Məhkəmə qərarları › İş №2-1(120)-186/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-186/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-186/2025 23.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X11, Üçüncü şəxs "xxxx" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamının 110 ha hissəsində ləğv olunması» tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2017-ci il tarixli, 07 saylı sərəncamın ləğv edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(120)-1565/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, "xxxx" və “Ədalət-83” kəndli (fermer) təsərrüfatları, "xxxx" MMC zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 2-1(120)-1565/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 saylı və xx.xx.2023-cü il tarixli sərəncamlarının ləğv olunması” kimi baxılması qərara alınmışdır. Məhkəmənin 2-1(120)-186/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı Cavabdehnə qarşı «Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamının 110 ha hissəsində ləğv olunması» kimi baxılması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Füzuli RİHB-nin xx.xx.2005-ci il tarixli, 46 saylı sərəncamı ilə ona 170,0 ha torpaq sahəsi üzümçülüyün inkişafı məqsədilə uzunmüddətli icarəyə verilmiş, torpaq sahəsi müqavilə bağlanılaraq, təhvil-təslim edilərək naturada ona təhvil verilmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixdə JN-8893, KOD 60600001 saylı Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi naturada təhvil verilsə də, təbii ki, böyük sahəni əhatə etdiyindən orada hasarlama işləri aparılmamışdır. Bundan sonra o həmin torpaq sahəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmuşdur, hazırda da bu fəaliyyəti davam etdirir. O, həmin torpaq sahəsinə görə illərlə (bu il də daxil olmaqla) dövlətdən subsidiyalar almışdır. xx.xx.2019-cu il tarixdə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsindən həmin torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Buna səbəb sonradan subsidyalar yalnız çıxarışı olan torpaq sahələrinə görə verildiyindən, şəhadətnaməni çıxarışla əvəz etmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Füzuli RİHB-nin xx.xx.2011-ci il tarixli, 35 saylı sərəncamı ilə onun maraqlarına toxunulan məsələlər həll edilmiş, həmin sərancamla tam anlaşılan olmasa da, ona ayrılmış 170 ha torpaq sahəsinin 20 və 40 ha hissəsi "Ədalət-83" və "xxxx" kəndli fermer təsərrüfatı MMC-yə verilmişdir. Bu səbəbdən də Füzuli RİH-ə qarşı Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır, həmin iddiaya baxılan zaman cavabdeh Füzuli İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən ona məlum olmuşdur ki, Füzuli İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 07 saylı sərəncamı ilə Füzuli RİHBnin xx.xx.2005-ci il tarixli, 46 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmiş, onunla bağlanmış icraə müqaviləsinə xitam verilmişdir.Hesab edir ki, cavabdehin qəbul etdiyi sərəncam qanunsuz və əsassızdır. İddiaçı şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin eidlməsini xahiş etmişdir. İş üzrə Cavabdeh Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı Şirvan İnzibati Məhkəməsində iddia qaldıraraq Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 07 nömrəli sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini aşağıdakılara görə əsassız hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2005-ci il tarixli 47s nömrəli Sərəncamı ilə üzüm bağı salınması məqsədi ilə Füzuli rayonunun inzibati ərazisinin “Haramı” adlı sahəsində yerləşmiş 6 nömrəli qış otlağından 400,0 hektar və 10 nömrəli qış otlağından 300,0 hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilərək, daimi istifadə üçün Cavabdehnə verilmiş və Cavabdehnə tapşırılmışdır ki, həmin torpaq sahəsinin üzüm bağı salınması məqsədi ilə icarəyə verilməsini təmin etsin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 47s nömrəli Sərəncamının kserosurəti əlavə olunur). İddiaçı xx.xx.2005-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək, öz vəsaiti hesabına üzüm bağı salmağı və üzümün ilkin emalı sexi yaratmağı öhdəsinə götürmüş, bu işlərə sərf olunacaq xərcləri özü çəkəcəyini bildirmiş və ona torpaq sahəsi verilməsini xahiş etmişdir (İddiaçı ərizəsinin təsdiq olunmuş kserosurəti əlavə olunur). Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli 46a nömrəli sərəncamı ilə İddiaçı üzüm plantasiyaları salması məqsədilə sözügedən ərazidən uzunmüddətə (99 il) 170,0 hektar torpaq sahəsi icarəyə verilmişdir (Füzuli RİHB-nın xx.xx.2005-ci il tarixli 46a nömrəli sərəncamının təsdiq olunmuş kserosurəti əlavə olunur). Lakin həmin sərəncamla İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu sənədlərində düzəliş edilməsi barədə Cavabdeh başçısı tərəfindən xx.xx.2011 -ci il tarixli 36 nömrəli sərəncam verilmişdir (sərəncamdan çıxarışın kserosurəti əlavə olunur). Belə ki, Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli, 11 nömrəli sərəncamı ilə "xxxx" adlı kəndli (fermer) təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı məqsədilə müvəqqəti (10 il) istifadə etmək üçün rayonun inzibati ərazisindən dövlət ehtiyat fondundan 50,0 (əlli) hektar torpaq sahəsi icarəyə verilmişdir (Torpaqdan müvəqqəti istifadə hüququna dair xx.xx.2002-ci il tarixli JN-2025 KOD 60600001 nömrəli Şəhadətnamənin kserosurəti əlavə olunur). Həmçinin Cavabdeh başçısının xx.xx.2001-ci il tarixli 65 nömrəli sərəncamı ilə “Ədalət-83” adlı kəndli (fermer) təsərrüfatına örüş-otlaq (heyvandarlıq) məqsədilə müvəqqəti (15 il) istifadə etmək üçün rayonun inzibati ərazisindən - 10 h nömrəli dövlət qış otlaq fondundan 40,0 (qırx) hektar torpaq sahəsi icarəyə verilmişdir (sərəncamdan çıxarışın kserosurəti əlavə olunur).İddiaçı üzüm plantasiyaları salması məqsədilə icarəyə verilmiş 170,0 hektar torpaq sahəsi ilə "xxxx" kəndli (fermer) təsərrüfatına icarəyə verilmiş 50,0 hektar torpaq sahəsinin 20,0 (iyirmi) hektarı və “Ədalət-83” kəndli (fermer) təsərrüfatına icarəyə verilmiş 40,0 (qırx) hektar torpaq sahələri (ümumilikdə 60,0 (Altmış) hektar) torpaq sahələri üst-üstə düşmüşdür.Ona görə də İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu sənədlərində Cavabdeh başçısının xx.xx.2011 -ci il tarixli 36 nömrəli sərəncamı ilə müvafiq düzəliş edilməsi qərara alınmış, yəni 1998ci ildən etibarən "xxxx" KFT-nın istifadəsində olan 50,0 hektar torpaq sahəsinin İddiaçı icarəyə verilən 170,0 hektar torpaqla üst-üstə düşən 20,0 (iyirmi) hektar və 2001-ci ildən etibarən “Ədalət- 83” KFT-nın istifadəsində olan və İddiaçı icarəyə verilən 170,0 hektar torpaqla üst-üstə düşən 40,0 (qırx) hektar (cəmi 60,0 hektar) torpaq sahələri uzun müddətə (99 il) müvafiq olaraq "xxxx" KFTnın və “Ədalət-83” KFT-nın istifadələrində saxlanılmışdır (Füzuli RİHBA- nın Hüquq şöbəsi ilə DTXK Füzuli rayon şöbəsinin xx.xx.2011 -ci il tarixli təklifi, "xxxx" KFT-nın və “Ədalət-83” KFT-nın icarələrində saxlanılan torpaq sahələrinin yerquruluşu planları əlavə olunur). Cavabdeh başçısının həmin sərəncamı ilə sözügedən torpaq sahələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 47 s nömrəli Sərəncamı ilə üzüm bağları salınması məqsədilə kateqoriyası dəyişdirilərək daimi istifadə üçün Cavabdehnə verilmiş torpaq sahələri olduğu nəzərə alınaraq həmin torpaq sahələrindən təyinatına uyğun, yəni üzüm bağları salınması üçün istifadə edilməsi “Dəyanər” KFT-ya və “Ədalət-83” KFT-ya tapşırılmışdır. Bununla yanaşı, həmin fermer təsərrüfatlarının torpaq sahələrinin təyinatına uyğun sənədləşməsini təmin etmək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli rayon şöbəsinə tapşırılmışdır.Yuxarıda qeyd olunanlardan əlavə bildirilir ki, İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsində göstərdiyinin əksinə olaraq torpağın ona icarəyə verilməsindən ötən 18 il ərzində torpaqdan təyinatına uyğun istifadə etməmiş, üzüm bağları əkməmişdir. Onun vəkalətli nümayəndəsi X1 Rayon İHB-nın adına yazdığı xx.xx.2011 - ci il tarixli ərizədə göstərmişdir ki, üzüm bağları əkməmələrinin səbəbi odur ki, bu məqsəd üçün dövlətdən maliyyə vəsaiti ala bilməmişlər. Halbuki İddiaçı xx.xx.2005-ci il tarixli ərizəsində göstərmişdir ki, “üzümün əkilməsi və istehsalı ilə bağlı bütün xərcləri öz öhdəsinə götürürəm”. Üzümçülük məqsədilə İddiaçı icarəyə verilmiş həmin 170 (yüz yetmiş) hektar torpaq sahəsinə 22 dekabr 2016cı il tarixdə Füzuli RİHB-nın birinci müavini X16, Füzuli RİHB-nın müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X12, Füzuli RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X21, Füzuli RİHBA-nın Hüquq şöbəsinin müdiri X17, Füzuli RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X13, həmin şöbənin baş məsləhətçisi X18, AR ƏMDK DƏK ÜRX-nin Kadastr və Yerquruluşu Layihə-X8 Layihə-Tədqiqat İdarəsinin rəisi X22, X14 müfəttişi X4 və Dövlət Statistika Komitəsi Füzuli rayon şöbəsinin rəisi X5 ibarət tərkibdə komissiya vasitəsilə yerində baxış keçirilərək müəyyən edilmişdir ki, torpaqdan təyinatı üzrə istifadə edilməmiş, yəni üzüm plantasiyalarının salınması üçün icarəyə verilməsindən 11 (on bir) ildən çox vaxt keçməsinə baxmayaraq, İddiaçı orada üzüm plantasiyaları salmamış və bu məqsədlə ümumiyyətlə heç bir iş görməmişdir. Bu barədə komissiya tərəfindən 22 dekabr 2016-cı il tarixdə akt tərtib edilmişdir (akt əlavə olunur).Ona görə də torpaqlardan təyinatına uyğun və maksimum səmərəli istifadə olunmasını təmin etmək məqsədilə Füzuli RİHB-nın 05 iyul 2005-ci il tarixli 46-a nömrəli sərəncamının qüvvədən düşməsinə, üzüm plantasiyalarının salınması məqsədilə İddiaçı icarəyə verilmiş 170 (yüz yetmiş) hektar*torpağın geri götürülməsinə və onunla bağlanmış icarə müqaviləsinə xitam verilməsinə zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının “Torpaq icarəsi haqqında” Qanununun 15-ci maddəsinin birinci abzasının tələblərinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 713-cü maddəsinin tələblərinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin beşinci abzasının tələblərinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir.Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin yeddinci abzasının tələblərinə əsasən istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Odur ki, torpaqlardan təyinatına uyğun istifadə olunmasını təmin etmək məqsədilə Füzuli RİHB-nın xx.xx.2017-ci il tarixi 07 nömrəli sərəncamı ilə Füzuli RİHB-nın 05 iyul 2005-ci il tarixli 46-a nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilmiş, həmin sərəncamla üzüm plantasiyalarının salınması üçün İddiaçı icarəyə verilmiş 170 (yüz yetmiş) hektar torpaq sahəsi, icarəyə verilməsindən 11 (on bir) ildən çox vaxt keçməsinə baxmayaraq, orada üzüm plantasiyaları salmadığına və bu məqsədlə ümumiyyəylə heç bir iş görmədiyinə görə geri götürülmüş və onunla bağlanmış icarə müqaviləsinə xitam verilmişdir (xx.xx.2017-ci il tarixli 07 nömrəli sərəncamın təsdiq olunmuş kserosurəti əlavə olunur).Yuxarıda göstərilənlərə əsasən Məhkəmədən İddiaçı 2005-ci ildə ona icarəyə verilmiş torpaq sahəsindən təyinatına uyğun istifadə etmədiyinə - aradan ötən 18 il müddətində həmin torpaqda üzüm bağları salmadığına və bundan əlavə, qanunvericiliklə müəyyən olunmuş iddia müddətini üzrsüz şəbədən ötürdüyünə görə iddianın təmin edilməməsi və ya mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi X23 məhkəmə iclasında iddia ərizəsinə qarşı etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" kəndli (fermer) təsərrüfatının nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh başçısının xx.xx.2001-ci il tarixli 65 nömrəli sərəncamı ilə “Ədalət-83” kəndli təsərrüfatına müvəqqəti istifadə etmək üçün müvafiq qaydada dövlət qış otlaq fondunun 10 h saylı hissəsindən –"xxxx" KFT ilə “Sənan-2001” nın qonşuluğundakı ərazidən 40.0 ha torpaq sahəsi ayrılması məqsədə müvafiq hesab edilmişdir. 2005-ci il tarixdə rəsmi qaydada iddiaçıya sərəncam qaydasında verilsə də, amma faktiki onun istifadəsində olmuşdur. 2016-cı il tarixdə "xxxx" MMC tərəfindən həmin ərazidən çıxarılmış, sonra həmin MMC-yə məxsus başqa torpaq sahəsinin olması müəyyən edilmiş, həmin torpaq sahəsindən çıxmışlar, 2017-ci il tarixdə mübahisəli torpaq sahəsinə qayıtmaq istəsə də, qayıda bilməmişdir, hal-hazırda faktiki İddiaçı müvafiq torpaq sahəsindən istifadə edir, hal-hazırda iddiaçı ilə aralarında razılığa gəlmişlər, məhkəmədən kənar həll ediləcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq 3cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1 -ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddiaçı cavabdeh orqanın xx.xx.2017-ci il tarixli sərəncamını mübahisələndirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərardan iddiaçının məlumatlı olması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Həmçinin İddiaçı tərəfindən bu günədək mübahisəli torpaq sahəsindən istifadə edilir, icarə haqqı ödəyir və subsidiya əldə edilir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Həmçinin iddiaçı məhkəməyə hüquqi yardım üzrə ərizə təqdim edərək göstərmişdir ki, Şirvan İnzibati Məhkəməsində keçirilmiş digər məhkəmə mübahisəsi zamanı, xx.xx.2022-ci il tarixdə cavabdeh orqanın nümayəndəsinin təqdim etdiyi sənədlərlə tanış olan zaman ona Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamı barədə məlumatlı olmuşdur. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti(iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). Yəni cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktı (sərəncamı) iddiaçının əmlak hüququna müdaxilə etmişdir. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, - İşdə olan Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli 46a nömrəli sərəncamından görünür ki, İddiaçı üzüm plantasiyaları salması məqsədilə uzunmüddətə-99 il müddətinə istifadə etmək üçün rayonun “Haramı” ərazisinin (Dövlət qış otlaq fondunun) 10h №-li hissəsindən 170,0 hektar torpaq sahəsi icarəyə verilmişdir. - İşdə olan xx.xx.2005-ci il tarixli, 46 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh Başçısı arasında müqavilə bağlanmış və Füzuli İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 46 nömrəli sərəncamına əsasən 99 il müddətinə 170 ha torpaq sahəsi İddiaçı əkinçilik məqdəsilə istifadəyə verilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Füzuli Rayon Şöbəsinin Cavabdehnə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubuna əsasən, Torpaq Məcəlləsinin 50, 51 və 52-ci maddələrinə əsaslanaraq rayonun ehtiyyat fond torpağından kateqoriyası dəyişdirilmiş 170 ha torpaq sahəsinin üzüm əkini üçün sahibkar İddiaçı icarəyə verilməsini məqsədəuyğun hesab edilmişdir. - İşdə olan torpaqdan müvəqqəti istifadə hüququna dair xx.xx.2006-cı il tarixli JN-8893 KOD 60600001 nömrəli Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli 46 nömrəli sərəncamı ilə İddiaçı sahibkarlığın inkişafı məqsədi ilə 99 il müddətinə istifadə etmək üçün Füzuli rayonun dövlət ehtiyat fondunun Q.O.S-nin 6h və 10h nömrəli sahəsindən 170,0 hektar torpaq sahəsi icarəyə verilmişdir. - İşdə olan Füzuli İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 07 nömrəli sərəncamına əsasən, üzüm plantasiyalarının salınması üçün İddiaçı Füzuli RİHB-nın 05 iyul 2005-ci il tarixli 46a nömrəli sərəncamı ilə rayonun ərazisindən icarəyə verilmiş 170 (yüz yetmiş) hektar torpaq sahəsi, icarəyə verilməsindən 11 (on bir) ildən çox vaxt keçməsinə baxmayaraq, İddiaçı orada üzüm plantasiyaları salmadığına və bu məqsədlə ümumiyyətlə heç bir iş görmədiyi barədə rayon komissiyası tərəfindən tərtib edilmiş 22 dekabr 2016-cı il tarixdə akt nəzərə alınmış, torpaqlardan təyinatına uyğun və maksimum səmərəli istifadə olunmasını təmin etmək məqsədilə Füzuli RİHnın xx.xx.2005-ci il tarixli, 46a nömrəli sərəncamının qüvvədən düşməsinə, həmin sərəncamla üzüm plantasiyalarının salınması üçün İddiaçı icarəyə verilmiş 170 ha torpaq sahəsi, icarə müqaviləsindən 11 ildən çox vaxt keçməsinə baxmayaraq, orada üzüm plantasiyaları salmadığına və bu məqsədlə ümumiyyətlə heş bir iş görmədiyinə görə geri götürülmüş və onunla bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. - İşdə olan Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 28 nömrəli sərəncamı ilə, Füzuli RİHB-nın xx.xx.2017-ci il tarixli 07 nömrəli sərəncamında qismən düzəliş edilərək, sərəncamın təsviri hissəsinin birinci, ikinci, üçüncü abzaslarında və Qərar hissəsinin ikinci və üçüncü bəndlərində yazılmış, 170,0 rəqəmləri 110,0 (bir yüz on) rəqəmləri ilə əvəz olunması qərara alınmışdır. - İşdə olan 22 dekabr 2016-cı il tarixdə AKT-da göstərilmişdir ki, üzümçülük məqsədilə İddiaçı icarəyə verilmiş həmin 170 (yüz yetmiş) hektar torpaq sahəsinə 22 dekabr 2016-cı il tarixdə Füzuli RİHB-nın birinci müavini X16, Füzuli RİHB-nın müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri X12, Füzuli RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X21, Füzuli RİHBA-nın Hüquq şöbəsinin müdiri X17, Füzuli RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X13, həmin şöbənin baş məsləhətçisi X18, AR ƏMDK DƏK ÜRX-nin Kadastr və Yerquruluşu Layihə-X8 Layihə-Tədqiqat İdarəsinin rəisi X22, X14 müfəttişi X4 və Dövlət Statistika Komitəsi Füzuli rayon şöbəsinin rəisi X5 ibarət tərkibdə komissiya vasitəsilə yerində baxış keçirilərək müəyyən edilmişdir ki, torpaqdan təyinatı üzrə istifadə edilməmiş, yəni üzüm plantasiyalarının salınması üçün icarəyə verilməsindən 11 (on bir) ildən çox vaxt keçməsinə baxmayaraq, İddiaçı orada üzüm plantasiyaları salmamış və bu məqsədlə ümumiyyətlə heç bir iş görməmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********56 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Füzuli rayon ərazisində kənd təsərrüfatı təyinatlı 170.0 ha torpaq sahəsi 99 il müddətinə İddiaçı adına xx.xx.2005-ci il tarixli 46 saylı icarə müqaviləsi əsasında hüquq yüklü edilərək daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-43-8/2-29/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Cavabdehnə iki dəfə müraciət etmiş, müraciətləri araşdırılaraq ona yazılı cavab verilmişdir. Müraciətinizlə bağlı bildiririk ki, sözügedən sərəncam və həmin sərəncamın verilməsi üçün əsas olmuş sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli fialalına təhvil verilmişdir. - İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 16 yanvar 2023-cü il tarixli 2(106)-249/2022 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçılar “Ədalət- 83” və "xxxx" kəndli fermer təsərrüfatı MMC-nin cavabdehlər İddiaçı və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2(106)-249/2022 saylı qərardadına əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin 22 iyul 2021 -ciil tarixli 2(064)-229/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçılar “Ədalət-83” və "xxxx" kəndli fermer təsərrüfatı MMC-nin cavabdehlər İddiaçı və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, həmin qərardaddan kassasiya şikayəti verilmədiyi üçün iş materialları 10 fevral 2022-ci il tarixdə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3/2-598/2023 nömrəli məktubunda göstərilmişdir ki, JN-8893 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”nin, xx.xx.2019-cu il tarixli, **********56 reyestr nömrəli çıxarışın və xx.xx.2019-cu il tarixli, A451773 nömrəli “Torpaq sahəsinin planı və ölçüsünün təsviri” sənədinin və həmin sənədlərin verilməsinə əsas olmuş digər sənədlərin təsdiq olunmuş surətlərinin verilməsi barədə sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Qeyd olunan sənədlərin təsdiq olunmuş surətini təqdim edilmişdir. - İşdə olan Füzuli Rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2(064)-1024/2022 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçılar “Ədalət- 83” və "xxxx" kəndli fermer təsərrüfatı MMC-nin cavabdehlər İddiaçı və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 22 iyul 2022ci il tarixli, 2(064)-1024/2022 saylı qətnaməsi göndərilir. Məhkəmə baxışı iclaslarında cavabdeh İddiaçı iştirak etməmiş, qeyd olunan qətnamədən cavabdeh İddiaçı (və ya nümayəndəsi) tərəfindən apellyasiya şikayəti verilmiş və həmin mülki iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. - İşdə olan Füzuli Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(064)-229/2021 nömrəli qətnaməsi ilə, Füzuli rayonu ərazisində yerləşən 170,0 ha torpaq sahəsinin İddiaçı 99 il müddətinə icarəyə verilməsinə dair DƏDRX-nin xx.xx.2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı qismən, yəni "xxxx" və “Ədalət-83” kəndli fermer təsərrüfatlarına ayrılmış müvafiq olaraq 20 ha və 40 ha torpaq sahələri hissələrində ləğv olunsun və cavabdeh İddiaçı həmin torpaq sahələrindən çıxarılmaqla onun qanunsuz sahibliyindən alınması qərara alınmışdır. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-417/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı adına verilmiş JN-8893 nömrəli, (kod ********) şəhadətnamənin, 07.11,2019-cu il tarixli, **********56 reyestr nömrəli çıxarışın və xx.xx.2019-cu il tarixli, A451773 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin, həmin sənədlərin tərtib edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri təqdim olundu. - İşdə olan Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli 46a nömrəli sərəncamı ilə, Füzuli rayonunun inzibati ərazisinin "Haramı" adlanan sahəsinin 6 h nömrəli qış otlağından 400 hektar və 10 h nömrəli qış otlağından 300 hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilərək üzüm bağı əkmək məqsədilə Cavabdehnə daimi istifadəyə verilməsi barədə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəyəkmə Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2005- ci il tarixli, 47 s №- li Sərəncamı icra və rəhbərlik üçün qəbul edilməsi qərara alınmışdır. - İşdə olan Cavabdeh başçısının xx.xx.2001-ci il tarixli 65 nömrəli sərəncamından görünür ki, məcburi köçkün X24 başçılığı altında yaradılmış “Ədalət-83” kəndli təsərrüfatına müvəqqəti istifadə etmək üçün müvafiq qaydada dövlət qış otlaq fondunun 10 h saylı hissəsindən –"xxxx" KFT ilə “Sənan-2001” nın qonşuluğundakı ərazidən 40.0 ha torpaq sahəsi ayrılması məqsədə müvafiq hesab edilmişdir. - İşdə olan Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli 36 nömrəli sərəncamından görünür ki, İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerquruluşu sənədlərində müvafiq düzəliş edilməsi qərara alınmış, yəni 1998-ci ildən etibarən "xxxx" KFT-nın istifadəsində olan 50,0 hektar torpaq sahəsinin İddiaçı icarəyə verilən 170,0 hektar torpaqla üst-üstə düşən 20,0 (iyirmi) hektar və 2001-ci ildən etibarən “Ədalət-83” KFT-nın istifadəsində olan və İddiaçı icarəyə verilən 170,0 hektar torpaqla üst-üstə düşən 40,0 (qırx) hektar (cəmi 60,0 hektar) torpaq sahələri uzun müddətə (99 il) müvafiq olaraq "xxxx" KFT-nın və “Ədalət-83” KFT-nın istifadələrində saxlanılmışdır. - İşdə olan 03 mart 2023-cü il tarixli AKT-da göstərilmişdir ki, üzümçülük məqsədilə İddiaçı icarəyə verilmiş həmin 170 (yüz yetmiş) hektar torpaq sahəsinə Füzuli RİH-nin hüquq şöbəsinin müdiri R.R.Bağırov, Füzuli RİH-nın baş məsləhətçilər B.H.Səfərov, C.Hüseyn, Füzuli rayon 6 saylı İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Y.Yusifzadə və müavini R.Qurbanovdan ibarət tərkibdə komissiya vasitəsilə yerində baxış keçirilərək müəyyən edilmişdir ki, torpaqdan təyinatı üzrə istifadə edilməmiş, yəni üzüm plantasiyalarının salınması üçün icarəyə verilməsindən 17 (on yeddi) ildən çox vaxt keçməsinə baxmayaraq, İddiaçı orada üzüm bağları salmamış və bu məqsədlə ümumiyyətlə heç bir iş görməmişdir. - İşdə olan Cavabdeh başçısı aparatının hüquq şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-43/2-2645/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati məhkəməsinin icraatında olan, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 saylı və xx.xx.2023-cü il tarixli sərəncamlarının ləğv olunması” barədə iddia tələbilə 1 (120)-1565/2023 saylı inzibati iş vardır. İşin materiallarında olan Füzuli RİHB-nın müavini, Sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin xx.xx.2019-cu il tarixli, 02/79 nömrəli məktubunda bəhs olunan İddiaçı ödənilməsi nəzərdə tutulmuş 17000 manat kompensasiyanın ona ödənilib-ödənilməməsi barədə məhkəməyə məlumat verilməsi xahiş olunmuşdur. Hənifə Quliyev 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət edərək oğlunun icarəsinə verilmiş 170 ha torpaq sahəsinin "xxxx" MMC tərəfindən zəbt olunduğunu bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Sözügedən müraciət Cavabdehndə araşdırılmışdır. Araşdırılma aparılan zaman ilkin mərhələdə sözügedən ərazinin "xxxx" MMC-yə veriləcək əraziyə aid olduğu hesab edildiyindən RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin xx.xx.2019-cu il tarixli, 02/79 nömrəli məktubda “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlara uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 97s nömrəli sərəncamı ilə Aqropark yaradılması üçün rayon inzibati ərazisində yerləşən 10 h nömrəli qış otlaq sahəsindən 500 ha, 11 h nömrəli qış otlaq sahəsində isə 2200 ha olmaqla cəmi 2700 ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilməklə təyinatı dəyişdirilərək dövlət ehtiyyat fondu torpaqlarına keçirildiyinə görə həmin torpaq (2700 ha) sahəsinin Aqroparkın istifadəsinə verilməsi ilə bağlı sənədləşdirmə işləri başa çatdıqdan sonra, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 15 nömrəli sərəncamı ilə Aqropark yaradılması üçün "xxxx" MMC-nin istifadəsinə verildiyinə görə icarə müqaviləsinə xitam verildiyi bildirilmişdir. Lakin sonradan xərtə üzrə yerində koordinatlarla dəqiqləşdirmə işləri başa çatdığı üçün H.Quliyevin icarəsinə verilmiş torpaq sahəsinin sözügedən əraziyə aid olmadığı müəyyən edilmişdir. Buna görə də İddiaçı icarəsinə verilmiş 170 ha torpaq sahəsinin "xxxx" MMC-yə verilmiş torpaq sahəsinə daxil olmadığına görə ona hesablanmış 17000 manat kompensasiya ödənilməmişdir. Əlavə olaraq məlumat üçün bildiririr ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına Dövlət Proqramı”nın (2004-2008-ci illər) icra edilməsi haqqında” xx.xx.2014-cü il tarixli 24 nömrəli fərmanı və “qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 298 nömrəli sərəncamı ilə bağlı Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 232 nömrəli sərəncamı ilə təsdiq olunmuş tədbirlər planında Füzuli rayonunda meyvə-tərəvəzin istehsalı və ilkin emalı sexlərinin tikintisi və emalı nəzərdə tutulmuşdur. Qeyd olunan sərəncamı rəhbər tutaraq Füzuli rayonun inzibati ərazisinin “Haramı” adlanan sahəsinin 6h nömrəli qış otlağında 400 ha və 10h nömrəli qış otlaqda 300 ha torpaq sahəsinin kateqoriyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 47s nömrəli sərəncamı ilə dəyişdirilmişdir. İddiaçı icarəsinə verilmiş 170 ha torpaq sahəsi məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 47s nömrəli sərəncamı ilə kateqoriyası dəyişdirilmiş torpaq sahələrinə daxildir. "xxxx" MMC-yə verilmiş 2700 ha torpaq sahəsi isə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 97s nömrəli sərəncamı ilə kateqoriyası dəyişdirilmiş torpaq sahələrinə daxildir. -İşdə olan xx.xx.2023-cü il tarixli,********** nömrəli qəbzdən görünür ki, İddiaçı 1292,00 manat dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı ödəmişdir. -İş üzrə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı 13 fevral 2024-cü il tarixli 3-22-2/2-302/2024 nömrəli məktubunda göstərilmişdir ki, Cavabdeh 2005-ci il 5 iyul tarixli 46 saylı sərəncamına əsasən İddiaçı icarəsinə verilmiş 170 hektar torpaq sahəsinə görə subsidiyanın ödənilməsi ilə bağlı məlumatların təqdim edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığı sorğuya Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində baxılmışdır. “Elektron kənd təsərrüfatı” informasiya sistemində olan məlumatlara əsasən vətəndaş İddiaçı həmin torpaq sahəsində həyata keçirdiyi əkinlərə görə 2020ci ildə 68000 (altmış səkkiz min) manat, 2021-ci ildə 31800,01 (otuz bir min səkkiz yüz manat bir qəpik) manat, 2022-ci ildə 35700 (otuz beş min yeddi yüz) manat və 2023-cü ildə isə 37400 (otuz yeddi min dörd yüz) manat subsidiya ödənilmişdir. - İşdə olan Cavabdeh başçısı aparatının hüquq şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2-279/2024 nömrəli məktubunda göstərilmişdir ki, Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə İddiaçı üzüm plantasiyalarının salınması məqsədilə 170 (yüz yetmiş) ha torpaq sahəsi icarəyə verilmişdir. İcarəçi İddiaçı həmin torpaqdan təyinatı üzrə istifadə etmədiyi üçün, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 07 saylı sərəncam ilə onunla bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. xx.xx.2016-cı il tarixdə, müxtəlif qurumları təmsil edən doqquz nəfərdən ibarət komissiya tərəfindən sözügedən torpaq sahəsinə dair baxış akt tərtib edilərək tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 07 saylı sərəncamının verilməsi üçün əsas, xx.xx.2016-cı il tarixli akt və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qəbul etdiyi qərar olmuşdur. - İşdə olan Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini cənab Elçin Yusubova ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2-278/2024 nömrəli məktubunda göstərilmişdir ki, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə İddiaçı üzüm plantasiyalarının salınması məqsədilə 170 (yüz yetmiş) ha torpaq sahəsi icarəyə verilmişdir, icarəçi İddiaçı həmin torpaqdan təyinatı üzrə istifadə etmədiyi üçün, Rayon icra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 07 saylı sərəncamı ilə onunla bağlanmış icarə müqaviləsi ləğv edilmişdir. İddiaçı Cavabdeh xx.xx.2017-ci il tarixli, 07 saylı sərəncamının ləğv olunması tələbilə Şirvan inzibati Məhkəməsində iddia qaldırmış və hazırda bu tələb üzrə 1(120)- 1565/2023 saylı inzibati iş məhkəmənin icraatındadır. Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə üzüm plantasiyalarının salınması məqsədilə icarəyə verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi üçün, İddiaçı barəsində tərtib edilmiş inzibati tənbeh tədbirləri barədə qərarın sürətini məhkəməyə təqdim etmək üçün RİH-ə verilməsinə göstəriş verməyi xahiş etmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-45/2-3752/2024 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən müraciətdə qeyd edilən İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, **********56 reyestr nömrəli çıxarış və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim olunur. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-9198/2024 nömrəli məktubunda göstərilmişdir ki, torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, **********56 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin təqdim olunması barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən müvafiq sənədlərin surətlərini təqdim etmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı 23 iyul 2024-cü il tarixli, **********785700 nömrəli məktubunda göstərilmişdir ki, fiziki şəxs İddiaçı Hənifə oğlu (VÖEN: **********) tərəfindən ödənilmiş icarə haqları barədə məlumatın təqdim edilməsi haqqında müraciətinə İqtisadiyyat Nazirliyi yanırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Vergi orqanında olan uçot məlumatlarına əsasən, fiziki şəxs İddiaçı Hənifə oğlu (VÖEN: **********) tərəfindən ödənilmiş icarə haqları barədə məlumat təqdim edilmişdir. - İşdə olan İddiaçı Hənifə oğlu (VÖEN: **********) tərəfindən ödənilmiş icarə haqları barədə məlumatdan görünür ki, İddiaçı Hənifə oğlu xx.xx.2023-cü ildə 1 292,0 manat, xx.xx.2024-cü ildə 646,0 manat xx.xx.2024-cü ildə 646,0 manat və xx.xx.2024-cü ildə 646,0 manat olmaqla cəmi 3246,0 manat icarə haqqı ödəmişdir. İşin hallarından müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2005-ci il tarixli 46a nömrəli sərəncamı ilə İddiaçı üzüm plantasiyaları salması məqsədilə uzunmüddətə-99 il müddətinə istifadə etmək üçün rayonun “Haramı” ərazisinin (Dövlət qış otlaq fondunun) 10h №-li hissəsindən 170,0 hektar torpaq sahəsi icarəyə verilmişdir v və aralarında xx.xx.2005-ci il tarixli, 46 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Füzuli İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 07 nömrəli sərəncamına əsasən, üzüm plantasiyalarının salınması üçün İddiaçı Füzuli RİHB-nın 05 iyul 2005-ci il tarixli 46-a nömrəli sərəncamı ilə rayonun ərazisindən icarəyə verilmiş 170 (yüz yetmiş) hektar torpaq sahəsi, icarəyə verilməsindən 11 (on bir) ildən çox vaxt keçməsinə baxmayaraq, İddiaçı orada üzüm plantasiyaları salmadığına və bu məqsədlə ümumiyyətlə heç bir iş görmədiyi barədə rayon komissiyası tərəfindən tərtib edilmiş 22 dekabr 2016-cı il tarixdə akt nəzərə alınmış, torpaqlardan təyinatına uyğun və maksimum səmərəli istifadə olunmasını təmin etmək məqsədilə Füzuli RİH-nın xx.xx.2005-ci il tarixli, 46a nömrəli sərəncamının qüvvədən düşməsinə, həmin sərəncamla üzüm plantasiyalarının salınması üçün İddiaçı icarəyə verilmiş 170 ha torpaq sahəsi, icarə müqaviləsindən 11 ildən çox vaxt keçməsinə baxmayaraq, orada üzüm plantasiyaları salmadığına və bu məqsədlə ümumiyyətlə heş bir iş görmədiyinə görə geri götürülmüş və onunla bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən etmişdir ki, Hənifə Quliyev 2019cu ilin mart ayında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət edərək oğlunun icarəsinə verilmiş 170 ha torpaq sahəsinin "xxxx" MMC tərəfindən zəbt olunduğunu bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Sözügedən müraciət Cavabdehndə araşdırılmışdır. Araşdırılma aparılan zaman ilkin mərhələdə sözügedən ərazinin "xxxx" MMC-yə veriləcək əraziyə aid olduğu hesab edildiyindən RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin xx.xx.2019-cu il tarixli, 02/79 nömrəli məktubda “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlara uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 97s nömrəli sərəncamı ilə Aqropark yaradılması üçün rayon inzibati ərazisində yerləşən 10 h nömrəli qış otlaq sahəsindən 500 ha, 11 h nömrəli qış otlaq sahəsində isə 2200 ha olmaqla cəmi 2700 ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilməklə təyinatı dəyişdirilərək dövlət ehtiyyat fondu torpaqlarına keçirildiyinə görə həmin torpaq (2700 ha) sahəsinin Aqroparkın istifadəsinə verilməsi ilə bağlı sənədləşdirmə işləri başa çatdıqdan sonra, Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 15 nömrəli sərəncamı ilə Aqropark yaradılması üçün "xxxx" MMC-nin istifadəsinə verildiyinə görə icarə müqaviləsinə xitam verildiyi bildirilmişdir. Lakin sonradan xərtə üzrə yerində koordinatlarla dəqiqləşdirmə işləri başa çatdığı üçün H.Quliyevin icarəsinə verilmiş torpaq sahəsinin sözügedən əraziyə aid olmadığı müəyyən edilmişdir. Buna görə də İddiaçı icarəsinə verilmiş 170 ha torpaq sahəsinin "xxxx" MMC-yə verilmiş torpaq sahəsinə daxil olmadığına görə ona hesablanmış 17000 manat kompensasiya ödənilməmişdir. İş materiallarından aydın olur ki, İddiaçı mübahisələndirilən torpaq sahəsi qaytarılmış və bu günə kimi də həmin torpaq sahəsi iddiaçının istifadəsindədir, adına çıxarış əldə etmiş, hal-hazırda da subsidiya alır. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, Füzuli İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 07 nömrəli sərəncamı ilə üzüm plantasiyalarının salınması üçün İddiaçı Füzuli RİHB-nın 05 iyul 2005-ci il tarixli 46-a nömrəli sərəncamı ilə rayonun ərazisindən icarəyə verilmiş 170 (yüz yetmiş) hektar torpaq sahəsi, icarəyə verilməsindən 11 (on bir) ildən çox vaxt keçməsinə baxmayaraq, İddiaçı orada üzüm plantasiyaları salmadığına və bu məqsədlə ümumiyyətlə heç bir iş görmədiyi barədə rayon komissiyası tərəfindən tərtib edilmiş 22 dekabr 2016-cı il tarixdə akt nəzərə alınmış, torpaqlardan təyinatına uyğun və maksimum səmərəli istifadə olunmasını təmin etmək məqsədilə Füzuli RİH-nın xx.xx.2005-ci il tarixli, 46a nömrəli sərəncamının qüvvədən düşməsinə, həmin sərəncamla üzüm plantasiyalarının salınması üçün İddiaçı icarəyə verilmiş 170 ha torpaq sahəsi, icarə müqaviləsindən 11 ildən çox vaxt keçməsinə baxmayaraq, orada üzüm plantasiyaları salmadığına və bu məqsədlə ümumiyyətlə heç bir iş görmədiyinə görə geri götürülmüş və onunla bağlanmış icarə müqaviləsinə xitam verilməsi barədə məlumat öz əksini tapsa da, sonradan Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 28 nömrəli sərəncam təqdim edərək göstərmişdir, Füzuli RİHB-nın xx.xx.2017-ci il tarixli 07 nömrəli sərəncamında qismən düzəliş edilərək, sərəncamın təsviri hissəsinin birinci, ikinci, üçüncü abzaslarında və Qərar hissəsinin ikinci və üçüncü bəndlərində yazılmış, 170,0 rəqəmləri 110,0 (bir yüz on) rəqəmləri ilə əvəz olunması qərara alınmışdır. Belə ki, Füzuli İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 07 nömrəli sərəncamı üzrə İddiaçı Füzuli RİHB-nın 05 iyul 2005-ci il tarixli 46-a nömrəli sərəncamı ilə rayonun ərazisindən icarəyə verilmiş 170 (yüz yetmiş) hektar torpaq sahəsi deyil, 110 (bir yüz on) ha torpaq sahəsinin geri götürülməsi və onunla bağlanmış icarə müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Bununla Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli 28 nömrəli sərəncamı ilə düzəliş edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Republikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin: 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqaviləəsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 2-ci bəndinə əsasən, icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 3-cü bəndinə əsasən, icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 4-cü bəndinə əsasən, icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 7-ci bəndinə əsasən, icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, -75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; -75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 1-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isətorpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsi torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə əsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtında əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Digər tərəfdən, hazırkı işə münasibətdə nəzərə alınmamışdır ki, Torpaq Məcəlləsinin XİV və XV fəsilləri torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını vəəsaslarını tənzimləyən xüsusi normaları təsbit edir. Həmin normaların və oxşar münasibətləri tənzimləyən digər qanunvericilik müddəalarının bununla bağlı birbaşa göstərişlərini nəzərə almadan Qanunun 48-ci maddəsinin 4-cü bəndinə mücərrəd istinad isə son nəticədə həmin normanın real məzmununun təhrifinə səbəb olmuşdur. Göründüyü kimi, qanunvericiliklə torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsi nəzərdə tutulmuşdur. Lakin, hazırkı işin hallarından məlum olur ki, iddiaçı tərəf torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Bununla bağlı cavabdeh olan Cavabdeh məhkəməyə müraciət etmək əvəzinə icarə müqaviləsini iddiaçının iradəsinə zidd olaraq birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz qərar qəbul etmişdir. Belə olan halda Cavabdeh müvafiq qərarı qəbul etməyə səlahiyyətli olmamışdır. Hazırkı iddianın predmetini təşkil edən inzibati akt – Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamı cavabdeh tərəfindən hazırkı qərarın 30-cu bəndində qeyd olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, həmin sərəncam qəbul olunan zaman cavabdeh inzibati icraat barədə, eləcə də inzibati akt qəbul edilməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş, bu barədə onların mülahizələrini dinləməmişdir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh müvafiq sərəncamı qəbul etməyə səlahiyyətli olmadan onun tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamı ləğv edilsə belə, bu tərəflər arasında bağlanmış torpaq sahəsi barədə icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. -719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. -721.1 -ci maddəsinə əsasən, əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər. Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamının ləğv edilməsi “İnzibati İcraat haqqında” Qanunun tələblərinə uyğun olmamaqla iddiaçının hüquq və səlahiyyətlərinin pozulmasına yönəlmiş, bununla da – inzibati orqanın qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olmaması ilə bağlı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyinə də zidd olmuşdur. Belə ki, Mülki və Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan maddələrindən görünür ki, qeyd olunan halda icarə hüququna məhkəmə qaydasında xitam verilməli olması birmənalı olaraq təsbit edilmişdir. Həmin halda belə, icarə ilə bağlı hüquqlara xitam verilməsi haqqında qərarın, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra, tədbirlər görülmədikdə qəbul edilməsi müəyyən edilmişdir. Hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamının ləğv edilməsi iddiaçı tərəfin ehtimad hüququnu pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1 -ci maddəsinəəsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinəəsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinəəsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki vəya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərəəsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Sadalanan maddi hüquq normalarının tələbinə görə fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından, artıq bağlanmış 2005-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Füzuli İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 46 nömrəli sərəncamına əsasən, 99 il müddətinə 110 ha torpaq sahəsi İddiaçı üzüm plantasiyalarının salınması məqdəsilə istifadəyə icarəyə verilməsi nəzərdə tutulduğundan inzibati orqanın inzibati praktikasına əsasən iddiaçının etimadı qanunla qorunmalıdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati İcraat Haqqında” Qanunun, “Torpaq Məcəlləsi”nin tələbləri kobud şəkildə pozulmuş və qanunvericilik tərəfindən müvafiq səlahiyyət verilmədiyi halda, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuş inzibati akt qəbul edilmişdir. Məhkəmə hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Odur ki, məhkəmə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamının qanunsuz və əlverişsiz inzibati akt olması qənaətinə gəlir. Cavabdeh hazırkı iş üzrə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamını qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, İddiaçı inzibati icraatda iştirakını təmin etməmiş, onun mülahizələrini dinləməmiş, qəbul etdiyi sərəncamda mübahisəli torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Hal-hazırda mübahisəli torpaq sahəsi iddiaçının istifadəsindədir, icarə haqqı vaxtlı-vaxtında ödənmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclas zalında iddiaçı barəsində icraat aparılması və icraat aparılan zaman iddiaçının iştirakının təmin edilməsi barədə iş materiallarına buna dair heç bir sübut təqim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə və inzibati aktlardan görünür ki, iddiaçı özü məhz 110 ha torpaq sahəsindən üzüm plantasiyalarının salınması məqsədilə məhz özünün istifadə etməsi üçün razılığa gəlmiş və buna görə müvafiq müqavilə imzalayaraq icarə haqqlarını ödəmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncam (inzibati akt) inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edildiyindən “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbinə əsasən ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X3rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM-70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamının 110 ha hissəsində ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 07 nömrəli sərəncamı (110 ha hissədə) ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar