Məhkəmə qərarları › İş №2-1(120)-1865/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1865/2023

15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1865/2023 15.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra sosial adaptasiya ilə əlaqədar ona birdəfəlik müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Hüseynov X1 şəhəri, M.Aranlı küçəsi, ev 110 ünvanda qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı cəza çəkməkdən azad edilmiş şəxs kimi ödənilməli olan birdəfəlik pul müavinətinin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh 06 sentyabr 2022-ci il tarixli, **********1 nömrəli məktubla imtina etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cəzaçəkmə müəsissəsindən azad edildikdən sonra sosial adaptasiya ilə əlaqədar birdəfəlik müavinət təyin edilməsindən ötrü Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Qarabağ regioanl filialına rəsmi olaraq müraciət etmişdir. Belə ki, “Penitensiar müəsissələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllük prinsiplərinə əsaslanır. Həmin qanunun 5.1ci maddəsinə əsasən cəza çəkməkdən azda edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirlər öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin qanunun 5.4-cü maddəsinə görə cəza çəkməkdən azda edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir. Lakin cəza çəkməkdən azda edilmiş şəxslərin sosial adaptasiyası ilə əlaaqədar qanunun tələbləri ona münasibətdə yerinə yetirilməmiş və onun sosial adaptasiya ilə bağlı heç bir əlaqələndirmə işləri icra edilməmişdir. Belə ki, xx.xx.2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhər Məhkəməsinin hökmü ilə 17 il 11 ay müddətə azadlıqdan məhrum etmə çəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə cəza müddətinin başa çatması ilə əlaqədar cəzaçəkmə müəsissəsindən azad edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respubliaksına qayıtdıqdan sonra birdəfəlik sosial müaviət təyin edilməsi üçün dəfələrlə DSMF Ağcabədi şöbəşinə müraciət edərək, ərizənin qeydə alınması və müvafiq sənədləşmə işləri apdrımasını xahiş etmiş, həmin zaman ondan Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi tələb edilmişdir. Onun şəxsiyyət vəsiqəsi olmadığını və polis şöbəsi tərəfindən vəsiqə verilməməsini bildirsə də DSMF tərəfindən heç bir əlaqələndirmə işləri aparılmamışdır. Ağcabədi rayon polis şöbəsi ilə heç bir əlaqə saxlnaılmamış və ona vəsiqə verilməsi üçün heç bir köməklik edilməmişdir. xx.xx.2021-ci ildən 2022-ci ilin avqust ayının əvvəlinə kimi dəfələrlə müraciət etməyinə baxmayaraq ona şəxsiyyət vəsiqəsi verilməmiş, müxtəlif dövlət və hökumət orqanlarına şikayət etdikdən sonra 2022-ci ilin avqust ayında vəsiqə təqdim edilmişdir. Vəsiqə ona verildiyi tarixdən də cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Qarabağ regioanl filialına rəsmi olaraq müraciət etmiş, lakin həmin filiala lazım olan bütün sənədləri təqdim etsə də onun müraciətinə 06 sentyabr 2022-ci il tarixdə və təktar müraciətinə isə 06 noyabr 2022-ci il tarixlərdə imtina məktubları göndərmişdir. Cavabdeh imtinasında “Penitensiar müəsissələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddətinin bir ildir və müəyyən edilmiş müddəti ötürmüşdür. Halbuki qeyd etdiyi kimi məzh onun ərizəsi şəxsiyyət vəsiqəsi olmadığından DSMF Ağcabədi şöbəsi tərəfindən qəbul edilməmiş və qanunla müəyyən edilmiş müddət onların təqsiri ucbatından qeydiyyata alınmamışdır. Çünki sənədlərini təqdim edərkən vəsiqə ilə təmin edilməyinə köməklik etmələrini xahiş etsə də ona heç bir köməklik edilməmiş, naəhayət özü çox çətinliklə də olsa vəsiqə əldə etmişdir. Vəsiqəsindən də görünür ki, həmin vəsiqə xx.xx.2022-ci tarix qeyd edilməklə ona verilmişdir. Çox ağır spsial vəziyyətdə, həm də xəstə halda yaşayır. Ətrafında ona baxan və yardım edən heç bir yaxını və ailə üzvü yoxdur. Üstəlik də Cəzaçəkmə müəsissəsindən gəldikdən sonra baş vermiş hadisə ilə əlaqədar ayağı sınmış və hal hazırda da baxımsız vəziyyətdədir. Qoltuq ağacı vasitəsilə yeriyir və heç bir yerdə işləmir. Onun müalicə olunmağa görə də həmin müavinətin verilməsinə ehtiyacı vardır. Lakin göründüyü kimi cavabdeh orqan tərəfindən bir insan bir vətəndaş kimi heç bir hüququ təmin edilmir, bu isə onu həyatını risk altında qoyur. Cəzaçəkmə müəsissəsindən azad edildikdən sonra sosial adaptasiya ilə əlaqədar ona birdəfəlik müavinət təyin edilməsi və ödənilmısi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə sosial adaptasiya müddətinin 1 il olduğu və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi ilə müəyyən edilmiş müddətin iddiaçı tərəfindən ötürüldüyü üçün ona sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edirik ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********1 “sosial müavinətin təyin edilməsindən imtina olunması haqqında” məktubu qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Bu Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Sözügedən Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sözügedən Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Eyni zamanda bildiririk ki, həmin Qanunun 14.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial vardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. İddiaçı təqdim etdiyi X4 üzrə Cəzaların İcrası Federal Xidməti İdarəsinin № 032546 saylı arayışına əsasən Moskva şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə İddiaçı 17 il 11 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Məlumat üçün bildiririk ki, iddiaçı birdəfəlik müavinətin təyin olunması üçün xx.xx.2022- ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialına müraciət etmişdir. Sözügedən Qanunun 1.0.3cü maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası - penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemidir. Çünki nəzərə alınmalıdır ki, penitensiar müəssisələrdən buraxılmış şəxslər sosial cəhətdən həssas əhali kateqoriyasına daxil olduqları, müəyyən müddət ərzində cəmiyyətə adaptasiya olunmaq ehtiyacı duyduqları üçün dövlət həmin kateqoriyadan olan şəxslərə qeyd olunan 1 illik müddət ərzində güzəştlər müəyyənləşdirib. Sosial adaptasiya müavinəti almağa hüquq da bu güzəştlərdən biridir. Qeyd olunanlara əsasən bildiririk ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ötürüldüyü, eyni zamanda İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəd ona xx.xx.2022-ci il tarixdə verildiyi üçün sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, üzrlü səbəblərdən onun iştirakı olmadan iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olsa da, ancaq əsaslı deyil. Belə ki, iddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, ünvan 1-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağcabədi rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 42/129-17306 nömrəli arayışından görünür ki, ünvan 1-da qeydiyyatda olan İddiaçı cəza müddətinin sona çatması ilə bağlı rayon polis şöbəsində qeydiyyata götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialından daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Təqdim etdiyiniz X4 üzrə Cəzaların İcrası Federal Xidməti İdarəsinin № 032546 saylı arayışına əsasən Moskva şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə sizə 17 İM 1 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixində cəza müddətinizin bitməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsindən azad edilmisiniz. Məlumat üçün bildiririk ki, birdəfəlik müavinətin təyin olunması üçün xx.xx.2022-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialına müraciət etmisiniz. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş müddət tərəfinizdən ötürüldüyü üçün sizə sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş müraciətinizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Məlumat üçün bildiririk ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsiərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslaria müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Təqdim etdiyi X4 üzrə Cəzaların İcrası Federal Xidməti İdarəsinin № 032546 saylı arayışına əsasən Moskva şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə sizə 17 il 11 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixində cəza müddətinin bitməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Məlumat üçün bildiririk ki, birdəfəlik müavinətin təyin olunması üçün xx.xx.2022-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialına müraciət etmiş, müraciəti ilə əlaqədar olaraq bildiririk ki, Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş müddət (1 il) tərəfinizdən ötürüldüyü üçün sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-38-33/2-4350/23 nömrəli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2021-ci il tarixdə girişi qeydə alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin (bundan sonra-cəza çəkməkdən azad edilmiş şəxslər) sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsindən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 3.1-ci maddəsinə görə, bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 7.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. 8-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. 9.1-9.2-ci maddələrinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.2003-cü il tarixli Rusiya Federasiyasının Moskva şəhər Məhkəməsinin hökmünə əsasən 17 il 11 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2003-cü il tarixdən xx.xx.2021-ci il tarixədək cəza çəkmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı məktubundan müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixli məktubla cavabdeh inzibati orqana hazırkı tələblə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinin tələbləri baxımından digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış vətəndaşlar 3 ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Ancaq iddiaçı qeyd olunan müddət ərzində qeydiyyata alınması üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət etməmiş və bununla da o, qanunvercilikdə nəzərdə tutulan müddəti ötürmüşdür. İddiaçı tələbinin əsas arqumenti kimi 2022-ci ilin avqust ayında şəxsiyyət vəsiqəsini aldığı üçün cavabdeh inzibati orqana gec müraciət etdiyini bildimişdir. Qeyd dilən hissə də məhkəmə araşdırma apararaq aşağıdakıları müəyyən etmişdir: - İş materiallarına əlavə edilən sənədlərə əsasən İddiaçı X4 üzrə Cəzaların İcrası Federal Xidməti İdarəsinin № 032546 saylı arayışına əsasən Moskva şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə İddiaçı 17 il 11 ay azadlıqdan məhrumetmə cəzası təyin edildiyi, xx.xx.2021-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar cəzaçəkmə müəssisəsindən azad edildiyi müəyyən olunur. - Məhkəmə sorğusuna cavab olaraq təqdim edilən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-38- 33/2-4350/23 nömrəli məktubundan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2021-ci il tarixdə girişi qeydə alınmışdır. - Məhkəmə sorğusuna cavab olaraq təqdim edilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 10183/2023 saylı məktubuna əsasən İddiaçı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi almaq barədə ərizəsi xx.xx.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinə daxil olduğu, lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş sənədi təqdim edə bilmədiyinə görə vəsatətinin icrası mümkün olmadığı, Sonradan İddiaçı daimi yaşayış yeri və şəxsi evi olmadığından şəxsiyyət vəsiqəsi ala bilməməsi barədə xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinə daxil olmuş təkrar müraciəti üzrə onun faktiki yaşayış yeri və digər ünvana qeydiyyata düşmək imkanları araşdırılmış və o, yaşayış yeri olmayan şəxs kimi sənədləşdirilərək xx.xx.2022-ci il tarixdə Ağcabədi “ASAN xidmət” mərkəzi tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı iddiaçıya 29 mart 2023-cü il və 22 may 2023-cü il tarixlərdə yardım məktubları ünvanlanmış, qanunvericiliyin tələbləri, eləcə də cavabdeh inzibati orqan tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciət müddətinin ötürülməsi ilə əlaqədar qəbul edilən imtina qərarlarının məhkəmədə mübahisələndirmək və iddia tələbinin dəqiqləşdirilməsi hüquqları, eləcə də ilk dəfə şəxsiyyət vəsiqəsinin alınması barədə müvafiq quruma xx.xx.2021-ci il tarixdə müraciət etməsinə baxçayaraq təkrar müraciətinin uzun müddət sonra (6 ay sonra) yəni xx.xx.2022-ci il tarixdə etməsinin səbəbləri barədə qeyd edilən hallara münasibət bildirməsi izah edilmiş, lakin iddiaçı tərəfindən yardım məktublarına münasibət bildirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddəsinə görə, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra sosial adaptasiya ilə əlaqədar ona birdəfəlik müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar