Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1906/2025 14.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 30 noyabr 1998-ci il tarixli, 257 nömrəli sərancamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 30 noyabr 1998-ci il tarixli, 257 nömrəli sərancamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1906/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və hlükəsizlik tədbirləri Qaydalarının tələbləri pozularaq X11 tərəfindən İddiaçı balansında olan və ğsu RQİİ-nin istismarında olan, Kürdəmir rayonu Babək prospektindən ərazisində yerləşən diametri 219 mm-lik, orta təzyiqli yerüstü dəmir az kəmərinin mühafizə zonasında tikili (Aptek)inşa olunmuşdur. Həmin ünvanda İddiaçı balansında və istismarında olan 219 mm-lik, orta təzyiqli qaz kəmərinin çəkildiyini nəzərə dıqda, Kürdəmir rayonu, 219 mm-lik, aşağı təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. Müəyyən olunmuşdur ki, 30 noyabr 1998 ci il tarixdə Cavabdeh tərəfindən 257 saylı sərəncamla Kürdəmir rayon Yenikənd kənd sakini X11 851 saylı Aptekin müdiri X6 851 saylı aptekin satış köşkünunun tikintisinə icazə istəməsi barədə 13 noyabr 1998 -ci il tarixli ərizəsi nəzərə alınmış 4X3 metr ölçüdə Babək küçəsində tikintisinə icazə verilmişdir. Torpaq sahəsində inşa edilmiş tikili İddiaçı Ağsu X20 İdarəsinin istismarında və alansında olan qaz kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. əmin Qaydalarfnın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru ımərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu addəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların şasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının anunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan espublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndı ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikililərin əarılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya hüquqi yardım edilmişdir. Üçüncü şəxs X4 tərəfindən etiraz təqdim edilərək göstərilmişdir ki, Cavabdeh 30 noyabr 1998-ci il tarixli, 257 nömrəli sərancamı ilə aptek binası tikilmişdir. Həmin aptek binası icarə qaydasında X8 icarəsinə verilmişdir. 13 dekabr 2023-cü il tarixdə, günün ikinci yarısında mülkiyyətimdə olan obyekt icra məmuru Ruslan Əsgərovun iştirakı ilə sökülmüşdür. Bu xəbər onlara 14 dekabr 2023-cü il tarixdə daxil oldu və bundan sonra onlar icra məmuru Ruslan Əsgərovun yanında oldular və burada qiyabi qətnamə ilə tanış oldular, Kürdəmir Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə Məhkəmənin qiyabi qətnaməsi ləğv olunmuşdur. Sözügedən sahibkarlıq obyekti HBmn 30 noyabr 1998-ci il tarixli, 257 nömrəli sərəncamı ilə rəsmiləşdirilmiş və obyekt layihə üzrə 1999-cu ildə tikilib, istifadəyə verilmişdir. Bu zaman iddiaçının bu ərazidə mübahisələndirilən qaz xətti mövcud olmamışdır. 2010-2011-ci illərdə şəhər mərkəzində aparılan yenidənqurma və abadlıq işləri zamanı Babək küçəsi eninə genişləndirilmiş və sözügedən qaz xətti yol kənarında yerləşən obyektlərə 5-6 metr yaxınlaşdırılaraq yeraltına basdırılmışdır. Bütün bu işlər iddiaçı olan İddiaçı İB-nin razılığı və layihəsi əsasında icra edilmişdir. Mübahisələndirilən qaz xətti sahibkarlıq obyektinin tikildiyi ildən 12 il sonra çəkİlmişdir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-6/2024 saylı qətnaməsi ilə İddiaçınə qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikintinin onun vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair iddia təmin edilməmişdir. Şərhdən aydın olur ki, mülkiyyətimdə olan sözügedən obyekt mülkiyyət sahibi müəyyən edilmədən, obyekti icarəyə götürmüş Kürdəmir rayonunun Sığırlı kənd sakini, X9 İddiaçı Ağsu Regional ismarı İdarəsinin tərtib etdiyi 27 may 2019-cu il tarixli aktı və akta əlavə edilmiş əsasında mülkiyyətçi kimi cavabdeh qismində qəbul edərək, Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1326/2021 saylı qiyabi qətnaməsi ilə ’’Azəriqaz” İB-nin iddia tələbi təmin edilmiş və obyektin sökülməsi qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və Kürdəmir rayon İcra və Probasiya nin icra məmuru Ruslan Əsgərovun rəhbərliyi ilə özünü mülkiyyətçisi kimi təqdim etmiş X16 iştirakı ilə xx.xx.2023-cü il tarixli akt əsasında obyekt sökülmüşdür. Bu zaman icra məmuru Ruslan Əsgərov da mülkiyyətçini müəyyən etmədən məlum məhkəmə qərarını icra etmişdir. X16 obyektin sahibi özünü, həm məhkəmə prosesində, həm də məlum məhkəmə qətnaməsinin icra olunmasında təqdim etməsinin səbəbi onun arasındakı müqaviləyə əsasən son 7 ayda icarə haqqının verməməsi və bununla əlaqədar aralarında yaranmış mübahisə olmuşdur. Bu zaman Sabit Məmmədov onlara bəyan etdi ki, icarəyə götürdüyü obyekti sökdürəcəkdir. Obyektin sökülməsi gününə kimi yuxarıda qeyd olunan proses haqqında məlumatı olmadığından istifadə edərək, Sabit Məmmədov öz çirkin və qanunsuz əməlinə nail olmuşdur. Obyektin tamamilə sökülməsi zamanı ona 20 min manat məbləğində maddi vurulmuş və bu ziyan birbaşa Sabit Məmmədovun qanunsuz istəyi əsasında icra olunduğundan, həmin ziyan onun tərəfindən ona ödənilməlidir. Həmçinin onun tərəfindən obyekt sökülən günə kimi hər ay icarə haqqı 200 manat olmaqla, 7 ay üçün ödəmədiyi 1400 manat icarə haqqı və son 6 ayda obyekt qanunsuz söküldüyünə və bərpa dövründə görə 1200 manat məbləğində gəliri əldən çıxmış, məbləğ də kompensasiya şəklində cavabdeh Sabit Məmmədovdan alınaraq ona ödənilməlidir. Bundan sonra “mülkiyyətində olan daşınmaz əmlaka vurulmuş maddi görə pul tələbinə dair” cavabdeh Kürdəmir rayonunun Sığırlı kənd sakini X10 qarşı iddia ərizəsi ilə Kürdəmir rayon Məhkəməsinə iddia ərizəsi 2(0xx-xx/2025 nömrəli iş üzrə icraata götürülmüş və hazırda məhkəmə baxışındadır. sözügedən obyekt vəsaiti hesabına yenidən bərpa edilmiş, Azərbayean Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, obyektə mülkiyyət hüququna dair Çıxarışın alınması barədə Azərbaycan Respublikası FHN-nə müraciət edilmiş, obyektin memarlıq plan layihəsi hazırlanaraq, təqdim olunmuş və sənədlərin hazırlanmasına FHN-i ilə müqavilə bağlanaraq təqdim olunmuş ödəniş tapşırığı əsasında onlara 591 manat pul ödənişi həyata keçirilmişdir. Hazırda obyektə çıxarışın verilməsi üzrə rəylərin əldə olunması prosesi davam edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iddia ərizəsinə etiraz edərək bildirir ki, iddia tələbi ona qarşı qərəzli qaldırılmışdır. Belə ki, ona məxsus olan qeyriyaşayış obyektindən icarəçini çıxartdıqdan sonra o, iddiaçının işçiləri ilə əlbir olaraq ona qarşı iddia tələbi sürdürmüşdür. Ona məxsus qeyri-yaşayış obyektinin yanında çoxlu obyektlər mövcuddur, bir-birinə yaxın yerləşirlər, illərlə qeyri-yaşayış obyektindən istifadə edir və heç bir maneəçilik yaranmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Kürdəmir rayon İHB-nin xx.xx.1998-ci il tarixli, 257 nömrəli sərəncamının surətindən görünür ki, Kürdəmir rayonu Yenikənd kənd sakini 851 saylı Aptekin müdiri X7 851 saylı aptekin satış köşkünün tikintisinə icazə istəməsi barədə 13 noyabr 1998-ci ill tarixli nəzərə alınmış və ona rayonun 851 saylı Aptekinin 4x3 metr ölçüdə satış köşkünün Babək küçəsində tikintisinə icazə verilmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.1989-cu il tarixli, V-JQ 280741 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X2 arasında xx.xx.1989-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ 530357 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə Kürdəmir rayonunun Atakişili kəndində ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli məktuba əsasən, X5 mərhum X7 vərəsəsidir. İşdə olan Kürdəmir rayon Məhkəməsinin 2(041)-6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı Qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Kürdəmir Xidmət Sahəsinin mühəndisi N.Mahmudov, TBT-nin ustası V.Zülfüqarovun və obyektin sahibi S.R.Məmmədovun iştirakı ilə tərtib edilmiş və Ağsu X20 İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, X15 tərəfindən Kürdəmir şəhəri, Babək küçəsində 219 mm-lik yerüstü daşıyıcı qaz kəmərinin 0,5 metrliyində 1 mərtəbəli Baytarlıq apteki tikilmiş, akt tərtib edilərkən S.R.Məmmədov tərəfindən heç bir sənəd təqdim edilməmiş və o, akta imza etməkdən imtina etmişdir. İddiaçı Ağsu X20 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 01NM-13HŞ-792 nömrəli nömrəli xəbərdarlıq-məktubu ilə əsl cavabdeh olmayan X10 Qaz kəmərinin üzərində inşa edilmiş tikilinin sökülməsi barədə müraciət edilərək tikilinin sökülməsi xahiş edilmiş, əks təqdirdə mövcud qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət ediləcəyi bildirilsə də, həmin vaxt Kürdəmir şəhəri Babək küçəsində yerləşən Baytarlıq aptekində baytarlıq dərmanların satışını həyata keçirən S.R.Məmmədov bu barədə Baytarlıq aptekinin əsl sahiblərinə bilərəkdən heç bir məlumat verməyərək Kürdəmir Xidmət Sahəsinin mühəndisi N.Mahmudov, TBT-nin ustası V.Zülfüqarovun və özünün iştirakı ilə tərtib edilmiş və Ağsu X20 İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli Akta əsasən Baytarlıq aptekinin sahibi olduğunu bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı Qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası tələbinə dair iddia tələbi üzrə mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəmə ilk növbədə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən aydın göründüyü kimi, Cavabdeh xx.xx.1998-ci il tarixli, 257 nömrəli sərəncamının ləğv edilməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirirərək müəyyən edir ki, Kürdəmir şəhəri, Babək küçəsində Cavabdeh xx.xx.1998-ci il tarixli, 257 nömrəli sərəncamı ilə rəsmiləşdirilmişdir və obyekt layihə üzrə 1999-cu il tarixdə tikilib istifadəyə verilmişdir. Həmin vaxt həmin ərazidə iddiaçının mübahisələndirilən qaz xətti mövcud olmamışdır. Üçüncü şəxs tərəfindən məhkəməyə Azərbaycan Respublikası FHN TTNDA-nın Azkommunlayihə” KLİ arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 7174 saylı müqavilə, akt, protokol və s. sənədlər təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən sərəncamın istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin sərəncamın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin sərəncamın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin sərəncamın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin sərəncamdan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən iddiaçı bilavasitə məlumatlı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi qaz xəttinin mühafizə zonasında inşa edilmiş qeyri-yaşayış sahəsinin hüquqi rejimi ilə 1999-cu il tarixdən iddia qaldırdığı tarixədək maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. İşdə olan Masallı rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-56/2- 52/2025 saylı məktubuna əsasən, İddiaçı Cavabdehnə qarşı 257 nömrəli, 30 noyabr 1998-ci il tarixli Sərəncamının ləğv edilməsi” barədə iddia tələbinə dair bildirilir ki, Kürdəmir şəhəri, Babək küçəsindən keçən yeraltı qaz kəmərinin mühafizə zonasında sözügedən sərəncama əsasən inşa edilmiş qeyri- yaşayış obyektinin tək olmadığını, həmin sırada digər qeyri-yaşayış obyektlərinin yerləşdiyini nəzərə alaraq Cavabdeh başçısının 257 nömrəli, 30 noyabr 1998-ci il tarixli Sərəncamının ləğv edilməsini məqsədəmüvafiq hesab etmir. Bütün qeyd olunan hallar birmənalı olaraq onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirdiyi sərəncamdan və ya mübahisələndirdiyi qeyro-yaşayış obyelktindən ən geci 2019-cu ildən (Kürdəmir Xidmət Sahəsinin mühəndisi N.Mahmudov, TBT-nin ustası V.Zülfüqarovun və obyektin sahibi S.R.Məmmədovun iştirakı ilə tərtib edilmiş və Ağsu X20 İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli Akt, İddiaçı Ağsu X20 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 01NM-13HŞ-792 nömrəli nömrəli xəbərdarlıqməktubu) məlumatı olmuşdur, hətta xəbərdarlı məktubu tərtib edib, iddiaçıya məxsus qeyri-yaşayış obyektində fəaliyyət göstərmiş digər şəxsə təqdim etsə belə, Şirvan İnzibati Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı ən geci 2019-cu ildən mübahisəli sərəncamdan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, mübahisələndirilən inzibati akt üzrə ayrılmış torpaq sahəsində 1998-ci il tarixdən üçüncü şəxs tərəfindən qeyriyaşayış obyekti tikilərək, istifadəyə verildiyi halda müvafiq qeyri-yaşayış obyektinin mövcudluğu və onunla bağlı heç bir mübahisə yaranmadığı halda, uzun müddətdən sonra məhkəmə iclasında iddiaçının mübahisəli sərəncamdan 2019-cu il tarixdən məlumatlı olması barədə izahatı məhkəməyə inandırıcı gəlməmişdir. Belə olan halda iddiaçı tərəfindən qaldırılan iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, işin araşdırılmış hallarından aydın görünür ki, iddiaçı sözügedən sərəncam barədə ən geci 2019-cu il tarixdən məlumatlı olmuş, digər məhkəmə mübahisələrində mübahisələndirilən sərəncam əsasında tikintisinə icazə verilmiş qeyri-yaşayış obyekti mübahisələndirilmişdir. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh xx.xx.1998-ci il tarixli, 257 nömrəli sərəncamından məlumatlı olduğu vaxtdan 5 (beş) il vaxt keçdikdən sonra müraciət etmişdir. Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 30 noyabr 1998-ci il tarixli, 257 nömrəli sərancamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1906/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1906/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver