Məhkəmə qərarları › İş №2-1(120)-1859/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1859/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1859/2022 16.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «övladlarının adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqlarına çatası aylıq müavinətin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “övladları xx.xx.2007-ci il təvllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin 08 iyul 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə 1993-cü ilin avqust ayından məcburi köçkün düşüb Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 290, mənzil 4-də yaşamışlar. Bildirmək istəyir ki, dəfələrlə müraciət etməyinə baxmayaraq o, övladları - xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2007-ci il təvllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X6 bu günə qədər məcburi köçkünlərə verilən aylıq müavinətləri ala bilməmişdir. O, bu barədə dəfələrlə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə, Cavabdehnə, Kürdmahmudlu icra numayəndəliyinə müraciət etməyinə baxmayaraq müxtəlif bəhanələr gətirərək ərizəsinə müsbət cavab verməyiblər. Ona yoldaşının məcburi köçkün olmadığını deyirlər, o isə onlara sərəncamın 2011-ci il tarixindən qüvvədə olduğunu demiş, lakin yenə nəzərə almayıblar. Qanunvericiliyə əsasən 2 övladına aylıq müavinət düşdüyü halda onuda ödəməkdən imtina edirlər. Sənədlərində heç bir çatışmamazlıq yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Yuxarıda göstərilənlərə əsasən İddiaçı övladları xx.xx.2007-ci il təvllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X3 vahid aylıq müavinətin ödənilib-ödənilməməsi ilə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi məqsədilə aidiyyəti rayon icra hakimiyyətinə müraciət etməyinizi xahiş edirik. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 587 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: övladlarınıza vahid aylıq müavinətin verilməsinə köməklik göstərilməsi barədə müraciətinizə Kürdmahmudlu kənd inzibati dairəsi üzrə nümayəndəliyi ilə birgə baxılmışdır. Müəyyən edilmişdir ki, övladlarınız məcburi köçkün kimi vahid aylıq müavinət almamışdır. Çünki, həyat yoldaşınızın məcburi köçkün statusu yoxdur. Buna görə də həmin nikahdan doğulmuş övladlarınıza vahid aylıq müavinət verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarının (valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara) 2.6-cı bəndinə əsasən məqsədəmüvafiq hesab edilməmişdir. İddia tələbinin əsasını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təşkil edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir (bu məbləğ 16 aprel 2018-ci il tarixədək 36 manat, həmin tarixdən 01 aprel 2019-cu il tarixədək 40 manat, 01 aprel 2019-cu il tarixdən isə 60,0 manat olmuşdur). Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 01 yanvar 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda hazırlanmışdır. Həmin Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydaya əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Qaydanın 2.6-cı hissəsinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı “məcburi köçkün” statusuna malik olsa da, o, “məcburi köçkün” statusu olmayan şəxslə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2003-cü il təvəllüdlü X5, xx.xx.2007-ci il təvllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Cavabdehin mövqeyinə görə, sözügedən Qaydalara əsasən, iddiaçının övladlarının aylıq müavinət almaq hüququ yoxdur. Belə ki, iddiaçı məcburi köçkün statusu olmayan şəxslə ailə qurmuş və onun övladları da valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlar hesab olunurlar. Bu əsasla da aylıq müavinətin verilməməsi qanunamüvafiq olmuşdur. Məhkəmənin qənaətinə görə məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.6-cı bəndinin tələbinə müvafiq olaraq iddiaçının övladlarına vahid aylıq müavinət ödənilməməlidir. Başqa sözlə, cavabdehin imtinası qanunidir və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı «övladlarının adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «övladlarının adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar