Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1895/2021 24.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı “uşaqların qəyyumluğa verilməsi” tələbinə dair iddianın mümkünlük məsələsinə 24 noyabr 2021-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 29.07.2006-cı il təvəllüdlü X2 və 17.02.2012-ci il təvəllüdlü X1 onun qəyyumluğuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum əri X7 ilə ailə qurandan sonra onun valideynləri olan mərhum Şahbaz Babayevin evinə gəlin köçmüş, birgə nikahlarından iki nəfər 29.07.2006-cı ildə X8 və 17.02.2012-ci ildə X3 adlı uşaqları olmuşdur. Əri Mahir 28.10.2011-ci ildə tənəffüs çatışmamalığından vəfat etmişdir. Əri vəfat edəndən sonra uşaqları qayınatası X10 və qayınanası X5 övladlığa götürdü, Masallı Rayon Məhkəməsinin 07.08.2012-ci il tarixli qətnaməsi ilə onun uşaqları razılığı ilə onların övladlığına verildi. Uşaqları övladlığa götürüldükdən sonra yenə o, qayınatasının evində yaşamağa başladı, övladları üzərində valideynlik hıiquqları qayınatasında və qayınanasında olsada uşaqlarının gündəlik təlabatını qarşılamaq, onların təmizliyini, onların yemək-içməklərinin hazırlanmasında o da kömək edirdi. Bir müddət sonra qayınatası 09.10.2018-ci ildə vəfat etdi, daha sonra 2020-ci ildə isə qayınanası Minayə vəfat etdi. X6 vəfat edən vaxtdan uşaqlar onun himayəsində olmuş, onların təlabatını o qarşılamışam, qayınanası 2020-ci ildə vəfat etdikdən sonra da uşaqlar onun himayəsində qalmaqla onunla birlikdə yaşayıb onların təlabatını o qarşılayır. Hazırda gəlin köçdüyü mərhum X6in evində övladları ilə birlikdə yaşayır. Lakin hazırda övladlığıa götürülmüş iki nəfər 29.07.2006-cı il təvəllüdlü X8 və 17.02.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatmadıqlarından, onları övladlığa götürən şəxslər vəfat etdiklərindən uşaqların sənədləşmə etmələri, övladlığa götürən şəxslərin itirmələri ilə bağlı dövlət tərəfindən verilən imtiyazlardan istifadə edə bilmirlər. Hazırda uşaqların dolanışığı üçün lazımı imtiyazları ala bilmədiyindən uşaqların təlabatını qarşılaya bilmir. Burada yalnız uşaqların üzərində qəyyum təyin edilməli, uşaqların valideynlərini itirdiklərinə görə dövlət tərəfındən verilən imtiyazlarından uşaqların saxlanılmasına istifadə edilməsi üçün qəyyum təyin edilməlidir. O, övladlığa götürülən uşaqların doğma anasıdır və övladlığa götürən Şahbaz Babayev 2018-ci ildə vəfat edəndən sonra onlara məxsus evdə qayınanası ilə o yaşamış və uşaqları qayınanası ilə o böyüdüb saxlamışdır. Qayınanası 2020-ci ildə vəfat edəndən sonrada hazırda uşaqlar onun himayəsində yaşayırlar. Uşaqların onun qəyyumluğuna verilməsi barədə Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin həmin orqan övladlığa götürmənin ləğv edilmədiyi halda valideynlik hııququnun olmamasını bəhanə edərək qəyyumluğa verməkdən imtina etmişdir. Halbuki, o, cavabdeh orqandan onun valideynlik hüququnun bərpa edilməsini yox, uşaqların qəyyumluğa verilməsini xahiş etmişdir. Göründüyü kimi, Masallı Rayon İcra Hakimiyyəti müxtəlif bəhanələr gətirərək uşaqlarını onun qəyyumluğuna verməkdən birtərəfli boyun qaçırır. Odur ki, övladları 29.07.2006-cı il təvəllüdlü X4 və 17.02.2012-ci il təvəllüdlü X1 onun qəyyumluğuna verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati-prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya məhkəmə tərəfindən müraciət olnumuş, iddianın mümkünlüyü və iddiaçının dinlənilməsinin təmin edilməsinə dair məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə cavabdeh Masallı Rayon İcra Hakimiyyəti deyil, Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasıdır. Bundan başqa mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki mübahisə Masallı Rayon İcra Hakimiyyətinin və ya Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2) ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Qəyyumluq və Himayəçilik Komissiyasının fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülməli olan iddalara inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İPM-in 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı “uşaqların qəyyumluğa verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1895/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1895/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver