Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1874/2025 15.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 194 nömrəli akt qeydində düzəliş olunaraq, uşaq haqqında məlumatlar qrafasında “Sadat” adının “Səadət”, “xx.xx.1953-cü il” doğum tarixinin “xx.xx.1955-ci il”, “Mamed” ata adının “Məmməd” və Cavabdeh xx.xx.1985-ci il tarixli, 287 nömrəli nikah haqqında akt qeydində qadın qrafasında qadının “Sadat” adının “Səadət”, doğum günü və ayının “28 mart” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 194 nömrəli akt qeydində düzəliş olunaraq, uşaq haqqında məlumatlar qrafasında “Sadat” adının “Səadət”, “xx.xx.1953-cü il” doğum tarixinin “xx.xx.1955-ci il”, “Mamed” ata adının “Məmməd” və Cavabdeh xx.xx.1985-ci il tarixli, 287 nömrəli nikah haqqında akt qeydində qadın qrafasında qadının “Sadat” adının “Səadət”, doğum günü və ayının “28 mart” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı müvafiq sənədlər əsasında Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 194 nömrəli akt qeydində düzəliş olunaraq, uşaq haqqında məlumatlar qrafasında “Sadat” adının “Səadət”, “xx.xx.1953-cü il” doğum tarixinin “xx.xx.1955-ci il”, “Mamed” ata adının “Məmməd” və Cavabdeh xx.xx.1985-ci il tarixli, 287 nömrəli nikah haqqında akt qeydində qadın qrafasında qadının “Sadat” adının “Səadət”, doğum günü və ayının “28 mart” yazılması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Şifahi məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 194 nömrəli akt qeydində düzəliş olunaraq, uşaq haqqında məlumatlar qrafasında “Sadat” adının “Səadət”, “xx.xx.1953-cü il” doğum tarixinin “xx.xx.1955-ci il”, “Mamed” ata adının “Məmməd” və Cavabdeh xx.xx.1985-ci il tarixli, 287 nömrəli nikah haqqında akt qeydində qadın qrafasında qadının “Sadat” adının “Səadət”, doğum günü və ayının “28 mart” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. - Xİİİ-JQ 404913 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X6 xx.xx.1985-ci il tarixdə nikaha daxil olmuş və sonuncu Nəcəfova soyadını qəbul etmişdir. - Xİİİ-JQ 378241 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1988-ci ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında X4, ana qrafasında X5 adı qeyd edilmişdir. - Xİ-JQ 378241 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1986-cı ildə doğulması barədə qeydiyyat aparılmış, ata qrafasında X4, ana qrafasında X5 adı qeyd edilmişdir. - xx.xx.1956-cı il tarixli, 194 nömrəli akt qeydindən görünür ki, X3 xx.xx.1953-cü il tarixdə doğulması barədə qeydiyyat aparılmışdır. - xx.xx.1985-ci il tarixli, 287 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X4 ilə X6 xx.xx.1985-ci il tarixdə nikaha daxil olmuş və sonuncu Nəcəfova soyadını qəbul etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. nb 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin (Ümumi müddəalar) 2.2.2-ci bəndinə əsasən vətəndaşın doğum haqqında şəhadətnaməsi ilk dəfə şəxsiyyət vəsiqəsinin verilərkən tələb olunan sənədlərdən biridir. İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarında və digər bütün sənədlərində adı “Səadət”, təvəllüdü “xx.xx.1955-ci il” olaraq qeyd edilməsi onu deməyə əsas verir ki, təqdim edilən sənərlərdə də iddiaçının adı “Səadət”, təvəllüdü “xx.xx.1955-ci il” olmuş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə adının “Səadət”, təvəllüdünün “xx.xx.1955-ci il” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 194 nömrəli akt qeydində düzəliş olunaraq, uşaq haqqında məlumatlar qrafasında “Sadat” adının “Səadət”, “xx.xx.1953-cü il” doğum tarixinin “xx.xx.1955-ci il”, “Mamed” ata adının “Məmməd” və Cavabdeh xx.xx.1985-ci il tarixli, 287 nömrəli nikah haqqında akt qeydində qadın qrafasında qadının “Sadat” adının “Səadət”, doğum günü və ayının “28 mart” yazılması üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli, 194 nömrəli akt qeydində düzəliş olunaraq, uşaq haqqında məlumatlar qrafasında “Sadat” adının “Səadət”, “xx.xx.1953-cü il” doğum tarixinin “xx.xx.1955-ci il”, “Mamed” ata adının “Məmməd” və Cavabdeh xx.xx.1985-ci il tarixli, 287 nömrəli nikah haqqında akt qeydində qadın qrafasında qadının “Sadat” adının “Səadət”, adına doğum günü və ayının “28 mart”-a düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1874/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1874/2025
15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver