Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1856/2025 23.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonunun Kənarmeşə kəndində yerləşən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə və JN-456 A KOD 80204038 nömrəli şəhadətnamə ilə mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Lənkəran rayonu Aşağı Nüvədi kənd Bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1985-ci il tarixdə Lənkəran rayonu, Kənarmeşə ərazi dairəsi, Şilim kəndində anadan olmuş, həmin tarixdən indiyə kimi həmin kənddə yaşamışdır. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli 05 saylı qərarı ilə Lənkəran rayonunun Kənarmeşə kəndində 0.07 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmiş, 17879 nömrə ilə kitabda qeydə alınmışdır və JN-456 A KOD 80204038 nömrəli Şəhadətnamə ona təqdim edilmişdir (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq olunmuş surəti müraciətə əlavə edilmişdir). Həmin şəhadətnamə üzrə onun tam mülkiyyətinə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinə dair hüquqlarının qeydiyyatı ilə əlaqədar hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 16 sentyabr 2024-cü il tarixdə ərizə ilə müraciət etmiş və ilkin hüquqmüəyyənedici sənədləri də cavabdehə təqdim etmişdir. Lakin ona verilmiş və müraciətinə əlavə etdiyi 24 sentyabr 2024-cü il tarixli bildirişdən də göründüyü kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Hesab edir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin mövqeyi tamamilə əsassızdır. Belə ki, ilkin olaraq qeyd edir ki, həmin torpaq sahəsində o, qanuni əsaslarla məskunlaşmış və ona ilkin hüquqmüəyyənedici sənədlər təqdim edilmişdir. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli 05 saylı qərarı ilə Lənkəran rayonunun Kənarmeşə kəndində 0.07 hektar torpaq sahəsi onun mülkiyyətinə verilmiş və 17879 nömrə ilə kitabda qeydə alınmış və JN-456 A KOD 80204038 nömrəli Şəhadətnamə möhürlənməklə rəsmi sənəd olaraq tanınmışdır və həmin sənədlə bağlı hər hansı mübahisə mövcud deyil, deməli həmin sənədin həqiqiliyi prezumpsiya kimi qəbul edilməlidir. Cavabdehin təqdim etdiyi 24 sentyabr 2024-cü il tarixli bildirişdə həmin sənədin saxta olması və ya həqiqiliyinə şübhə olması barədə iddia olmamış, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın səbəbi isə sözügedən Şəhadətnamə ilə bağlı Ərazi idarəsinin arxiv və xəritə məlumatlarında hər hansı bir məlumatın aşkar edilməməsi olmuşdur. Lakin cavabdeh nəzərə almamışdır ki, inzibati orqanların səhvi və ya səhlənkarlığı nəticəsində Şəhadətnamə ilə bağlı məlumatların arxiv və xəritə məlumatlarında yerləşdirilməməsi onun təqsiri deyil və bu hal ona çıxarışın verilməməsi və ona məxsus olan mülkiyyətinin dövlət qeydiyyatına alınmaması üçün əsas deyil. Bundan əlavə iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ona təqdim olunmuş 022706 nömrəli lisenziyanın təsdiq olunmuş surətindən də görünür ki, JN-456 A saylı Şəhadətnaməyə əsasən Şilim kəndində mülkiyyətində olan 700 kv.m torpaq sahəsində ona məxsus iki mərtəbəli dörd otaqlı fərdi yaşayış evinin eskiz layihəsinə əsasən həmin torpaq sahəsində onun əsaslı tikinti işləri aparmağına icazə verilmişdir və o, hazırda da həmin torpaq sahəsində tikdiyi evdə yaşayır. Həmin sənəd ona təqdim edilərkən JN-456 A saylı Şəhadətnamənin mötəbərliyi bir daha təsdiqini tapmışdır. Belə ki, həmin sənədə münasibətdə hər hansı bir əsaslı şübhənin mövcudluğu sözügedən lisenziyanın ona təqdim edilməsini istisna edir. Məhz bu səbəbdən də hesab edir ki, digər dövlət qurumlarının və inzibati orqanların tərəfindən təqdim olunmuş sənədləri mötəbər və həqiqi hesab etməsi cavabdehin fərqli yanaşmasını təkzib edir. Belə ki, inzibati orqanlar bir məsələyə vahid şəkildə yanaşmalı və vətəndaşlarda çaşqınlıq yaratmamalıdır. Digər tərəfdən isə qeyd edir ki, başqa vətəndaşlara da məhz şəhadətnamə əsasında çıxarışlar verilir. Şəhadətnamələr isə bərabər hüquqi qüvvəyə malikdir və hüquqi baxımdan birinin digərinə münasibətdə heç bir üstünlüyü yoxdur. Qeyd olunanlara əsasən, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin iddiaçı və 3-cü şəxsin nümayəndəsi iclasa gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, iddiaçı və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 imtinaya uyğun izahat verərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildirir ki, Lənkəran rayonu, Kənarmeşə kəndi ərazisində yerləşən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı əsasında JN-456A nömrəli Şəhadətnamə üzrə sizin tam mülkiyyətinizə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsinə dair hüquqların qeydiyyatı ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunmüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, tərəfinizdən təqdim edilmiş JN-456A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə bağlı Ərazi idarəsinin arxiv və xəritə məlumatlarında hər hansı bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-456A, KOD 80204038 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. X3 Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının sənədləri X3 filialına təhvil verilməmişdir. Ona görə də sorğuda qeyd olunmuş İddiaçı aid Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarının və həmin qərarın verilməsinə əsas olan məlumat və sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə göndərilməsi mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Lənkəran rayonu, Kənarmeşə kəndi ərazisində İddiaçı ayrılmış 0.07 ha torpaq sahəsinə verilmiş JN-456A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilən ərizə icraata qəbul edilmişdir. Araşdırma zamanı Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı əsasında JN-456A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsinə dair mövcud baza (adlı siyahı və xəritə məlumatlarında) məlumatların aşkar olunmaması səbəbindən ərizənin icrası mümkün olmamış və torpaq sahəsinə yerində texniki baxışın keçirilməsinə ehtiyac qalmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/5249 nömrəli Ekspert rəyində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2849/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı əsasında JN- 456A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsinə dair mövcud elektron kadastr baza (xəritə) məlumatlarında məlumatların mövcud olmaması səbəbindən həmin 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2849/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı əsasında JN-456A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin (iddia olunan faktiki koordinatianına uyğun) torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətinə kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına, uqodiyasının tikinti altında olan torpaq sahələrinə aid olması və məqsədli istifadə növünün həyətyanı və ya fərdi yaşayış evinin tikintisi üçün olması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun koordinatları daxilində iddiaçıya məxsus tikilinin (fərdi yaşayış evinin) mövcud olması müəyyən olunmuşdur. Torpaq sahəsində yerləşən tikilinin (fərdi yaşayış evinin) həmin tikilinin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olması müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2849/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli, 05 saylı qərarı əsasında JN-456A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsinə dair mövcüd elektron kadastr baza (xəritə) məlumatlarında məlumatların aşkar olunmaması müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsinin daşınmaz əmlakın dövlət qeydiyyatı aparılmadığından həmin torpaq sahasi barədə dövlət reyestrində və kadastrında məlumatların mövcüd olmaması torpaq sahəsinin faktiki koordinatların elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. İddia edilən torpaq sahəsinin ölçüsünün sənəd üzrə ölçüsünə uyğun olması, azalmanın mövcüd olmaması müəyyən olunmuşdur. Həmçinin iddiaçının faktiki istifadəsində 0,12 ha torpaq sahəsinin mövcud olması və iddia edilən 0,07 ha torpaq, sahəsinin həmin 0,12 ha torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2849/2025 saylı mütəxəssis rəyinə əsasən, qeyd edilən torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İddia edilən torpaq sahəsinin faktiki vəziyyətdə İddiaçı istifadəsində olması və təyinat üzrə istifadə edilməsi müəyyən olunmuşdur. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2849/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar islahat Komissiyasının 27.03 1998-ci il tarixli 05 saylı qərarı əsasında JN-456A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha heyətyanı torpaq sahəsinə dair mövcüd elektron kadastr baza (xəritə) məlumatlarında məlumatların mövcud olmaması səbəbindən həmin 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin faktiki koordinatlanının mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üstüstə düşməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcüd baza məlumatlarına əsasən başqa üçüncü şəxsin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. ünvan 4 ünvanladığı 14 oktyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayon Aqrar islahat Komissiyasının 27.03 1998-ci il tarixli 05 saylı qərarı əsasında JN-456A KOD 80204038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha heyətyanı torpaq sahəsini o, uzun müddətdir ki, istifadə edir. Əlavə olaraq bildirir ki, İddiaçı 10 ildən çoxdur ki, həmin torpaq sahəsində özünə məxsus iki mərtəbəli ev tikmiş və ailəsi ilə birlikdə orada yaşayırlar. Həmçinin qeyd edilir ki, həmin torpaq sahəsi mişar daşı ilə çəpərə alınmış və İddiaçı tərəfindən istifadə olunur. Həmin torpaq sahəsinin İddiaçı Nurədddin oğlunun adına rəsmiləşdirilməsini məqsədə müvafiq hesab edirlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 15-ci maddəsinə əsasən : 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Torpaq Məcəlləsi: Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ
1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.
3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq İslahatı haqqında” Qanun: Maddə 1. Torpaq islahatının məqsədi və vəzifələri Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını vəsahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahınıyüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər
1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.
2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiştorpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.
Məhkəmənin mövqeyi:
Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini, iş materiallarında olan sənədləri və sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı mülkiyyətində olan 0.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və həmin həyətyanı torpaq sahəsinin arxiv və xəritə məlumatlarında hər hansı bir məlumatın aşkar edilməməsi əsası ilə müraciətinin icrasından cavabdeh tərəfindən imtina edilmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə kifayət qədər araşdırma apararaq müəyyən edir ki, İddiaçı mülkiyyətinə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə Lənkəran rayonunun Kənarmeşə kəndində 0.07 ha həyətyanı torpaq sahəsi verilmiş və JN-456 A KOD 80204038 nömrəli şəhadətnamə tərtib edilmişdir. Həmçinin həmin torpaq sahəsində iddiaçı fərdi yaşayış evi inşa etmişdir. Həmin mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən qanuni əsaslarla əldə edilidyi və onun tərəfindən faktiki istifadə edildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin hüquqmüəyyənedici sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut məhkəməyə təqdim olunmadığından həmin hüquqmüəyyənedici sənədlər mötəbər sayılır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmçinin iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/5249 nömrəli Ekspert rəyi ilə müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-43/2-2849/2025 saylı mütəxəssis rəyinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı əsasında JN- 456A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsinə dair mövcud elektron kadastr baza (xəritə) məlumatlarında məlumatların mövcud olmaması səbəbindən həmin 0,07 ha torpaq sahəsinin sənəd üzrə konkret yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin (iddia olunan faktiki koordinatianına uyğun) torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən hüquqi statusunun bələdiyyə mülkiyyətinə, kateqoriyasının yaşayış məntəqələrinin torpaqlarına, uqodiyasının tikinti altında olan torpaq sahələrinə aid olması və məqsədli istifadə növünün həyətyanı və ya fərdi yaşayış evinin tikintisi üçün olması müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun koordinatları daxilində iddiaçıya məxsus tikilinin (fərdi yaşayış evinin) mövcud olması müəyyən olunmuşdur. Torpaq sahəsində yerləşən tikilinin (fərdi yaşayış evinin) həmin tikilinin (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsinin təyinatına uyğun olması müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsinin daşınmaz əmlakın dövlət qeydiyyatı aparılmadığından həmin torpaq sahasi barədə dövlət reyestrində və kadastrında məlumatların mövcüd olmaması torpaq sahəsinin faktiki koordinatların elektron kadastr xəritəsinə uyğun olması müəyyən olunmuşdur. İddia edilən torpaq sahəsinin ölçüsünün sənəd üzrə ölçüsünə uyğun olması, azalmanın mövcüd olmaması müəyyən olunmuşdur. Həmçinin iddiaçının faktiki istifadəsində 0,12 ha torpaq sahəsinin mövcud olması və iddia edilən 0,07 ha torpaq, sahəsinin həmin 0,12 ha torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsinin sənəd üzrə yerləşmə yerini və döngə nöqtələrinin koordinatlarını müəyyən etmək mümkün olmadığından faktiki vəziyyətlə də müqayisəli təhlil aparmaq mümkün olmamışdır. İddia edilən torpaq sahəsinin faktiki vəziyyətdə İddiaçı istifadəsində olması və təyinat üzrə istifadə edilməsi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsinin iddia olunan vəziyyətə uyğun naturada döngə nöqtələrinin koordinatları müəyyən olunmuş və torpaq sahəsinin faktiki koordinatlanının mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Qeyd olunan torpaq sahəsinin faktiki koordinatlarının mövcüd baza məlumatlarına əsasən başqa üçüncü şəxsin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Bundan əlavə ünvan 4 ünvanladığı 14 oktyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Lənkəran rayon Aqrar islahat Komissiyasının 27.03 1998-ci il tarixli 05 saylı qərarı əsasında JN-456A KOD 80204038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı mülkiyyətinə verilmiş 0,07 ha heyətyanı torpaq sahəsini o, uzun müddətdir ki, istifadə edir. Əlavə olaraq bildirir ki, İddiaçı 10 ildən çoxdur ki, həmin torpaq sahəsində özünə məxsus iki mərtəbəli ev tikmiş və ailəsi ilə birlikdə orada yaşayırlar. Həmçinin qeyd edilir ki, həmin torpaq sahəsi mişar daşı ilə çəpərə alınmış və İddiaçı tərəfindən istifadə olunur. Həmin torpaq sahəsinin İddiaçı Nurədddin oğlunun adına rəsmiləşdirilməsini məqsədə müvafiq hesab edirlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər iddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçıya torpaq sahəsi islahat zamanı qanunauyğun şəkildə ayrılmış, ayrılan vaxtdan hal-hazırki dövrədək fasiləsiz və mübahisəsiz istifadəsində olmuşdur. Məhkəmə qeyd edir ki, mülkiyyətçi nə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri tərtib edən, arxivə təhvil verən şəxsdir, nə də ki, qanunla onun üzərinə belə bir vəzifələr qoyulmamışdır. Belə olan halda mübahisə predmeti olan torpaq sahəsinin arxiv məlumatlarının aşkar edilməməsi iddiaçının təqsiri nəticəsində baş vermiş hal hesab oluna və onun məsuliyyət sferasına aid edilə bilməz. Əks halda bu ədalət prinsipi baxımından iddiaçıya münasibətdə konstitusion hüquqlarının, yəni mülkiyyət və bərabərlik hüququnun pozulması ilə nəticələnmiş olardı. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə və JN-456 A KOD 80204038 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına qeydə alınmaqla çıxarışın verilməsi tələbinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə və JN-456 A KOD 80204038 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun xüsusi mülkiyyət hüququnun onun adına qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə və JN-456 A KOD 80204038 nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun xüsusi mülkiyyət hüququnun İddiaçı adına qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova