlı olmağının sübutudur. Diqqətə çatdırır ki, Daxili Qoşunlarda xidmətdə olduğu dövrdə “müharibə veteranı” adının verilməsi üçün dəfələrlə hərbi hissə rəhbərliyinə şifahi müraciət etmiş, tərxis olunduqdan sonra isə bir sıra yuxarı instansiyalara (DQ-nın Baş İdarəsinə, Müdafiə Nazirliyinə) yazılı müraciət və faktları qeyd etməyinə baxmayaraq ona həmin adın verilməsindən qanunsuz olaraq imtina edilmişdir. Belə ki, ona aid şəxsi işdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə müvafiq möhürlü sənəd var. O, tərxis olunduqda həmin sənədin surətini istəsə də sənədləri ona verməyiblər, əvəzində isə nizami hissə rəisi, kapitan Elvin Qasımovun öz xətti ilə şəxsən yazılan və iddia ərizəsinə əlavə etdiyi qeyd-kağızı ona veriblər. Həmin qeyd-kağız bir daha sübut edir ki, ona müharibə veteranı adı verilməlidir. Əgər döyüş əməliyyatlarında iştirak etməsəydi kapitan Elvin Qasımov öz xətti ilə həmin ifadəni yazmazdı. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2N24-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsini xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından “məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Qanunun 2.N.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı məcburetmə haqqında iddia növü olduğundan, İPM-in 8.1.2-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının yaşadığı yer Salyan rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2N19-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2N22-ci il tarixli 4/3-1N5N3 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2N2N-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməyi və bununla əlaqədar ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı ərizəsi Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuşdur. Ərizəyə vətəndaşlarının şəxsiyyətini, xidmət keçməyini və xx.xx.2N2N-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edən zəruri sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmadığından, ona aşağıda qeyd olunan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etməklə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ayrı ayrılıqda müraciət etməklərini təklif edirlər: xidmət etdikləri hərbi hissəni qeyd etməklə ətraflı ərizəsini; şəxsiyyət vəsiqəsinin kserosurəti (notarial qaydada təsdiq edilmiş); hərbi biletin bütün vərəqələrinin kserosurəti (birinci səhifəsi notarial qaydada təsdiq edilmiş). Məlumat üçün bildirir ki, yuxarıda qeyd olunan sənədləri yalnız poçt vasitəsi ilə göndərməyi tövsiyə olunur. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2N22-ci il tarixli 4/3-1423N nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədə qeyd olunurki, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bu səbəbdən də Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da digər qoşun növlərində xidmət etmiş şəxslərin sənədlərinə baxılması nəzərdə tutulmamışdır. Odur ki, Sizə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün aidiyyəti üzrə müvafiq komissiyaya müraciət etməyi məqsədəmüvafiqdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarinın iddiaçıya ünvanladığı xx.xx.2N23-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qaldırdığı məsələyə aidiyyəti üzrə baxılmış və İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəmüvafıq hesab edilməmişdir. xx.xx.2N18-ci il tarixli, SX № ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.2N18-ci il tarixdən xx.xx.2N22-ci il tarixədək Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsində hərbi xidmətdə olmuşdur. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə ünvanladığı xx.xx.2N24-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üzrə müvafiq komissiya Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərir. Odur ki, cavabdeh Daxili Qoşunların Baş İdarəsinin əsl cavabdehlə əvəz edilməsini sizdən xahiş edirik. N saylı Hərbi Hissə Komandirinin 159 nömrəli, xx.xx.2N19-cu il tarixli əmrində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1997-cı il tarixli Qanunu ilə təstiq edilmiş “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq, müddətdən artıq həqiqi hərbi xidmətə keçirilib, əsgər İddiaçı, “kiçik çavuş” hərbi rütbəsi verilməklə, avtomobil bölüyünün avtomobil taqımında 2-ci manqa komandiri-baş sürücü (HUİ № 63N692) vəzifəsinə təyin edilib, xx.xx.2N19-cu il tarixdən vəzifəsinin icrasına başlamış hesab edilsin. N saylı Hərbi Hissə Komandirinin 3N3 nömrəli, xx.xx.2N19-cu il tarixli əmrində qeyd edilmişdir ki, kiçik İddiaçı növbəti məzuniyyətə, xx.xx.2N19-cu ildən xx.xx.2N2N-ci ilədək Salyan rayonuna. Əsas: mayor Hikmət Məmmədovun 5544 nömrəli xx.xx.2N19-cu il tarixli və xx.xx.2N19-cu il tarixli 242 nömrəli məzuniyyət bileti. N saylı Hərbi Hissə Komandirinin 32N nömrəli, xx.xx.2N2N-ci il tarixli əmrində qeyd edilmişdir ki, Getmiş hesab edilsinlər: a) 2N2N-ci ilin növbəti məzuniyyətinə. Avtomobil bölüyünün avtomobil taqımının 2-ci manqa komandiri-baş sürücü MAXE çavuş İddiaçı növbəti məzuniyyətə, xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək Salyan rayonuna. Əsas: mayor Bəxtiyar Behbudovun xx.xx.2N2N-ci il tarixli 5N6N nömrəli rapoıtu və xx.xx.2N2N-ci il tarixli 27N nömrəli məzuniyyət bileti. N saylı Hərbi Hissə Komandirinin 21 nömrəli, xx.xx.2N21-ci il tarixli əmrində qeyd edilmişdir ki, a) 2N2N-ci ilin növbəti məzuniyyətindən. Avtomobil bölüyünün avtomobil taqımının 2-ci manqa komandiri-baş sürücü MAXE çavuş İddiaçı növbəti məzuniyyətdən, xx.xx.2N21-ci il tarixdə Salyan rayonundan. Əsas: 27N nömrəli məzuniyyət bileti. N saylı Hərbi Hissə Komandirinin 97 nömrəli, xx.xx.2N21-ci il tarixli əmrində qeyd edilmişdir ki, Getmiş hesab edilsinlər: a) 2N21-ci ilin növbəti məzuniyyətinə. Avtomobil bölüyünün avtomobil taqımının 2-ci manqa komandiri-baş sürücü çavuş İddiaçı növbəti məzuniyyətə, xx.xx.2N21-ci il tarixdən xx.xx.2N21-ci il tarixədək Salyan rayonuna. Əsas: xx.xx.2N2N-ci il tarixli 5163 nömrəli 2N21-ci ilin növbəti məzuniyyət cədvəli və xx.xx.2N21ci il tarixli 65 nömrəli məzuniyyət bileti. N saylı Hərbi Hissə Komandirinin 122 nömrəli, xx.xx.2N21-ci il tarixli əmrində qeyd edilmişdir ki, Gəlmiş hesab edilsinlər: a) 2N21-ci ilin növbəti məzuniyyətindən. Avtomobil bölüyünün avtomobil taqımının 2-ci manqa komandiri-baş sürücü çavuş İddiaçı növbəti məzuniyyətdən, xx.xx.2N21-ci il tarixədə Salyan rayonundan. Əsas: 65 nömrəli məzuniyyət bileti. N saylı Hərbi Hissə Komandirinin 129 nömrəli, xx.xx.2N22-ci il tarixli əmrində qeyd edilmişdir ki, Getmiş hesab edilsinlər: b) 2N22-ci il üçün növbəti məzuniyyətə; Avtomobil bölüyünün avtomobil taqımının 2-ci manqa komandiri-baş sürücü çavuş İddiaçı, xx.xx.2N22-ci il tarixdən xx.xx.2N22-ci il tarixədək Salyan rayonuna. Əsas: 2N22-ci il üçün növbəti məzuniyyət qrafiki və xx.xx.2N22-ci il tarixli 7 nömrəli məzuniyyət bileti. N saylı Hərbi Hissə Komandirinin 223 nömrəli, xx.xx.2N22-ci il tarixli əmrində qeyd edilmişdir ki, Avtomobil bölüyünün avtomobil taqımının 2-ci manqa komandiri-baş sürücü çavuş İddiaçı, xx.xx.2N22-ci il tarixdə Salyan rayonundan. Əsas: xx.xx.2N22-ci il tarixli 7 nömrəli məzuniyyət bileti. N saylı Hərbi Hissə Komandirinin 253 nömrəli, xx.xx.2N2N-ci il tarixli əmrində qeyd edilmişdir ki, Getmiş hesab edilsinlər: xidməti ezamiyyətə: Avtomobil bölüyünün avtomobil taqımında 2-ci manqa komandiri-baş sürücü çavuş İddiaçı Bərdə rayonunda yerləşən N saylı hərbi hissəyə xx.xx.2N2N-ci ildən. Əsas: Daxili Qoşunlar komandanının müavini Maddi-texniki təminat İdarəsinin rəisinin xx.xx.2N2N-ci il tarixli 18/1469 nömrəli göstərişi və xx.xx.2N2N-ci il tarixli 214 nömrəli ezamiyyət vərəqəsi. N saylı Hərbi Hissə Komandirinin 258 nömrəli, xx.xx.2N2N-ci il tarixli əmrində qeyd edilmişdir ki, Gəlmiş hesab edilsinlər: a) xidməti ezamiyyətdən: - Avtomobil bölüyünün avtomobil taqımında 2-ci manqa komandiri-baş sürücü çavuş İddiaçı Bərdə rayonunda yerləşən N saylı hərbi hissədən xx.xx.2N2N-ci ildə. Əsas: 236 nömrəli ezamiyyət vərəqəsi. N saylı Hərbi Hissə Komandirinin 274 nömrəli, xx.xx.2N2N-ci il tarixli əmrində qeyd edilmişdir ki, Getmiş hesab edilsinlər: a) xidməti döyüş tapşırığı ilə bağlı ezamiyyətə. Avtomobil bölüyünün avtomobil taqımında 2-ci manqa komandiri-baş sürücü çavuş İddiaçı Füzuli rayonuna xx.xx.2N2N-ci ildən. Əsas: Daxili Qoşunlar komandanının müavini Maddi-texniki təminat İdarəsinin rəisinin VMİE xx.xx.2N2N-ci il tarixli 18/16N5 nömrəli göstərişi və xx.xx.2N2N-ci il tarixli 259 nömrəli ezamiyyət vərəqəsi. N saylı Hərbi Hissə Komandirinin 275 nömrəli, xx.xx.2N2N-ci il tarixli əmrində qeyd edilmişdir ki, Gəlmiş hesab edilsinlər: b) xidməti döyüş tapşırığı ilə bağlı ezamiyyətdən- Avtomobil bölüyünün avtomobil taqımında 2-ci manqa komandiri-baş sürücü çavuş İddiaçı Füzuli rayonundan xx.xx.2N2N-ci ildə. Əsas: 259 nömrəli ezamiyyət vərəqəsi. N saylı Hərbi Hissə Komandirinin 284 nömrəli, xx.xx.2N2N-ci il tarixli əmrində qeyd edilmişdir ki, Getmiş hesab edilsin: xidməti döyüş tapşırıği ilə bağlı ezamiyyətə: Avtomobil bölüyünün avtomobil taqımında 2-ci manqa komandiri-baş sürücü çavuş Novruzov X6 rayonuna xx.xx.2N2N-ci ildən. Əsas: Daxili Qoşunlar komandanının müavini Maddi-texniki təminat İdarəsinin rəisinin xx.xx.2N2N-ci il tarixli 18/17N3 nömrəli göstərişi və xx.xx.2N2N-ci il tarixli 272 nömrəli ezamiyyət vərəqəsi. N saylı Hərbi Hissə Komandirinin 285 nömrəli, xx.xx.2N2N-ci il tarixli əmrində qeyd edilmişdir ki, Gəlmiş hesab edilsin: xidməti döyüş tapşırığı ilə bağlı ezamiyyətdən: Avtomobil bölüyünün avtomobil taqımında 2-ci manqa komandiri-baş sürücü çavuş Novruzov X6 rayonundan xx.xx.2N2N-ci ildə. Əsas: 272 nömrəli ezamiyyət vərəqəsi. N saylı Hərbi Hissə Komandirinin 275 nömrəli, xx.xx.2N2N-ci il tarixli əmrində qeyd edilmişdir ki, Getmiş hesab edilsinlər: xidmət döyüş tapşırığı ilə bağlı ezamiyyətə: Avtomobil bölüyünün avtomobil taqımında 2-ci manqa komandiri-baş sürücü çavuş İddiaçı Bərdə rayonunda yerləşən N saylı hərbi hissəyə və Füzuli rayonuna xx.xx.2N2N-ci ildən. Əsas: Daxili Qoşunlar komandanının müavini Maddi-texniki təminat İdarəsinin rəisinin xx.xx.2N2N-ci il tarixli 18/1452 nömrəli göstərişi və xx.xx.2N2N-ci il tarixli 276 nömrəli ezamiyyət vərəqəsi. N saylı Hərbi Hissə Komandirinin 3N3 nömrəli, N5-xx.xx.2N2N-ci il tarixli əmrində qeyd edilmişdir ki, Gəlmiş hesab edilsinlər: xidməti döyüş tapşırığı ilə bağlı ezamiyyətdən: Avtomobil bölüyünün avtomobil taqımında 2-ci manqa komandiri-baş sürücü çavuş İddiaçı Bərdə rayonunda yerləşən N saylı hərbi hissəyə və Fizuli rayonundan xx.xx.2N2N-ci ildə. Əsas: 276 nömrəli ezamiyyət vərəqəsi. N saylı Hərbi Hissə Komandirinin 594 nömrəli, xx.xx.2N22-ci il tarixli əmrində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının N2 iyul 2N22-ci il tarixli 124 ş/h saylı əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış avtomobil bölüyünün avtomobil taqımının 2-ci manqasının komandiri-baş sürücü çavuş İddiaçı, N4 iyul 2N22-ci il tarixdən. 2N22-ci il üçün növbəti məzuniyyətdən istifadə edib. Şəxsi intizamına və döyüş hazırlığının saxlanmasına görə birdəfəlik pul mükafatına 5N% layiqdir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar olaraq, birdəfəlik müavinat verilsin. Hərbi qeydiyyata dunnaq üçün Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinə hərbi qeydiyyata göndərilsin. Xidmət illəri N2 iyul 2N22-ci il tarixə təqvimlə: N4 il N5 ay 26 gün təşkil edir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə ünvanladığı xx.xx.2N25-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı N saylı hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən xx.xx.2N2N-ci il tarixdə (bir gün), xx.xx.2N2N-ci il tarixdə (bir gün), xx.xx.2N2N-ci il tarixdə (bir gün) X9 rayonunda yerləşən N saylı hərbi hissəsinə, xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək (bir sutka) Füzuli rayonuna xidməti döyüş tapşırığı ilə əlaqədar ezam olunmuşdur. İddiaçı döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatlarda bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi müəyyən edilməmişdir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məhkəməyə ünvanladığı xx.xx.2N25-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X1N N saylı hərbi hissə komandirinin xx.xx.2N2Nci il tarixli 249 №-li nizami hissə üzrə əmrinə əsasən Bərdə rayonunda yerləşən N saylı hərbi hissəyə ezam edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2N2N-ci il tarixli 25N №-li nizami hissə üzrə əmrinə əsasən ezamiyyətdən qayıtmış hesab edilmişdir. X1N N saylı hərbi hissə komandirinin xx.xx.2N2N-ci il tarixli 264 №-li nizami hissə üzrə əmrinə əsasən, xx.xx.2N2N-ci il tarixdən xidməti döyüş tapşırığı ilə əlaqədar Bərdə rayonunda yerləşən N saylı hərbi hissəyə və Füzuli rayonuna ezam edilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.2N2N-ci il tarixli 288 №-li nizami hissə üzrə əmrinə əsasən xidməti döyüş tapşırığı ilə əlaqədar ezamiyyətdən qayıtmış hesab edilmişdir (37 gün xidməti döyüş tapşırığını verinə yetirmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin məktubunda göstərilən meyarlara uyğun gəldiyindən X7 xx.xx.2N22-ci il tarixli №N34893 nömrəli “Müharibə veteranı vəsiqəsi” verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 6N-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). 2.N.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.N.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. 2.N.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət - toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları. Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 1N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 1N may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında”Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1 -ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2NN7-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda bəhs olunan qanunvericiliyin və normativ hüquqi aktların şərhinə keçməzdən əvvəl məhkəmə diqqətə çatdırır ki, veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsi, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimlənməsi, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirilməsi müvafiq olaraq "Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1 -ci bəndinin 1N-cu və 11 -ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur. Belə ki, adıçəkilən Əsasnamənin 1 -ci bəndinin 1N-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2Nci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur. Həmin Əsasnamənin 1 -ci bəndinin 11 -ci abzasında isə ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmin normanın tələblərinə görə 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranın adının verilməsi həyata keçirilməlidir. Başqa sözlə desək həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mühüm rol oynayır. Məhkəmə araşdırması zamanı təmin edilmiş mötəbər sübut əhəmiyyəti daşıyan hərbi hissə əmrlərindən və arayışdan İddiaçı xidməti döyüş tapşırığı ilə bağlı Füzuli və Cəbrayıl rayonlarına ezam olunduğu öz təsdiqini tapır. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının yuxarıda qeyd olunan ərazilərdə sürücü kimi fədakarlıqla iştirak etməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Məhkəmə həmçinin cavabdehin nümayənədisinin şifahi izahatında qeyd etdiyi iddiaçının az müddətdə döyüş bölgəsinə ezamı məsələsinə münasibətdə isə qeyd edir ki, mövcud mübahisəni tənzimləyən qanunvericilik normalarında şəxsə müharibə veteranı statusunun verilməsi onun döyüş tapşırıqlarını yerinə yetirməsi müddəti ilə məhdudlaşdırılmamışdır. Göründüyü kimi, iddiaçı müxtəlif vaxtlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli və Cəbrayıl istiqamətində döyüşün madditexniki təminat üzrə tapşırıqlarının yerinə yetirilməsi və fədakarlıq göstərməsi ilə bağlı mötəbər sübutlar, yəni müvafiq əmrlər, arayışlar olduğundan müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Belə olan halda iddiaçı iddia tələbinin təmin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 3N gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1855/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1855/2025
25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver