Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-189/2024 22.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-486/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-N(N20)-486/2023 saylı inzibati iş üzrə icraat, Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N3N3/2023 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənədək dayandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N89/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraat təzələnmişdir İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o,N7 oktyabr N993-cü il tarixindən (əmr № 23N) xx.xx.N994-cü ilədək (əmr № N7) N saylı hərbi hissənin və xx.xx.N994-cü ildən iyun-iyul N994-cü ilədək N saylı hərbi hissənin tərkibində və xx.xx.N994-cü ildən xx.xx.N997-ci ilədək N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. Döyüş əməliyyatlarında ön cəbhədə döyüşmüş N994-cü ilin fevral ayında yaralanaraq əvvəlcə səhra qospitalına, daha sonra isə Bakı şəhərində hərbi qospitala yerləşdirilmişdir. Uzun müddət ayağından aldığı güllə yarasından müalicə aldıqdan sonra ayağındakı (güllə topuğunu dağıtmışdır) travma bərpa edildikdən sonra yenidən hərbi xidmətini davam etdirmək üçün hərbi hissəyə qayıtmışdır.N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin 2N yanvar N994-cü il tarixli N nömrəli əmri ilə “T” tipli Vİİ MAT-ın şəxsi heyətinin siyahısına, bütün növ təminatlarla təmin salınaraq, radio-telefonçu vəzifəsinə təyin olunmuşdur.Şəxsi heyətin qəbul məntəqəsindən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N8N nömrəli hərbi hissə komandirinin N7 dekabr N994-cü il tarixli 3N8 nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısına, bütün növ təminatlarla təmin salınaraq zenit artilleriya divizionunda vəzifəyə təmin olunmuş və Azərbaycan Respublikası “Hərbi xidmət haqqında” qanunun N8-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata tərxis olunmuş, komandirin 07 avqust N997-ci il tarixli 224nömrəli əmri ilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir.Bütün göstərilən faktlar Müdafiə Nazirliyinin arxiv materialları ilə sübuta yetirilir. Lakin N saylı hərbi hissənin komandirinin xx.xx.N996-cı il tarixli, 92 nömrəli əmrinə əsasən İddiaçı “fərari” hesab edilmiş və bu barədə hərbi biletində müvafiq qeyd aparılmışdır. Çox maraqlıdır ki, İddiaçı hərbi xidmət keçdiyi müddətdə “fərari” sayılır və bu barədə müvafiq quruma, hərbi prokurorluğa məlumat verilmir. İddiaçı fərarilik etmişdisə nə üçün bu barədə məlumat həm MN-nə həm də hərbi prokurorluğa göndərilməmiş, fərari şəxs barəsində cinayət işi açılmamışdır? Təəssüflər olsun ki, Müdafiə Nazirliyi İddiaçı hərbi xidmət keçməyini, döyüş bölgələrində döyüşlərdə iştirakını, həmin döyüşlərdə ağır yaralandığını təsdiq etsə də ona veteran adı və vəsiqəsi verilməsindən imtina edir. Səbəb kimi isə əsası olmayan guya fərari olmağını göstərir.Gəncə Hərbi Prokuroru ədliyyə prokuroru Əmrah Mehtiyevin 25 fevral 20N6-cı il tarixli, HP 5/79N saylı məktubundan görünür ki, İddiaçı barəsində Gəncə hərbi prokurorluğunda təqsirləndirici material yoxdur və cinayət işi istintaq edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. icraatınızda, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır.İddiaçı, iddia ərizəsində xx.xx.N992-ci il tarixdən xx.xx.N997-ci il tarixədək 888, N72 və N8N nömrəli hərbi hissələrdə xidmət keçdiyi müddətlərdə döyüşlərdə iştirak etdiyini və N994-cü ilin fevral ayında gedən döyüşlər zamanı yaralandığını bildirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsiöhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması: - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3946 nömrəli məktubundan görünür ki, hərbi hissəni özbaşına tərk etdiyi üçün Beyləqan RHKdan çağırılmış, N974-cü il təvəllüdlü Hacıyev X4 nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin sözü gedən arayışda, N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Nəzərə çatdırılır ki, İddiaçı döyüş əməliyyatlarında iştirak etməsi, hansı şəraitdə yaralanması, hospitalda müalicə almasına dair arxiv sənədlərində məlumatlar aşkar edilməmişdir (arxiv arayışı). Qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavbdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7).Azərbaycan Respublikası İPM-nin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli,396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin.Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır.Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü ildə anadan olmuş və Beyləqan rayonu, Gödəklər kəndində qeydiyyatdadır. - Şirvan İnzibati Məhkəməsinin 2-N (N20)-N3N3/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı hərbi biletindəki “fərari” qeydi etibarsız hesab edilməklə, ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı Hərbi Hissə; xx.xx.N996-cı il tarixli, №92” qeydinin silinməsi öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. - İşdə olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı N7 oktyabr N993-xx.xx.N997-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi biletin 24-cü səhifəsində qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin 2-N (N20)-N3N3/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N3N3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının qanuni qüvvəyə minməsi ilə əlaqədar H3 ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı hərbi hissə; xx.xx.N996-cı il tarixli, 92 saylı qeydi xx.xx.2023-cü il tarixdə etibarsız hesab edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli 9/2-935 nömrəli arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirin N7 oktyabr N993-cü il tarixli 23N №-li əmrilə (əsas: səh-28,§N, sıra-28) şəxsi heyətinin siyahısına salınaraq, bütün növ təminatlarla təmin olunmuş və 20 yanvar N994cü il tarixli N7 №-li əmrilə (əsas: səh- N4,§7,sıra-N32) 2N yanvar N994-cü il tarixdən xidmətini davam etdirmək üçün N72 №-li hərbi hissəyə göndərilərək şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N72 №-li hərbi hissə komandirinin 2N yanvar N994cü il tarixli N №-li əmrilə (əsas: səh- 26,§7,sıra-N2) “T” tipli Vİİ MAT-ın şəxsi heyətinin siyahısına, bütün növ təminatlarla təmin salınaraq, radio-telefonçu vəzifəsinə təyin olunmuşdur. Şəxsi heyətin qəbul məntəqəsindən xidmətini davam etdirmək üçün gəlmiş A.M. Hacıyev N8N №-li hərbi hissə komandirinin N7 dekabr N994-cü il tarixli 3N8 №-li əmrilə (əsas: səh-N8,§4,sıra-N3) şəxsi heyətinin siyahısına, bütün növ təminatlarla təmin salınaraq, zenit artilleriya divizionunda vəzifəyə təyin olunmuş və Azərbaycan Respublikası “Hərbi xidmət haqqında qanunun” N8 maddənin V bəndinə əsasən (xəstəliyə görə) ehtiyata tərxis olunmuş komandirin 07 avqust N997-ci il tarixli 224 №-li əmriiə (-səhN6:§S sırə-N9) heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beylaqan RHK-na göndərilmişdir. N72 №-li hərbi hissə komandirinin iyun-iyul N994-cü il tarixli əmrlərində A.M. Hacıyevin xidməti barədə məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N9-cu il tarixli N/7N-843 nömrəli məktubunda göstərilmişdir ki, müharibə Veteram adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komıssıya”nın xx.xx.20N6-cı il və təkrar xx.xx.20N8-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N994-cü il tarixdə müalicə olunduğu 3 nömrəli şəhər klınıkı xəstəxanasından hərbi hissəyə qayıtmadığına görə yəni hərbi hissəni özbaşına tərk etdiyi uçun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən "Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-3946 nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 23N №-li əmrilə (əsas: səh 28, § N, sıra 28) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin edilmişdir. Xidmətini davam etdirmək üçün N72 №-li hərbi hissəyə göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N7 №-li əmrilə (əsas: §7, sıra N32) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.N72 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrində (əsas: səh 26, § 7, sıra N2, əmrdə adı və atasının adı tam yazılmamışdır) xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək radiotelefonçu vəzifəsinə təyin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Beyləqan RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü Hacıyev X4 nazirinin 30.0N,N996-cı il tarixli müvafiq əmrinə əsasən N72 №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 №-li əmrilə (əsas: səh 42, § N0, sıra 794) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.Xidmətini davam etdirmək üçün X5 Məntəqəsindən gəlmiş, Beyləqan RHK-dan çağırılmış İddiaçı N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N8 №-li əmrilə (əsas: səh N8, § 3, sıra N3) ZRD-nun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 327 №-li əmrilə (əsas: səh 34, § 2, sıra N) sıravi İddiaçı ZRD-nun qazan təminatından çıxarılaraq OBMO-nun qazan təminatına daxil edilmişdir.“Hərbi xidmət haqqında qanunun” N8-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyinə görə) Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N997-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq Silahlı Qüvvələrdən tərxis olunduğu üçün N974-cü il təvəllüdlü 2 MAT-un ştatdan kənar sıravisi İddiaçı N8N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 224 №-li əmrilə (əsas: səh 2N6,^5, sıra 9) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir. N72 №-li hərbi hissə komandirinin xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli HPxx/xx-N2984 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı xx.xx.N993-cü il tarixdən 20 0N N994-cü il tarixədək N nömrəli, xx.xx.N994-cü il tarixdən N994-cü ilin iyul ayına kimi N nömrəli, xx.xx.N994-cü il tarixdən xx.xx.N997-ci il tarixədək N8N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Lakin, müraciətinə əlavə edilmiş İddiaçı hərbi biletinin 4-cü səhifəsində N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 №-li əmri ilə onun fərari olması qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Prokurorluğu Gəncə Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli NNN7/6977 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Gəncə hərbi prokurorluğunda heç bir cinayət işinin istintaqı aparılmamış və ya təqsirləndirici material aşkar olunmadı. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 722 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatından daxil olmuş xx.xx.2022-ci il tarixli N825 nömrəli məktuba əsasən, Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N585/2022 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda adı qeyd olunmuş- xx.xx.N974-cü il il təvəllüdlü İddiaçı aid sənədlərin (xidmət müddəti və xidmət keçdiyi hərbi hissənin döyüş bölgəsində yerləşməsi, xəstəliyi ilə əlaqədar tərxis edilməsi, N nömrəli hərbi hissədə xidmət barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivdən daxil olmuş məlumat) təsdiq edilmiş kserosurətləri ünvanına göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/2- 478N nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 23N №-li əmrilə (əsas: səh 28, § N, sıra 28) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin edilmişdir. Xidmətini davam etdirmək üçün N72 №-li hərbi hissəyə göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N7 №-li əmrilə (əsas: §7, sıra N32) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.N72 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N №-li əmrində (əsas: səh 26, § 7, sıra N2, əmrdə adı və atasının adı tam yazılmamışdır) xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək radiotelefonçu vəzifəsinə təyin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Beyləqan RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü Hacıyev X4 nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən N72 №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 №-li əmrilə (əsas: səh 42, § N0, sıra 794) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Xidmətini davam etdirmək üçün X5 Məntəqəsindən gəlmiş, Beyləqan RHK-dan çağırılmış İddiaçı N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N8 №-li əmrilə (əsas: səh N8, § 3, sıra N3) ZRD-nun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.N8N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 327 №-li əmrilə (əsas: səh 34, § 2, sıra N) sıravi İddiaçı ZRD-nun qazan təminatından çıxarılaraq OBMO-nun qazan təminatına daxil edilmişdir. "Hərbi xidmət haqqında qanunun” N8-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyinə görə) Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N997-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq Silahlı Qüvvələrdən tərxis olunduğu üçün N974-cü il təvəllüdlü 2 MAT-un ştatdan kənar sıravisi İddiaçı N8N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli 224 №-li əmrilə (əsas: səh 2N6, § 5, sıra 9) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir.Qeyd edirik ki, N72 №-li hərbi hissə komandirinin xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət dövrü (il,ay) qeyd edilmədiyi üçün araşdırmalar barəsində Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş müraciətlər əsasında aparılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən imtina edilərək, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N994-cü il tarixdə müalicə olunduğu 3 nömrəli şəhər klınıkı xəstəxanasından hərbi hissəyə qayıtmadığına görə yəni, hərbi hissəni özbaşına tərk etdiyi uçun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün olmadığını göstərmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı Beyləqan RHK-dan çağırılaraq, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 23N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək “sıravi" hərbi rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunmuş, xx.xx.N994-cü il tarixli N7 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmətini davam etmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməklə radiotelefonçu vəzifəsinə təyin olunmuşdur. 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən verilmiş 20N5-ci il tarixli məktuba əsasən, İddiaçı sol baldrının toxunub keçən güllə yarası- diaqnozu ilə xəstəxanaya xx.xx.N994-cü il tarixdə daxil olmuş, xx.xx.N994-cü il tarixdə isə evə yazılmışdır. Təkrarən, X3 Məntəqəsindən xidmətini davam etdirmək üçün gələrək N8N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N8 nömrəli əmri ilə ZRD-nun şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah Rəisinin xx.xx.N997-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq 2 MAT-un ştatdan kənar hərbi qulluqçusu kimi, xx.xx.N997-ci il tarixli 224 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-na göndərilmişdir. Lakin iş materiallarına nəzər yetirilərkən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmri ilə, Beyləqan RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə, N72 №-li hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 92 №-li əmrilə (əsas: §-N0, səh-42, sıra- 794) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Belə ki, N994-N997-ci illərdə İddiaçı N8N nömrəli hərbi hissədə hərbi xidmətdə olan dövrdə və ZRD-nun şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilən zamanlarda, N72 №-li hərbi hissə komandirinin xx.xx.N996- cı il tarixli 92 №-li əmri ilə (əsas: §-N0, səh-42, sıra-794) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı Hərbi Hissə; xx.xx.N996-cı il tarixli, №92” qeydi yazılmışdır. İş materiallarından İddiaçı barəsində xx.xx.N996- cı il tarixli 92 №-li əmri ilə (əsas: §-N0, səh-42, sıra-794) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması və ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində “özbaşına tərk etdiyi üçün fərari-N saylı Hərbi Hissə; xx.xx.N996-cı il tarixli, №92” qeyd yazılmış, həmin ərəfələrdə (N996-cı il tarixdə) isə iddiaçının N8N nömrəli hərbi hissənin ZRD-nun şəxsi heyətin siyahısında hərbi xidmətini davam etdirməsi müəyyən olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərək, “fərari” qeydi etibarsız hesab edilməklə, ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı Hərbi Hissə; xx.xx.N996-cı il tarixli, №92” qeydinin silinməsini xahiş etmiş və Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-N3N3/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, НЗ ******* nömrəli hərbi biletin 24-cü səhifəsində qeyd edilmişdir ki, 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari- N saylı hərbi hissə; xx.xx.N996-cı il tarixli, 92 saylı qeydi xx.xx.2023-cü il tarixdə etibarsız hesab edilmişdir. Həmçinin məhkəmə tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, cavab olaraq barəsində hər hansı cinayət işi və ya təqsirləndirici material aşkar olunmadığı müəyən edilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, İddiaçı barəsində hərbi biletdə yazılmış “fərari” qeydinin etibarsız hesab edilməsi barədə müvafiq məlumat aşkar edildiyi üçün cavabdeh orqan tərəfindən inzibati mübahisə araşdırılmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-189/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-189/2024
22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver