Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1894/2022 13.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 dekabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 pensiya təyin edən komissiyasının 12 yanvar 2022-ci il tarixli, 1E3Q0DQ001 saylı qərarının ləğv edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bildirmək istəyir ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun 1 Saylı X4 yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin DSMF-nin 1 Saylı X7 tərəfindən təqdim edilmiş 24 yanvar 2022-ci il tarixli, **********9 nömrəli bildiriş ilə Pensiya təyin edən komissiyanm 12 yanvar 2022-ci il tarixli, 1E3Q0DQ001 saylı qərarı ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi bildirilmişdir. Lakin qeyd edilən 12 yanvar 2022-ci il tarixli, 1E3Q0DQ001 saylı qərarın surəti ona təqdim olunmamış və nə üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi səbəbi göstərilməmişdir. Məlum edir ki, təqdim etdiyi və hal-hazırda da iddia ərizəsinə qoşma olaraq əlavə etdiyi əmək kitabçasından da görünür ki, o, xx.xx.1977-ci ildən sürücü vəzifəsində işə başlamış və müxtəlif iş yerlərində olmaqla 23 sentyabr 2021-ci ilə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. ******* saylı əmək kitabçasında aparılmış qeydlərə əsasən ümumilikdə 23 il 4 ay əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur. Əmək kitabçasında olan qeydlərdən əlavə Lənkəran Nəqliyyat Xidməti ASC tərəfindən verilmiş 10 oktyabr 2021-ci il tarixli, 19 nömrəli sənəddən görünür ki, 1991-ci ildən 1993-cü ilin may ayına kimi, yəni 2 il 4 ay müddətində həmin nəqliyyat xidmətində çalışmışdır. Lənkəran Nəqliyyat Xidməti ASC tərəfındən verilmiş xx.xx.2022-ci il tarixli, 25 nömrəli əmək haqqı barədə məlumat arayışlarında 1978-ci ilin iyun ayından 1989-cu ilin may ayına qədər olan əmək haqqı cədvəli göstərilmişdir. Lənkəran Nəqliyyat Xidməti ASC tərəfındən verilmiş xx.xx.2021-ci il tarixli, 49 nömrəli əmək haqqı barədə məlumat arayışlarında 1996-cı ilin iyul ayından 1998-ci ilin dekabr ayına qədər olan məlumat göstərilmişdir. X6 (Avtobaza) sənədləri X14 fılialına verilmədiyi səbəbindən onun həmin təşkilatda işləməyi ilə bağlı məlumat arxiv idarəsinə daxil olmamışdır. Bununla bağlı xx.xx.2021-ci il tarixli arayışı iddia ərizəsinə əlavə edir. Həmçinin xx.xx.2021-ci il tarixli Lənkəran Sərnişin ASC tərəfındən verilmiş 59 nömrəli arayışdan onun xx.xx.1978-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi X1 Birliyində sürücü işləməyi, xx.xx.1996-cı il tarixindən yenidən oraya sürücü kimi işə qəbul edildiyi, daha sonra X5 1998-ci ilin aprel ayından özəlləşmə aparılarkən "xxxx" ASCyə çevrildiyi və son olaraq da xx.xx.1999-cu il tarixdə ərizəsinə əsasən işdən azad edildiyi qeyd edilmişdir. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onunla birlikdə çalışmış iş yoldaşları X15, X16, Cəfərov Natiq, X17, mühasib kimi çalışan Rəhimə xanım onun əmək fəaliyyəti ilə məşğul olmağına şahiddirlər və onlar qeyd etdiyi bu faktı təsdiq edə bilərlər. Məlumat üçün bildirir ki, əmək fəaliyyətinin əmək kitabçasında aparılmış hesablanması düzgün qeyd olunmamışdır. Qeyd etmək istəyir ki, o, sözügedən qərardan narazıdır. Belə ki, əmək kitabçasına və arxiv arayışlarına nəzər yetirilərsə əmək fəaliyyəti ilə məşğul olduğu illər üzrə ona yaşa görə əmək pensiyasının təyin edilməsi müəyyən olunmalı idi. Hal-hazırda DSMF-nin 1 Saylı X2 Pensiya təyin edən komissiyasının 12 yanvar 2022-ci il tarixli, 1E3Q0DQ001 saylı qərarından narazı qalaraq məhkəmə müdafıəsindən istifadə etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı yasa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu və ya qanunvericiliklə tələb olunan pensiya kapitalı toplanmadığı üçün müraciətinin müsbət həlli mümkün olmamışdır. Daha sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində yaşa görə əmək pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. İddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək 2 il 14 gün hərbi xidmətdə olduğu müddət, əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, 01,08.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 18 il 3 ay 18 gün əmək fəaliyyəti dövrü olmaqla ümumi sığorta stajı 20 il 11 ay 1 gün təşkil edir. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hisəssində mövcud olan 16343,29 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan 28800 manat pensiya kpitalından az olduğundan, pensiya təminatına imkan vermir. İddiaçı işlədiyini iddia etdiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “X24” parkının, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Mərhəmət” firmasının sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müəyyən olunmuş yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmus qayda və sərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və diqər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaslara aylıq pul ödənisidir. Hazırki is üzrə İddiaçı islədiyi "xxxx" ASC-nin 1999-cu il üzrə saxlanılan əməkhaqqı kitablarında iddiaçının adı askar edilmədiyi ücün həmin dövrün sosial sıqorta stajına daxil edilməsi mümkün olmamısdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hazırkı is üzrə iddiacının hərbi xidmətdə olduğu, habelə təhsil aldığı dövrlər sığorta stajına daxil edilsə də, tələb edilən staj həddi tamamlanmır. Qeyd etməyi zəruri hesab edirlər ki, məsələnin obyektiv arasdırılması üçün tərəflərindən müvafiq qurumlara sorğular ünvanlanmısdır. X14 Filialına ünvanladıqları sorguya cavab olaraq bildirilmisdir ki, qeyd olunan “X24” parkının, habelə “ Mərhəmət” Səhmdarlar Cəmiyyətinin arxiv sənədləri Azərbaycan Respublikası X14 filialına mühafizə üçün təhvil verilməmisdir. Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş 15 sentyabr 2022-ci il tarixli, **********9 nömrəli cavab məktubuna əsasən, “Mərhəmət” Səhmdarlar Cəmiyyətinin is qovluğunda olan hesabat məlumatları Mərkəzi Filial tərəfindən təhvil alınmamısdır. Beləliklə, iddiaçının yasa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Əlavə olaraq qeyd edirlər ki, Qanunun 22-1-ci maddəsinə əsasən F.S.Əlivevin xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiya kapitalı olmadığı üçün avtomatlasdırılmıs qaydada yasa görə əmək pensiyası təvin edilməsi mümkün olmamısdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Buna görə də yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirlər ki, İddiaçı “yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1980-ci il tarixli, ИТ-İ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1977-ci il tarixdə Lənkəran Rayonlararası Toxumçuluq İdarəsində sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1977-ci il tarixdə Lənkəran Rayonlararası Avtonəqliyyat Birliyinə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1978-ci il tarixdə X1 Birliyində xidməti sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü il tarixdə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixdə “Mərhəmət” firmasına işə qəbul edilmiş, 13.02.196-cı il tarixdə işdən azad edilmiş, xx.xx.1996-cı il tarixdə X1 Birliyinə sürücü vəzifəsinə qəbul edilmiş, X1 Birliyinin ləğv olunması ilə əlaqədar olaraq xx.xx.1998-ci il tarixdə işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdə "xxxx" ASC-yə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixdə işdən azad edilmiş, xx.xx.2003-cü il tarixdə “Azərdəmiryolservis” İB-nin 4-cü dərəcəli yol montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə “Azərdəmiryolservis” İB-nin ləğvi ilə əlaqədar “Yolnəqliyyatservis” Departamentinin 300 saylı X19 işçisi hesab edilmiş, xx.xx.2004-cü il tarixdə işdən azad edilmiş, xx.xx.2021-ci il tarixdə “Uğurlu-Yol Firmasına sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 37 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1978-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi X1 Birliyində xidməti sürüçü işləmişdir. xx.xx.1996-cı il tarixindən yenidən X1 Birliyinə sürücü kimi işə qəbul edilmişdir. X5 1998-ci ilin aprel ayından özəlləşmə aparılarkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilib və hal-hazıra kimi fəaliyyət göstərir. xx.xx.1999-cü il tarixindən öz verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. 1978-ci il tarixindən 1999-cu il tarixinə qədər olan əmrlər kitabı mövcud olmadığından əmək haqqı kitablarına əsaslanaraq müvafiq arayış verilmişdir. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası X14 filialının İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 06/867 nömrəli arayışında aşağıdakılar bildirilmişdir: X6 (Avtobaza) sənədləri X14 filialına təhvil verilməmişdir. Ona görə də Sizin həmin təşkilatda işləməyiniz barədə məlumatın verilməsi mümkün olmadı. Bundan əlavə, iş materiallarında olan НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı **********1 nömrə ilə qeydə alınmış müraciətinizə DSMF nin 1 saylı X7nda Pensiya təyin edən komissiyasının 12 yanvar 2022-ciu il tarixli, 1E3Q0DQ001 saylı qərarı ilə imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmətdə olmuş (2 il 14 gün); xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (08 ay 17 gün); xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (06 ay 19 gün); xx.xx.1978-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (16 il 05 ay 24 gün); xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək (01 il 02 ay); xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixdək (01 il 11 ay 19 gün); xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (01 il 06 ay 04 gün); xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək (01 il 17 gün); xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək (06 ay 23 gün) müxtəlif iş yerlərində əmək fəaliyyəti ilə məşğul olmaqla, ümumi sığorta stajı 25 il 10 ay 09 gün təşkil edir. İddiaçı işlədiyini iddia etdiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “X24” parkının, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Mərhəmət” firmasının sənədləri Dövlət Arxivinə təhvil verilməməsi, eləcə də İddiaçı islədiyi "xxxx" ASC-nin 1999cu il üzrə saxlanılan əməkhaqqı kitablarında iddiaçının adı askar edilmədiyi ücün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin qeyri-mümkün olması barədə cavabdehin imtina dəlillərini əsassız sayan məhkəmə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Eyni zamanda iddiaçının qeyd edilən illərdə müəyyən aylar üzrə əmək haqqı almadığının öz əksini tapmaması da o demək deyildir ki, iddiaçı həmin aylarda işləməmiş və əmək haqqı almamışdır. İddiaçı iddia edir ki, həmin aylarda da sözügedən təşkilatlarda işləməklə hər ay üçün əmək haqqı almışdır. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Belə ki, bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Cavabdehin mübahisələndirdiyi digər məsələ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyası həmin tələbi istisna etmişdir və qeyd edilən hal əmək pensiyaçısının hüquqi vəziyyətini yüngülləşdirən haldır. Bununla bağlı məhkəmə əlavə araşdırmanın və əsaslandırmanın aparılmasına prosessual qənaət prinsipindən irəli gələrək zərurət görmür. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının hərbi xidmətdə olduğu müddət və işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1894/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1894/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver