Məhkəmə qərarları › İş №2-1(120)-1872/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1872/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1872/2025 10.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İşdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçının NT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək işləyir. İşdə olan BE 045405 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1986xx.xx.1987-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İşdə olan HB 008743 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1981-1986-cı il tarixdlərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 10 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-C-217461/2024 nömrəli imtina məkubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 23 avqust 2024-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı (24) bölməsinin, fəhlələr (a) yarımbəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 3 sentyabr 1986-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" ASC X8 Stansiyası MMC-nin sizə dair xx.xx.2024-cü il tarixli 206/17-xx/xx-2024 nömrəli arayışında xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, xx.xx.1997-xx.xx.2003cü il tarixləri arasındakı dövr ərzində mühəndis, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin sexdə istismar üzrə rəis müavini, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik sexində sex rəisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Lakin, sözügedən arayışda elektrik montyoru vəzifəsində işlədiyiniz müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən öiçü vasitələri və avtomatikasına xidmət üzrə fəaliyyət göstərib-göstərməməyiniz barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, işlədiyiniz mühəndis, istismar üzrə rəis müavini və sex rəisi vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İşdə olan "xxxx" ASC X8 Stansiyası MMC-nin xx.xx.2024-cü il tarixli, 206/17-xx/xx- 2024 nömrəli açıqlama arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1986-cı ildən xx.xx.1991-ci ilə kimi “X8 Stansiyası”MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində növbətçi elektrik montyoru, rele mühafizəsi üzrə elektrik montyoru işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.2005-ci ilə kimi Qazan turbin sexinin işini təmin edən elektrik sexində mühəndis işləmişdir. Mühəndis işlədiyi müddətdə qazan, turbin qurğularına xidmət edən elektrik avadanlıqlarında sınaq və ölçmə işləri aparmış,eyni zamanda 300 kv gərginlikli transformatorlar, hava açarlarında da sınaq və ölçmə işləri aparmışdır. Vəzifəsi mühəndis olmasına baxmayaraq, usta, böyük usta ilə eyni işləri icra etmişdir və müəssisə tərəfindən ağır və zərərli iş şəraitinə görə ona 8% əlavə əmək haqqı verilmişdir. xx.xx.2005-ci ildən rəis müavini, sex rəisi işlədiyi dövrlərdə də ağır və zərərli iş şəraitinə görə 8% əlavə əmək haqqı ödənilmişdir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, yüksək gərginlikli avadanlıqlarda sınaq və ölçmə işlərinin aparılması. Qeyd: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 iyul 1993-cü il tarixli 373 saylı Qərarına əsasən “Şərəf Nişanı"ordenli İliç adına X12 Rayon Elektrik Stansiyasının adı dəyişilərək, X12 Rayon Elektrik Stansiyası adlandırılmışdır. “Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" ASCnin 05 yanvar 2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən X12 Rayon Elektrik Stansiyasının adı dəyişilərək “X13 Elektrik Stansiyası'” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilmiş "xxxx" ASC-nin 14 may 2008-ci il tarixli AÜ/117 saylı əmrinə əsasən “X11 Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişilərək “X8 Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. İşdə olan "xxxx" ASC X8 Stansiyası MMC-nin xx.xx.2024-cü il tarixli, 206/17-01/01- 24 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.1986-cı ildən (əmr № 98-n, xx.xx.1986-cı il) xx.xx.1989-cu ilədək “X8 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyaları elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru; xx.xx.1989-cu ildən (əmr №05-k, xx.xx.1989-cu il) xx.xx.1991-ci ilədək “X8 Stansiyası”MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində avtomatika və rele mühafizəsi aparatlarının təmiri üzrə elektrik miontyoru; xx.xx.1991-ci ildən (əmr №40-k, xx.xx.1991-ci il) xx.xx.1995-ci ilədək “X8 Stansiyası”MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexində mühəndis işləmişdir. xx.xx.1997-ci ildən (əmr №76-n, 30.01,1989-cu il) xx.xx.2005-ci ilədək "X8 Stansiyası”MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexi elektrik laboratoriyasının mühəndisi; xx.xx.2005-ci ildən (əmr № 82-k: xx.xx.2005-ci il) xx.xx.2006-cı ilədək “X8 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexinin istismar üzrə rəis müavini; xx.xx.2006-cı ildən (əmr № 100-k. xx.xx.2006-cı il) hal hazıradək "X8 Stansiyası”MMC-nin (Əli Bayramlı DRES-nin) Qazan turbin sexinin işini təmin edən elektrik sexinin rəisi işləyir. Bu vəzifələrdə çalışdığı üçün ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 8% əlavə ödənilir. İşlədiyi vəzifələr üzrə sosial sığorta(əmək) stajı 35 (otuz beş) il, 2 (iki) ay, 4 (dörd) gün təşkil edir. Qeyd: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 iyul 1992-cü il tarixli 373 saylı Qərarına əsasən “Şərəf Nişanı'ordenli İliç adına X12 Rayon Elektrik Stansiyasının adı dəyişilərək, X12 Rayon Elektrik Stansiyası adlandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilmiş “Azərenerji" ASC-nin 05 yanvar 2006-cı il tarixli, AÜ/002 saylı əmrinə əsasən X12 Rayon Elektrik Stansiyasının adı dəyişilərək “X11 Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. “Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti tərəfindən təsdiq edilmiş “Azərenerji" ASC-nin 14 may 2008-ci il tarixli AÜ/117 saylı əmrinə əsasən “X11 Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişilərək “X8 X2 Cəmiyyəti adlandırılmışdır. İşdə olan "xxxx" ASC X8 Stansiyası MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 206/17-xx/xx-2024 nömrəli arayışında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə (vəzifədə) "xxxx" ASC, X8 Stansiyası MMC (Əli Bavramlı DRES-i) Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, avtomatika və rele mühafizə aparatlarının təmiri üzrə elektrik montyoru, mühəndis, istismar üzrə rəis müavini, sex rəisi 98-n nömrəli, xx.xx.1986-cı il tarixli əmrə əsasən xx.xx.1986-cı il tarixində işə qəbul edilmiş, 291 №-li xx.xx.1995-ci il tarixli əmrə əsasən xx.xx.1995-ci il tarixdə işdən azad edilmişdi (təkrar hərbi xidmət); 76-№-li xx.xx.1997-ci il tarixli əmrə əsasən xx.xx.1997-ci il tarixində işə qəbul edilmiş, hal-hazıra kimi işləyir. (vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər) Bu vəzifələrdə işlədiyi dövrlərdə ağır və zərərli iş şəraitinə görə 8% əsas əmək haqqına əlavə verilmişdir. İşlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajı 8 (səkkiz) il, 10 (on) ay, 5 (beş) gün; 26 (iyirmi altı) il, 7 (yeddi) ay, 21 (iyirmi bir) gün, cəmi: 35 (otuz beş) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün (il, ay, gün) illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, qazan,turbin qurğularına xidmət edən avadanlıqlarında sınaq və ölçmə islərinin aparılması, 300 kv gərginlikli transformatorlar, hava açarlarında sınaq və ölçmə islərindən ibarət olmaqla, (vəzifə üzrə işin xüsusiyyətləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilinqərləri bəndinə (yarımbəndinə) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2140000a-18455 vəzifə koduna uyğundur. İşdə olan "xxxx" ASC X8 Stansiyası MMC-nin xx.xx.2024-cü il tarixli, 13-9/102/01- 01-2 nömrəli arayışında qeyd edilmişdir ki, 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2019-cu ildən (əmr № 104-q, xx.xx.2019-cu il) xx.xx.2020-ci il tarixinə kimi “X6” MMC-nin elektrik sexində sex rəisi vəzifəsində işləyib. xx.xx.2020-ci ildən (əmr № 54-q, 13.11 2020-ci il) hal hazıra kimi “X6” MMC-nin elektrik sexində aparıcı mühəndis (əlavə iş yeri) vəzifəsində işləyir. Bu vəzifələrdə çalışdığı üçün ona ağır və zərərli iş şəraitinə görə əsas əmək haqqına 8 faiz əlavə verilir. İddiaçı işlədiyi vəzifələr üzrə sosial sığorta(əmək) stajı 4 (dörd) il, 12 (on iki) gün təşkil edir. Arayış, Forma T-2 şəxsi vərəqəsinə, əmrlərə və əmək kitabçasına əsasən, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün verilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-288214/2024 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi filial) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pesiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-4929/2024 nömrəli inzibati iş vardır. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iş materiallarına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Mərkəzi filiala müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi filialda baxılmış və cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-217461/2024 nömrəli məktubu ilə iddiaçıya müraciətinin müsbət həllinin mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmak şaraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraaltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə ağır işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı (24) bölməsinin, fəhlələr (a) yarımbəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş 3 sentyabr 1986-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC X8 Stansiyası MMC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 206/17-xx/xx-2024 nömrəli arayışında xx.xx.1986-1 S.10.1991-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru, xx.xx.1997-xx.xx.2003cü il tarixləri arasındakı dövr ərzində mühəndis, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin sexdə istismar üzrə rəis müavini, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə elektrik sexində sex rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda elektrik montyoru vəzifəsində işlədiyi müddətdə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə fəaliyyət göstəribgöstərməməsi barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, iddiaçının işlədiyi mühəndis, istismar üzrə rəis müavini və sex rəisi vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifələrdə üyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından güzəştli iş stajı olmadığına görə mümkün deyildir. Bu səbəbdən iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri, AR İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pesiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-4929/2024 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 26 noyabr 2024-cü il tarixli, 3-17-1/2-289811/2024 nömrəli məkubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtləriə Təyinat üzrə Mərkəzi Filialına 18 noyabr 2024-cü il tarixində daxil olmuş 2-1(120)-4929/2024 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 37 il 2 ay 14 gün (xx.xx.2006-cı il tarixinədək 19 il 3 ay 14 gün (xx.xx.1986-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1997-ci il (hərbi xidmət dövrü), xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 11 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Eyni zamanda İddiaçı xx.xx.2024cü il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 107783,28 manat təşkil edir. İşdə olan "xxxx" ASC X8 Stansiyası MMC-nin xx.xx.2024-cü il tarixli, 20/206-xx/xx- 2024 nömrəli arayışında qeyd edilmişdir ki, “X8 Stansiyası” MMC-nin (“X11 Elektrik Stansiyası” MMC-nin) istismar müddəti başa çatmış, istehsal fəaliyyəti tam dayandırılmışdır. Enerji blokları köməkçi avadanlıqları ilə müvafiq qanunvericiliyə uyğun olaraq balansdan silinmiş və söküntü işləri yekunlaşmışdır. Bu səbəbdən “X8 Stansiyası” MMC-nin kadrlarla bağlı əhəmiyyət kəsb edən sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialına təhvil verilmişdir. Məlum edirik ki, İddiaçı arxiv sənədlərinə və əmək kitabçasına əsasən arayış verilmişdir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səsküyün normadan artıq olması, qazan turbin qurğularına xidmət edən avadanlıqlarında sınaq və ölçmə işlərinin aparılması, 300 kv gərginlikli transformatorlar, hava açarlarında sınaq və ölçmə işlərindən ibarət olmaqla, qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyorları, avtomatika və rele mühafizə aparatlarının təmiri üzrə elektrik montyorları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü Fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a)fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətləri ilə eynidir. İddiaçı mühəndis, sex rəisinin müavini, sex rəisi işlədiyi dövrlərdə də ağır və zərərli iş şəraitinə görə, əsas əmək haqqına 8% əlavə verilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. O, xx.xx.1986-cı il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və hal-hazıradək işləyir, həmçinin xx.xx.1986-xx.xx.1991-ci illərdə elektrik sexində növbətçi elektrik montyoru, rele mühafizəsi üzrə elektrik montyoru, xx.xx.1991-xx.xx.2005-ci illərdə Qazan turbin sexinin işini təmin edən elektrik sexində mühəndis vəzifəsində (cavabdeh tərəfindən qəbul edilməyən güzəştli iş stajları) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı”-nın 24-cü elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərüffatı bölməsinin fəhlələr a) bəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqgötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çlingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çlingərləri vəzifəsinin nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”-nın Xİİİ-cü Bölmə ELEKTRİK STANSİYALARİ, ENERJİ QATARLARİ, BUXAR GÜC TƏSƏRRÜFATİ: a) fəhlələr bəndinin 28-ci abzasında “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərlərin” vəzifələri (2140000a—18455) kodu ilə qeyd edilmişdir və həmin vəzifəyə uyğundur. Həmçinin iddiaçının xx.xx.1997xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində mühəndis, xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində həmin sexdə istismar üzrə rəis müavini vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”-nın Xİİİ-cü Bölmə ELEKTRİK STANSİYALARİ, ENERJİ QATARLARİ, BUXAR GÜC TƏSƏRRÜFATİ: b) rəhbərlər və mütəxəssislər bəndinin 3-cü abzasında “qazanxana, turbin (qaz turbini), yanacaq ötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları” (2140000b-23398) və həmin bölmənin b) rəhbərlər və mütəxəssislər bəndinin 5-ci abzasında “qazanxana sexlərinin rəisləri və onların müavinləri” (2140000b-24125) kodları ilə qeyd edilmişdir və mən iddiaçının işlədiyim peşə və vəzifə təlimatına əsasən həmin vəzifələrə uyğundur. Həmçinin iş materiallarında müəyyən olunur ki, işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, qazan turbin qurğularına xidmət edən avadanlıqlarında sınaq və ölçmə işlərinin aparılması, 300 kv gərginlikli transformatorlar, hava açarlarında sınaq və ölçmə işlərindən ibarət olmaqla, qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyorları, avtomatika və rele mühafizə aparatlarının təmiri üzrə elektrik montyorları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü Fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a) fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətləri ilə eynidir. İddiaçı mühəndis, sex rəisinin müavini, sex rəisi işlədiyi dövrlərdə də ağır və zərərli iş şəraitinə görə, əsas əmək haqqına 8% əlavə verilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajını topladığı üçün xx.xx.2020-ci il tarixdə 57 yaşının tamam olduğu tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçının xx.xx.2020-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxluq təşkil edir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. İşin hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi məsələ məhz iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasına əsaslanmışdır. Belə olan halda, qiymət verilməli olan yeganə məsələ iddiaçının xx.xx.1986xx.xx.1991-ci illərdə elektrik sexində növbətçi elektrik montyoru, rele mühafizəsi üzrə elektrik montyoru, xx.xx.1991-xx.xx.2005-ci illərdə Qazan turbin sexinin işini təmin edən elektrik sexində mühəndis vəzifəsində işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmamasıdır. Məhkəmə cavabdehin sözügedən dəlilini əsassız hesab edir. İddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda qeyd edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan “X8 Stansiyası” MMC-nin "xxxx" ASC X8 Stansiyası MMC-nin xx.xx.2024-cü il tarixli, 20/206xx/xx-2024 nömrəli arayışından görünür ki, İddiaçı işlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri, blok avadanlıqlarının istismar rejimində titrəmələrin olması, səs-küyün normadan artıq olması, qazan turbin qurğularına xidmət edən avadanlıqlarında sınaq və ölçmə işlərinin aparılması, 300 kv gərginlikli transformatorlar, hava açarlarında sınaq və ölçmə işlərindən ibarət olmaqla, qazan turbin sexinin işini təmin edən elektrik sexində elektrik stansiyası elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyorları, avtomatika və rele mühafizə aparatlarının təmiri üzrə elektrik montyorları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24cü Fəsil, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatının a)fəhlələr bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsinin xüsusiyyətləri ilə eynidir. İddiaçı mühəndis, sex rəisinin müavini, sex rəisi işlədiyi dövrlərdə də ağır və zərərli iş şəraitinə görə, əsas əmək haqqına 8% əlavə verilmişdir. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olmasının sübuta yetirilməsi vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Bundan əlavə, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Beləliklə, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2020-ci il tarixdən, 57 yaşdan təyin edilməli, ödənilməyən pensiya məbləği müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 3 il əvvəlki tarixdən ödənilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin tələbinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İşin faktiki hallarından və xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun müddəalarının iddiaçıya aid edilməsi onun vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar