Məhkəmə qərarları › İş №2-1(120)-188/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-188/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-188/2020 29.01.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 iştirakı ilə, iddiaçı X5 cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı Cavabdeh2, Cavabdeh3 və X1 iddiaçıya məxsus olan Lənkəran şəhəri, 28 May küçəsi, ev 79-dan qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X11 cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və X1 iddiaçıya məxsus olan Lənkəran şəhəri, 28 May küçəsi, ev 79-dan qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X11 məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı X11 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun oğlu X6 ilə 20.09.2002-ci il tarixdə qeyri rəsmi nigaha daxil olaraq evlənmiş, nigahlarını isə 10.07.2002-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nigahından 22.05.2002-ci il tarixdə Şüküfəxanım və 24.06.2004-cü il tarixdə Şəhriyar adlı iki uşaqları anadan olmuşdur. Sonralar oğlu ilə Cavabdeh2 arasında baş vermiş narazılıqlara görə 25.07.2013-cü il tarixdə Lənkəran rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuşdur. Cavabdeh2 oğlundan ayrıldıqdan sonra ona və oğluna qarşı evə köçürmə tələbi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmiş və onun iddia tələbi məhkəmənin 27.09.2013-cü il tarixli qətnaməsi ilə təmin edilmiş və iki azyaşlı uşağı ilə birlikdə ona məxsus Lənkəran şəhəri, 28 May küçəsində yerləşən 79 saylı evə köçürülmüşdür. Cavabdeh2 həmin evə köçürüldükdən sonra orada yaşamamış, əksinə evin qapısını bağlayaraq öz anasına məxsus ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə gedərək orada yaşamağa başlamışdır. Lənkəran rayon Məhkəməsində evdən istifadə hüququna pul kompensasiyası ödənilməsi yolu ilə xitam verilməsi tələbinə dair iddia qaldırmış və məhkəmənin 24.07.2017-ci il tarixli qətnaməsi ilə iddia tam təmin olunmuş və onun mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. Həmin qətmanə Lənkəran rayon İcra şöbəsi tərəfindən icraata götürülmüş və icra şöbəsinin 19.09.2017-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh2 beş ildən artıqdır ki, uşaqları ilə birlikdə onun evində yaşamır, cehiz əmlaklarını da aparmışdır. Bu gün onların qeydiyyatı formal xarakter daşıyır, şəxsi mülkiyyətinə sərəncam vermək hüququna mane olur. Onların qeydiyyatdan çıxarılması üçün Lənkəran şəhər-rayon Polis şöbəsinə müraciət etsə də bu haqda ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan seriya AZE 05213988 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 22.04.1952-ci il tarixdə Lerik rayonunun Vistan kəndində anadan olmuş, Lənkəran şəhəri, H.Abdullayev küçəsi, ev 12/22-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 13.11.2014-cü il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, 28 May küçəsi, ev 79 fərdi yaşayış evi X5 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Lənkəran rayon Məhkəməsinin 24.07.2017-ci il tarixli, 2(049)-5589/2017 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, 28 May küçəsində yerləşən iddiaçı X5 mülkiyyətində olan 79 nömrəli fərdi yaşayış evindən Cavabdeh2 və onunla birlikdə yaşayan 22.05.2002-ci il tarixdə anadan olmuş X4 və 24.06.2004-cü il tarixdə anadan olmuş Cavabdeh3 evdən istifadə hüququna 3000 (üç min) manat pul kompensasiyası ödənilməsi ilə xitam verilmiş, qətnamənin icrası Lənkəran rayon İcra şöbəsinin icra məmurlarına həvalə edilmişdir. İşdə olan Lənkəran rayon İcra şöbəsinin 19.09.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Lənkəran rayon Məhkəməsinin 24.07.2017-ci il tarixli, 2(049)-5589/2017 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan Lənkəran şəhər-rayon Polis şöbəsinin X9 ünvanladığı 16.10.2019-cu il tarixli, 154-30262K-1219 nömrəli məktubundan görünür ki, 20.03.1980-cı il təvəllüdlü Cavabdeh2, 24.06.2004-cü il təvəllüdlü Cavabdeh3 və 22.05.2002-ci il təvəllüdlü X3 qeydiyyatdan çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İşdə olan Lənkəran rayon Məhkəməsinin 18.11.2019-cu il tarixli, 22/01-350/2019 nömrəli məktubunda qeyd edilmişdir ki, iddaiçı X5 Cavabdeh2 qarşı “evdən istifadə hüququna pul kompensasiyası ödənilməsi yolu ilə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Lənkəran rayon Məhkəməsinin 24.07.2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti daxil olmamış və qətnamə 25.08.2017-ci il tarixdən qanuni qüvvəyə minmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Lənkəran şəhəri, 28 May küçəsi, ev 79 X5 xüsusi mülkiyyətindədir.X2 şəhər-rayon Polis şöbəsinə müraciət edərək xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, 28 May küçəsi, ev 79-da qeydiyyatda olan üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və X1 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş X9 imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, Lənkəran rayon Məhkəməsinin 24.07.2017-ci il tarixli, 2(049)- 5589/2017 nömrəli qətnaməsi ilə üçüncü şəxslərin Lənkəran şəhəri, 28 May küçəsi, 79 nömrəli evdən istifadə hüququna 3000 (üç min) manat pul kompensasiyası ödənilməsi ilə xitam verildiyindən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin qətnamə üçüncü şəxslərin qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə, həmçinin qeyd edir ki, iş üzrə üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və X1 iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia tələbi təmin edilməli, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və X1 iddiaçıya məxsus olan Lənkəran şəhəri, 28 May küçəsi, ev 79-dan qeydiyyatından çıxarılmaları öhdəliyi Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3 və X1 iddiaçıya məxsus olan Lənkəran şəhəri, 28 May küçəsi, ev 79-dan qeydiyyatından çıxarılmaları öhdəliyi Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar