Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1870/2023 05.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 17 avqust 2022-ci il tarixli, 8LT66NZ00005 saylı qərarının ləğv edilməsi və övladı Ağayev Tural Hidayət oğlunun 17 avqust 2022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 05 sentyabr 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağayev Tural Hidayət oğluna pensiya təminatının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “övladı Ağayev Tural Hidayət oğlunun əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin 04 aprel 2023-cü il tarixli qərardadı ilə “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş, iş üzrə iddia tələbinin dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 17 avqust 2022-ci il tarixli, 8LT66NZ00005 saylı qərarının ləğv edilməsi və övladı Ağayev Tural Hidayət oğlunun 17 avqust 2022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni xx.xx.2024cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47–49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qanuni nümayəndəsi olduğu oğlu Ağayev Tural Hidayət oğlu xx.xx.2006-cı ildə Cəlilabad rayon Söyüdlü kəndində doğulmuşdur. Oğlu Tural anadangəlmə sümük şişlərindən əziyət çəkdiyi üçün 16 ildir ki, ona təkrar pensiya təyin edilməklə pensiya müavinəti alır. Cavabdeh son olaraq oğlu Turala xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci ilə tarixədək təyin olunmaqla əlillik və sağlamlığını itirdiyinə görə pensiya müavinəti təyin etmişdir. Lakin övladı Turalın təkrar Tibbi-Sosial Ekspert Komissiyasından müayinədən keçid vaxtı xx.xx.2022-ci ildə tamam olmuşdur. Cavabdeh Cəlilabad Rayon Mərkəzi Xəstaxanasından göndərdiyi göndərişə imtina səbəbini əlavə müalicəyə ehtiyacı olmasını ətraflı reabititasiya bərpa müalicəsinə ehtiyacı olduğunu bildirmişdir. Göndəriş nəticəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnistitunun verdiyi arayışda yeddi ağır diaqnozla oğlu Turalın sol qolunun 8 sm sağ qolundan qısa olması və oynaqlarında çoxsaylı müxtəlif ölçülü sümük şişlərinin anadangəlmə əl və ayaqlarının əyriliyinə səbəb olması göstərilsədə bu barədə region Masallı rayon Tibbi-Sosial Ekspert Komissiyasından canlı video-görüntü vastəsi ilə cavabdeh orqana göndərişlə göndərilsədə bu dəfə cavabdeh orqandan imtina səbəbini diaqnoz əlillik əlaməti təyin edilmir deyə göndərmişdir. Bu barədə cavabdeh orqana rəsmi ərizə ilə müraciət edib səbəbini soruşmaq istəsə də onun ərizəsinə cavab verilməmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə mtiraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) tərəfindən vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə qərardan verdiyi şikayətinə əsasən əyani müayinəsi həyata keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianm mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlamlmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianm mümkünlük şərtlərinin mövcudluğunun yoxlamlmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçıya inzibati orqan tərəfindən verilmiş imtina xx.xx.2022-ci il tarixdə olmuşdur, lakin iddiaçı məhkəməyə qanunvericilikdə nəzərdə tutulan müddətdən gec müraciət etmişdir. İnzibati İcraat haqqında Qanunun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın mümkünsüz hesab olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 3-17-4/2-8123/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Cəlilabad rayon sakini Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti barədə İddiaçı iddiası əsasındakı xx.xx.2023-cü il tarixli, 2-1(120)-1870/2023 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra — Agentlik) baxılmışdır. Müəyyən olunmuşdur ki, T.Ağayevin sağlamlıq imkanlarının məhdudluğu Cəlilabad Şəhər Uşaq Xəstəxanasının 1113003AAD1Q nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və 3 il müddətinə (xx.xx.2022-ci il tarixədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2022-ci il tarixdən sonra vətəndaşın əlillik vəziyyəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının G00010369PRP nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə qərardan narazı qalan T.Ağayev müraciəti əsasında xx.xx.2022ci il tarixində 15 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün Agentliyin Tibbisosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və müayinənin nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi olduğu övladı, xx.xx.2006-cı il tarixdə doğulmuş, qeydiyyat və faktiki ünvanı ünvan 3i sənədlərdən görünür ki, xx.xx.2008-ci il tarixdə 30 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun əlillik vəziyyəti ilə bağlı ilkin müayinə aparılmış, “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: Himayədə; X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 – Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Anadangəlmə yuxarı ətraf oynaqlarının yayılmış eksastozları; Meyar: 1. Altı aydan iki ilə qədər müddətə => 1.2. Cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar” müəyyən olunmuşdur. xx.xx.2014-cü il tarixdə Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış, “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: Himayədə; X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 – Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Anadangəlmə yuxarı ətraf oynaqlarının yayılmış eksastozları; Meyar: 1. Altı aydan iki ilə qədər müddətə => 1.2. Cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar” müəyyən olunmuşdur. xx.xx.2016-cı il tarixdə Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti ilə bağlı təkrar müayinə aparılmış, “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; Əmək zəmanəti: Himayədə; X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M99 – Digər rubrikalarda təsnif olunmay...; Diaqnozun mətni: Anadangəlmə yuxarı ətraf oynaqlarının yayılmış eksastozları; Meyar: 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.22. Cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar (Z98.8, K91.9, K92- K92.9) müəyyən olunmuşdur. Ağayev Tural Hidayət oğlunun sağlamlıq imkanlarının məhdudluğu Cəlilabad Şəhər Uşaq Xəstəxanasının 1113003AAD1Q nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və 3 il müddətinə (xx.xx.2022-ci il tarixədək) sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Bu zaman “Səbəbi : Ümumi xəstəlik; Əmək zəmanəti: Simu təyin edilir; X1: XVİİ Sinif –Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79- Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları (inkişaf qüsurları) => ...; Diaqnozun mətni: Digər anadangəlmə sümük-əzələ deformasiyaları. Anadangəlmə döş qəfəsi sümüklərinin, aşağı və yuxarı ətraf sümüklərinin çoxsaylı esteoma və ekzo-stozları. Ostefit mənşəli sümük şişləri. Hərəkətin və yerişin pozulmaları. Hərəkətin və yerişin funksiya pozğunluğu. Oynaqların kontrakturası. Oynaqların deformasiyası və kontrakturası. Meyar: 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00-Q99) müəyyən olunmuşdur. Sağlamlıq imkanları məhdudluğunun bitdiyi xx.xx.2022-ci il tarixdən sonra Ağayev Tural Hidayət oğlunun əlillik vəziyyəti Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının G00010369PRP nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan T.Ağayev müraciəti əsasında xx.xx.2022-ci il tarixində 15 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuş, bu barədə tərtib edilən akt baxılması üçün Agentliyin Tibbi-sosial ekspertiza komissiyasına göndərilmiş, təqdim olunan tibbi sənədlər və müayinənin nəticəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Diaqnozun mətni: Ətraflarm çoxoxlu, çoxmüstəvili deformasiyaları. Sağ və sol saidin kəskin deformasiyaları. Anadangəlmə eksastoz xondrodisplaziyası. Skeletin çoxsaylı, müxtəlif ölçülü eksastoz törəmələri. Sağ və sol said sümükləri, sağ və sol qamışincik sümüklərindən çıxan müxtəlif ölçülü törəmələr-osteoxondromalar. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: İmtina edilib. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Reablitasiya bərpa müalicəsinə ehtiyacı vardır. İş materiallarında olan Ağayev Tural Hidayət oğlunun adına Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmiºdir ki, o, həmin tarixdə institutda müayinə olunmuş və “Anadangəlmə erqostoz xondroplaziyası. Skeletin çoxsaylı, müxtəlif ölçülü erqostoz törəmələri. Ətrafların çoxoxlu, çoxmüstəvili deformasiyaları, oynaqların kontrakturaları. Funksiya pozğunluqları. Sağ və sol said sümükləri, sağ və sol qamış-incik sümüklərindən çıxan müxtəlif ölçülü törəmələrosteoxondromalar. Sağ saidin kəskin deformasiyaları. Sol dirsək sümüyünün atreziyası. Sol yuxarı ətrafın təxminən 8 sm qısalığı, əzələ atrofıyası, funksiya pozğunluğu. Daimi ağrı sindromu. (Q78.6. Q71, M21.8, M24.5, M62.5, R52.0, R26.8). Məhkəmənin 04 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.2006-cı ildə Cəlilabad rayonunda anadan olmuş və Cəlilabad rayonu, Muğan kəndində qeydiyyatda olan Ağayev Tural Hidayət oğlu canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - məzmununda suallar qoyulmuєdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” X5 verdikləri xx.xx.2023-cü il tarixli, T 296/2023 saylı rəydə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Ağayev X3 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Müayinə olunan düzgün bədən quruluşlu, kafı qidalı olub, orta boyludur.Yuxarı və aşağı ətraf skelet sümüklərində müxtəlif ölçülü törəmələr vardır. Sol ətraf sağdan 8 sm qısadır. Hərəkəti çətindir. T.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün adına müvafıq tibb müəssisəsində tərtib edib göndərilmiş Forma 088 göndərişində qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxs 18 yaşına çatmadığından TSEK-də müayinəsi zamanı ekspertlər tərəfındən əmək fəaliyyəti ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur, belə ki, həmin xəstəliklər müalicə olunmurlar və onlarla əlaqədar tibbi ədəbiyyatlarda da müfəssəl məlumatlar yoxdur. Göründüyü kimi, cavabdeh inzibati orqan Ağayev Tural Hidayət oğlunun sağlamlıq imkanları məhdud uşaq hesab olunmasından imtina edilməsinin səbəbi kimi onun reablitasiya bərpa müalicəsinə ehtiyacının olduğunu göstərmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 verdikləri xx.xx.2023-cü il tarixli, T 296/2023 saylı rəydə göstərilmişdir ki, Ağayev Tural Hidayət oğlunun daşıyıcısı olduğu xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur, belə ki, həmin xəstəliklər müalicə olunmurlar və onlarla əlaqədar tibbi ədəbiyyatlarda da müfəssəl məlumatlar yoxdur. Digər tərəfdən, məhkəmənin qənaətinə görə Ağayev Tural Hidayət oğlunun xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü “Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Həmçinin, məhkəmə qeyd edir ki, Ağayev Tural Hidayət oğlunun xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun sağlamlığının bərpa olunmasını təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə Ağayev Tural Hidayət oğlunun xəstəliklərinin anadangəlmə olmaqla hal-hazıradək mövcud olması və bu xəstəliklərin müalicə olunmaması tam təsdiq olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu nəticəyə gəlməyə əsas verir ki, İddiaçı “Tibbi Sosial Ekspert Komissiyasının 17 avqust 2022-ci il tarixli, 8LT66NZ00005 saylı qərarın ləğv edilməsi, övladı Ağayev Tural Hidayət oğlunun 17.08.022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbində haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 17 avqust 2022-ci il tarixli, 8LT66NZ00005 saylı qərarı ləğv edilməli, İddiaçı övladı Ağayev Tural Hidayət oğlunun 17 avqust 2022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni 12 oktyabr 2024-cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 17 avqust 2022-ci il tarixli, 8LT66NZ00005 saylı qərarı ləğv edilsin. İddiaçı övladı Ağayev Tural Hidayət oğlunun 17 avqust 2022-ci il tarixdən yetkinlik yaşına çatanadək, yəni 12 oktyabr 2024-cü il tarixədək sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1870/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1870/2023
05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver