Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1904/2025 06.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 06 noyabr 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala rayonu Xolqarabucaq bələdiyyəsi ilə bağlanılmış xx.xx.2006-cı il tarixli, 29 saylı Torpaq İcarə müqaviləsi ilə 45 il müddətinə icarəyə verilmiş 20 ha torpaq sahəsinə dair Xolqarabucaq bələdiyyəsinin adına rəsmiləşdirilmiş ********** nömrəli Çıxarışın ləğv edilməsi və həmin sahə üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə ona Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisindən əkinçilik məqsədi ilə bələdiyyənin ehtiyat fondundan ayrılmış 20 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Neftçala rayonu Xolqarabucaq bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, Neftçala rayonu Xolqarabucaq bələdiyyəsi ilə bağlanılmış xx.xx.2006-cı il tarixli, 29 saylı Torpaq İcarə müqavləsi ilə 45 il müddətinə icarəyə verilmiş 20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Müraciətinə cavabdeh tərəfindən verilmiş cavab məktubunda adı çəkilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Hesab edir ki, icarəsində olan 20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunması əsassızdır. Belə ki, Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli Aktına əsasən bələdiyyənin xx.xx.2006-cı il tarixli, 40 saylı vəsatətinə əsasən bələdiyyə fondundan 45 il müddətinə 20 hektar torpaq sahəsi əkinçilik məqsədilə ona ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyi ilə Xolqarabucaq bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin əkinçilik məqsədilə ona ayrılmasına etiraz olunmamışdır. Xolqarabucaq bələdiyyəsi ilə bağlanılmış xx.xx.2006-cı il tarixli, 29 saylı Torpaq İcarə müqavləsi ilə bələdiyyə fonduna aid 20 ha torpaq sahəsi əkinçilik məqsədilə 45 il müddətinə ona icarəyə verilmiş və adıçəkilən torpaq sahəsinə dair yerquruluşu planı tərtib olunmuşdur. Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair şəhadətnamənin verilməsi tələb olunmuşdur. Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin 03 oktyabr 2022-ci il tarixli, 55 saylı Arayışına əsasən Bələdiyyənin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə icarəsinə ayrılmış 20 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınmasına razılıq verilmişdir. Əlavə olaraq bildirir ki, adıçəkilən torpaq sahəsi qanuni əsaslarla xx.xx.2006-cı il tarixdən hal-hazıra kimi icarəsində olmasına baxmayaraq, həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Xolqarabucaq bələdiyyəsinin adına ********** nömrəli Çıxarışla dövlət qeydiyyatına alınmışdır. Bu səbəbdən hazırda icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün sahə hərraca çıxarıldıqdan sonra satılmaqla mümkündür. Qeyd olunmuş əsas onun icarə və gözlənilən mülkiyyət hüququnun pozulması deməkdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Neftçala rayonu, Xolqarabucaq kəndində yerləşən 20.0 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatı ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Sizin ********** nömrəli müaciətinizə 20 sentyabr 2022-ci il tarixində **********52 nömrəli və ********** nömrəli müraciətinizə 20 aprel 2023-cü il tarixində 3-21-3-38/2- 1027/2023 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş verilmişdir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq aparılır. Belə ki, tərəfinizdən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Əlavə olaraq qeyd edirik ki, sözügedən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqəyə çıxarılır. Belə ki, hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsinə dair notarial təsdiq edilmiş icarə müqaviləsi təqdim edəcəyiniz təqdirdə müraciətinizin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən sizin müraciətinizin icrasından imtina edilir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli aktdan, xx.xx.2006-cı il tarixli rəydən, xx.xx.2006-cı il tarixli, 09 saylı iclas protokolundan çıxarışdan, xx.xx.2006-cı il tarixli, 29 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə”dən və 20 hektar torpaq sahəsinin yerquruluşu planından çıxarışdan müəyyən olunur ki, İddiaçı müraciəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin və Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib və təsdiq olunmuş xx.xx.2006-cı il tarixli akt nəzərə alınaraq, Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə İddiaçı əkinçiliklə məşğul olmaq üçün bələdiyyə mülkiyyətinə aid ehtiyat torpaq fondundan 45 il müddətinə 20 hektar torpaq sahəsinin icarəyə verilməsi qərara alınmış, bununla əlaqədar Neftçala rayon Xolqarabucaq bələdiyyəsi ilə İddiaçı arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli, 29 nömrəli torpaq icarə müqaviləsi bağlanmış, xx.xx.2006-cı il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsində “Torpaq sahəsindən istifadəyə hüquq verilməsinə dair sənədlərin qeydiyyat kitabı”nda 151 nömrə ilə qeydiyyata alınmış, 20 hektar torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək əsas döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyinə əsasən İddiaçı əkinçiliklə məşğul olmaq üçün ayrılması nəzərdə tutulan 20 hektar torpaq sahəsi bələdiyyə mülkiyyəinə aiddir və torpaq sahəsinin təyinatı qanuna müvafiqdir. İş materiallarında olan xx.xx.22024-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********98 olan “Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış”dan görünür ki, Neftçala rayonu Xolqarabucaq kəndi ərazisində yerləşən 20.3 hektar ehtiyat fondu torpaqları üzərində Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanladığı 03 oktyabr 2022-ci il tarixli, 55 nömrəli arayışında bildirilir ki, Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə İddiaçı icarəsinə ayrılmış 20 hektar torpaq sahəsinə dair sənədlər Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsində saxlanılır və İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etmirlər. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən İddiaçı zəruri hüquqmüəyyənedici sənədlərlə əldə etdiyi, Neftçala rayon Xolqarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə əkinçiliklə məşğul olmaq üçün bələdiyyə mülkiyyətinə aid ehtiyat torpaq fondundan 45 il müddətinə qanuni əsaslarla ona ayrılmış 20 hektar torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə icarə hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna səbəb olaraq təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilmədiyini qeyd etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - “Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə İddiaçı Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisindən əkinçilik məqsədi ilə bələdiyyənin ehtiyat fondundan ayrılmış 20 ha torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 04 avqust 2025-ci il tarixli, 10/5158 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Birinci - dördüncü suallar üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-2412/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: - İddiaçı iştirakı ilə Neftçala rayonu Xol Qarabucaq bələdiyyəinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisindən əkinçilik məqsədilə bələdiyyənin ehtiyat fondundan ona ayrılmış 20.0 ha torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edildi. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları, Xol Qarabucaq bələdiyyəsinin adına ********** nömrəli "Çıxarış"la alınmış 20.0 ha torpaq sahəsinin koordinatları ilə tam üst- üstə düşür (Sxem tərtib edilib). - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətinə aiddir. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda "Kənd təsərrüfatı təyinatlı", uqodiyası "əkin" olmaqla Xol Qarabucaq bələdiyyəsinin ehtiyat fond torrpaqlarının ərazisində yerləşir. Beləliklə, iş materialları, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 04 avqust 2025-ci il tarixli, 10/5158 nömrəli ekspert rəyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-2412/2025 nömrəli mütəxəssis rəyi ilə təsdiq olunur ki, Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisindən əkinçilik məqsədilə bələdiyyənin ehtiyat fondundan İddiaçı ayrılmış 20.0 ha torpaq sahəsinin koordinatları ********** nömrəli Çıxarışla mülkiyyət hüququ üzrə Xol Qarabucaq bələdiyyəsinin adına dövlət qeydiyyatına alınmış 20.3 hektar torpaq sahəsinin koordinatları ilə tam üst-üstə düşür və sözügedən torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda “Kənd təsərrüfatı təyinatlı”, uqodiyası “əkin” olmaqla Xol Qarabucaq bələdiyyəsinin ehtiyat fond torpaqlarının ərazisində yerləşir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 19.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və istifadə hüququ dövlət qeydiyyatına alınır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Həmin maddənin 3-cü bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndinə görə torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin Qanunun 6-cı maddəsinə görə bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.2-ci maddəsinə görə müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı Qəfərov X2 rayon Xolqarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə əkinçiliklə məşğul olmaq üçün bələdiyyə mülkiyyətinə aid ehtiyat torpaq fondundan 45 il müddətinə ona ayrılmış 20 hektar torpaq sahəsinin qanuni istifadəçisidir və iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciəti üzrə aparılan inzibati icraat çərçivəsində həmin sənədlər (onlardakı məlumatlar), onların həqiqətə uyğun olmaması ilə bağlı heç bir sübut toplanmadığından, mötəbər qiymətləndirilməlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə müvafiq torpaq sahəsini iddiaçının icarəsinə verməkdə Neftçala rayon Xolqarabucaq bələdiyyəsi səlahiyyətli olduğundan, Xolqarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı, eləcə də xx.xx.2006-cı il tarixli, 29 saylı icarə müqaviləsi mübahisələndirilmədiyindən, habelə etibarsız sayılmadığından, hazırkı iş üzrə İddiaçı icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidr. Cavabdehin imtinasında imtinanın səbəbi kimi qeyd edilən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməməsi iddiaçının iradəsindən irəli gələn hal deyil və bunun məsuliyyətinin onun üzərinə qoyulması yolverilməzdir. Göründüyü kimi, imtina formal mülahizələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı müvafiq torpaq sahəsinə hüquqlarının qeydiyyatı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri təqdim etdiyindən, cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci və 10.2-ci maddələrinin müddəalarına, eləcə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci, 24-cü maddələrinin tələblərinə uyğun deyil. Mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi Neftçala rayonu Xol Qarabucaq bələdiyyəsi İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə görə müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə inzibati orqanların bu qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda, etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu qanunun 63-cü və 67 – 69-cu maddələri də təminatlara şamil olunur. Ona görə də, qeyd olunanlar iddiaçının hüquqlarının qeydiyyata alınmasından imtina üçün əsas vermir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir”. Hazırkı iş üzrə iddiaçıya əkinçiliklə məşğul olmaq məqsədilə torpaq sahəsinin ayrılması barədə inzibati akt qüvvədə olduğundan, o cümlədən, cavabdeh "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsindəki imtinaya əsas olan halların hazırkı iş üzrə mövcudluğunu sübuta yetirə bilmədiyindən, məhkəmə hesab edir ki, iddia əsaslıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə ona Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisindən əkinçilik məqsədi ilə bələdiyyənin ehtiyat torpaq fondundan ayrılmış 20 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərarı ilə ona Neftçala rayonu, Xolqarabucaq kəndi ərazisindən əkinçilik məqsədi ilə bələdiyyənin ehtiyat fondundan ayrılmış 20 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1904/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1904/2025
06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver