Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-188/2023 05.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı “iddiaçıya məxsus ünvan 1 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün pilləkən qəfəsindəki divardan 1 m enində və 2.1 m hündürlükdə qapı boşluğunun açılması məqsədilə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı1 Cavabdehnə qarşı “iddiaçıya məxsus ünvan 1 ünvanlarında yerləşən yaşayış sahələrinə layihəyə uyğun olaraq müəyyən dəyişikliklərin edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün pilləkən qəfəsindəki divardan 1 m enində və 2.1 m hündürlükdə qapı boşluğunun açılması məqsədilə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya məxsus ünvan 1 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün pilləkən qəfəsindəki divardan 1 m enində və 2.1 m hündürlükdə qapı boşluğunun açılması məqsədilə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi qəbul edilmiş 2- 1(120)-188/2023 saylı, 18 aprel 2023-cü il tarixli məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şirvan şəhəri, Energetik küçəsi, bina 9, mənzil 24 ünvanda 4 otaqlı və ünvan 2ya məxsus hər iki mənzil 5-ci mərətbədə yanaşı bloklarda yerləşməklə bitişik şəkildədir. Mənzillər arasında əlaqə yaratmaq üçün 4 otaqlı mənzil ilə 2 otaqlı mənzil arasında 40 sm qalınlığında divarda və həmindivara paralel pilləkən qəfəsindəki divardan 1 m enində və 2.1 mhündürlükdə qapı boşluğunun açılması zərurəti yaranmışdır. Cavabdehnə məsələ ilə bağlı müraciət etmiş və Cavabdeh xx.xx.2021-ci il tarixli, 1077 nömrəli məktubu ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 X2 Baş Ekspertiza İdarəsinə qeyd edilən mənzillərə dəyişikliklər eilməsi üçün ekspertizadan keçirilməsini xahiş etmişdir. Bunun üçün “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin X13 müəyyən işlər aparıldıqdan sonra qapı açılmasına müsbət rəy verilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 X10 məsələnin onların səlahiyyətlərinə aid olmaması barədə cavab məktubu ünvanlanmışdır. ünvan 3əsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün pilləkən qəfəsindəki divardan 1 m enində və 2.1 m hündürlükdə qapı boşluğunun açılması məqsədilə qərar verilməsini xahiş etmişdir. Cavabdeh 2441 saylı, xx.xx.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 25-ci maddəsinə əsasən qonşuların bu işə notariat qaydada təsdiq edilmiş yazılı razılıq verdiyi təqdirdə mənzillərdə dəyişiklik edilərək ikinci giriş qapısının açılmasına etiraz etməyəcəyini bildirmişdir. Pilləkən meydançasına çıxan hər iki mənzilin qapıları ona məxusdur. Həmin qapı açılarkən qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur. Açılacaq qapının məktubda qeyd edilən 4-cü mərtəbədə yaşayan qonşuya hər hansı təsiri yoxdur. Açılacaq qapı və görüləcək təmir yenidən qurma işləri binanın yükgötürmə divarında həyata keçirilməyəcək, Dəyişiklik işləri layihəyə uyğun mühəndislik qaydalarına riayyət etməklə aparılacaqdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı1 Cavabdehnə qarşı iddiaçıya məxsus ünvan 4 ünvanlarında yerləşən yaşayış sahələrinə layihəyə uyğun olaraq müəyyən dəyişikliklərin edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün pilləkən qəfəsindəki divardan 1m. enində və 2.1 m. hündürlükdə qapı boşluğunun açılması məqsədilə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan inzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərir kı, ünvan 5 ünvanda 4 otaqlı və ünvan 6a məxsus hər iki mənzil 5-ci mərtəbədə yanaşı bloklarda yerləşməklə bitişik şəkildədir, mənzillər arasında əlaqə yaratmaq üçün 4 otaqlı mənzil ilə 2 otaqlı mənzil arasında 40 sm. qalınlıqında divarda və həmin divara paralel pilləkən qəfəsindəki divardan 1 m enində və 2.1 m. hündürlükdə qapı boşluğunun açılması zərurəti yaranmış məsələ ilə əlaqədar Şırvan Şəhər icra Hakimiyyətinə müraciət etmişdir. Şırvan Şəhər İcra Hakimiyyəti 1077 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 X3 Baş Ekspertiza idarəsinə qeyd edilən mənzillərə dəyişikliklər edilməsi üçün ekspertizadan keçirilməsi xahiş olunmuş, "Azərmemarlayihə" Dövlət Baş Layihə institutunun mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin X13 müəyyən işlər aparıldıqdan sonra qapı açılmasına müsbət rəy verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən məktubla mənzillərdə dəyişiklik üçun giriş qapısının açılmasına əsassız imtina edilmişdir. İddiaçı1 tərəfindən verilmiş iddianı əsassız hesab edərək qəbul etmirik. Bildiririk ki, iddiaçı məsələ ilə əlaqədar Cavabdehnə müraciət etmiş və Cavabdeh 1077 saylı xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 X2 Baş Ekspertiza İdarəsinə qeyd edilən mənzillərə dəyişikliklər edilməsi üçün ekspertizadan keçirilməsini xahiş etmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət X10 məsələnin onların səlahiyyətlərinə aid olmaması barədə cavab məktubu ünvanlamışdır. "Azərmemarlayihə” Dövlət Baş Layihə institutunun mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin X13 müəyyən işlər aparıldıqdan sonra qapı açılmasına müsbət rəy vermişdir. İddiaçı məsələ ilə əlaqədar Şırvan Şəhər İcra Hakimiyyətinə müraciət etmiş və Şırvan Şəhər icra Hakimiyyəti 2441 saylı xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 25-ci maddəsinə əsasən qonşuların bu işə notarıal qaydada təsdiq edilmiş yazılı razılıq verdiyi təqdirdə mənzillərdə dəyişiklik edilərək ikinci giriş qapısının açılmasına etiraz edılməyəcəyinı bildirmişdir. Lakin məsələ ilə əlaqədar Mənzil Məcəlləsinin tələbləri iddiaçıya dəfələrlə izah olunmasına baxmayaraq, iddiaçı qonşuların yazılı razılığını almamış və Cavabdehnə təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’nin 4.9.12-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və ( və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. İddiaçı1 cavabdeh Şırvan Şəhər icra Hakimiyyətinə qarşı 'iddiaçıya məxsus ünvan 4 ünvanlarında yerləşən yaşayış sahələrinə layihəyə uyğun olaraq müəyyən dəyişikliklərin edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin yenidən qurulması (və ya) yenidən planlaşdırılması uçun pilləkən qəfəsindəkı divardan 1 m. enində və 2.1 m.hündürlükdə qapı boşluğunun açılması məqsədilə qərar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilmədən rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili İddiaçı2 xx.xx.2023-cü tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiaçı1 və onun nümayəndəsi və vəkili İddiaçı2 keçmiş məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı həm də əsaslıdır. Belə ki, iddiaçı ona məxsus Şirvan şəhəri, Energetik küçəsi, bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün pilləkən qəfəsindəki divardan 1 m enində və 2.1 m hündürlükdə qapı boşluğunun açılması məqsədilə qərar verilməsi öhdəliyini Cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli 10/2954 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İddiaçı1 məxsus ünvan 8 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlıyaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması üçün pillənan qəfəsəsindəki divarın 1 m enindəvə 2,1 m hündürlüyündə qapı boşluğunun açılması və bununla bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «AZƏRMEMARLAYİHƏ» Dövlət Baş Layihəinstitutu tərəfindən hazırlanmış və xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin “Tikinti müaniyə”si layihəsi ilə müqaisə olunduğu zamanı açılmalı olan qapı boşluqların həmin yaşayış sahələrindən təyinatı üzrə təhlükəsiz istifadəni təmin edilməsinin (layihəyə uyğun) imkan olduğu müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: İddiaçı1 məxsus ünvan 9 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlıyaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması üçün pillənan qəfəsəsindəki divarın 1 m enindəvə 2,1 m hündürlüyündə qapı boşluğunun açılması və bununla bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «AZƏRMEMARLAYİHƏ» Dövlət Baş Layihəinstitutu tərəfindən hazırlanmış və xx.xx.2021-ci il tarixdə təstiq edilmiş mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin «Tikinti müaniyəs»si layihəsi həmin binada yerləşən qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafeylərinin pozubpozmaması məsələsi tikinti ekspertin səlahiyətindən kanar olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Qərardadın üçüncü sualı üzrə: İddiaçı1 məxsus ünvan 9 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlıyaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması üçün pillənan qəfəsəsindəki divarın 1 m enindəvə 2,1 m hündürlüyündə qapı boşluğunun açılması və bununla bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «AZƏRMEMARLAYİHƏ» Dövlət Baş Layihəinstitutu tərəfindən hazırlanmış və xx.xx.2021-ci il tarixdə təstiq edilmiş mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin «Tikinti müaniyəs»si layihəsi həmin binada yerləşən qonşuların və ya digər üçüncü şəxslərin yaşadıqları mənzillərdən təyinatı üzrə istifadə edilməsinə hər hansı bir maneənin olmadığı müəyyən edilir. Qərardadın dördüncü sualı üzrə: İddiaçı1 məxsus ünvan 9 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlıyaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması üçün pillənan qəfəsəsindəki divarın 1 m enindəvə 2,1 m hündürlüyündə qapı boşluğunun açılması və bununla bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «AZƏRMEMARLAYİHƏ» Dövlət Baş Layihəinstitutu tərəfindən hazırlanmış və xx.xx.2021-ci il tarixdə təstiq edilmiş mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin «Tikinti müaniyəs»si layihəsi həmin binada yerləşən qonşuların və ya digər üçüncü şəxslərin yaşadıqları mənzillərdən təyinatı üzrə istifadə edilməsinə hər hansı bir maneənin olmadığı müəyyən edilir. Qərardadın beşinci sualı üzrə: İddiaçı1 məxsus ünvan 8 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlıyaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması üçün pillənan qəfəsəsindəki divarın 1 m enində və 2,1 m hündürlüyündə qapı boşluğunun açılması və bununla bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «AZƏRMEMARLAYİHƏ» Dövlət Baş Layihəinstitutu tərəfindən hazırlanmış və xx.xx.2021-ci il tarixdə təstiq edilmiş mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin «Tikinti müaniyəs»si layihəsinə əsasən dəyişiklik aparıldığı zamanı həmin binada yerləşən qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaratmadığı müəyyən edilir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/8772 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İddiaçı1 məxsus ünvan 8 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlıyaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması üçün pillənan qəfəsəsindəki divarın 1 m enində və 2,1 m hündürlüyündə qapı boşluğunun açılması və bununla bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «AZƏRMEMARLAYİHƏ» Dövlət Baş Layihəinstitutu tərəfindən hazırlanmış və xx.xx.2021-ci il tarixdə təstiq edilmiş mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin «Tikinti müaniyəs»si layihəsinə əsasən dəyişiklik aparıldığı zamanı həmin binada yerləşən qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaratmadığı müəyyən edilir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan xx.xx.2003-cü il tarixli, 49/4 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X19 Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Əli Bayramlı şəhəri, Energetik küçəsində yerləşən 9 saylı binanın, ümumi sahəsi 53.62 kv.m yaşayış sahəsi 32.95 kv.m iki otaqdan ibarət 31 saylı mənzili İddiaçı1 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, Energetik küçəsi ev 9, mənzil 24 (yeni qaydalarla AZ 1800 Şirvan şəhəri X16 prospekti 105, M5, m2) ünvanı İddiaçı1 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 28 nömrəli kitabın 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitekturası Komitəsi “Azərmemarlayihə” Dövlət Baş Layihə İntitutunun xx.xx.2021-ci il tarixli, 9615 nömrəli ünvan 11 ünvanlarında İddiaçı1 məxsus mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin texniki müayinəsindən görünür ki, ünvan 12 ünvanda Şirvan şəhəri X16 prospekti 105 m5, m.2-də, 4 otaqlı və Əli Bayramlı şəhəri, Energetik küçəsi bina 9, mənzil 31 ünvanda 2 otaqlı mənzilin sahibi İddiaçı1 məxsusdur. Mənzillər 1981-ci ildə inşa edilmiş 5 mərtəbəli 2 bloklu yaşayış binasında 5-ci mərtəbədə yerləşir. Mənzillər müxtəlif bloklarda olmasına baxmayaraq bitişik şəkildədir. 4 otaqlı mənzil ilə 2 otaqlı mənzil arasındac 40 sm qalınlıqda daş divar mövcuddur. Mənzillər arasında əlaqə yaratmaq üçün 4 otaqlı mənzil ilə 2 otaqlı mənzil arasında 40 sm qalınlıqda divarda və həmin divara paralel pilləkən qəfəsəsindəki divarlardan 1.0 m enində qapı boşluğunun açılmasıdır. Bu məqsədlə institutun əməkdaşı tarafindən aparılmış texniki baxış keçirilmiş və araşdırmalar aparılmışdır. Tikintiyə vizual baxış keçirilmiş, tikintinin konstruktiv həlli müəyyənləşdirilmişdir, Yükdaşman konstruksiyalar və materialların vəziyyəti və istismara yararlığı müəyyən olunmuşdur. Araşdırmalar nəticəsində binanın mövcud konstruktiv elementləri təhlil edilərək hazırki müayinə tərtib edilmişdir. Müayinə olunan bina keçən əsrin 80-cı illərində inşa edilən birtipli layihələrə əsaslanan daş-karkas binadır. Binanın yükgötürən divarları 40 sm qalmlıqd “əhəng” daşından inşa edilmişdir. Eninə və uzunliğuna divarların oxlar üzrə addımı 6.0 m-dir. Mərtəbə arası örtük plitəsi yığma d/b boşluqlu paneldən inşa edilmiş pəncərə üstü və balkon yığma d/b elementlərdən yerinə yetirilmişdir. Binanın qapı açılacaq divarlarına öz yükündən başqa heç bir əlavə yükü yoxdur. Örtük panelləri xarici və orta divarlara oturdulmuşdur. Mənzillər binanın sonuncu mərtəbəsində yerləşdiyinə görə açılan qapı üstü daş hörgü 80 sm hündürlükdə qalır. (Qapı hündürlüyü 2.05 m qəbul edilir) Açılacaq qapı boşluğu kəsilib çıxarılmadan əvvəl atma səviyyəsində döşəmədən 2.10 m hündürlükdə divarda en istiqamətdə suvaq təmizlənir, divarda 5 sm enində 10 sm dərinlikdə qapı ölçüsündən 35-40 sm kənara çıxmaqla divarın hər iki üzündən bir-birinə bolt M20 (ad.500 mm) vasitəsilə bucaqlıq L90x6 bərkidilməlidir. Bundan sonra qapı boşluğu üçün divarda nəzərdə tutulmuş ölçüdə 1.0x2.10(h) daş divar elektrik mişar vasitəsilə kəsilib çıxarılmalıdır.Qapı boşluğu divarın dibində olduğu üçün divarın qoyulan boşluğun döşəmə səviyyəsindən şaquli istiqamətdə gücləndirici əlavə 2 ədəd bucaqlıq uzununa istiqamətdə olan mövcud divara bərkidilməklə qapı üstü bucaqlıqların alt səviyyəsinə qədər oturdulmalı və qaynaqlanmalıdır. Bucaqlıqlar bir-birinə hər 50 sm-dən bir 6 mm qalınlıqda lOsın enində metal lövhə ilə qaynaqlanaraq birləşdirilməlidir. Metal quraşdırma işləri başa çatdıqdan sonra “Rabitsa” toruna bükülməli və suvanmalıdır. Bundan sonra qapıları quraşdırmaq olar. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 2441 nömrəli məktubundan görünür ki, Cavabdehnə ünvanladığınız ərizəyə baxılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Sizə məxsus Energetik küçəsi ev 9, mənzil 24 (yeni qaydalarla AZ 1800 Şirvan şəhəri X16 prospekti 105, M5, m2) və hal-hazırda yaşadığı Energetik küçəsi ev 9, mənzil 31 müxtəlif bloklarda olmasına baxmayaraq ortaq divarla bitişik şəkildə olduğundan Energetik küçəsi ev 9, mənzil 24-ün giriş qapısını bağlayaraq yaşadığı Energetik küçəsi ev 9, mənzil 31 -in giriş qapısının yanında mənzilləri birləşdirmək şərtilə yeni ikinci giriş qapısının açılmasına görə sifarişi əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “AZƏRMEMARLAYİHƏ” Dövlət Baş Layihə İnstitutu tərəfindən mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin “Texniki müayinə”si layihəsi hazırlanmış və Cavabdehnə təqdim edilmişdir. Lakin ərizədə qeyd edildiyi kimi 4-cü mərtəbədə yaşayan qonşunun yeni ikinci giriş qapısının açılması ilə bağlı şikayət etməsi səbəbindən qapının açılması mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “AZƏRMEMARLAYİHƏ” Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Texniki müayinə” layihəsinə uyğun olaraq qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 25-ci maddəsinə əsasən qonşuların bu işə notarial qaydada təsdiq edilmiş yazılı razılıq verdiyi təqdirdə mənzillərdə dəyişiklik edilərək ikinci giriş qapısının açılmasına Cavabdeh etiraz etməyəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “AZƏRMEMARLAYİHƏ” Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021-ci il tarixli, R/01-113 nömrəli məktubundan görünür ki, Şirvan şəhəri, Energetik küçəsi, bina 9, mənzil 31 ünvanında yerləşən yaşayış sahələrinə layihəyə uyğun olaraq müəyyən dəyişikliklərin edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması üçün pilləkən qəfəsindəki divardan 1 m enində və 2.1 m hündürlükdə qapı boşluğunun açılması məqsədilə qərar verilməsi barədə 10 noyabr 2021-ci il tarixli ərizənizə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunda baxılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə uyğun olaraq, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir və həmin Məcəllənin 21.6-cı bəndinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün sahədə yenidənqurma və ( və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda yerli icra hakimiyyəti orqanının qərarında belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göndərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməsini məqsədəuyğun hesab etmişdirlər. İş materiallarında olan ünvan 15 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər bir saylı Notariat Ofisinin X1 təsdiq etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şirvan şəhəri, Energetik küçəsi, 9 saylı binanın 32 saylı mənzil onun mülkiyyətindədir. Qonşusu İddiaçı1dur. Hər iki mənzilin çıxışı bir pilləkənə açılır. Ona müraciət edərək onun mülkiyyətində olan Şirvan şəhəri, Energetik küçəsi, bina 9, mənzil 31 ünvanında yerləşən digər mənzilin onların istifadəsində olan pilləkən qəfəsində qapı aşılmasını bildirmişdir. Qapının açılması ona heç bir maneçilik törətmir və qapının açılmasına etiraz etmir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 703 nömrəli məktubundan görünür ki, İddiaçı1 4-cü mərtəbədə yaşayan qonçusunun yeni ikinci giriş qapısının açılması ilə bağlı şikayət etməsi səbəbindən qapının açılması mümkün olmamışdır. Təqdim edilmiş xx.xx.2021-ci il tarixli “Texniki müayinə” layihəsinə uyğun olaraq qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 25-ci maddəsinə əsasən qonşular tərəfindən giriş qapısının açılmasına notariat qaydada təsdiq edilmiş yazılı razılıq veriləcəyi təqdirdə Cavabdeh etirazının olmaması barədə İddiaçı1 xx.xx.2021-ci il tarixli, 2253 və xx.xx.2021-ci il tarixli, 2441 nömrəli məktublarla məlumat verilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: (3.11.1) müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.9.12-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək Yerli İcra Hakimiyyətlərinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 25.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 24.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə; 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. 25.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 25.3. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Cavabdehin imtinasına nəzər yetirdikdə aydın olur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “AZƏRMEMARLAYİHƏ” Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Texniki müayinə” layihəsinə uyğun olaraq qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 25-ci maddəsinə əsasən qonşuların bu işə notarial qaydada təsdiq edilmiş yazılı razılıq verdiyi təqdirdə mənzillərdə dəyişiklik edilərək ikinci giriş qapısının açılmasına Cavabdeh etiraz etməyəcəkdir. Belə ki, iş materiallarına əlavə edilmiş ünvan 15 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhər bir saylı Notariat Ofisinin X1 təsdiq etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şirvan şəhəri, Energetik küçəsi, 9 saylı binanın 32 saylı mənzil onun mülkiyyətindədir. Qonşusu İddiaçı1dur. Hər iki mənzilin çıxışı bir pilləkənə açılır. Ona müraciət edərək onun mülkiyyətində olan Şirvan şəhəri, Energetik küçəsi, bina 9, mənzil 31 ünvanında yerləşən digər mənzilin onların istifadəsində olan pilləkən qəfəsində qapı açılmasını bildirmişdir. Qapının açılması ona heç bir maneçilik törətmir və qapının açılmasına etiraz etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 27.5-ci maddəsinə əsasən Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bu istiqamətdə məhkəmə araşdırma aparmış və Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2023-cü il tarixli 10/8772 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən qərardadın birinci sualı üzrə bildirilmişdir ki, İddiaçı1 məxsus ünvan 8 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlıyaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması üçün pillənan qəfəsəsindəki divarın 1 m enində və 2,1 m hündürlüyündə qapı boşluğunun açılması və bununla bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin «AZƏRMEMARLAYİHƏ» Dövlət Baş Layihəinstitutu tərəfindən hazırlanmış və xx.xx.2021-ci il tarixdə təstiq edilmiş mənzillərdə müəyyən dəyişikliklər edilməsi üçün mövcud vəziyyətin «Tikinti müaniyəs»si layihəsinə əsasən dəyişiklik aparıldığı zamanı həmin binada yerləşən qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaratmadığı müəyyən edilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə, məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: - ünvan 1 ünvanında yerləşən İddiaçı1 mülkiyyətində olan mənzillə bağlı Cavabdeh tərəfindən verilən imtinası əsassız olduğundan qanuna zidd sayılmalı və bu hal iddiaçının hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. - İddiaçı1 inzibati orqana müraciəti və hazırkı iddia ərizəsində tələbi onun mülkiyyətində olan həmin daşınmaz əmlakın – mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması ilə bağlı qonşusunun şikayətinin olduğu bildirilsə də, müvafiq ekspert rəyinə əsasən dəyişiklik aparıldığı zamanı həmin binada yerləşən qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaratmadığı müəyyən edilir. Qeyd edilən şikayətlərin əsaslı olması ilə bağlı xüsusatlar müəyyən edilməmiş və əsassızlığı ilə bağlı cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim edilməmişdir. Tələbinin əsaslı olduğu ekspert rəyləri ilə sübut olunur və eyni zamanda məhkəmə ekspert rəylərini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləlilkə, iddia təmin edilməli, İddiaçı1 məxsus ünvan 1 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün pilləkən qəfəsindəki divardan 1 m enində və 2.1 m hündürlükdə qapı boşluğunun açılması məqsədilə qərar verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən təqdim edilən 18 aprel 2023-cü il tarixli ərizəyə əsasən iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilmələrinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri İddiaçı1n a aid edilməli və iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1 məxsus ünvan 1 ünvanlarında yerləşən yaşayış sahələrinə dəyişiklik edilməsi və bina 9, mənzil 31 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün pilləkən qəfəsindəki divardan 1 m enində və 2.1 m hündürlükdə qapı boşluğunun açılması məqsədilə qərar verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizalarının keçirilmələrinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh İddiaçı1 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-188/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-188/2023
05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver