Məhkəmə qərarları › İş №2-1(120)-1883/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1883/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1883/2023 13.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Baş X12 İdarəsinin Lənkəran rayon Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə qarşı “**-BH-*** avtomobilin qeydiyyat nişan nömrəsinin yenidən həmin avtomobilin üzərində saxlanması” tələbinə dair iddiası üzrə işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Baş X12 İdarəsinin Lənkəran rayon Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinə qarşı “**-BH-*** avtomobilin qeydiyyat nişan nömrəsinin yenidən həmin avtomobilin üzərində saxlanması” öhdəliyinin Baş X12 İdarəsinin Lənkəran rayon Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X3 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, dövlət qeydiyyat nişan nomrəli **-BH-*** olan SUBARU LEGASİ avtomobili etibarnamə əsasında öz adına rəsmləşdirmək istəyəndə Lənkəran qeydiyyat texniki baxış şöbəsi bütün sənədlərinin olmasına baxmayaraq həmin avtomobili üzərində olan **-BH-*** Dövlət qeydiyyat nişan nömrəsini avtomobilinə verilməməmışdır və ona özlərinin istədiyi nömrəni vermişdir. Yani **-CX-*** qeydiyyat nömrəsini vermişdilər və hərəkətdən narazıdır və DİN BDYPU-nin Lənkəran PPU ilə TPŞ-nin Məcbur etmə haqqında müvafiq məhkəmə aktının, qərarının (Qərardadır). Belə ki, Lənkəran Sətdarxan küçəsi ev-87 də qeydiyyatda olan X5 etibarnamə əsasında ona məxsus SUBARU LEGANSE markalı avtomobilini X6 həm həmin avtomobili satma-bağışlama və həmin şəxsin adından ərizə vermək salahiyəti olduğundan 31 oktyabr 2022-ci il tarixdə Lənkəran rayon 1 saylı natariat ofisinin xissusi natarisunda əlində olan qanuni etibarnaməyə əsasən, avtomobilin yeyəsi X1 əvəzinə həmin 42BH-008 qeydiyyat nişan nömrəsinin və nəqliyat vasitəsinin digər şəxsin adını gördüyü təqdirdə həmin qeydiyyat nişan nömrəsinin avtomobilin üzərində qalmasına etiraz etmir, sözləri yazmaqla natarius imzanı təstiq etmişdir. Gördüyü kimi, yol hərəkət haqında Azərbaycan Respublikasının qanunun tələbinə əsasən, avtomobilin Dövlət qeydiyyat nişanı onu satan şəxsin razılığı ilə üzərində saxlanılır. İşdə olan sənədlərdə görünür ki, həmin avtomobilini satan şəxs hər bir narazılığı yoxdur. Əfsuslar olsun ki, Lənkəran RQİ və TBŞ-nin rəhbərliyi qanun tələbini pozmuş və **-BH-*** qeydiyyat nişan nömrəni satan şəxsin razılığı olduğu və razılıq ərizəsinin olmasına baxmayaraq, **-BH-*** qeydiyyat nişan nömrəsini avtomobilində saxlanılmasına icazə verilməmişdir. Cavadeh inzibati orqanın iddiaçıya verdiyi imtina məktubunda qeyd edilmişdir ki, **- BH-*** dövlət qeydiyyat nişanının etibarnamə əsasında idarə edilən “Subaru” markal nəqliyyat vasitəsinin üzərində saxlanılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ünvanladığınız müraciətə baxılmışdır. Bildiririk ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respüblikasının Qanunun tələblərinə əsasən avtomobilin dövlət qeydiyyat nişanı onu satan şəxsin razılığı ilə üzərində saxlanılır. Nəqliyyat vasitəsini satan şəxs dövlət qeydiyyat nişanını avtomobilin üzərində saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti tərəfindən təhvil alınır və nəqliyyat vasitəsinə yeni dövlət qeydiyyat nişanı təhkim edilir. Üçüncü şəxs X7 iddia tələbinə münasibət ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, X2 etibarnaməsinə əsasən qeyd edilən SUBARU LEGASY markalı 42BH-008 qeydiyyat nişan nömrəli avtomobil iddiaçıya satılmışdır. Avtomobil satılan zaman razılıq olsa da, inzibati orqan 42BH-008 qeydiyyat nişan nömrəsini avtomobilin üzrəində saxlamamışdır. Qaldırılan iddiaya etirazlarının olmadığını bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа tərəflərə məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. -Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. -XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin: - İİ hissəsinə görə Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. - İİİ hissəsinə görə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -9.1-cı bəndinə görə Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada tərtib olunur və verilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə əldə etmiş olduğu avtonəqliyyat vasitəsi üzərində olan **-BH-*** qeydiyyat nişan nömrəsinin yenidən həmin avtomobilin üzərində saxlanmasını istəsə də, cavabdeh tərəfindən qeyd edilən qeydiyyat nişan nömrəsinin iddiaçının avtomobilinin üzərində saxlanmasına icazə verməmişdir. Avtomobilin iddiaçının avtomobilinin üzərindəki **-BH-*** qeydiyyat nişan nömrəsinin yenidən həmin avtomobilin üzərində saxlanmasına imtina edilməsinə əsas olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən avtomobilin dövlət qeydiyyat nişanı onu satan şəxsin razılığı ilə üzərində saxlanıla biləcəyi bildirmişdir. Məhkəmə qeyd edir ki, Lənkəran rayon 1 saylı notariat ofisinin möhrü ilə təsdiq etdiyi 31.102022-ci il tarixli ərizədə X5 bildirmişdir ki, SUBARU LEGASİ SEDAN buraxılış ili 1992-ci il, **-BH-*** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin digər şəxsin adına keçdiyi təqdirdə həmin qeydiyyat nişanın üzərində qalmasına etiraz etmir. Məhkəmə qeyd edir ki, iddia tələbi avtomobilin qeydiyyat nişan nömrəsinin yenidən həmin avtomobilin üzərində saxlanması cavabdehə həvalə edilməsi mümkündür. Belə ki, avtomobilin mülkiyyətçisi olan X5 SUBARU LEGASİ SEDAN buraxılış ili 1992-ci il, **-BH-*** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsinin digər şəxsin adına keçdiyi təqdirdə həmin qeydiyyat nişanın üzərində qalmasına etiraz etmədiyini ərizə ilə bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirsək məlum olur ki, -181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. -181.2-ci maddəsində əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi əşyanın sahibliyə verilməsinin qanuni əsaslarından biri kimi göstərilmişdir. -182.1-ci maddəsinə əsasən «Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsinin Bülletenində Mülki Məcəllənin 182.2-ci maddəsinin mənasını şərh edərək qeyd olunmuşdur ki, şəxsin öz iradəsinə əsasən mülkiyyətindən çıxarılmış əmlakı heç bir qanun pozuntusuna yol vermədən, müvafiq əqdə əsasən əldə etmiş, bununla da həmin əmlaka qanunda nəzərdə tutulmuş qaydada mülkiyyət hüquq qazanmış şəxs vicdanlı alıcı hesab edilir. (“Cinayətin törədilməsi zamanı əmlak zərər çəkmiş şəxsin iradəsinə zidd olmayaraq onun mülkiyyətindən çıxarıldıqdan sonra həmin əmlakı əldə etmiş şəxsin vicdanlı alıcı statutsuna malik olması sübuta yetirildikdə, o, mülkiyyətindən məhrum edilə bilməz ) Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsinin üzərindəki qeydiyyat nişan nömrəsinin avtomobildə üzərində saxlanmasına icazə verməməsi iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına məhkəmə maneə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “SUBARU LEGASY SEDAN buraxılış ili 1992-ci il tarixli avtomobilin üzərində olan **-BH- *** qeydiyyat nişan nömrəsinin yenidən həmin avtomobilin üzərində saxlanması öhdəliyinin Azərbaycan Respublikası Baş X12 İdarəsinin Lənkəran rayon Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. “SUBARU LEGASY SEDAN buraxılış ili 1992-ci il tarixli avtomobilin üzərində olan **-BH-*** qeydiyyat nişan nömrəsinin yenidən həmin avtomobilin üzərində saxlanması öhdəliyi Azərbaycan Respublikası Baş X12 İdarəsinin Lənkəran rayon Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar