Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-187/2021 19.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 8 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 8 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Masallı rayon filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli məhkəmə iclas protokolu ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(120)-187/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Masallı rayon filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 8 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 11.11.1973-18.12.1975-ci illərdə hərbi xidmətdə olduğu müddət və 03.04.1972-31.12.1997-ci illərdə işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X7 Masallı rayon filialının 05 avqust 2020-ci il tarixli, **********0 saylı imtina məktubunda qeyd olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Masallı rayon Filialına “Asan Xidmət” tərəfindən daxil olmuş müraciətinizlə əlaqədar bildiririk ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilərə yaşa görə (01.07.2020-ci il tarixədək 64 yaş 6 ay) əmək pensiyası - fərdi hesabın sığorta hissəsində qeydlə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə 2019-cu il yanvarın 1-dən etibarən müəyyən edilmiş yaş həddinə çatmış (01.07.2020-ci il tarixə 64 yaş 6 ay) sıqortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən sığortaoiunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz Masallı rayon Dövlət Arxivinin 01.06.2020-ci İİ tarixli 172,172/2(əmək haqqı arayışı) saylı arxiv arayışına əsasən 01.01.2006-cı il tarixədək 19 il 10 ay 29 gün iş stajı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün Sizin yaşa görə hüququnuz yoxdur. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 8 saylı regional ərazi filialının nümayəndəsi X3 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş NZ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətinə, Masallı rayon Dövlət Arxivinin 26 oktyabr 2020-ci il tarixli, M-403 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialının 21.12.2020-ci il tarixli, **********9 nömrəli məktubunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri İlə İş üzrə Mərkəzi Filialının 10 fevral 2021-ci il tarixli, **********7 nömrəli etirazının, Masallı rayon Dövlət Arxivinin 01 iyun 2020-ci il tarixli, 172/1 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri İlə İş üzrə Mərkəzi Filialının 06 aprel 2021-ci il tarixli, **********7 nömrəli etiraza əlavənin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iddiaçının əmək kitabçası və iş materiallarında olan digər sənədlər ilə müəyyən edildi ki, yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan ümumi iş stajı olmadığı üçün, onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 8 saylı regional ərazi filialının 21.12.2020-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, nazirliyin tabeliyində Fondun 8 saylı regional ərazi filialı Sizin 04.11.2020-ci il tarixli, 2-1 (120)-1504/2020 saylı, icraatınızda olan işlə əlaqədar olaraq vətəndaş İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi ilə bağlı aşağıdakı məlumatları təqdim edirik. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilərə yaşa görə (01.07.2020-ci il tarixinədək 64 yaş 6 ay) əmək pensiyası - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikde sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Vətəndaş İddiaçı yaşa görə əmək pensiyası hüququ 19.03.2020-ci il tarixində yaranmış (64 yaş 6 ay) və əmək pensiyası ilə bağlı təqdim etdiyi arxiv arayışlarına əsasən 18.11.1973-cü il tarixindən 18.12.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, 07.01.1976-cı il tarixindən 18.06.1979-cu il tarixinədək, 13.08.1979-cu il tarixindən 31.12.1991-ci il tarixinədək işləməsi dövrü, 01.01.1992-ci ildən işdən azad olduğu 30.12.1995-ci il tarixinədək işlədiyi müəssisədə 24 ay əmək haqqı aldığı dövrlərlə birlikdə ümumi 19 il, 10 ay, 29 gün iş stajının olması tərəfimizdən müəyyən edilmişdir. N.Məmmədovun fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Filial tərəfindən aparılan araşdırma nəticəsində heç bir məlumata rast gəlinməmişdir. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 10 fevral 2021-ci il tarixli, **********7 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik şəxsinin 8 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-187/2021 nömrəli inzibati iş vardır. Bununla əlaqədar məhkəməyə yazılı etirazı təqdim edirik və icraatınıza qəbul edib, hüquqi qiymət verməyinizi xahiş edirik. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxxxx 1955-ci ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası almacı hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda - 19 mart 2020-cu il tarixdə yaranmışdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə 02.06.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu publik şəxsinin 8 saylı regional ərazi filialına müraciət etmişdir. Onun həmin tarixli müraciətinə cavab olaraq 8 saylı regional ərazi filialı tərəfindən verilmiş 05.08.2020-ci il tarixli cavab məktubunda iddiaçının “Əmək Pensiyaları haqqında” AR qanunun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən sığorta stajı və minimum pensiya kapitalı olmadığından ona imtina verilmişdir. Belə ki, cavabdehin 21.12.2020-ci il tarixli məhkəməyə göndərilmiş məktubuna əsasən A.İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq 19 il 10 ay 29 gün qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Buna görə də qanunun 7-ci maddəsində göstərilən iki şərtdən heç biri ödənilmədiyi üçün iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçının 18.11.1973-cü il tarixdən 18.12.1975-ci il tarixədək hərbi xidmətdə olması görünür. Bundan sonra iddiaçının 07.01.1976-cı il tarixdən 18.06.1979-cu il tarixədək, 18.08.1979-cu il tarixdən 31.12.1991-ci il tarixədək, 01.01.1992ci il tarixdən 30.12.1995-ci il tarixədək “Oktyabr” tərəvəzçilik və südçülük sovxozunda işləməsi faktı Masallı Rayon Dövlət Arxivinin 01 iyun 2020-ci il tarixli 172/2 nömrəli arayışına əsasən müəyyən edilir. Burada iddiaçının əmək haqqı almadığı dövrlər onun sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən iddiaçının 19 il 10 ay 29 gün sosial sığorta stajı yaranmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş 01 iyun 2020-ci il tarixli 172 nömrəli arxiv arayışında göstərilmişdir ki, “Oktyabr” sovxozu 05.05.1992-ci il tarixdən “Xıl” sovxozu, 01.08.1993-cü il tarixdən Elşad Hüseynov adına sovxoz, 30.12.1995-ci ildən isə Elşad Hüseynov adına BKTF adlandırılıb. 172/2 nömrəli 01 iyun 2020-ci il tarixli arayışda göstərilmişdir ki, Elşad Hüseynov adına BKTF sənədləri Masallı Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Eyni zamanda hətta 172/2 nömrəli 01 iyun tarixli arxiv arayışında göstərilmiş əmək haqqı alınmayan dövrlər də sığorta stajına daxil edilsə belə, iddiaçının 23 il 10 ay 28 gün sığorta stajı mövcud olmuş olur. Bu hal da öz növbəsində yenə də Əmək Pensiyaları haqqında AR Qanununun 7-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. Əlavə olaraq bildiririk ki, iddiaçının 07.01.1976-30.12.1995-ci il tarixlərdə “Oktyabr” tərəvəzçilik və südçülük sovxozunda işləməsi və əmək haqqı alması barədə Masallı Rayon Dövlət Arxivinə sorğu verilmişdir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara” münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Beləliklə, İddiaçı Əmək Pensiyaları haqqında AR qanununun 7-ci maddəsinə müvafiq olaraq tələb edilən pensiya kapitalı və sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)-187/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 06 aprel 2021-ci il tarixli, **********7 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik şəxsinin 8 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-187/2021 nömrəli inzibati iş vardır. Bildirmək istərdik ki, həmin işlə bağlı cavabdeh tərəfindən məhkəməyə 10.02.2021-ci il tarixli yazılı etiraz təqdim edilmişdir. Bununla əlaqədar yuxarıda qeyd olunan etiraza dair əlavəni təqdim edirik və icraatınıza qəbul edib, hüquqi qiymət vermənizi xahiş edirik. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yasına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində cieydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyası 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 il 06 ayda, yəni 19.03.2020-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11 -ci maddəsinə əsasən, sıqortaolunanın sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət dövrüdür (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ- nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İşin mübahisələndirilməyən halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən iddiaçı M.Qurbanova məxsus ******* №-li hərbi biletinə müvafiq olaraq onun 18.11.1973 - 18.12.1975-ci illər ərzində hərbi xidmətdə olduğu qeyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində iddiaçı M.Qurbanovun sosial sığorta stajını 02 il 01 ay təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sıqortaolunanlara pensiya təyin edilərkən və va təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və va) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. İşin mübahisələndirilən halı isə İddiaçı “Oktyabr adına tərəvəzçilik-südçülük sovxoz”da işlədiyi dövrdür. İş materiallarına əlavə edilən AR X6 Filialı tərəfindən verilmiş 01.06.2020-ci il tarixli, 172 №-li Arxiv arayışında İddiaçı 07.01.1976-cı il tarixli 4-2 saylı əmrlə “Oktyabr adına tərəvəzçiliksüdçülük sovxoz”un traktor briqadasına kotançı qəbul edildiyi, 18.06.1979-cu il tarixli 163/3 saylı əmrlə isə işdən azad edildiyi, 13.08.1979-cu il tarixli 215/2 saylı əmrlə həmin sovxozun C-100 traktoruna traktorist təyin edildiyi, 01.08.1995-ci il tarixli 38/4 saylı əmrlə həmin sovxozun traktor briqadasına briqadir təyin edildiyi, 30.12.1995-ci il tarixli 61 saylı əmrlə traktor briqadirliyindən azad edilərək traktorçu kimi işə qəbul edildiyi qeyd edilmişdir. Belə ki, sözügedən arxiv arayışına müvafiq olaraq İddiaçı ümumilikdə 19 il 09 ay 28 gün sosial sığorta stajı vardır. İş materiallarına əlavə edilən AR X6 Filialı tərəfindən verilmiş 01.06.2020-ci il tarixli, 172/2 №-li Arxiv arayışında İddiaçı “Oktyabr adına tərəvəzçiliksüdçülük sovxoz"da 1976-1995-ci illər ərzində müəyyən illər ərzində əmək haqqı aldığı qeyd edilmişdir. Belə ki, sözügedən arxiv arayışına müvafiq olaraq İddiaçı yalnız əmək haqqı aldığı aylara müvafiq olaraq ümumilikdə 17 il 09 ay sosial sığorta stajı vardır. Qeyd edilməli əsas məqam ondan ibarətdir ki, iddiaçı İ.Abdullavev sözügedən sovxozda 1976-1995-ci illər ərzində işləsə də, yuxarıda qeyd edilən arxiv arayışına müvafiq olaraq yalnız müəyyən aylar ərzində əmək haqqı aldığı öz təsbitini tapır. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarına müvafiq olaraq mübahisələndirilən illər ərzində İddiaçı yalnız əmək haqqı aldığı aylar sosial sığorta stajı kimi nəzərə alınmalı və qalan illər sosial sığorta stajı kimi nəzərə alınmamalıdır. Göründüyü kimi iddiaçı İ.Abdullavevin mübahisələndirilməyən sosial sığorta stajı 19 il 10 ay təşkil edir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və isin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçı İ.Abdullavevin “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yasa görə əmək pensiyası hüququ yarandığı 64 il 06 ayda, yəni 19.03.2020-ci il tarixdə qanunla ona yasa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 154-cü və AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi 01 iyun 2020-ci il tarixli, 172/1 nömrəli arayışında aşağıdakılar qeyd edilmişdir: Verilir İddiaçı ondan ötrü ki, o, 07.01.1976-cı il tarixli 4-2 saylı əmrlə, sabiq “Oktyabr” tərəvəzçiliksüdçülük sovxozunun traktor briqadasına kotançı qəbul edilmiş, 18.06.1979-cu il tarixli 163/3 saylı əmrlə, ərizəsinə əsasən işdən azad edilmişdir. 13.08.1979-cu il tarixli 215/2 saylı əmrlə, sovxozun C-100 traktoruna traktorist təyin edilmiş, 01.08.1995-ci il tarixli 38/4 saylı əmrlə, ərizəsinə əsasən, sovxozun traktor briqadasına briqadir təyin edilmiş, 30.12.1995-ci il tarixli 61 saylı əmrlə, ərizəsinə əsasən, traktor briqadirliyindən azad edilib, sovxoza traktorçu verilmişdir. E.Hüseynov adına X10 Təsərrüfatının 01.01.1996-cı ildən sonrakı sənədləri Masallı Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən sonrakı əmək fəaliyyəti barədə məlumat tapılmadı. Qeyd: Masallı rayon Aqrokombinatının 05.05.1992-ci il tarixli 60/3 saylı əmri ilə, “Oktyabr” sovxozu 05.05.1992-ci ildən “Xıl” sovxozu adlandırılmış, 01.08.1993-cü ildən Elşad Hüseynov adına sovxoz, 30.12.1995-ci ildən Elşad Hüseynov adına BKFT adlanıb. Traktor briqadirliyindən azad edilmə əmrində, əvvəl yazılmış sözlər pozulub və başqa qələmlə “sovxoza traktorçu" sözləri əlavə edilib. Əsas: Masallı Rayon Dövlət Arxivində mühafizə olunan sabiq “Oktyabr” tərəvəzçilik- südçülük sovxozunun kitabları. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 01 iyun 2020-ci il tarixli, 172/2 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1976-1995-ci illərdə sabiq “Oktyabr” tərəvəzçilik-südçülük” sovxozunda işləmiş və müəyyən dövrlər ərzində əmək haqqı almışdır. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 01 iyun 2020-ci il tarixli, 172 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası “3 saylı Azərkəndtikinti” trestinin Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “34 saylı X1 (PMK-34) işləmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim etdiyi əmək kitabçası, arxiv arayışları və hərbi bileti olmuşdur. Yəni, iddiaçı 17.04.1972-25.06.1973-cü illərdə Azərbaycan Respublikası “3 saylı Azərkəndtikinti” trestinin Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “34 saylı X1 (PMK-34) və 07.01.1976-cı il tarixdən 31.12.1997-ci il tarixinə kimi Oktyabr” sovxozunda (05.05.1992-ci ildən “Xıl” sovxozu, 01.08.1993-cü ildən Elşad Hüseynov adına sovxozu, 30.12.1995-ci ildən Elşad Hüseynov adına BKFT adlandırılmışdır) işləməsinə dair əmək kitabçasını və Masallı rayon Dövlət Arxivinin 01 iyun 2020-ci il tarixli, 172, 172/1, 172/2 nömrəli arxiv arayışlarını, 18.11.1973-18.12.1975-ci illərdə hərbi xidmətdə olmasına dair isə ******* nömrəli hərbi biletini təqdim etmişdir. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddiaçının hərbi xidmətdə olduğu müddət və sovxozda və “34 saylı X1 işləyib, əmək haqqı aldığı dövrlər sığorta stajına daxil olur. Məhkəmə də iddiaçının hərbi xidmətdə olduğu müddəti və müəssisələrdə işləyib, əmək haqqı aldığı dövrü sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Belə ki, əmək kitabçasında iddiaçının 31.12.1997-ci il tarixinə kimi sovxozda işləməsi barədə qeydlər olsa da E.Hüseynov adına X10 Təsərrüfatının (sovxozun) 01.01.1996-cı ildən sonrakı sənədləri (əmək haqqı cədvəlləri və əmrlər kitabı) Masallı Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən sonrakı əmək fəaliyyəti barədə məlumat arxivdə aşkar edilməmişdir. Eyni zamanda AR X6 Filialı tərəfindən verilmiş 01.06.2020-ci il tarixli, 172/2 №-li Arxiv arayışında iddiaçının “Oktyabr adına tərəvəzçiliksüdçülük sovxoz"da 1976-1995-ci illər ərzində tam deyil, müəyyən illər ərzində əmək haqqı aldığı qeyd edilmişdir. Belə ki, sözügedən arxiv arayışına müvafiq olaraq iddiaçının yalnız əmək haqqı aldığı aylara müvafiq olaraq ümumilikdə 17 il 09 ay sosial sığorta stajı vardır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının sovxozda işlədiyi həmin dövrlər sığorta stajı kimi tam (əmək haqqı almadığı və arxivdə aşkar edilmədiyi dövrlər də) qəbul edilmiş olsa belə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalı da qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıni tələb etməkdə haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 8 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 8 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası əsassız olduğundan təmin edilmir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-187/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-187/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver