Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-189/2022 03.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyun 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 10 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmətdə olduğu və əmək kitabçasında qeyd edilən illəri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 10 saylı Regional Ərazi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 10 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 10 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı ilə əvəz olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi hesablanaraq ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə anadan olmuşdur. 1973-cü ildən 1975-ci ilədək hərbi xidmətdə olmuş, hərbi xidmətini bitirdikdən sonra ümümilikdə 1975-ci ildən 2005-ci il tarixədək müxtəlif idarə və müəssisələrdə işləmişdir. Dövlət Sosial Müdafiə X11 Şəxsinin 10 saylı Regional Ərazi filialına yaşa görə əmək pensiyası təyin olunmasından ötrü müraciət etmişdir. Dövlət Sosial Müdafiə X11 Şəxsinin 10 saylı Regional Ərazi filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktub verilərək yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Onun əmək fəaliyyətində olduğu illər xx.xx.1978-ci il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında öz əksini tapır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 1973-cü il tarixdən 1975-ci il tarixədək hərbi xidmətdə olduğunu, 1975-ci il tarixdən 2005-ci il tarixədək müxtəlif idarə və müəssisələrdə işlədiyini və əmək haqqı aldığını iddia edir. İddiaçı ona pensiya təyin olunması üçün Fondun 10 saylı regional ərazi filialına müraciət etmiş, lakin Fondun 10 saylı regional ərazi filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktub ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının işlədiyini iddia etdiyi illər əmək kitabçasında qeyd olunmasına baxmayaraq həmin əmək kitabçası əsaslı şübhələr yaradır. Belə ki, xx.xx.1978-ci il tarixdə tərtib edilmiş HT-0200831 nömrəli əmək kitabçasının surətindən görünür ki, həmin əmək kitabçasında xx.xx.1975-ci il tarixli iddiaçının işə daxil olma və xx.xx.1975-ci il tarixli işdən azad edilmə barədə qeydlər əmək kitabçasına sonradan daxil edilmişdir. Belə ki, əmək kitabçası xx.xx.1978-ci il tarixdə tərtib olunsa da, ilk qeyd olaraq iddiaçının işə daxilolması xx.xx.1978-ci il tarixlidir. xx.xx.1975-ci il tarixli işə daxilolma və xx.xx.1975-ci il tarixli isdən azad edilmə barədə qeydlər əmək kitabçasında xx.xx.1978, xx.xx.1978, xx.xx.1978, xx.xx.1978, xx.xx.1979-cu il tarixli müvafiq qeydlərdən sonra edilmişdir. İddiaçının işlədiyi illərdə qüvvədə olan 1971-ci il tarixli Əmək Qanunlar Məcəlləsinin 29-cu maddəsinə əsasən əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçası işəgötürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün açılır. İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. İşdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi (kontraktı) xitam olunduğu gün (sonuncu iş günü) verilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş işçinin əmək kitabçasının forması və onun tərtibi qaydalarında qeyd olunur ki, əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Hal-hazırda qüvvədə olan Əmək Məcəlləsinin 48-ci maddəsində qeyd olunur ki, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. İstinad olunan maddələrin təhlilindən də göründüyü kimi həm iddiaçının işlədiyi dövrdə, həm də halhazırda qüvvədə olan qanunvericilik normalarında əmək kitabçasında qeydlərin işçinin müvafiq işə qəbul edildiyi və işdən azad edildiyi dövrdə aparıldığı qeyd olunmuşdur. İşçi işdən hər hansı səbəbdən azad olunduqda əmək kitabçası ona təqdim olunur və digər işə qəbul olunarkən işçi həmin əmək kitabçasını təqdim edir. Lakin hazırkı iş üzrə iddiaçının əmək kitabçasını təhlil etdikdə məlum olur ki, həmin qeydlər iddiaçının əmək kitabçasına işə daxil olduğu və ya işdən azad edildiyi dövrdə deyil, 1979-cu il tarixdən sonra edilmişdir. Bundan başqa, xx.xx.1975-ci il tarixli işə daxilolma, xx.xx.1983-cü il tarixli işə daxil olma və xx.xx.1985-ci il tarixli işdən azad olunma barədə qeydlərdə qaralamlar mövcuddur. Belə ki, əmək kitabçasından həmin dövrlərin iddiaçının marağına uyğun olaraq sonradan dəyişdirildiyi aydın görünür. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.6-cı və 3.7-ci bəndlərinə əsasən Əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “....... “ nömrəli qeyd etibarsızdır”. Əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. Lakin xx.xx.1978-ci il tarixdə tərtib edilmiş əmək kitabçasında öz əksini tapmış qeydlərin etibarsız hesab olunması və düzgün tarixin yazılması ilə bağlı hər hansı qeyd yoxdur. Bunun əksinə olaraq, işə daxilolma ayında və isdən azad edilmə ilində sonradan iddiaçının maraqlarına uyğun formada aydın şəkildə görülə biləcək düzəlişlər aparılmışdır. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdə qüvvvədə olan «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» 25 noyabr 1992-ci il tarixli Əsasnamənin 25-ci maddəsinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Bundan başqa, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sumqayıt şəhəri 7 №-li “Təmir Tikinti İdarəsi”nə 4-cü dərəcəli dülgər qəbul edilməsi ilə bağlı qeyd vardır. Əmək kitabçasından aydın şəkildə görünür ki, həmin müəssisədə iddiaçının işləməsi ilə bağlı qeydlər kiril əlifbası ilə yazılmasına baxmayaraq, müəssisə tərəfindən vurulmuş möhür latın dilindədir. Qeyd olunan hala xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək iddiaçının işlədiyini iddia etdiyi dövrlərdə də rast gəlinir. Həmçinin xx.xx.1999-cu il tarixli və xx.xx.1999-cu il tarixli qeydlərdə kiril əlifbasında yazılmasına baxmayaraq, müəssisə tərəfindən vurulmuş möhürdə latın qrafikalı əlifbadan istifadə olunmuşdur. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə 25 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində “Azərbaycan əlifbasının latından rus əlifbasına keçirilməsi haqqında” 11 iyul 1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. İstinad olunan qərara əsasən, 1992-ci il tarixdən etibarən möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə başlanılmalı olduğu qeyd olunurdu. Bu da onu göstərir ki, latın qrafikalı əlifbanın bərpa olunmasına 1992-ci il tarixdən başlanılmışdır. Lakin, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, xx.xx.1999-cu il tarixli və xx.xx.1999-cu il tarixli iddiaçının işlədiyini iddia etdiyi dövrlərlə bağlı da mübahisəli məsələlər ondan ibarətdir ki, həmin dövrlər iddiaçının əmək kitabçasında kiril qrafikalı əlifba ilə qeyd olunmuşdur. Yuxarıda göstərilənlərdən əlavə onu da qeyd etmək zəruridir ki, iddiaçının əmək kitabçasında xx.xx.1999-cu il tarixdə İmişli rayon Maddi X7nda işə qəbul edildiyi, xx.xx.2005-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edildiyi qeyd olunmuşdur. Əmək kitabçasında öz əksini tapmış ziddiyyətli məqamların müəyyən olunması və iddiaçının həqiqətən həmin müəssisələrdə işləməsi, əməkhaqqı alması ilə bağlı məlumatların müəyyən olunması üçün müvafiq olaraq tərəflərindən İmişli Rayon İcra Hakimiyyətinə 26 iyul 2021-ci il tarixli, **********4 nömrəli, Milli Arxiv İdarəsinə 26 iyul 2021-ci il tarixli, **********7 nömrəli, 26 iyul 2021-ci il tarixli, **********4 nömrəli Dövlət Vergi Xidmətinə, 26 iyul 2021-ci il tarixli, **********4 nömrəli Əmlak Məsələləri Dövlət Xidmətinə, 26 iyul 2021-ci il tarixli, **********9 nömrəli İmişli rayon Dövlət Arxivinə, 26 iyul **********1 nömrəli İmişli rayon Maddi X7na sorğular göndərilmişdir. İmişli rayon Dövlət Arxivinin 03 avqust 2021-ci il tarixli, 83 nömrəli arayışından görünür ki, “İmişli Rayon Maddi X7”nın əmr kitabları, əməkhaqqı cədvəlləri, mühasibatlığın sənədləri İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 09 avqust 2021-ci il tarixli, **********10 nömrəli məktubuna əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləsdirilməsinin Dövlət Programı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 109 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabelliyində olmuş İmişli rayon Təsərrüfat Hesablı X1 əsasında "xxxx" ASC yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2006-cı il tarixdə tam başa çatdırılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan da məlum olduğu kimi xx.xx.1997-ci il tarixdə ‘‘İmişli Təchizat” ASC yaradılmışdır. Buna baxmayaraq, əmək kitabçasından iddiaçının İmişli rayon Maddi X7nda xx.xx.1999-cu il tarixdə işə qəbul edildiyi qeyd olunmuşdur. İstinad olunan qanunverilik normalarının qarşılıqlı təhlilindən göründüyü kimi iddiaçının iddia etdiyi dövrlər əmək kitabçasında qeyd olunmasına baxmayaraq, kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. İddiaçının iddia etdiyi müəssisələrdə işləməsi hər hansı başqa sənədlərlə sübut oluna bilmir. Beləliklə, iddiaçı ona əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və ya azı 25 il sığorta stajına malik olmadığı üçün iddiaçıya pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ИТ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək İmişli rayon Avtonəqliyyat Müəssisəsində; xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Muradxanlı Texnoloji- Nəqliyyat İdarəsində; xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək İmişli Avtobazasında; xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək İmişli rayon Avtonəqliyyat Müəssisəsində; xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SMD-8 “Azərkənd tikinti” Trestində; xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sabirabad SMD-də; xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək NQÇİ “Muradxanlıneft”də; xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Azelektrikşəbəkə Tikinti” Trestində; xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək “Azərkənd tikinti” Tresti 10 nömrəli Tikinti Quraşdırma sahəsində; xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Jdanov (hazırda Beyləqan) rayon TTK-15-də; xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək İmişli şəhər Kommunal Təsərrüfatının tərkibində 5 nömrəli mülki qurğular distansiyasında; xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Sabirabad 8 saylı Avtonəqliyyat Müəssisəsində; xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sumqayıt şəhər 7 saylı Təmir Tikinti İdarəsində; xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək İmişli rayon 41 saylı Təmir Tikinti İdarəsində; xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək İmişli rayon Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsində; xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Azərneftlayihə Tikinti” X5 Tikinti Quraşdırma sahəsində; xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli rayon Maddi X7nda işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1128 nömrəli arayışından görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş Sovet ordu sıralarında xidmət etmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 83 saylı Arayışından görünür ki, “İmişli rayon Maddi X7”nın əmr kitabları, əmək haqqı cədvəlləri, mühasibatlıq sənədləri mühafizə və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********10 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 109 nömrəli sərancamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş İmişli rayon Təsərrüfat Hesablı X1 əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2006-cı il tarixində başa çatdırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarxili, 13saylı Arayışından görünür ki, İddiaçı həqiqətən 24 iyun 1975-ci il tarixdə 95 saylı əmrlə İmişli Avtobazasına İİ dərəcəli çilingər kimi işə qəbul edilmiş, 02 dekabr 1975-ci ildə 163 saylı əmrlə öz ərizəsinə əsaəsn işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********88220 saylı məktubundan görünür ki, məktubda adı gedən “İmişli rayon Maddi X7” adlı müəssisənin qeydiyyatda olması barədə məlumat aşkar edilmədi. İş materiallarında olan İmişli rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 101 nömrəli məktubundan görünür ki, “İmişli rayon Maddi X7” 2011-ci ilədək X10 Reyestrində qeydiyyatda olub, hal-hazırda bazada bu müəssisə mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, İddiaçı filiala ilkin müraciəti xx.xx.2021-ci il tarixdə olmuş və müraciəti ilə əlaqədar Fondun 10 saylı regional ərazi filialı tərəfindən inzibati icraat aparılmışdır. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə xx.xx.2021-ci il tarixdə çatmışdır (xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır). xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “İmişli rayon Maddi X7”nda işləmiş olduğu dövrlə bağlı qeyd olunan bazanın əmr və əmək haqqı kitabları İmişli rayon Dövlət Arxivində saxlanılmadığı üçün həmin dörv üzrə iş stajının həqiqiliyinin yoxlanılması mümkün olmamışdır. Bundan əlavə SHXÇDX-nin İmişli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1128 nömrəli təqdim etdiyi arayışa əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Rspublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli, 01/3-322 nömrəli məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Rspublikasının Statistik Vahidlərin Dövlət reyestrində “İmişli rayon Maddi X7” (sonradan "xxxx" ASC) 17 iyun 1996-cı il tarixindən 12 sentyabr 2011-ci il tarixinədək qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********408900 saylı məktubundan görünür ki, “İmişli rayon Maddi X7”nın bazasında yaradılmış "xxxx" ASC xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.2003-cü il tarixdə vergi uçotuna alınmışdır. "xxxx" ASC xx.xx.2011-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında' Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsinə nəzərdə tutulan kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dık sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Bildirirlər ki, vətəndaş İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1999-xx.xx.2005-ci illərdə işləmiş olduğu “İmişli rayon Maddi X7”nın əmr və əmək haqqı kitabları İmişli rayon Dövlət Arxivində saxlanılmaması səbəbindən həmin dövr üzrə iş stajının doğruluğunun yoxlanılması mümkün olmamışdır. Ona görə də vətəndaşa yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1954-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuş; xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək İmişli rayon Avtonəqliyyat Müəssisəsində; xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Muradxanlı Texnoloji-Nəqliyyat İdarəsində; xx.xx.1978ci il tarixdən xx.xx.1979-cu il tarixədək İmişli Avtobazasında; xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək İmişli rayon Avtonəqliyyat Müəssisəsində; xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SMD-8 “Azərkənd tikinti” Trestində; xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sabirabad SMD-də; xx.xx.1985-ci il tarixdən xx.xx.1986cı il tarixədək NQÇİ “Muradxanlıneft”də; xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək “Azelektrikşəbəkə Tikinti” Trestində; xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək “Azərkənd tikinti” Tresti 10 nömrəli Tikinti Quraşdırma sahəsində; xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Jdanov (hazırda Beyləqan) rayon TTK-15-də; xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək İmişli şəhər Kommunal Təsərrüfatının tərkibində 5 nömrəli mülki qurğular distansiyasında; xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Sabirabad 8 saylı Avtonəqliyyat Müəssisəsində; xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sumqayıt şəhər 7 saylı Təmir Tikinti İdarəsində; xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək İmişli rayon 41 saylı Təmir Tikinti İdarəsində; xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək İmişli rayon Birləşmiş Qazanxana və İstilik Şəbəkəsi sahəsində; xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək “Azərneftlayihə Tikinti” X5 Tikinti Quraşdırma sahəsində; xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli rayon Maddi X7nda işləmişdir. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi əsas məsələ iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “İmişli rayon Maddi X7”nda işlədiyi illərdir. Cavabdeh bildirir ki, iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “İmişli rayon Maddi X7”nda işləmiş olduğu dövrlə bağlı qeyd olunan bazanın əmr və əmək haqqı kitabları İmişli rayon Dövlət Arxivində saxlanılmadığı üçün həmin dövr üzrə iş stajının həqiqiliyinin yoxlanılması mümkün olmaması səbəbindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “İmişli rayon Maddi X7”nda işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, “İmişli rayon Maddi X7”nın əmr və əmək haqqı kitabları İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olması barədə cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “İmişli rayon Maddi X7”nda işləmiş, onun həmin illərdə işləməsi adına olan xx.xx.1978-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Habelə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunarkən ona məxsus əmək kitabçasında xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “İmişli rayon Maddi X7”nda işləməsi faktının əmək kitabçasında qeyd edilməməsi, hazırda isə həmin müəssisədə işləməsinin ona məxsus əmək kitabçasında qeyd edilməsi ilə bağlı iddiaçı məhkəmə iclasında verdiyi izahatında bidirmişdir ki, xx.xx.2016-cı il tarixdə ona əlilliyə görə əmək pensiyası təyin olunarkən onun əmək kitabçasında qeyd edilən iş stajı ona əlilliyə görə əmək pensiyası təyin olunması üçün kifayət etdiyindən, digər iş yerləri barədə əmək kitabçasında qeydlərin olub-olmaması onu düşündürməmişdir. Lakin sonradan o, hesab etmişdir ki, gələcəkdə onun işlədiyi iş yerləri barədə məlumat tələb olunar, bu səbəbdən də o, xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi “İmişli rayon Maddi X7”na müraciət etmiş və onun iş illəri barədə əmək kitabçasında qeydlər aparılmışdır. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə həmçinin əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmə cavabdehin iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərdə qaralamaların mövcud olması, həmin qeydlərin etibarsız hesab olunması və düzgün tarixin yazılması ilə bağlı hər hansı qeydin olmaması, həmin qeydlərdə qaralamların sonradan iddiaçının maraqlarına uyğun formada aydın şəkildə görülə biləcək düzəlişlər aparılması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən həmin hallarla bağlı əlavə araşdırma və əsaslandırma aparılmasına zərurət görmür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2018-ci ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2016-cı il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. Odur ki, məhkəmə hesab edir ki, ona yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir. Beləliklə, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı işlədiyi illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi hesablanaraq ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı işlədiyi illər və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi hesablanaraq ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-189/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-189/2022
03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver