Məhkəmə qərarları › İş №2-1(120)-1901/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1901/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1901/2024 05.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı «soyadın və adın dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 05 fevral 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydində adının “Əli”dən “Sahib”ə, soyadının “Şirinov”dan “Xəlilzadə”yə dəyişdirilməsi və digər qeydlərin isə əvvəlki kimi saxlanılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1972-ci il 14 aprel tarixində Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuşdur. Doğum haqqında akt qeydində əvvəlki adının Sahib, soyadının Xəlilzadə, ata adı isə İltifat kimi qeyd edilmişdir. Lakin, o soyadı və adını dəyişdirərək “İddiaçı” kimi qeyd etdirmişdir. Lakin bəzi sənədlərində indiki adı və soyadı ilə bağlı çətinliklər yarandığı üçün əvvəlki adı və soyadına qayıtmaq fikrinə gəlmişdir. Bildirir ki, soyadı və adı Sabirabad regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin 29 noyabr 2016-cı il tarixli, 246 saylı “adın, ata adının və soyadının dəyişdirilməsi haqqında” akt qeydinə əsasən “Xəlilzadə Sahib”-dən “İddiaçı”-yə dəyişdirilmişdir. O, 01 fevral 2022-ci il tarixdə Sabirabad regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək soyadını və adını “İddiaçı”-dən “Xəlilzadə Sahib”-ə dəyişdirilməsini xahiş etmişdir. Lakin, Sabirabad regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin 01 fevral 2022-ci il tarixli «Soyadın dəyişdirilməsindən imtina edilməsı haqqında» qərarından görünür ki, vətəndaş Sabirabad rayon Qalaqayın kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı soyadının və adının dəyişdirilməsi barədə ərizəsinin icrasından imtina edilmiş və İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin bir neçə sənədlərində adının əvvəlki kimi qalması, həmçinin də ətrafındakı şəxslərin onu Sahib kimi tanıması çətin vəziyyətlərlə üzləşdiyindən, cavabdeh orqana müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı soyadının və adının dəyişdirilməsi ilə bağlı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli qərarla bundan imtina edilmişdir. Həmin qərardan aydın olur ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina edərkən hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq olunmuş “adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyışdirilməsinə ((ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) icazə verilmir. İş materiallarında olan “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 18-1-70/2-1258/2023 saylı məktubdan görünür ki, Sabirabad rayonu Qalaqayın kənd sakini xx.xx.1972-ci il təvəllüdlü Şirinov X5 RMX-nın Poliklinika şöbəsinin “Əsəb-ruhi və narkoloji” kabinetlərində dispanser qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı İddiaçı dövlət sərhədini pozması, qaçaqmalçılıqla məşğul olması və digər hüquqa zidd hərəkətləri barədə DSX İstintaq və Təhqiqat İdarəsi, həmçinin Əməliyyat-Axtarış Baş İdarəsində hər hansı məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13- 12/2-165967/2023 saylı məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı Rusiya Federasiyası Kursk şəhər Lenin Rayon Məhkəməsinin 17 aprel 2002-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 18 mart 2011-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Sabirabad regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubdan görünür ki, İddiaçı ad və soyadı Sabirabad regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2016-cı il tarixli, 246 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında Akt qeydinə əsasən “Xəlilzadə Sahib”-dən “İddiaçı”-yə dəyişdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində yenidən ərizə ilə Sabirabad regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə ad və soyadının “İddiaçı”-dən “Xəlilzadə Sahib”-ə dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq olunmuş “adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) İddiaçı imtina edilmişdir. İş materiallarında olan Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/69-82 nömrəli Arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1972ci ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuşdur. Bu barədə Sabirabad rayon Qalaqayın kənd icra nümayəndəliyində xx.xx.1972-ci il tarixdə 50 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X3, Anası: X6. İş materiallarında olan xx.xx.1972-ci il tarixli, 50 nömrəli “Doğum haqqında Akt qeydinin” surətindən görünür ki, X4 xx.xx.1972-ci ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuşdur. Atası: X3, Anası: X6. İş materiallarında olan “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” xx.xx.2016-cı il tarixli, AZ-İ № 018744 nömrəli Akt qeydinin surətindən görünür ki, xx.xx.1972-ci ildə Sabirabad rayonu Qalaqayın kəndində doğulmuş X1 “Xəlilzadə”-dən “Şirinov”-a, adı isə “Sahib”-dən “Əli”yə dəyişdirilmişdir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar»ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı iddiaçı xx.xx.1972-ci ildə Sabirabad rayonu Qalaqayın kəndində doğulmuşdur və həmin vaxt onun adı və soyadının doğumu haqqında akt qeydində “X4” kimi göstərilmişdir (bu hal mübahisəli deyil). Sonradan iddiaçının soyadı “Xəlilzadə”-dən “Şirinov”a, adı “Sahib”-dən “Əli”-yə dəyişdirilmişdir. Hazırda iddiaçı soyadının və adının əvvəlkinə qaytarılmasını istəyir və bu məqsədlə cavabdehə müraciət etsə də, sonuncu həmin məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6cı maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də, yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin onun soyadının və adının növbəti (ikinci) dəfə dəyişdirilməsindən imtinasını mübahisələndirir. Belə olan halda, nəzərə alınmalıdır ki, mövcud qanunvericilik 18 yaşına çatmış şəxsin soyadını və adını növbəti dəfə dəyişdirməsininin hallarını konkret müəyyən etmişdir və iddiaçının soyadının və adının dəyişdirməsi həmin (NK-nin xx.xx.2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiqlənmiş Qaydaların 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş) halların heç biri ilə uzlaşmır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı «soyadın və adın dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı «soyadın və adın dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar