Məhkəmə qərarları › İş №2-1(120)-1864/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1864/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1864/2024 10.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Cavabdeh qarşı “Neftçala şəhəri, Nizami küçəsində zəbt olunmuş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin X6 üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Cavabdeh qarşı “Neftçala şəhəri, Nizami küçəsində zəbt olunmuş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin X6 üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Neftçala rayon İcra Hakimiyyəti və Neftçala Bəllədiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin (bundan sonra - Agentlik) mütəxəssisləri Neftçala Rayon İcra Hakimiyyətinin 10 fevral 2023-cü il tarixli 5-67/2-48/2023 nömrəli məktubu ilə daxil olmuş məlumat əsasında Neftçala şəhəri, Nizami küçəsində Cavabdeh tərəfindən özbaşına tikinti işlərinin apardığını aşkarlanmışdır. Bununla bağlı, 28 fevral 2023-cü il tarixində Agentliyin mütəxəssisləri tərəfindən Neftçala Rayon İcra Hakimiyyətin nümayəndələrinin iştirakı ilə qeyd olunan torpaq sahəsində keçirilən texniki baxış nəticəsində obyektin tikintisi bələdiyyəyə məxsus torpaq sahəsində aparıldığını, habelə obyektdə dam örtüyünün və yan divarlarının quraşdırılması ilə tikinti işlərinin başa çatması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı bildiririk ki, tikintisi başa çatmış tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində oian torpaq sahəsində inşa edildikdə onun sökülməsi Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1ci maddəsi ilə müəyyən edilir. Bu zaman, yan divarların və dam örtüyünün mövcudluğu, Agentlik tərəfindən məhkəməyə müraciət edilməsini zəruri edir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.2-ci və 95.3-cü maddəsinə əsasən Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Digər hallarda isə müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə uyğun olaraq tikintiyə dövlət nəzarəti zamanı obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılması, inşaat konstruksiyalarının yararlılığı, tikintinin təhlükəsizliyinin təmin olunması, habelə şəhərsalma və tikinti fəaliyyəti subyektlərinin öz vəzifələrini lazımi qaydada icra etmələri yoxlanılır. Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsi ilə sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların, təhlükəsizliyin və şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci, 95-ci və 97-ci maddələrində (yuxarıda qeyd olunan) “müvafiq icra hakimiyyəti orqam”nın səlahiyyətlərini Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydalarının 1.3-cü bəndinə uyğun olaraq Nazirlik öz səlahiyyətlərini Nazirliyin Tikintidə X2 Agentliyi və həmin Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirir. Həmin Qaydaların 2.1.1-ci maddəsinə əsasən tikintisinə Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi aidiyyəti icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülür. Həmin Qaydaların 5-ci hissəsinə əsasən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 -ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək — onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 10.4-cü bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilənləri nəzərə alaraq Neftçala şəhəri, Nizami küçəsində zəbt olunmuş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh, üçüncü şəxslər Neftçala rayon İcra Hakimiyyətinin və Neftçala bəllədiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh, üçüncü şəxslər Neftçala rayon İcra Hakimiyyətinin və Neftçala bəllədiyyəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Neftçala Rayonu İcra Hakimiyyətinin Başçısı aparatının Memarlıq və Tikinti şöbəsinin rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları” na əsasən əraziyə baxış zamanı, Neftçala şəhəri sakini Cavabdeh tərəfindən Neftçala şəhəri Nizami küçəsi ünvanında yerləşən torpaq sahəsində mövcud qeyri-yaşayış obyektinin (dərzi sexi) arxa hissəsinin 12 m2 artırılması aşkar edilmiş, vətəndaşa tikinti işlərinin dayandırılması ilə bağlı müvafiq xəbərdarlıq edilmiş, ayrı-ayrı tarixlərdə akt yazılmışdır. Qeyd olunan tikinti işləri zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 395-ci maddəsinin tələbləri ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulduğu üçün qanunamüvafiq tədbirlərin görülməsi məqsədəmüvafiqdir. İş materiallarında olan Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi X7, Neftçala rayonu İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi X8, nümayəndəliyin mühəndisi X9, Neftçala bələdiyyəsinin sədr müavini X4 və obyektin sahibi Neftçala şəhər sakini X5 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış aktının surətindən görünür ki, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi QaydalaıT’nın tələblərinin təmin edilməsi ilə əlaqədar tərəfimizdən Neftçala şəhəri Nizami küçəsi ünvanda təkrar olaraq vətəndaş Cavabdeh tərəfindən inşa edilən dərzi sexinin artırılması qeyri yaşayış obyektə baxış keçirdik. Müəyyən olundu ki, vətəndaş tərəfindən eni 3 metr uzunluğu 4 metr hündürlüyü orta hesabla 2,8 metr , birməıləbəli dam örtüyü şiferlənmiş vətəndaş tərəfindən qanunsuz olaraq qeyri yaşayış obyekti tikilmişdir. Vətəndaşa izah edildi ki, inşa etdiyi obyektin tikintisi qanunsuzdur və o 5 gün müddətində lazımı sənədləri təqdim etməlidir. Əks halda obyektin sökülməsi barədə tədbir görüləcəkdir. İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyətinin başçısının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-67/2-48/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları” nın tələblərinin təmin edilməsi ilə əlaqədar Neftçala rayonu ərazisində icazəsi tələb edilən tikinti obyektlərinin qeyri-qanuni inşası ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edilərək qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı ygnında yaradılmış ‘‘Tikinti obyektlərinin inşasına nəzarət Komissiyası” nın xüsusi işçi qrupu tərəfindən komission qaydada reyd keçirilərkən ünvan 2 ünvanında yaşayan Cavabdeh tərəfindən Neftçala şəhəri Nizami küçəsində yerləşən Dərzi sexinin arxa hissəsinin 12 kv.mctr artırılaraq qanunsuz inşa edilməsi aşkar edilərək sənədləşdirilmişdir. Qeyri qanuni inşa edilmiş həmin tikinti obyektinun sökülməsi ilə bağlı müvafiq tədbirlər görülməsinə göstəriş verməyi xahiş etmişdir. İş materiallarında olan Neftçala rayonu İcra Hakimiyyəti başçısının Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-67-112-32/24 nömrəli məktubunda qeyd edilmişdir ki, Neftçala şəhəri Nizami küçəsi ünvanda yerləşən qeyriyaşayış obyekti (dərzi sexi) hal-hazırda fəaliyyətdədir. İş materiallarında olan Neftçala rayonu İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-67/2-559/2024 nömrəli məktubundan görünür ki, Neftçala şəhəri Nizami küçəsində vətəndaş Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikili barədə tərəfimizdən Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə xx.xx.2023-ci il tarixli, 5-67/2-48/2023 nömrəli məktub ünvanlanmışdır. Bildiririk ki, Neftçala Rayon İcra Hakimiyyətindən vətəndaşa tikintiyə icazə, istismar aktı, razılıq aktı və s. sənəd verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 25 yanvar 2024-cü il tarixli və 16 aprel 2024-cü il tarixli, 2- 1(120)-1864/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq, tikilinin sökülməsi və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı cavabdehə ilkin müraciət etməsi ilə əlaqədar sübutları təqdim etməmişdir. İddiaçıya məhkəmə prosesləri zamanıda qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı tikilinin sökülməsi və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə ilkin müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin iş materiallarının araşdırılması zamanı məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı cavabdehə ilkin müraciət edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddianın məhkəmə xərclərinin ödənilməsi hissəsi ilə bağlı da tələbin həmin hissəsi ortalıqda çəkilmiş (çəkiləcək) xərcin konkret səbəbi və dəqiq məbləği olmaması baxımından ehtimala və gələcəkdə mümkün ola biləcək hesablamalara söykəndiyindən, habelə bununla bağlı cavabdehə ilkin müraciət edilərək münasibət öyrənilmədən mahiyyəti üzrə araşdırılması inzibati məhkəmə icraatının prinsiplərinə ziddir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Cavabdeh qarşı “Neftçala şəhəri, Nizami küçəsində zəbt olunmuş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin X6 üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin Cavabdeh qarşı “Neftçala şəhəri, Nizami küçəsində zəbt olunmuş bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması nəticəsində yan divarlarının və dam örtüyünün tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq cavabdehin hesabına sökülməsi öhdəliyinin X6 üzərinə qoyulması, həmçinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin müəyyən edilərək dövlət nəfinə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar