Məhkəmə qərarları › İş №2-1(120)-1858/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1858/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1858/2024 25.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarının ləğv edilməsi və ona 13 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 25 noyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarına uyğun olaraq əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi və həmin qərarın icra edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 13 aprel 2022-ci il tarixli, **********1 saylı, 27 yanvar 2023-cü il tarixli, 3-17-4/3-451/203 saylı və 18 sentyabr 2023-cü il tarixli, 3-17-4/3-3-17472/2023 saylı qərarlarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin 05 fevral 2024-cü il tarixli qərardadı ilə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarının ləğv edilməsi və ona 13 mart 2024cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Vətən müharibəsində iştirak etmişdir. Vətən müharibəsi iştirakçısıdır. Vətən müharibəsində ağır yaralandıqdan sonra Müdafiə Nazirliyinin hərbi hospitalında müalicə almışdır. Daha sonra isə Hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilimişdir. Əlillik dərəcəsinin təyin edilməsi üçün iki dəfə müraciət etmişdir. Cavabdeh əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. Əlillik dərəcəsinin təyin edilməsi, qanunsuz qərarlarının ləğv edilməsi üçün agentlikdə qəbullarda olmuşdur. Lakin cavabdeh hər dəfə bir bəhanə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Üzvi (qapalı kəllə-beyin travması) affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxilolmalar, özünə xəsarət və intihar cədləri ilə. Fəlakət (müharibə (2020-ci ildə)) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi.”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. 19) Cəlilabad rayon sakini xx.xx.1996-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfındən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzı Hərbi Həkim Komissiyası tərəfındən xx.xx.2022-ci il tarixli, 9843 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi səxsiyyət pozuntusu, psixopatabənzər davranıslarla. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənsəli dissosiativ pozuntu, depressiv əlamətlərlə. Sol qoltuqarxası, başın təpə, sol biləyin ön səthinin, qarının sağ yarısının, sol budun yuxarı 1/3-nin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xronikı koxlear nevrit, ikitərəfli nevrosensor ağıreşitmə, pıcıltı nitqinin sağ qulaqda 4.5 (dörd tam onda beş) metr, sol qulaqda 3,5 metr məsafədən eşitməsi ilə. Gərginlik tip baş ağrısı” diaqnozlu travmanın səbəb əlaqəsı “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün sadə hipermetropik astiamatizmi Em və Hm 1.0D nəticəsində görmə itiliyinin sağda 0.5-ə, solda 0.8-ə qədər azalması, korreksiya etmir. 36. 46-cı dislərin kariyesi. Naməlum proteinuriya” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2021-xx.xx.2021-ci il tarixli 8265/21 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Barotravma nəticəsində baş-beyin kontuziyası, fəlakət (müharibə) kecirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retroarad amneziya, depressiv sindrom, psixopatabənzər davranışla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-cü il tarixli, 491 nömrəli Tibbi rəyində diaqnoz “Fəlakət (müharibə 2020-ci ildə) kecirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psıxiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-ci il tarixli 10512961 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozgunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, qulaqlarında küydən, eşitmənin zəifləməsindən, baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Verilən sualları cavablandırmayaraq nümayişkar davranış sərgiləmiş və komissiya üzvlərini nalayiq söyüşlərlə təhqir etmiş, bu səbəbdən mütəxəssislər tərəfındən hazırkı psixi vəziyyəti tibbi sənədlərinə uyğun olaraq “Əhvalın üzvi mənşəli (affektiv) pozgunluğu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfındən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim edilməsi üçün verilmiş, N nömrəli hərbi hissənin xx.xx.2020ci il tarixli, 2733 nömrəli “Travma haqqında arayış”ından müəyyən olunur ki, xx.xx.1996-cı il təvəllüdlü, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində xəsarət almış, təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra dərhal sanitar avtomobillə həkim müşaiyəti altında Füzuli RMX-na təxliyyə olunmuşdur. İş materiallarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 23628 nömrəli Şəhadətnamədə sağlamlıq vəziyyəti ilə bağlı müayinənin nəticəsi olaraq iddiaçıya “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, depressiv sindrom, psixopatabənzər davranışla pozuntusu, Sol qoltuqarxası, başın təpə, sol biləyin ön səthinin, qarının sağ yarısının, sol budun yuxarı 1/3-nin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xronikı koxlear nevrit, ikitərəfli nevrosensor ağıreşitmə, pıcıltı nitqinin sağ qulaqda 4.5 (dörd tam onda beş) metr, sol qulaqda 3,5 metr məsafədən eşitməsi ilə” diaqnozu təyin olunmuş, travmanın səbəb əlaqəsı “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materialları, o cümlədən işdə olan tibbi sənədlərlə müəyyən olunur ki, Cəlilabad rayonu, Təklə kəndində qeydiyyatda olan və yaşayan İddiaçı sağlamlıq vəziyyəti ilə bağlı ilk dəfə xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinə aparılmış, diaqnozun mətni “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Barotravma nəticəsində baş-beyin kontuziyası, fəlakət keçirtdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, depressiv sindrom, psixopatabənzər davranışla. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Baş beynin silkələnməsi. Postkontuzion sindrom” göstərilmiş, lakin “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyinatından imtina edilmiş, bu barədə 13 aprel 2022-ci il tarixli, **********1 saylı qərar qəbul edilmişdir. Halbuki, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən aparılmış müayinənin nəticəsi olaraq təyin edilmiş diaqnoz, həmçinin iş materiallarında olan İddiaçı adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 060199 nömrəli “Ambulator kitabçadan çıxarış”da qeyd olunmuş “barotravma nəticəsində baş-beyin kontuziyası, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, retrroqrad amneziya, depressiv sindrom, psixopatabənzər davranışla” diaqnozu həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin üçüncü dərəcə əlilliyin təyin olunmasına əsas verən 2.1.14 bəndinin (davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9);) və 2.3.9-cu bəndinin (uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar) təsir dairəsinə düşürdü. Həmçinin, xəstəliyi ilə bağlı İddiaçı təyin edilmiş yuxarıda qeyd olunan diaqnozlarda qeyd olunmuş “barotravma nəticəsində baş-beyin kontuziyası” Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1, 6.1.1, 6.1.2, 6.1.3 və 6.1.4, habelə “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1-ci yarımbəndində öz əksini tapmış və 7.7.1.1-ci yarımbəndində həmin hal ilə bağlı orqanizmin funksiyasının pozulması faizi 35-60, orqanizmin funksiyasının pozulması müddəti 1 və ya 2 il müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı adına tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 079693 nömrəli “Ambulator kitabçadan çıxarış”da xəstəliyi ilə əlaqədar ona “Üzvi barotravma, şəxsiyyətin pozuntusu, psixopatabənzər davranışla” diaqnozu qoyulmuşdur. İş materiallarına əsasən Cəlilabad RMX-nın xx.xx.2022-ci il tarixli göndərişi ilə İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən 22 iyun 2022-ci il tarixdə müayinə olunmuş və “Üzvi mənşəli dissosiativ pozuntu, depressiv əlamətlərlə” diaqnozu qoyulmuşdur. İş materiallarına əsasən İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin baş direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş psixiatrı, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən 27 sentyabr 2022-ci il tarixdə müayinə olunmuş və “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) dissosiativ pozuntu F.06.05, depressiv əlamətlərlə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinakasının Hərbi Həkim Komissiyasının 16 avqust 2022-ci il tarixli, 9843 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixdə Füzuli RMX-da, xx.xx.2020-xx.xx.2020-ci il tarixdə Zərdab RMX-da, xx.xx.2021xx.xx.2021, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinakasında müayinə və müalicədə olmuşdur. Həmin şəhadətnamədə müayinənin nəticəsi olaraq iddiaçıya “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, psixopatabənzər davranışlarla. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli dissosiativ pozuntu, depressiv əlamətlərlə. Sol qoltuqarxası, başın təpə, sol biləyin ön səthinin, qarının sağ yarısının, sol budun yuxarı 1/3-nin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xronikı koxlear nevrit, ikitərəfli nevrosensor ağıreşitmə, pıcıltı nitqinin sağ qulaqda 4.5 (dörd tam onda beş) metr, sol qulaqda 3,5 metr məsafədən eşitməsi ilə. Gərginlik tip baş ağrısı” diaqnozu təyin olunmuş, travmanın səbəb əlaqəsı “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır” kimi müəyyənləşdirilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İş materialları, o cümlədən işdə olan tibbi sənədlərlə müəyyən olunur ki, İddiaçı sağlamlıq vəziyyəti ilə bağlı xx.xx.2022-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinə aparılmış, diaqnozun mətni “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi dissosiativ pozuntu. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” göstərilmiş, lakin “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyinatından imtina edilmiş, bu barədə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-451/2023 nömrəli qərar qəbul edilmişdir. Halbuki, xəstəliyi ilə bağlı İddiaçı təyin edilmiş yuxarıda qeyd olunan diaqnozlar (“Üzvi mənşəli şəxsiyyət pozuntusu. Postkontuzion sindrom. Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi dissosiativ pozuntu. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 20 iyul 2023-cü il tarixədək qüvvədə olmuş 7.6.2-ci yarımbəndində öz əksini tapmış və 7.6.2.1-ci yarımbəndində həmin hallarla bağlı orqanizmin funksiyasının pozulması faizi 35- 60, orqanizmin funksiyasının pozulması müddəti 2 il müəyyən edilmişdir. Həmçinin, xəstəliyi ilə bağlı İddiaçı təyin edilmiş yuxarıda qeyd olunan diaqnozlar Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hazırda qüvvədə olan 7.6.2-ci yarımbəndində də (baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06, üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0, postkontuzion sindrom F07.2, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F.07.8) öz əksini tapmış və 7.6.2.1-ci yarımbəndində həmin hallarla bağlı orqanizmin funksiyasının pozulması faizi 35-60, orqanizmin funksiyasının pozulması müddəti 2 il müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 092455 nömrəli “Ambulator kitabçadan çıxarış”da xəstəliyi ilə əlaqədar ona “Üzvi qapalı kəlləbeyin travması, affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxiolmalar özünə xəsarət və intihar cəhdləri ilə” (professor F.İsmayılov) diaqnozu qoyulmuşdur. İş materiallarına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinakasının Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 7017 nömrəli şəhadətnamə ilə aparılmış müayinənin nəticəsi olaraq İddiaçı “Keçirilmiş fəlakətdən (müharibədən) sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, intihar fikirləri və cəhdləri ilə. Keçirilmiş (2020) qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Posttravmatik ensofalopatiya. Vegetativ damar davamsızlığı, funksiyanın mülayim dərəcədə pozulması ilə. Barotravma (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyosensor ağıreşitmə pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə. Sağ saidin orta 1/3-nin səthinin, sol bilək nahiyəsinin ön səthinin, sağ alın nahiyəsinin dəri çapıqları” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materialları, o cümlədən işdə olan tibbi sənədlərlə müəyyən olunur ki, İddiaçı sağlamlıq vəziyyəti ilə bağlı xx.xx.2023-cü il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinə aparılmış, diaqnozun mətni “Üzvi qapalı kəllə-beyin travması, affektiv pozuntu, depressiv epizodlar, dissosiativ daxiolmalar özünə xəsarət və intihar cəhdləri ilə. Fəlakət (müharibə-2020) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” göstərilmiş, lakin “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əlilliyin təyinatından imtina edilmiş, bu barədə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 17472/2023 nömrəli qərar qəbul edilmişdir. Halbuki, xəstəliyi ilə bağlı İddiaçı təyin edilmiş yuxarıda qeyd olunan diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci yarımbəndində (baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06, üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0, postkontuzion sindrom F07.2, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F.07.8) öz əksini tapmış və 7.6.2.1-ci yarımbəndində həmin hallarla bağlı orqanizmin funksiyasının pozulması faizi 35-60, orqanizmin funksiyasının pozulması müddəti 2 il müəyyən edilmişdir. Həmçinin, xəstəliyi ilə bağlı İddiaçı təyin edilmiş yuxarıda qeyd olunan diaqnozlarda qeyd olunmuş “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, özünə xəsarət və intihar cəhdləri” Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1-ci yarımbəndində öz əksini tapmış və 7.7.1.1-ci yarımbəndində həmin hallar ilə bağlı orqanizmin funksiyasının pozulması faizi 35-60, orqanizmin funksiyasının pozulması müddəti 2 il müəyyən edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının yuxarıda qeyd olunan Qərarlarından narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-8689/2024 saylı məktubunda və ona əlavə edilmiş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulma faizinin müəyyən edilməsi məqsədilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının C00120042İPR nömrəli göndərişi və müraciəti əsasmda xx.xx.2023-cü il iarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əiaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının mübahisələndirilən 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/202417 saylı iddiaçıya əlilliyin təyinatından imtinasını əsassız hesab edir. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində İddiaçı səhhətində baş verən ağırlaşmalar tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən veilmiş xx.xx.2021-ci il tarixli, 23628 nömrəli Şəhadətnamədə sağlamlıq vəziyyəti ilə bağlı müayinənin nəticəsi olaraq iddiaçıya “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, retroqrad amneziya, depressiv sindrom, psixopatabənzər davranışla.pozuntusu, Sol qoltuqarxası, başın təpə, sol biləyin ön səthinin, qarının sağ yarısının, sol budun yuxarı 1/3-nin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xronikı koxlear nevrit, ikitərəfli nevrosensor ağıreşitmə, pıcıltı nitqinin sağ qulaqda 4.5 (dörd tam onda beş) metr, sol qulaqda 3,5 metr məsafədən eşitməsi ilə” diaqnozu təyin olunmuşdusa, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinakasının Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli, 9843 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də İddiaçı müayinəsinin nəticəsi olaraq “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntusu, psixopatabənzər davranışlarla. Mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli dissosiativ pozuntu, depressiv əlamətlərlə. Sol qoltuqarxası, başın təpə, sol biləyin ön səthinin, qarının sağ yarısının, sol budun yuxarı 1/3-nin qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapıqları. Barotravma (xx.xx.2020) nəticəsində ikitərəfli xronikı koxlear nevrit, ikitərəfli nevrosensor ağıreşitmə, pıcıltı nitqinin sağ qulaqda 4.5 (dörd tam onda beş) metr, sol qulaqda 3,5 metr məsafədən eşitməsi ilə. Gərginlik tip baş ağrısı” diaqnozu, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinakasının Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 7017 nömrəli şəhadətnamə ilə aparılmış müayinənin nəticəsi olaraq İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci və 7.6.2.1-ci yarımbəndlərinin, habelə 7.7.1-ci və 7.7.1.1-ci yarımbəndlərinin tələblərini ödəyən, bununla da orqanizminin funksiyasının 35-60 faiz pozulmasını təsdiq edən “Keçirilmiş fəlakətdən (müharibədən) sonrakı kəskin (ağır) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla, özünə xəsarət və intihar cəhdləri ilə. Keçirilmiş (2020) qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Posttravmatik ensofalopatiya. Vegetativ damar davamsızlığı, funksiyanın mülayim dərəcədə pozulması ilə. Barotravma (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyosensor ağıreşitmə pıçıltı nitqinin sağ qulaqda 5 (beş) metr, sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə. Sağ saidin orta 1/3-nin səthinin, sol bilək nahiyəsinin ön səthinin, sağ alın nahiyəsinin dəri çapıqları” diaqnozu qoyulmuş, lakin iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı bu diaqnozda, habelə iş materiallarında olan TSEK müayinələri, ekspert rəyləri ilə müəyyən olunmuş hallar nəzərə alınmadan, həmin halların mövcudluğu tibbi sənədlərlə inkar edilmədən cavabdeh tərəfindən diaqnozun əlillik əiaməti təyin etməməsi barədə 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı tbbi sənədlərlə əsaslandırılmamış qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut, yəni əsaslandırılmış tibbi sənəd cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarlarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Belə ki, İddiaçı iş materiallarında olan TSEK müayinələri, ekspert rəyləri ilə müəyyən olunmuş xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsində təsbit olunmuş xəstəliklərin əhatə dairəsinə tam uyğunluğu təsdiq olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarının ləğv edilməsini və ona müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X2 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X2 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarı ləğv edilməli və İddiaçı 13 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 13 mart 2024-cü il tarixli, 3-17-4/3-3-1739/2024 saylı qərarı ləğv edilsin və İddiaçı 13 mart 2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 35-60 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar