Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-19/2020 13.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı x7 (təqaüdçü, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayan) iştirakı ilə, İddiaçı x7 cavabdeh Dövlət x9 Kürdəmir rayon şöbəsinə qarşı «əmək pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı x10 cavabdeh Dövlət x9 Kürdəmir rayon şöbəsinə qarşı iddia qaldıraraq, əmək kitabçası üzrə qulluq stajı 35 il 2 ay 13 gün götürülməklə, sığorta kartına yığılmış məbləği tam həcmdə nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Dövlət x9 Kürdəmir rayon şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı x10 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 13.09.2012-ci il tarixdə 2-ci qrup əlilliyə görə ona pensiya təyin olunmuşdur. Hazırda onun əmək pensiyasının məbləği 208,97 manat təşkil edir. Keçən 6 il ərzində əlilliyə görə əmək pensiyasının məbləği 9 dəfə dəyişdirilmişdir. Onda olan məlumata görə 13.09.2012-ci ildə ona əlilliyə görə əmək pensiyası təyin olunarkən əmək kitabçasına görə sığorta stajı 6 ildən çox nəzərə alınmamış və hesablamada öz əksini tapmamışdır. Həmçinin yaşa görə əmək pensiyası almaq hüququnun yaranmasına baxmayaraq əlillik pensiyası yaşa görə pensiyaya çevrilməmiş və yenidən hesablanmamışdır. Bununla əlaqədar Dövlət x9 Kürdəmir rayon şöbəsinə şifahi tələbi əsasında pensiyanın təyin olunması barədə ünvanına 10 oktyabr 2018-ci il tarixli 49/1452 saylı məktub göndərilmişdir. Həmçinin məktuba 16.10.2018-ci il tarixli 49/1478 saylı arayış da əlavə olunmuşdur. Hər iki sənədlə tanış olduqdan sonra onun cavabdehə bir neçə sualı olmuşdur. Həmin suallar aşağıdakılardan ibarətdir. 1) Onların arayışına əsasən ona pensiya 2012-ci ildə təyin olunmuş və məbləği 156,46 manat təşkil etmişdir. - 01.09.2013-cü ildə bu məbləğ 172,25 manat olmuşdur. - 01.01.2017-ci ildə həmin məbləğ 197,70 manat təşkil edilmişdir. - 01.01.2018-ci ildə isə bu həcm 208,97 manata yüksəlmişdir. Bu məbləğlərin hər birinin hesablanmasına izahat verilməsini cavabdehdən xahiş etmişdir. 2) 49/1452 saylı məktubla cavabdeh qeyd etmişdir ki, ona pensiya təyin olunarkən 31.12.2015-ci il tarixədək topladığı 28 il 4 ay 13 gün nəzərə alınmışdır. Halbuki onun həmin tarixdə 35 il 2 ay 13 gün əmək stajı olmuşdur. Nə üçün 2012-ci ildə əvvəlki qaydalara əsasən bu staj bu həcmdə nəzərə alınmamışdır. 3) Onun fərdi hesabında sığorta hissəsində topladığı pul iki dəfədən az göstərilmişdir. Qeyd olunanları bir daha araşdırıb, dəqiqləşdirmə aparmaqla pensiyasının yenidən hesablanmasını 25 oktyabr 2018-ci il tarixdə ərizə ilə cavabdehə təkrar müraciət etmişdir. Dövlət x9 Kürdəmir rayon şöbəsi təkrar ərizəsinə 30 oktyabr 2018-ci il tarixli 49/1626 saylı məktubla cavab vermişdir. Cavabdeh cavab məktubunda tərəfindən qoyulan suallara əsaslandırılmış cavab verməmiş və pensiyasında dəyişiklik aparmamış və bu məqsədlə pensiyasının məbləği yenidən hesablanmamışdır. Bütün bunlara görə o, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı x10 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət x9 Kürdəmir rayon şöbəsinin 24 yanvar 2019-cu il tarixli 49/40 saylı etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı x3 və x6 Nazirliyi yanında Dövlət x9 Kürdəmir rayon şöbəsinə 28.01.2014-cü il tarixdə ərizə ilə müraciət etmiş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq vətəndaşa 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı x7 31.12.2005-ci il tarixədək topladığı 28 il 4 ay 13 gün (PSK 8523,31/134,61=63,32) əmək (sosial sığorta) stajı, 01.01.2006-cı ildən 01.09.2012-ci il tarixədək 6 il 8 ay sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində toplanmış 1096,10 manat pensiya kapitalı (PSK 1096,10/134,61=8,14) nəzərə alınmaqla hüququnun yarandığı 13.09.2012-ci il tarixdən 156,46 manat (BH 85,00+SH 63,32+SH 8,14) pensiya müəyyən edilmişdir. 01.01.2018-ci il tarixdən isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən pensiyası 208,97 manat məbləğində (SH 198,41+SH 10,56) hesablanmışdır. Həmin tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən 58 yaşına çatmış sığortaolunanların azı 4 il 4 ay sığorta stajı olduqda əlilliyə görə əmək pensiyası hüququ vardır və 58 yaşda olan sığortaolunanın pensiya sığorta kapitalının məbləği 134,61 bölünür. İddiaçının pensiyası hesablanarkən ümumi sosial sığorta stajı 35 il 13 gün (28 il 4 ay 13 gün - 31.12.2005-ci ilədək; 6 il 8 ay - 01.01.2006-01.09.2012-ci il tarixədək) götürülmüşdür. x8 pensiya təyin edilərkən fərdi uçot məlumatları əsasında fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı 1096,10 manat məbləğində olmuşdur. Həmin tarixdə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 50% məbləğində hesablanırdı. Vətəndaşın pensiyası hesablanarkən heç bir qanunauyğunsuzluğa yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Dövlət x9 Kürdəmir rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, x1 müayinə aktından çıxarışın və əmək kitabçasının surətlərini, Kürdəmir Rayon İHB-nin Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunun surətini əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Dövlət x9 Kürdəmir rayon şöbəsinin arayışının təsdiq olunmuş surəti, Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Dövlət x11 Kürdəmir rayon şöbəsinin arayışı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məzkəzinin ekspert rəyi əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət x13 Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x13 adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iddiaçı x3 və x6 Nazirliyi yanında Dövlət x9 Kürdəmir rayon şöbəsinə 28.01.2014-cü il tarixdə ərizə ilə müraciət etmiş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq ona 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı x7 31.12.2005-ci il tarixədək topladığı 28 il 4 ay 13 gün (PSK 8523,31/134,61=63,32) əmək (sosial sığorta) stajı, 01.01.2006-cı ildən 01.09.2012-ci il tarixədək 6 il 8 ay sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində toplanmış 1096,10 manat pensiya kapitalı (PSK 1096,10/134,61=8,14) nəzərə alınmaqla hüququnun yarandığı 13.09.2012-ci il tarixdən 156,46 manat (BH 85,00+SH 63,32+SH 8,14) pensiya müəyyən edilmişdir. 01.01.2018-ci il tarixdən isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən pensiyası 208,97 manat məbləğində (SH 198,41+SH 10,56) hesablanmışdır. Həmin tarixdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən 58 yaşına çatmış sığortaolunanların azı 4 il 4 ay sığorta stajı olduqda əlilliyə görə əmək pensiyası hüququ vardır və 58 yaşda olan sığortaolunanın pensiya sığorta kapitalının məbləği 134,61 bölünür. İddiaçının pensiyası hesablanarkən ümumi sosial sığorta stajı 35 il 13 gün (28 il 4 ay 13 gün - 31.12.2005-ci ilədək; 6 il 8 ay -01.01.2006-01.09.2012-ci il tarixədək) götürülmüşdür. x8 pensiya təyin edilərkən fərdi uçot məlumatları əsasında fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı 1096,10 manat məbləğində olmuşdur. Həmin tarixdə əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 50% məbləğində hesablanırdı. İddiaçı isə hesab edir ki, əmək kitabçası üzrə qulluq stajı 35 il 2 ay 13 gün götürülməklə, sığorta kartına yığılmış məbləğin tam həcmdə nəzərə almaqla əmək pensiyası yenidən hesablanıb ödənilməlidir. Məhkəmə tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləğinin düzgün hesablanıb-hesablanmadığını müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2020-ci il tarixli 30426 №-li ekspert rəyindən görünür ki, x7 əlilliyə görə əmək pensiyası hesablanarkən nöqsan aşkar olunmamış və vətəndaşa məxsus əmək kitabçasına əsasən 2006-cı il tarixədək onun 28 il, 4 ay, 13 gün əmək stajı müəyyən olunmuşdur. Bu staja əsasən 01.01.2018-ci il tarixdən pensiyanın hesablanma hissəsi aşağıdakı şəkildədir: 28 il x 170 x 2,36 = 10911,87 4 ay x 170 x 2,36/12 = 129,90, 13 gün x 170 x 2,36/12/30 = 14,07 Yuxarıdakılara əsasən, vətəndaşın 2006-cı il tarixədək ümumilikdə 11055,85 manat pensiya kapitalı formalaşmışdır. Vətəndaşın 58 yaşdan əlilliyi müəyyən olunduğunu nəzərə alsaq, kapitalın bölünmə əmsalı 134,61 olaraq ((58-15)x4/184x|44) hesablanmalıdır. Beləliklə, 2006-cı il tarixədək sığorta hissəsi 11055,85/134,61-82,13 manat təşkil edəcəkdir. 2006-cı il tarixdən sonra vətəndaşın 6 il 6 ay sığorta stajı və 1421,73 manat kapital müəyyən olunmuşdur. Həmin kapitalı da müvafiq olaraq 134,61-ə bölünməklə 2006-cı ildən sonrakı sığorta hissəsini 10,56 manat müəyyən edilir. Bununla bərabər, əvvəlki dövrdə qanunvericilikdə mövcud olmuş baza hissəsi vətəndaşın pensiyasında sonuncu dövr üzrə 110 manat təşkil etmiş, 2017-ci ildə baza hissəsinin şərti çevrilməsi aparılmış sığorta hissəsində birləşdirilmişdir. 2018-ci il tarixə 110 manat indeksasiya olunaraq 116,27 manat təşkil etmişdir. Yəni vətəndaşın 2018-ci il üzrə pensiyasının məbləği 116,27+82,13+10,56=208,96 manat təşkil etdiyi və Kürdəmir DSMF vətəndaşın pensiyasının hesablanması zamanı hər hansı nöqsana yol verməmiş, əksinə vətəndaşın hüququnu qanunvericilik çərçivəsində tam icra etdiyi qənaətinə gəlinmişdir. Beləliklə, hazırkı ekspertiza tədqiqatı ilə bütün yuxarıda qeyd olunanlara yekun vuraraq mövcud mülki iş materiallarında olan sənədlərə və eyni zamanda mütəxəssis rəyinə əsasən iddiaçı x8 cavabdeh Dövlət x9 Kürdəmir rayon şöbəsi tərəfindən təyin edilmiş əmək pensiyası, pensiya qanunvericiliyinə uyğun olaraq 2018-ci il üzrə 116,27+82,13+10,56=208,96 manat təşkil etdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, bütün yuxarıda qeyd olunanlara yekun vuraraq mövcud mülki iş materiallarında olan sənədlərə və eyni zamanda mütəxəssis rəyinə əsasən iddiaçı x8 cavabdeh Dövlət x9 Kürdəmir rayon şöbəsi tərəfindən təyin edilmiş əmək pensiyası, pensiya qanunvericiliyinə uyğun olaraq 2018-ci il üzrə 116,27+82,13+10,56=208,96 manat təşkil etdiyi müəyyən edilir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş əmək pensiyası düzgün hesablanıb ödənildiyindən iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından iddiaçı x7 cavabdeh Dövlət x9 Kürdəmir rayon şöbəsinə qarşı «əmək pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməli, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat xərc iddiaçı x5 tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddiaçı x7 cavabdeh Dövlət x9 Kürdəmir rayon şöbəsinə qarşı «əmək pensiyasının yenidən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin.
2. Ekspertiza tədqiqatının dəyəri - 100 (bir yüz) manat x5 tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə-büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı-Dövlət xəzinədarlığı agentliyi- Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN **********, AZ34CTRE******************** hesaba keçirilsin.
3. Prosessual xərc iddiaçıya aid edilsin.
4. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
5. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov