Məhkəmə qərarları › İş №2-1(120)-1870/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1870/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1870/2024 02.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********285500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********285500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1870/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə xx.xx.2024-cü il tarixli, 9/4015 nömrəli ekspert rəyi verilərək, inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC 2018-ci ildən hal-hazıra kimi təmir-tikinti işləri yerinə yetirməklə fəaliyyət göstərir. Vergi ödəyicisi olaraq, üzərinə düşən bütün öhdəliklərini yerinə yetirmiş və dövlət büdcəsinə vergiləri, spsial sığorta və işsizlik sığorta haqlarını vaxtında ödəmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 20 fevral 2023-cü ildə kameral vergi yoxlaması aparmaq üçün zəruri sənədlər tələb edilmişdir. Tələbə uyğun sənədlər, avqust 2020-ci ildən aprel 2021-ci ilə qədər alınmış inşaat materiallarının elektron qaimə fakturaları və izahat məktubu vergi orqanına təqdim olunmuşdur. Buna baxmayaraq 6 saylı ƏVBİ tərəfindən 18 oktyabr 2023-cü il tarixdə kameral yoxlama nəticəsində həmin dövrdə (avqust 2020-ci ildən aprel 2021 -ci ilə qədər) alınmış materialların 12 (on iki) ədəd elektron qaimə- fakturalar üzrə aparılan əməliyyatları qarşı tərəfi riskli hesab edərək, ƏDV üzrə əvəzləşmələri əsassız olaraq ləğv edərək 18 oktyabr 2023-cü il tarixli **********285500 nömrəli qərarla 28194.05 (iyirmi səkkiz min bir yüz doxsan dörd manat 0.05 qəpik) manat məbləğdə ƏDV-dən maliyyə sanksiyası hesablamış və bank hesabına ödənilməsi barədə sərəncam qoymuşdur. İddiaçı MMC avqust 2020-ci ildən aprel 2021-ci il dövrdə göstərilən 12 (on iki) ədəd elektron qaiməfaktura əsasında aldığı inşaat materiallarını aşağıda adları göstərilən dövlət sifarişi ilə subpodratçı kimi bağlanmış müqavilələrə əsasən 5 ədəd modul tipli məktəblərin və 2 çoxmərtəbəli yaşayış evlərinin tikintisində bəzək, quraşdırma və abadlıq işlərini yerinə yetirmək üçün istifadə etmişdir: № Obyektin adları, sifarişçi Smeta dəyəri Müqavilə № (manatla) Cəlilabad rayon, Novruzalı kənd 40 ş.y.məktəb (PDL) 73073.89 PDL-45/20 1 xx.xx.2020 Cəlilabad rayon, Əliabad kənd 96 ş.y.məktəb (PDL) 117083.02 PDL-04/20 2 xx.xx.2020 3 72099.42 PDL-50/20 Cəlilabad rayon, Badamağac kənd 20 ş.y.məktəb (PDL) xx.xx.2020 4 Cəlilabad rayon, Axtaxana kənd 20 ş.y.məktəb (PDL) r 57196.08 PDL-45/20 xx.xx.2020 5 Cəlilabad rayon, Badamağac kənd (PDL) 30815.60 PDL-44/20 xx.xx.2020 Sumqayıt 9 mərt.yaş.evi (Amal qrup) AMAL-05/20 6 28101.10 xx.xx.2020 7 9 mərtəbəli yaşayış evi Hövsan qəsəbəsi 15007.40 № 32/Kİ/1/20 xx.xx.2020 CƏMİ: 322610.51 (Göstərilən sənədlər toplusu iddia ərizəsinə əlavə olunur). Yuxarıda göstərilən obyektlərin tikintisinə sərf olunan materiallar avqust 2020-ci ildən aprel 2021-ci ilə qədər 12 (on iki) ədəd qanuni olaraq elektron qaimə-faktura əsasında fiziki şəxs X3 (VÖEN: **********) məxsus topdansatış inşaat materialları mağazasından alınmışdır. Həmin dövrdə alınan materialların elektron qaimə-fakturaları, materialların əsas dəyəri və ƏDV məbləğinin ödənilməsi barədə ödəniş tapşırıqları ərizəyə əlavə olunur. Həmin dövrdə İsayev Azərin riskli olması barədə bizdə heç bir məlumat olmamışdır. İsayev Azər özü də riskli olduğunu bilməyib. Çünki, vergi orqanı ona bu barədə vaxtında xəbərdarlıq etməyib. Yalnız may 2021-ci ildə vergi orqanının portalında X2 riskli olmasını əks etdirən qaloqramma görünmüşdür və bu dövrdən sonra bizim müəssisə onun riskli olduğunu bilib, ondan material alınmasını dayandırmışdır. Qeyd olunanlara əsasən cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 18 oktyabr 2023-cü il tarixli, **********28/5500 saylı vergi ödəyicisinin və sığortaedənin verginin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanıb məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçınə və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 oktyabr 2023-cü il tarixli, **********285500 nömrəli qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən aparılmış kameral yoxlama nəticəsində 28.194,05 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********72100 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) 6 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü İl tarixli, **********285500 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi əsassızdır. İşin faktiki halları: İddia ərizəsində əks olunan iddia tələbinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik: Məlumat üçün bildiririk ki, İddiaçı MMC (VÖEN:**********) 2023-cü ilin iyun ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. Cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində (10.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAR seriyalı 694089 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 2496.14 manat ƏDV məbləğinin, (09.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAP seriyalı 499583 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlarriskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 1735.92 manat ƏDV məbləğinin, (12.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAV seriyalı 357202 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 735.08 manat ƏDV məbləğinin, (08.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAN seriyalı 759254 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 1617.62 manat ƏDV məbləğinin, (09.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAQ seriyalı 617528 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 2685.58 manat ƏDV məbləğinin, (12.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAT seriyalı 514260 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 2099.77 manat ƏDV məbləğinin, (12.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAV seriyalı 051896 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlarriskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 3715.62 manat ƏDV məbləğinin, (04.2021) əvəzləşmə üçün təqdim edilmiş EBAZ seriyalı 966295 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 1113.3 manat ƏDV məbləğinin, (08.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAN seriyalı 637795 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 2711.7 manat ƏDV məbləğinin, (10.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAR seriyalı 692806 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 2517.8 manat ƏDV məbləğinin, (12.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAT seriyalı 514137 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 2240.73 manat ƏDV məbləğinin, (12.2020) əvəzləşmə üçün təqdim edilmiş EBAV seriyalı 052048 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 4524.79 manat ƏDV məbləğinin , ümumilikdə qeyd edilən elektron qaimə-fakturalar üzrə 28194.05 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq 2023-cü ilin iyun ay üçün təqdim edilmiş ƏDV bəyannaməsinin 324-cü sətrində (“Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilməsi məbləği”) 28194.05 manat ƏDV məbləği bərpa edilməklə 28194.05 manat ƏDV hesablamaq nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********195000 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub göndərilmişdir. Vergi ödəyicisi tərəfindən cari bəyannamə və ya əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə kameral vergi yoxlaması ilə (vergi orqanında olan bəyannamə və idxal məlumatlarından istifadə edilməklə) 28194.05 manat əlavə vergi məbləği hesablanmış və xx.xx.2023-cü il tarixli **********285500 nömrəli ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********857500 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (VÖEN **********) barəsində müraciətinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsində baxılmışdır. Məktubda göstərilənlərlə əlaqədar olaraq bildiririk ki, uçot-baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) ilə riskli vergi ödəyicisi olan X4 (VÖEN: **********) arasında xx.xx.2021-ci il tarixdən sonra alqı-satqı əməliyyatlarının olması müəyyən edilməmişdir. İş materiallarında olan İddiaçı MMC-nin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC-nin 2020-ci il üzrə görülən işlərinin dəyəri 389795.00 manat, mənfəəti 9105.0 manat, mənfəət vergisi isə 1821.0 manat ödənilmişdir. 2021-ci il üzrə görülən işlərinin dəyəri 356656.0 manat, mənfəəti 7724.3 manat, mənfəət vergisi isə 1544.86 manat ödənilmişdir. 2022-ci il üzrə görülən işlərinin dəyəri 353074.0 manat, mənfəəti 7617.7 manat, mənfəət vergisi isə 1523.54 manat ödənilmişdir. 2023-cü il üzrə görülən işlərinin dəyəri 125152.6 manat, mənfəəti 4516.0 manat, mənfəət vergisi isə 83.0 manat ödənilmişdir. İş materiallarında olan mənfəət vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC-nin 2020-ci il üzrə görülən işlərinin dəyəri 389796.00 manat, mənfəəti 9105.65 manat, mənfəət vergisi isə 1821.13 manat olmuşdur. İş materiallarında olan mənfəət vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC-nin 2021-ci il üzrə görülən işlərinin dəyəri 356656.20 manat, mənfəəti 7724.30 manat, mənfəət vergisi isə 1544.86 manat olmuşdur. İş materiallarında olan mənfəət vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC-nin 2022-ci il üzrə görülən işlərinin dəyəri 360692.00 manat, mənfəəti 7617.68 manat, mənfəət vergisi isə 1523.54 manat olmuşdur. İş materiallarında olan mənfəət vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC-nin 2023-cü il üzrə görülən işlərinin dəyəri 125153.04 manat, mənfəəti 484.54 manat, mənfəət vergisi isə 96.91 manat olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/4015 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Birinci sual üzrə Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul etdiyi «xx.xx.2023-cü il tarixli, **********285500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbi barədə qərarı ilə hesablanmış vergi borcu düzgün hesablanmamışdır və bu hesablamalar vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir. İkinci-altıncı suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş mövcud iş materiallarına əsasən müəssisənin 2020-2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş gəlir və xərc bəndləri, mənfəət yə vergi üzrə hər hansı fərq müəyyən olunmur. Bildirilir ki, Vergi Məcəlləsinin 36.1,83.2 və 45.1 -ci maddələrinin tələblərinə əsasən Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Yəni, vergilər yalnız vergi orqanlarının apardığı yoxlamalar (kameral və ya səyyar) nəticəsində hesablana bilər. Qeyd edilir ki, iş materialları ilə vergi orqanı tərəfindən 2020-2023-cü illər üzrə İddiaçı MMC-yə mənfəət vergisi üzrə əlavə kameral olaraq hesablanma aparıldığı müəyyən edilmədiyindən, MMC-nin 2020-2023-cü illər üzrə mənfəət vergisinin mövcud olması müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilən sübutları, işin faktiki hallarını, iddiaçının dəlillərini və cavabdehin etirazının əsaslarını aşağıdakı hüquq normaları baxımından qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan etirazda göstərilən dəlillərə uyğun “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında xx.xx.2023-cü il tarixli, **********285500 qərarın qəbul edilməsində və vergi borcunun hesablanmasında haqlı olmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/4015 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur: Birinci sual üzrə Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul etdiyi «xx.xx.2023-cü il tarixli, **********285500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbi barədə qərarı ilə hesablanmış vergi borcu düzgün hesablanmamışdır və bu hesablamalar vergi qanunvericiliyinin tələblərinə uyğun deyildir. İkinci-altıncı suallar üzrə: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş mövcud iş materiallarına əsasən müəssisənin 2020-2023-cü illər üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş gəlir və xərc bəndləri, mənfəət yə vergi üzrə hər hansı fərq müəyyən olunmur. Bildirilir ki, Vergi Məcəlləsinin 36.1,83.2 və 45.1 -ci maddələrinin tələblərinə əsasən Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Yəni, vergilər yalnız vergi orqanlarının apardığı yoxlamalar (kameral və ya səyyar) nəticəsində hesablana bilər. Qeyd edilir ki, iş materialları ilə vergi orqanı tərəfindən 2020-2023-cü illər üzrə İddiaçı MMC-yə mənfəət vergisi üzrə əlavə kameral olaraq hesablanma aparıldığı müəyyən edilmədiyindən, MMC-nin 2020-2023-cü illər üzrə mənfəət vergisinin mövcud olması müəyyən edilmədi. Məhkəmə hazırkı işlə bağlı təqdim edilmiş ekspert rəyini yuxarıda qeyd edilən hüquq normalarının tətbiqi və işin faktiki halları baxımından mötəbər sübut kimi qiymətləndirir. Ən azından bunun əksini təsdiq edəcək hər hansı sübut cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, **********285500 nömrəli qərarı yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə zidd olmaqla yanaşı, iddiaçı üçün qanunsuz əlverişsiz inzibati aktdır. Bu baxımdan məhkəmə hesab edir ki, həmin qərar (inizbati akt) ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra– Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikasının İPM-nin 14.1-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən inzibati orqan inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Lakin, cavabdeh tərəf şifahi məhkəmə baxışında qeyd edilən hallarla bağlı sübutetmə vəzifəsini həyata keçirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İPM-nin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, **********285500 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarı ləğv edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutulmalıdır. İş üzrə digər prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında xx.xx.2023-cü il tarixli, **********285500 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar