Məhkəmə qərarları › İş №2-1(120)-1876/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1876/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1876/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı, xx.xx.2022-ci il tarixli, 27346 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi və artıq ödəmə kimi müəyyən edilərək İddiaçı tutulmuş 1256 manat pul məbləğinin geri qaytarılması və 2022-ci il üzrə mart, aprel, may ayları üzrə uşağının sağlamlıq imkanlarına görə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutulmuş məbləğin geri qaytarılması, ödənilməmiş müavinətin ödənilməsinə dair öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2-1(120)-1876/2025 nömrəli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarların qeyd hissəsi ləğv edilməsi, artıq ödəmə kimi müəyyən edilərək iddiaçıdan tutulmuş 1256 manat məbləğin geri qaytarılması və 2022-ci il üzrə mart, aprel, may ayları üzrə uşağının sağlamlıq imkanlarına görə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qızı Hüseynova Aliyə Pərviz qızı xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuşdur. Anadan olduqdan bir müddət sonra onun anadangəlmə serebral iflic xəstəliyinin təyin olunduğu müəyyən olunmuşdur. Həmin zaman sağlamlıq imkanları məhdud statusunun qızının 18 yaşınadək, yəni xx.xx.2034-cü ilə qədər olduğu deyilmişdir. 2022-ci ilin yanvar ayında qızına ödənilən müavinət dayandırılmışdır. O, bunu yalnız müavinətin hər kəsə yükləndiyini öyrəndikdən sonra ATMə yaxınlaşdıqdan bir neçə gün sonra bilmişdir. İlk öncə güman etmişdir ki, bir gün sonra köçər, lakin yenə müavinət köçməmişdir. Bunun səbəbini öyrənmək üçün orqana yaxınlaşdıqda, əslində övladının əlilliyinin bir müddət əvvəl dayandırıldığını, lakin hər ay ona ödənişlərin adi qaydada səhvlik nəticəsində ödənildiyi bildirilmişdir. 2022-ci ilin yanvar ayında müavinət dayandırıldıqdan dərhal sonra sənədləri topladıqdan sonra 2022 fevral ayında Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ- nə yaxınlaşmışdır. Həmin ilin fevral ayının sonlarında bütün prosedurlardan keçdik. 2 aydan sonra ona məlum olmuşdur ki, göndərişi Komissiyaya 2 ay yarım sonra göndərildiyi üçün hələ də təyin olunmamışdır (hansı səbəbdən gec göndərilməsi ona məlum deyil). 2022-ci ilin may ayının 16-sı müddətli sağlamlıq uşaqları məhdud uşaq statusu təyin olunmuşdur. Müəyyən araşdırmaları etdikdən sonra bu diaqnozla əlilliyin müddətsiz olduğunu öyrənmişdir. Yenə 25 oktyabr 2023-cü il tarixdə göndəriş almışdır, 2023-cü ilin noyabrın 17-də həmin diaqnozla müddətsiz birinci dərəcə əlillik təyin olunmuşdur. 2022 yanvar ayından - 2022- ci ilin may ayının 16-sına qədər olan müddət üçün ödəniş ona ödənilməli olduğu halda heç bir ödəniş ödənilməmişdir. Bütün bunlar azmış kimi 2022-ci ilin iyun ayından başlayaraq 2024-cü ilin yanvar ayınadək müavinətindən tutulmalar olmağa başladı. Belə güman edir ki, inzibati orqan 2022 yanvar- 2022-may aylarında ödəmələri tutulmalara əlavə olaraq, əvəzləşdirmə etmişdir. Onun bu əvəzləşdirmədən xəbəri olmayıb, xəbəri olsa belə bir əvəzləşdirmə qanunsuzdur. Nə qızının sağlamlıq imkanları məhdud olduğu üçün ona ödənilməli müavinət, nə də ki ona ödənilməli olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq edən şəxslərə ödənilməli olan Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilməmişdir. xx.xx.2019-cu il tarixli təqaüdün son tarixi xx.xx.2034-cü il göstərilsə də, 2022-ci ilin yanvar ayında dayandırılmışdır. 2022-ci ilin may ayında yenidən bərpa olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, İddiaçı Əiipənah qızı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "tutulmuş məbləğin geri qaytarılması, ödənilməmiş müavinətin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. İddiaçı məhkəməyə ünvanlanmış iddia ərizəsində övladı Hüseynova Aliyə Pərviz qızının sosial müavinətindən tutulmalarından geri qaytarılması, qızına ödənilməmiş sosial müavinətin və özünə ödənilməmiş Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul ediiməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydasf’nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddətlərinə əsasən müəyyən olunur. Həmin Qaydaların 1.11-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan' qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydaların 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” və “Əlillik” aitsistemlərində olan məlumatlara əsasən İddiaçı övladı Hüseynova Aliyə Pərviz qızma xx.xx.2018-ci il tarixdən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” müavinət (3 ii müddətinə) təyin ediimiş və əlillik müddətinin bitməsi (xx.xx.2021-ci il) səbəbi ilə xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. MEİS-in “Əlillik" altsistemində olan məlumata əsasən A.Hüseynovanın yenidən əlilliyinin müəyyən edildiyi xx.xx.2022-ci il tarixdən (3 il müddətinə) ona yenidən müavinət təyin edilmişdir. Nəticədə A.Hüseynovanın müavinət ödənişində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (yenidən əlilliyinin müəyyən edildiyi tarixədək) 1750 manat ədıqödəmə müəyyən edilmiş və bu barədə Mərkəzi Filialın xx.xx.2020, -ci i! tarixli 27346 nömrəli qərarı qəbul edilmişdir. Qeyd edilən artıqödəmə MEİS-in "Sosial ödənişini" altsistemində olan məlumata əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü ii tarixədək A.Hüseynovanın müavinət ödənişindən tutulmuşdur. Həmçinin İddiaçı təyin edilmiş 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxs kimi Prezident təqaüdü üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 610 manat artıq ödənilmiş vəsait aşkarlanmış və bu barədə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı qəbul olunmuşdur. Təkrar müayinə nəticəsində A.Hüseynovaya 17.11,2023-cü ii tarixdən "ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdün təyin edir (müddətsiz) və hazırda ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pu! tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır.Qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğın qaytarılması ilə bəğiı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati aki əsasında artıq ödənilmiş məbləğin tutulması.na dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, cavabdeh inzibati orqan xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qərarları qəbul etməkdə haqlı olmuşdur. Digər tərəfdən qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının hazırki tələblə bağlı inzibati orqana müraciəti olmamışdır.Yuxarıda göstərilənləri nəzərə alaraq, 2-1(120)- 1876/2025 nömrəli iş üzrə İddiaçı “tutulmuş məbləğin geri qaytarılması, ödənilməmiş müavinətin ödənilməsi”nə dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. - İşdə olan AZE ******** nömrəli iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuş, Masallı rayonu, Həsənli kəndində qeydiyyatdadır. - İşdə olan AZE 18127788 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və iş materiallarından görünür ki, Hüseynova Aliyə Pərviz qızı xx.xx.2016-cı il tarixdə anadan olmuş, Masallı rayonu, Həsənli kəndində qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışa əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə aid müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə aid müavinət isə xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın əsasən, Hüseynova Aliyə Pərviz qızına xx.xx.2023-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-27282S/2024 nömrəli məktubunda göstərilmişdir ki, Hüseynova Aliyə Pərviz qızının xx.xx.2021-xx.xx.2022 ci il tarixində əlilliyi olmadığı üçün ona 1750,00 manat və ona qulluğa görə 610,00 manat olmaqla ümumilikdə 2360,00 manat artıqalma hesablanmışdır. 2360,00 manat artıqalmadan 1116,00 manat tutulmuşdur. Qalıq 1244,00 manat vəsaitin bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya “DOST” Mərkəzlərinə yaxınlaşaraq həmin vəsaiti aşağıdakı rekvizitlərlə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın hesabına bərpa etməyi xahiş edir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması təmin edilmədiyi təqdirdə qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarından görünür ki, İddiaçı münasibətdə 18 yaşınadək SİMU qulluq edənlərə Prezident təqaüdü ilə bağlı 759553 nömrəli ərizəyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş vəsait aşkarlanmışdır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 27346 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 200 manat sosial müavinət təyin edilmişdir, Qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödənilmiş məbləği İddiaçı ödənilən müavinətdən tutulması qərara alınmışdır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-H-113184/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilən xx.xx.2025-ci il tarixli qərara əsasən (FİN xxxxxxx) ödənilən sağlamlıq imkanları məhdud xx.xx.2016-cı il təvəllüdlü övladı Hüseynova Aliyə Pərviz qızına görə (FİN 8EK1EZN) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət işinin, ona qulluğa görə Prezident təqaüdü işinin məbləğində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıqödəmə halı aşkar edilmiş və həmin vəsaitin geri qaytarılması zərurəti yaranmışdır. Sosial müavinət üzrə bütün hesablamalar nəzərə alınmaqla xx.xx.2025-ci il tarixinə artıqödəmə məbləği 1104,00 manat təşkil edir. Artıq ödənilmiş 1104,00 manat məbləğində vəsaitin qanunvericiliyə uyğun olaraq sosial müavinətdən, Prezident təqaüddən hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq Regional Filiallarına və ya qəbul şöbələrinə, eləcə də İstənilən “DOST” Mərkəzinə yaxınlaşaraq razılıq ərizəsi ilə müraciət etməyi və ya həmin vəsaiti aşağıdakı rekvizitlərlə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının hesabına bərpa etməyi və vəsaitin bərpasını təsdiq edən sənədi Mərkəzi Filiala təqdim etməyinizi xahiş edir. Artıq ödənilmiş vəsaitin geri qaytarılması təmin edilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər” altsistemində olan məlumata əsasən iddiaçı X1 övladı Hüseynova Aliyə Pərviz qızına xx.xx.2018-ci il tarixindən "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” müavinət təyin edilmiş və Fondun xx.xx.2022-ci il tarixli **********9 nömrəli xidməti məktubuna əsasən (əlillik müddətinin bitməsi səbəbilə) xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Sonradan ona xx.xx.2022-ci il tarixdən "sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” müavinət təyin edilmiş və xx.xx.2024-cü il tarixədək ödənilmişdir. Hazırda MEİS-in "Sosial ödənişlər” altsistemində olan məlumata əsasən A.Hüseynovaya xx.xx.2024-cü il tarixindən "orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə müavinət” təyin edilmişdir və ödənilir. A.Hüseynovaya xx.xx.2023-cü il tarixindən "ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmişdir və ödənilir. İddiaçı hazırki iddiası ilə bağlı Mərkəzi Filiala rəsmi müraicəti daxil olmamışdır. - İşdə olan “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-60/2-178/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü Hüseynova Aliyə Pərviz qızının tibbi sənədləri "Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə aşkar olunmadı.Əlavə olaraq bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sisteminə daxil olmaq mümkün olmadığından Aliyə Hüseynovaya məxsus göndərişin hansı qaydada doldurulmasını müəyyən etmək mümkün olmamışdır. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-4/2-1307/2025 nömrəli məktubunda göstərilmişdir ki, Masallı rayon sakini Hüseynova Aliyə Pərviz qızının əlillik vəziyyəti barədə İddiaçı iddiası əsasındakı xx.xx.2024-cü il tarixli, 2-1(120)-4934/2024 nömrəli sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşlara SMS vasitəsilə məlumat göndərilir. Vətəndaşlar əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində sual yaranacağı təqdirdə, "142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya, qeydiyyatda olduqları ərazi üzrə Tibbi-sosial ekspert komissiyalarına müraciət edə, həmçinin internet resurslarından istifadə etməklə məlumat əldə edə bilərlər. - İşdə olan Hüseynova Aliyə barəsində ətraflı qiymətləndirmə məlumatına əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci ilədək 3 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlillik təyin edilmişdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1.3-cü maddəsinə əsasən 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət təyin edilir. Həmin Qanunun 7.0.3-cü maddəsinə əsasən 8 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, müavinətlərin təyin edilməsi müddəti əlilliyə görə müavinət-əlillik müddətinə təyin edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, müavinətlər (işsizlik müavinəti istisna olmaqla) şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır. Müavinət təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə müvafiq icra hakimiyyəti orqanları səbəblər göstərilməklə müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verir. Müavinət təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, İddiaçı övladı Hüseynova Aliyə Pərviz qızma xx.xx.2018-ci il tarixdən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” müavinət (3 ii müddətinə) təyin ediimiş və əlillik müddətinin bitməsi (xx.xx.2021ci il) səbəbi ilə xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. MEİS-in “Əlillik" altsistemində olan məlumata əsasən, A.Hüseynovanın yenidən əlilliyinin müəyyən edildiyi xx.xx.2022-ci il tarixdən (3 il müddətinə) ona yenidən müavinət təyin edilmişdir. Nəticədə A.Hüseynovanın müavinət ödənişində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ii tarixədək (yenidən əlilliyinin müəyyən edildiyi tarixədək) 1750 manat artıqödəmə müəyyən edilmiş və bu barədə Mərkəzi Filialın xx.xx.2020, -ci i! tarixli 27346 nömrəli qərarı qəbul edilmişdir. Qeyd edilən artıqödəmə MEİS-in "Sosial ödənişini" altsistemində olan məlumata əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü ii tarixədək A.Hüseynovanın müavinət ödənişindən (1256.0 manat pul məbləği) tutulmuşdur. Həmçinin İddiaçı təyin edilmiş 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxs kimi Prezident təqaüdü üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 610 manat artıq ödənilmiş vəsait aşkarlanmış və bu barədə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı qəbul olunmuşdur. Təkrar müayinə nəticəsində A.Hüseynovaya xx.xx.2023-cü ii tarixdən "ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdün təyin edir (müddətsiz) və hazırda ödənilir. İddiaçının övladı Aliyə Hüseynovanın təkrar müayinə nəticəsində xx.xx.2022-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və həmin tarixdən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs kimi müavinət təyin edilmiş, ödənişi xx.xx.2024-cü il tarixinədək davam etdirilmişdir. A.Hüseynovanın təkrar müayinə nəticəsində xx.xx.2023cü il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və proaktiv qaydada xx.xx.2023-cü il tarixindən 200 manat məbləğində Prezident təqaüdü, xx.xx.2024-cü il tarixindən 270 manat məbləğində əlilliyə görə müavinət təyin edilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək A.Hüseynovanın əlillik məlumatları aşkarlanmadığı üçün sözügedən dövr üçün sosial müavinətin və qulluğa görə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək A.Hüseynovanın orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət üzrə ödənilməli olan məbləğ müəyyən edilmişdir. Hüseynova Aliyə Pərviz qızının xx.xx.2021-xx.xx.2022 ci il tarixində əlilliyi olmadığı üçün ona 1750,00 manat və ona qulluğa görə 610,00 manat olmaqla ümumilikdə 2360,00 manat artıqalma hesablanmışdır. 2360,00 manat artıqalmadan 1256,00 manat tutulmuşdur. xx.xx.2025-ci il tarixinə artıqödəmə məbləği 1104,00 manat təşkil etməsi barədə iddiaçıya xx.xx.2025-ci il tarixıli məktub ünvanlanmışdır. Həmçinin iddiaçı məhkəməyə müraciət edərək, 2022-ci il üzrə mart, aprel, may ayları üzrə uşağının sağlamlıq imkanlarına görə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Belə ki, iddiaçının övladına təyin edilmiş xx.xx.2022-ci il tarixdə dayandırılmış, xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. Azəbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşdırılması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qərarının 3cü maddəsinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsin əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3-cü maddəsinə əsasən Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən aparılır və əlillik qiymətləndirilmə keçirildikdən sonra verilmiş qərar (rəy) əsasında müəyyən edilir “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3- 1-ci maddəsinin, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçının övladına sağlamlıq imkanlarının məhdudluğuna görə əlillik təyin edildən əvvəlki dövr üzrə 2022-ci il üzrə mart, aprel, may ayları üzrə uşağın sağlamlıq imkanlarına görə müavinətin verilməlidir. "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. "İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21 -ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1 -ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasinin xx.xx.2006-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər- bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən, Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi, qanunverici artıq ödənilmiş sosial müavinəti şəxs müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalı olmasını, artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı olmasını göstərmişdir. Qanunverici sosial müavinətin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının sosial müavinətdən tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir və cavabdeh orqan tərəfindən iddiaçıya ödənilmiş 2360.0 manat pulun geri qaytarılması məhkəmə qaydasında mübahisələndirilməmişdir. Göründüyü kimi cavabdeh orqan tərəfindən artıqödəmə kimi müəyyən edilmiş 2360.0 manat pul məbləğindən 1256 manat pul məbləğinin tutulmasına münasibətdə iddiaçıya sosial müavinət məbləğinin düzgün hesablanıb-hesablanmaması, hesablanmamışdırsa həmin artıq ödəmənin geri qaytarılıb-qaytarılmaması ilə bağlı əlavə hüquqi dəyərləndirmənin aparılması ümumiyyətlə zərurət müəyyən edilmir. Belə ki, cavabdeh pul tutulmalarının aparılmalı olmasını əsaslı hesab edirsə də, bununla bağlı özü həmin məbləğin tutulması ilə bağlı publik səlahiyyətə o zaman malik olardı ki, buna iddiaçı razılıq vermiş olsun. Razılığın olmaması isə yuxarıda adıçəkilən maddənin tələbindən də göründüyü kimi məhkəməyə cavabdehin iddiaçı qismində müraciəti üçün əsas yaradır ki, iddiaçı bununla bağlı müraciət etməmişdir. Göründüyü kimi artıq ödəmə kimi müəyyən edilmiş 2360 manat pul məbləöindən iddia tələbinin tutulmuş 1256 manat pul məbləğinin geri qaytarılması hissəsi aşağıda qeyd olunacaq hüquqi dəyərləndirmədən əlavə, həmçinin “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələbləri baxımından qanunsuzdur. Lakin, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı hazırkı iddia tələbi ilə pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətlərini ümumilikdə mübahisələndirir, yəni iddia tələbi həm tutulmanın aparılmasının qanunsuz hesab edilməsi, tutulmuş pul məbləğinin geri qaytarılması, həmçinin də tutulması nəzərdə tutulan pul məbləğinin tutulmasının qadağan edilməsi ilə bağlıdır, məhkəmə cavabdehin iddiaçıdan pul məbləğinin tutulması ilə bağlı hərəkətlərinin qanuni olub-olmamasına “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi ilə tələb olunan yeni məhkəmə mübahisəsinin yaranmaması, prosessual qənaət prinsipləri nəzərə alınmaqla qiymətləndirməsini zəruri sayır və ümumilikdə iddia tələbinin qanuni olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd olunur ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsasında artıq ödənilmiş sosial müavinət məbləğindən tutulmaların aparılmasının qanuni hesab edilibedilməməsi ilə bağlıdır. Belə ki, istər tutulmuş məbləğin geri qaytarılması, istərsə də tutulması nəzərdə tutulan məbləğin tutulmasının qadağan edilməsi, ümumilikdə pul tutulmalarının aparılması tələbi ilə əlaqədardır. Məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq iddiaçıya sosial müavinətin ödənilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə hazırkı iş üzrə tələb, iddiaçıya sosial müavinətin təyin edilməsinə cavabdeh tərəfindən əsas kimi qeyd olunan olan sosial müavinətin təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqan faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da sosial müavinət təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə sosial müavinət məbləğinin alınmasına nail olubsa və ya sosial müavinət məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş sosial müavinətin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində sosial müavinət artıq ödənilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, sosial müavinətdən artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun müavinət məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində sosial müavinətin təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, sosial müavinət təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun tutulması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə və ya faktiki xarakterli hərəkət qanunsuz əlverişli hərəkət hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi sosial müavinət təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq pulun tutulması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, iddiaçıya sosial müavinətin ödənilməsi əsası mövcud olsa belə qeyd olunan hal iddia tələbinin təmin edilməsini istisna etmir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya sosial müavinəti səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddianın rədd edilməsi istisna olunur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi inzibati orqan tərəfindən iddiaçıya sosial müavinət ödənilsə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Göründüyü kimi sosial müavinətin artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələbin təmin edilməsi istisna olunmur. Yuxarıda qeyd olunanları, ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbinin təmini üçün iddiaçının sosial müavinət ödənişini alması ilə bağlı faktiki şərt özü-özlüyündə əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ehtimal olunan pozuntu halı ilə bağlı iddiaçının təqsirinin olub-olmaması, etimad hüququnun qorunmasına istinadın mümkün olubolmamasıdır ki, məhkəmə hesab edir ki, etimad hüququ qanunla qorunur. Bu səbəbdən də cavabdehin məsul əməkdaşları ehtimal olunan səhv hərəkətlərinin hüquqi nəticəsinin aradan qaldırılması iddiaçıya həvalə edilməməlidir. Cavabdeh əlavə sosial müavinətin məbləğinin ödənilməsinə, yəni 2360.0 manat artıq ödəmənin həyata keçirilməsinə istinad edirsə, həmin məbləğin tutulması cavabdehin səhvə yol verilmiş əməkdaşlarına qarşı münasibətdə tədbirlərin görülməsinə səbəb ola bilər ki, həmin səhvlərin iddiaçının hesabına aradan qaldırılması məhkəmə hesab edir ki, yolverilməzdir. Göründüyü kimi pul tutulmalarının aparılması ilə bağlı cavabdehin hərəkətlərin qanunsuzdur, bu səbəbdən də cavabdeh tərəfindən əlavə ödəmə kimi tutulmuş pul məbləği geri qaytarılmalı, tutulması nəzərdə tutulan məbləğin də tutulması qadağan edilməlidir. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq"və "hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir(52-ci maddə). Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı, xx.xx.2022-ci il tarixli, 27346 nömrəli qərarının qeyd hissəsi ləğv edilməli, artıq ödəmə kimi müəyyən edilərək İddiaçı tutulmuş 1256 manat pul məbləğinin geri qaytarılmalı və 2022-ci il üzrə mart, aprel, may ayları üzrə uşağının sağlamlıq imkanlarına görə müavinətin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarı, xx.xx.2022-ci il tarixli, 27346 nömrəli qərarının qeyd hissəsi ləğv edilsin. Artıq ödəmə kimi müəyyən edilərək İddiaçı tutulmuş 1256 manat pul məbləğinin geri qaytarılması və 2022-ci il üzrə mart, aprel, may ayları üzrə uşağının sağlamlıq imkanlarına görə müavinətin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar