Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-187/2020 18.05.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün tərtib edilmiş yerqurluşu xəritəsinin iddiaçının istifadəsində olan AN 000879 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinə qarşı "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün tərtib edilmiş yerqurluşu xəritəsinin iddiaçının istifadəsində olan AN 000879 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2-1(086)-2596/2019 saylı qərardadı ilə "xxxx" MMC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2-1(120)-187/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinə qarşı "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün tərtib edilmiş yerqurluşu xəritəsinin iddiaçının istifadəsində olan AN 000879 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbi olduğu kimi saxlanılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi əsl cavabdeh Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs sırasından çıxarılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 13 mart 2007-ci il tarixli 31 saylı Sərəncamı ilə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Örüş, otlaq və biçənək sahəsinin istifadəyə və icarəyə verilməsi habelə istifadə edilməsi qaydaları haqqında” 15 mart 2000-ci il tarixli 42 nömrəli, “Qış otlaq sahələrindən istifadəsinin tənzimlənməsi barədə” 02 mart 2006-cı il tarixli 60 nömrəli Qərarlarını əsas tutaraq, Kürdəmir rayonun inzibati ərazisindəki 44 nömrəli “Sığırlı maslotrest yeri” adlanan sahədən 296 iki yüz doxsan altı) hektar qış otlaq sahəsi onun istifadəsinə (icarəsinə) verilmişdir. Sərəncama uyğun olaraq 17 mart 2007-ci il tarixdə onunla Kürdəmir rayon İcra Hakimiyyəti arasında 42 nömrəli “X4” bağlanmışdı və qeyd olunan ərazidən 296 (iki yüz doxsan altı) hektar torpaq sahəsi 15 (on beş) il müddətinə onun istifadəsinə (icarəsinə) verilmişdir. İcarəsinə verilmiş torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun olaraq Kürdəmir rayon İHB-nın xx.xx.2007-ci il tarixli 31 saylı Sərəncamına və tərəflər arasında bağlanmış 42 saylı İcarə müqaviləsinə əsasən 15 il müddətinə heyvandarlığın inkişafı məqsədi ilə dövlət qeydiyyatına, 15 may 2007-ci il tarixdə X5 kitabında 19 və 20 nömrə ilə uçota alınaraq A № 000879 və A № 000880 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri adına verilmişdir. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir və müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra edir. 2019-cu ilin may ayında ona məlum olmuşdur ki, icarəsində olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsi 2017-2018-ci illərdə "xxxx" MMC-nin icarəsinə verilmişdir və onların adına yerqurluşu xəritəsi hazırlanan zaman texniki uyğunsuzluq nəticəsində, onun qanuni istifadəsində olan 296.0 hektar torpaq sahəsinin 45.19 ha hissəsinin üzərinə "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsinə hazırlanmış yerqurluşu xəritəsi düşmüşdür. Bunu biləndən sonra əri qanuni nümayəndəsi X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin qəbulunda iki dəfə olub və hər iki dəfə Komitə sədri məsələni yerində araşdıraraq, "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsinə hazırlanmış yerqurluşu xəritəsinin texniki uyğunsuzluq nəticəsində səhvən onun icarəsində olan torpaq sahəsinin 45.19 ha hissəsinə vurulduğunu bildirərək, həmin hissədə "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsinə hazırlanmış yerqurluşu xəritəsinin ləğv edilməsi barədə əlaqədar sutrukturlara göstəriş vermişdir. Məsələnin araşdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələrindən ibarət komissiya yaradılmış və həyat yoldaşının iştirakı ilə ərazidə müvafiq ölçü işləri aparılmış və 01 iyul 2019-cı il tarixli Akt tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş **********90 nömrəli cavabdan göründüyü kimi, kameral qaydada araşdırma zamanı məlum olmuşdur ki, A № 000879 "Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən onun istifadəsində olan 296,0 ha torpaq sahəsinin 45,19 ha hissəsi "xxxx" MMC-nin (icarəsinə verilmiş) torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd olunan məktubda həmçinin göstərilmişdir ki, mövcud olan texniki uyğunsuzluğun aradan qaldırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarına müvafiq tapşırıq verilmişdir. Bundan əlavə cavabdeh təşkilatın aidiyyəti struktur bölmələrinə müraciət etmiş və struktur bölmələrindən alınmış cavab məktublarında onun (iddiaçının) haqlı olduğu bildirilərək, "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsinə hazırlanmış yerqurluşu xəritəsindəki texniki uyğunsuzluğun düzəldiləcəyinə vəd verilsə də, amma nədənsə məsələ həllini tapmamışdır. Bu da qanuni istifadəsində olan torpaq sahəsindən istifadəsinə maneçiliklər törədir. Ona görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün tərtib edilmiş yerqurluşu xətisənin (“Torpaq sahəsinin plan və ölçü sənədinin) onun istifadəsində olan AN 000879 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” öhdəliyin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən qəbul olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, "xxxx" MMC-nin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, "xxxx" MMC-nin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.1-ci maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 18 iyul 2019-cu il tarixli, **********90 saylı məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu ərazisində icarənizdə olan 246,0 ha torpaq sahəsinin istifadəsində yaranmış problemlərin araşdırılması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır.Araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəfinizdən eyni məzmunlu müraciət ilə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən xx.xx.2019-cu il tarixində Şəki şəhərində keçirilmiş qəbulda iştirak etmisiniz.Müraciətinizdə qeyd olunan məsələnin araşdırılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələrindən ibarət komissiya yaradılmış və həyat yoldaşınız X2 iştirakı ilə ərazidə müvafiq ölçü işləri aparılmışdır.Kameral qaydada araşdırma zamanı məlum oldu ki, A№ 000879 “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən sizin istifadənizdə olan 246,0 ha torpaq sahəsinin 45,19 ha hissəsi "xxxx" MMC-nin (sənəd ilə icarəsinə verilmiş) torpaq sahəsi ilə üst-üstə düşür. Mövcud olan texniki uyğunsuzluğun aradan qaldırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarına müvafiq tapşırıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10 iyun 2019-cu il tarixli, **********48 saylı məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində icarənizdə olan torpaq sahəsinin istifadəsində yaranmış problemlərin araşdırılması barədə Azərbaycan Respublikasının Birinci Vitse prezidentinin Katibliyindən və birbaşa daxil olmuş xx.xx.2019-cu il tarixli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır.Bildiririk ki, müraciətinizdə qeyd olunan məsələnin araşdırılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələrindən ibarət komissiya yaradılmış və Sizin iştirakınızla ərazidə müvafiq araşdırma aparılmışdır.Kameral qaydada araşdırma zamanı məlum oldu ki, AN 000879 “Torpaq sahəsinin və ölçüsü” nə əsasən istifadənizdə olan 246,0 ha torpaq sahəsinin 45,19 ha hissəsi "xxxx" MMC-nin (sənəd ilə icarəsinə verilmiş) torpaq sahəsi ilə üst-üstə düşür.Bu məqsədlə, texniki uyğunsuzluğun aradan qaldırılması üçün yeni yerquruluşu planının hazırlanması məqsədilə "xxxx" MMC-yə müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 10 iyun 2019-cu il tarixli, **********41 saylı məktubunda qeyd edilmişdir ki, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən xx.xx.2019cu il tarixində Şəki şəhərində keçirilmiş qəbulda Kürdəmir rayonu, Ərəbqubalı kəndi ərazisində icarənizdə olan torpaq sahəsinin istifadəsində yaranmış problemlərin araşdırılması barədə müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır.Bildiririk ki, müraciətinizdə qeyd olunan məsələnin araşdırılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələrindən ibarət komissiya yaradılmış və Sizin iştirakınızla ərazidə müvafiq araşdırma aparılmışdır.Kameral qaydada araşdırma zamanı məlum oldu ki, AN 000879 “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən həyat yoldaşınız İddiaçı istifadəsində olan 246,0 ha torpaq sahəsinin 45,19 ha hissəsi "xxxx" MMC-nin (sənəd ilə icarəsinə verilmiş) torpaq sahəsi ilə üst-üstə düşür.Bu məqsədlə, texniki uyğunsuzluğun aradan qaldırılması üçün yeni yerquruluşu planının hazırlanması məqsədilə "xxxx" MMC-yə müraciət olunmuşdur. İş materiallarında olan 07 mart 2007-ci il tarixli, 42 saylı X4ndən görünür ki, 296 ha torpaq sahəsi Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ******* kv.m torpaq sahəsi Kürdəmir rayon İHB-nın xx.xx.2007-ci il tarixli, 31 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli, 42 saylı icarə müqaviləsi ilə 15 il müddətinə heyvandarlığın inkişafı məqsədi ilə İddiaçı adına qeydiyyata alınmış, torpaq sahəsinin qaiməsi, baş plandan çıxarışı, əsas döngə nöqtələrinin koordinatları, miqyası və torpaq sahəsinin qonşu sərhədləri müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, 500000 kv.m torpaq sahəsi Kürdəmir rayon İHB-nın xx.xx.2007-ci il tarixli, 31 saylı sərəncamı və xx.xx.2007-ci il tarixli, 42 saylı icarə müqaviləsi ilə 15 il müddətinə heyvandarlığın inkişafı məqsədi ilə İddiaçı adına qeydiyyata alınmış, torpaq sahəsinin qaiməsi, baş plandan çıxarışı, əsas döngə nöqtələrinin koordinatları, miqyası və torpaq sahəsinin qonşu sərhədləri müəyyənləşdirilmişdir. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti Başçısının Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 avqust 2019-cu il tarixli, 169 saylı arayışından görünür ki, İddiaçı Ağsu rayonu Elabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 24 may 2019-cu il tarixli, **********21 saylı məktubunda qeyd edilmişdir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 29 aprel 2019-cu il tarixində, Kürdəmir rayonunda keçirilmiş qəbul zamanı Kürdəmir rayonu ərazisində icarənizdə olan qış otlaq torpaq sahəsinin istifadəsində yaranmış problemlərin araşdırılması barədə müraciətinizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Aqentliyində baxılmışdır.Müraciətinizdə qeyd olunan məsələnin araşdırılması ilə bağlı komitənin aidiyyəti struktur bölmələrinin nümayəndələrindən ibarət komissiya yaradılmış və Sizin iştirakınızla ərazidə müvafiq araşdırma aparılarkən, AN 000879 və AN 000880 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əsasən İddiaçı istifadəsində olan 296.0 ha torpaq sahəsinin 45.19 ha hissəsi "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi faktı təsdiqini tapmışdır.Bu səbəbdən, texniki uyğunsuzluğun aradan qaldırılması məqsədilə komitə tərəfindən "xxxx" MMC-yə müraciət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 13 mart 2007-ci il tarixli, 31 saylı sərəncamından görünür ki, İddiaçı 296 hektar qış otlaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 12 dekabr 2019-cu il tarixli, **********33 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün tərtib edilmiş yerquruluşu xəritəsinin iddiaçının istifadəsində olan AN 000879 nömrəli “Torpaq sahəsinin plan və ölçü" sənədi” ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə 05 noyabr 2019-cu il tarixli 2-1(086)-2596/2019 nömrəli sərəncamın edilməsi barədə 05 noyabr 2019-cu il tarixli 2- 1(086)- 2596/2019 nömrəli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Bildiririk ki, "xxxx" MMC-nin icarəsinə ayrılması nəzərdə tutulan 2800,0 hektar torpaq sahəsinin yerquruluşu planı hazırlanan zaman texniki yalnışlıq baş vermiş və nəticədə AN 000879 “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı istifadəsində olan 246,0 ha torpaq sahəsinin 45,19 ha hissəsi "xxxx" MMC-nin icarəsinə ayrılmış 2800,0 hektar torpaq sahəsi ilə üst-üstə düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kürdəmir rayon Dövlət Arxivinin 11 fevral 2020-ci il tarixli, 2 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu "xxxx" MMC-yə ayrılmış 2800.0 hektar torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlərin surətləri Kürdəmir RİH tərəfindən sənədlərin vaxtı çatmaması səbəbindən Kürdəmir rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Odur ki, Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etməyiniz xahiş olunur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* saylı çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Kürdəmir rayonu İnzibati ərazisində yerləşən 2799.27 ha torpaq sahəsi Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 10.10.18-ci il tarixli, 221 saylı Sərəncamına əsasən bağlanmış İcarə müqaviləsi əsasında "xxxx" MMC-nin adına rəsmiləşdirilərək, dövlət qeydiyyatına alınmış və həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuş, döngə nöqtə koordinatları tərtib olunmuşdur. İş materiallarında olan 10 oktyabr 2018-ci il tarixli, 7 saylı X4ndən görünür ki, 2799,27 ha torpaq sahəsi Kürdəmir rayon İcra Hakimiyyətinin 10 oktyabr 2018-ci il tarixli, 221 saylı sərəncamı əsasında 49 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 10 oktyabr 2018-ci il tarixli, 221 saylı sərəncamından və torpaq sahəsinin yerquruluşu planından görünür ki, 2799,27 hektar torpaq sahəsinin verilməsi qərara alınmış və həmin torpaq sahəsinin plan çizgisi tərtib olunmuş, döngə nöqtə koordinatları tərtib olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 21 fevral 2020-ci il tarixli, **********89 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün tərtib edilmiş yerquruluşu xəritəsinin iddiaçının istifadəsində olan AN 000879 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədi” ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə məlumatın verilməsi barədə 12 dekabr 2019-cu il tarixli, 2-1(086)-2596/2019 nömrəli müraciətlərinizə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır.Qeyd olunan məsələnin araşdırılması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-yə tapşırıq verilmiş və araşdırmanın nəticəsi olaraq bildirilmişdir ki, İddiaçı icarəsində olan 246 ha torpaq sahəsinə AN 000879 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədi 2007-ci ildə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan müvafiq ərazi şöbələri tərəfindən işlənilmişdir və vahid bazada formalaşdırılmamışdır. Nəticədə ayrı-ayrı rayon şöbələri tərəfindən işlənilmiş sənədlər parakəndə şəklində rayon şöbələrində qalmışdır. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tabeliyində olan müvafiq ərazi şöbələrində işlənilmiş sənədlərin nəməlum səbəbdən vahid bazasının formalaşdırılmaması və Mərkəzin elektron məlumat bazasında AN 000879 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədi barədə məlumatın olmaması səbəbindən "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün yerquruluşu xəritəsi işlənən zaman İddiaçı icarəsində olan 246 ha torpaq sahəsinin 45 ha hissəsində üst-üstə düşmə halı baş vermişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan müvafiq ərazi şöbələri tərəfindən işlənilmiş müvafiq sənədlərin yaradılmış komissiya tərəfindən yoxlanılaraq Mərkəzin elektron məlumat bazasında qeyd olunması istiqamətində müvafiq işlər aparılır. Texniki uyğunsuzluq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tabeliyində olan müvafiq ərazi şöbələrində işlənilmiş sənədlərin vahid bazasının formalaşdırılmaması ilə bağlı baş vermişdir. Yuxarıda qeyd olunan səbəblərdən "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün yerquruluşu xəritəsinin hazırlanması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC tərəfindən texniki uyğunsuzluğa yol verilmişdir. Beləlilklə də məhkəmə araşdırlması zamanı müəyyən edildi ki, üçüncü şəxs "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün yerquruluşu xəritəsi işlənən zaman cavabdeh inzibati orqanın texniki uyğunsuzluğa yol verməsi səbəbindən (səhvinə görə) İddiaçı icarəsində olan 246 ha torpaq sahəsinin 45,19 ha hissəsi ilə üst-üstədüşmə halı baş vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən yol verilmiş texniki uyğunsuzluq səbəbindən (səhvinə görə) iddiaçı qanunla ona məxsus torpaq sahəsinin bir hissəsindən məhrum olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün tərtib edilmiş yerqurluşu xəritəsinin iddiaçının istifadəsində olan AN 000879 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi üçün tərtib edilmiş yerqurluşu xəritəsinin iddiaçının istifadəsində olan AN 000879 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-187/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-187/2020
18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver