Məhkəmə qərarları › İş №2-1(120)-1893/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1893/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1893/2022 24.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 24 noyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1ETDİ: İddiaçı cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon qeydiyyat şöbəsində olan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabının akt qeydində soyadının “Babaşova” əvəzinə “Babaşov” olaraq, adının “Nahidə” əvəzinə “Nahid” olaraq, cinsinin qadından-kişiyə düzəliş edilməsi, yəni “qızı” sözü əvəzinə “oğlu” olaraq qeyd edilməsi və həmçinin ona düzəliş edilmiş doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1968-ci ildə Saatlı rayonu Qaracalar kəndində anadan olmuşdur. Atası Babaşov Qanbay Unbay oğlu, anası isə Babaşova Fatma Əli qızıdır. Valideyinlərinin hər ikisi vəfat edibdir. O, hal-hazırda Saatlı rayonu Qaracalar kəndində yaşayır. Ona məxsus doğum haqqında şəhadətnamədə soyadı “Babaşova” kimi, adı isə “Nahidə” kimi qeyd edilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamədə soyadında və adında düzəlişin edilməsi üçün və həmçinin ona düzəliş edilmiş təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün Saatlı rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Saatlı rayon qeydiyyat şöbəsindən ona gələn 16 iyun 2022-ci il tarixli, 05/Q-189/09 saylı məktubla soyadında və adında düzəlişin edilməsindən və həmçinin ona düzəliş edilmiş doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Saatlı rayon qeydiyyat şöbəsinin əməkdaşı bildirmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan qeydlərdə düzəliş etmək üçün, yalnız məhkəmənin qərarı lazımdır. Bildirir ki, ona verilmiş AA ******* seriyalı şəxsiyyət vəsiqəsində soyadı “Babaşov” kimi, adı isə “Nahid” kimi qeyd edilibdir. Bundan başqa, ona məxsus bütün sənədlərdə soyadı “Babaşov” kimi, adı isə “Nahid” kimi qeyd edilibdir. Odur ki, Saatlı rayon qeydiyyat şöbəsində olan, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında soyadının “Babaşova” əvəzinə “Babaşov” olaraq, adının isə “Nahidə” əvəzinə “Nahid” olaraq, “qızı” sözü əvəzinə isə “oğlu” olaraq yazılması və ona duzəliş edilmiş doğum haqqında şəhadətnamənin verilməsi üçün, məhkəməyə ərizə vermək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı doğumu haqqında akt qeydində soyadının “Babaşova” əvəzinə “Babaşov” olaraq, adının isə “Nahidə” əvəzinə “Nahid” olaraq, “qızı” sözü əvəzinə isə “oğlu” olaraq yazılması və ona duzəliş edilmiş doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/Q-189/09 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, doğumunuz haqqında akt qeydində soyadınızın Babaşova-dan Babaşov-a, adınızın Nahidə-dən Nahid-ə, cinsinizin qadın-dan kişi-yə düzəliş edilməsi ilə bağlı ərizənizə Saatlı rayon qeydiyyat şöbəsində baxılmışdır. Təqdim olunmuş sənədlərə əsasən ziddiyyətlərin aradan qaldırılması məqsədilə akt qeydində düzəliş və dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığından Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydlərinə düzəliş edilməsi mümkün deyildir. Əlavə olaraq bildiririk ki, tələbinizin təmin olunmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın 9.13-cü bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış və Saatlı rayon qeydiyyat şöbəsinin arxivində İddiaçı aid akt qeydi aşkar edilməmişdir. Lakin Saatlı rayon Varxan kənd icra nümayəndəliyinin xx.xx.1968-ci il tarixli doğum akt qeydləri kitabının 65 saylı doğum haqqında akt qeydinda xx.xx.1968-ci il təvəllüdlü Babaşova Nahidə Qanbay qızının (atası - Babaşov Qanbay Unbay oğlu və anası-Babaşova Fatma Əli qızı) doğumu haqqında akt qeydi aşkar edilmişdir. Qeyd olunan doğum haqqında akt qeydində soyadında, adında və uşağın cinsində ziddiyyət mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Odur ki, doğum haqqında akt qeydində dəyişiklik edilməsinə dair məhkəmədə iddia qaldırmaq hüququnuz vardır. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Qeyd olunan Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Sözügedən Müddəaların 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. İş materiallarından görünür ki, Saatlı rayon Varxan kənd soveti tərəfindən xx.xx.1968-ci il tarixdə doğum tarixi xx.xx.1968-ci il olan Babaşova Nahidə Qanbay qızının doğum akt qeydi tərtib edilmiş və həmin akt qeydində onun “atası” qrafasına Babaşov Qanbay Unbay oğlu, “anası” qrafasına Babaşova Fatma Əli qızı, cinsi “qadın” qeyd olunmuşdur. İş materiallarından görünür ki, Saatlı rayon Varxan kənd soveti tərəfindən xx.xx.1968-ci il tarixdə doğulmuş İddiaçı adına АЗ seriyalı ******* nömrəli “Doğum haqqında şəhadətnamə” verilmiş və şəhadətnamədə onun valideynləri kimi Babaşov Qanbay Unbay oğlu və Babaşova Fatma Əli qızı göstərilmişdir. İş materiallarında olan AA ******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, həmin şəxsiyyət vəsiqəsi xx.xx.1968-ci il tarixdə doğulmuş İddiaçı adına verilmişdir. İş materiallarından görünür ki, Saatlı rayon hərbi komissarlığı tərəfindən xx.xx.1968ci il təvəllüdlü İddiaçı НЗ № ******* nömrəli hərbi bilet verilmişdir. İş materiallarında olan Saatlı rayon Qaracalar kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 121 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Saatlı rayon Qaracalar kəndində qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının şəxsiyyət vəsiqəsi ilə doğum akt qeydi, eləcə də doğum haqqında şəhadətnamə araasında uyğunsuzluq mövcuddur (iddiaçının adı bir sənəddə “Babaşova Nahidə Qanbay qızı”, digərində isə “İddiaçı” göstərilmişdir) və iddiaçı doğumu haqqında akt qeydində soyadının “Babaşova” əvəzinə “Babaşov” olaraq, adının isə “Nahidə” əvəzinə “Nahid” olaraq, “qızı” sözü əvəzinə isə “oğlu” olaraq yazılması və ona duzəliş edilmiş doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş, iddiaçı da hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində dəyişiklik edilməsi (adın dəyişdirilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının soyadı və adı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Odur ki, hər bir halda iddiaçının adına münasibətdə qanunvericiliklə “soyadın, adın dəyişdirilməsini istisna edən hallar”ın mövcudluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı cavabdeh Saatlı rayon qeydiyyat şöbəsi iddiaçının adının və soyadının dəyişdirilməsini, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçının adı, soyadı və cinsi ilə bağlı doğum akt qeydindəki uyğunsuzluq onun və ya doğulandan sonra qanuni nümayəndələri kimi valideynlərinin iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun soyadının “Babaşova” əvəzinə “Babaşov” olaraq, adının “Nahidə” əvəzinə “Nahid” olaraq, cinsinin qadından-kişiyə düzəliş edilməsi, yəni “qızı” sözü əvəzinə “oğlu” olaraq qeyd edilməsindən cavabdeh Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən imtina edilməsi qanuna zuddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı soyadının “Babaşova” əvəzinə “Babaşov” olaraq, adının “Nahidə” əvəzinə “Nahid” olaraq, cinsinin qadındankişiyə düzəliş edilməklə onun doğum akt qeydində dəyişiklik edilməsi və müvafiq şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı soyadının “Babaşova” əvəzinə “Babaşov” olaraq, adının “Nahidə” əvəzinə “Nahid” olaraq, cinsinin qadından-kişiyə düzəliş edilməklə onun doğum akt qeydində dəyişiklik edilməsi və müvafiq şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Saatlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar