Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1864/2025 06.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon X8 hüquqi şəxsinə qarşı “mərhum həyat yoldaşı xx.xx.1955-ci təvəllüdlü X3 ölümünə dair tibbi şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Cəbrayıl rayon X8 hüquqi şəxsinə qarşı “mərhum həyat yoldaşı xx.xx.1955-ci təvəllüdlü X3 ölümünə dair tibbi şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş, sоnuncuyа iddiаyа qаrşı öz münаsibətini (еtrаzını) yаzılı şəkildə məhkəməyə bildirmək, həmçinin, еtirаzı əsаslаndırаn sübutlаrın məhkəməyə təqdim оlunmаsı üçün müddət təyin оlunmuşdur. İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İddiaçı və cavabdeh Cəbrayıl rayon X8 hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci ildə X9 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 övladı olmuşdur. Cəbrayıl rayonundan məcburi köçkün düşmüşlər. Müvvəqəti Bakı şəhərində yaşayırlar. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı X9 vəfat etmişdir. Dəfələrlə Cəbrayıl rayon X8 Hüquqi Şəxsinə, Cəbrayıl rayon qeydiyyat şöbəsinə və Asan xidmətə mürciət etsə də ölüm haqqında tibbi şəhadətnamə ala bilmir. Hal-hazırda ölüm haqqında şəhadətnamənin verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanların nəzərə alınaraq iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Təcili və X7 stansiyasının xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X9 17 aprel 2024-cü il tarixdə həkiməqədər ölmüşdür. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X12 iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 280 nömrəli məktubunda qeyd edilmişdir ki, X9 xx.xx.2024-cü il tarixdə Cəbrayıl şəhərində aparılan tikintidə işlədiyi vaxt vəfat etmiş, onun meyidi “Cəbrayıl RMX”-nın morquna gətirilmiş, Cəbrayıl Rayon Prokurorluğunun əməkdaşları ilə Məhkəmə Tibb Eksperti tərəfindən müayinə olunmuşdur. Bundan başqa X3 ölümü ilə bağlı müəssisəmizdə heç bir məlumat yoxdur. Ədliyyə Nazirliyi 5 Saylı Bakı “Asan Xidmət” X2 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi X3 ölümünün qeydə alınması ilə bağlı xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirilir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Cəbrayıl rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli, № 24-3-2-2-411-0236-7 qeydiyyat nömrəli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Toplanmış 2CXO-12 (30c-24) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cəbrayıl Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü Sarıcallı kənd sakini olmuş, mərhum X9 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Əsas: Cəbrayıl RİHB-nin Sarıcallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 fevral 2025-ci il tarixli 29 nömrəli və “Bakı şəhər Təcili və X7 Stansiyası” PHŞ, 12 saylı bölməsini xx.xx.2024- cü il tarixli arayışları əsasında. Cəbrayıl Rayon Prokurorluğunun məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş məktubunda qeyd edilmişdir ki, X3 16 aprel 2024-cü il tarixdə “həkiməqədər ölüm” diaqnozu ilə Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə daxil olmuş məlumat əsasında Cəbrayıl rayon prokurorunun köməkçisi, araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Cəbrayıl rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X4 tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Cəbrayıl rayon prokurorunun köməkçisi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə tərtib edir həmin protokolu ondan ötrü ki, Cəbrayıl rayon prokurorluğunun müstəntiqi, Azərbaycan Respublikası MTE və PA X14 şəxsin İmişli rayon şöbəsinin rəisinin iştirakları ilə, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən morqda mərhum X3 meyitinə tərəfindən baxış keçirilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 212 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:15 radələrində Cəbrayıl rayon X1 şəhərində açılmış ASM bölməsinə gələn şəxs tikinti şöbəsində yoldaşlarının birinin ürəyində ağrı olduğunu bildirmiş həmin tarixdə Cəbrayıl ASM bölməsində növbədə olan X15 xəstə xx.xx.1955-ci il təvəllüdlü X3 yanına getmiş müayinə etmiş və “Gərginlik Stenokardiyası (kliniki)” diaqnozu qoymuşdur. Aşağıda göstərilən yardımı etmişdir. Analgin 2ml, dimedrol 1ml əzələ daxili drotoverin 2ml əzələ daxilinə aspirin verdikdə xəstə X9 həmin dərmana qarşı allergiyası olduğunu bildirərək qəbul etməkdən imtina etmişdir. xx.xx.2024-cü il tarixdə 15:55 radələrində 1-ci çağrış verməyə gələn şəxs yenidən gəlmiş, xəstəni “Füzuli RMX”-na gedərkən yolda xəstənin vəziyyətinin ağırlaşmasını bildirmişdir. X15 hadisə yerinə getmiş, Cəbrayıl rayon Şükürbəyli kəndi ərazisində X5 öz şəxsi maşınının arxa oturacağında oturmuş vəziyyətdə, müayinə etdiyi zaman “Həkiməqədər ölüm” faktı aşkarlamışdır. Diaqnoz: “Həkiməqədər ölüm” kişi cinsli meyid. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkəti qanuna zidddir və iddiaçının hüquqlarını pozur (İPM-in 34.1 -ci maddəsi). Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının həyat yoldaşı (əri) X9 xx.xx.2024-cü ildə “həkiməqədər ölüm” diaqnozu ilə Cəbrayıl RMX-ya daxil olmuş və ürək tutması nəticədə vəfat etmişdir. İddiaçı mərhum həyat yoldaşının (ərinin) ölümünün qeydə alınması məqsədilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etməsinə baxmayaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41. Patoloji-anatomik yarma Patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər. Ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında rəy ölənin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, eləcə də zəruri hallarda hüquq mühafizə orqanlarına verilir. Ölənin ailə üzvləri, onlar olmadıqda isə yaxın qohumları və ya qanuni nümayəndələri müvafiq profilli mütəxəssisi onun razılığı ilə patoloji-anatomik yarmanın aparılmasında iştirak etmək üçün dəvət edə bilərlər. Onların tələbi ilə qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə-tibb ekspertizası keçirilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.14. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 8.1. ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.1. ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.14. ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X7 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir (4.5.). Şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 (üç) nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir (4.8). Həmin Qaydanın 4.4-cü bəndinə əsasən, aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Göründüyü kimi, iddiaçının həyat yoldaşı (əri) X9 xx.xx.2024-cü ildə “həkiməqədər ölüm” diaqnozu ilə ürək tutması nəticədə vəfat etmişdir. Şəxsin ölməsi faktını Təcili və X7 stansiyasının xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsi, cavabdeh “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X12 iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 280 nömrəli məktub, Cəbrayıl Rayon Prokurorluğunun cinayət işinin başlanması rədd edilməsi haqqında qərarı və xx.xx.2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokol sübut edir. Beləliklə də, məhkəmə işin faktiki və hüquqi əsaslarını birgə təhlil edərək belə nəticəyə gəlir ki, X3 ölüm vaxtı və səbəbi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Və iddiaçının tələbi təmin olunmaqla onun əri X6 dair ölüm haqqında tibbi şəahdətnamənin verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin: 2.2.3-cü maddəsinə əsasən,iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) məhkəmədə iddia qaldıra bilər. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. xx.xx.1955-ci il təvəllüdlü X6 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon X8 hüquqi şəxsin üzərinə qoyulmalıdır. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 2, 68, 69, 73, 75 və 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X6 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon X8 hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1864/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1864/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver