Məhkəmə qərarları › İş №2-1(120)-1910/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1910/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1910/2024 23.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2, Cavabdehin nümayəndəsi-vəkili Qanuni nümayəndə1 iştirakları ilə, İddiaçı X9 cavabdeh Sabirabad rayon Əliləmbəyli Bələdiyyəsinə qarşı “Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərarının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X13 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47–49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-44/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı X9 nümayəndəsi və vəkili Qanuni nümayəndə2 apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-44/2023 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)-350/2023 nömrəli qərardadı ilə İddiaçı X9 nümayəndəsi və vəkili Qanuni nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-44/2023 saylı qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı qərarı əsasında, adı qeyd olunan Bələdiyyə ilə onun arasında İcarə mtiqaviləsi bağlanmışdır. Bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsinə görə icarəyəverən Əliləmbəyli Bələdiyyəsi mülkiyyətində olan 55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini uzun müddətli, yəni 35 il müddətinə onun istifadəsinə vermişdir. Bundan sonra onun rəhbərlik etdiyi İddiaçı X13na icarəyə götürülən torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair JN- 2868 nömrəli Şəhadətnamə də verilmişdir. İcarəyə götürdüyü torpaq sahəsindən məqsədli təyinatına uyğun, yəni kənd təsərrüfatı məhsullarının istehsalı (arpa, buğda əkini və s.) və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün uzun müddət istifadə edilmişdir. Lakin Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun 1.2-ci bəndinə əsasən heç bir əsas olmadan, torpaq sahəsinin ona icarəyə verilməsinə əsas olmuş Bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı ləğv edilmişdir. Maraqlı tərəfı isə odur ki, Bələdiyyənin həmin iclası və qeyd olunan qərarı bütövlükdə Sabirabad Rayon İcra Hakimiyyətinin 26 noyabr 2020-ci il tarixli, 3143 saylı tövsiyə məktubuna istinad edilmişdir. Sırf həmin tövsiyə məktubu əsasında Bələdiyyə iclas keçirmiş və əsassız olaraq, ona torpaq sahəsinin icarəyə verilməsinə əsas olmuş öz qərarını ləğv etmişdir. Halbuki, Rayon İcra Hakimiyyəti Bələdiyyənin fəaliyyətinə hər hansı təsir edə bilməz. Hər iki qurum öz fəaliyyətləri daxilində sərbəstdir. Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qəbul edilməsi zamanı guya ona ayrılan torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi, sənəddə səhvən 35 il qeyd olunması, eyni zamanda torpaq sahəsindən örüş kimi (yəni təyinatına uyğun) istifadə etməməyi kimi hallar da əsas götürülmüşdür. Belə ki, yenə də aidiyyəti olmadığı halda Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası İN yanında ƏMDX-nə sorğu vermiş və sorğuya verilən cavabda ona ayrılan torpaq sahəsinin arxiv sənədlərində (yerquruluşu layihəsinə əsasən) 15 il müddətinə icarəyə verilməsi qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin ona ayrılan torpaq sahəsində nə marağı olduğu da müəmmalı olaraq qalmışdır. ƏMDX-nin Şirvan ərazi şöbəsinin mütəxəssisləri tərəfındən aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaqayırma sənədlərində 15 il müddətinə icarəyə verilsin sözlərinə düzəliş edilərək 35 il müddətinə icarəyə verilsin yazılmışdır. Bu da təsdiq edir ki, faktiki olaraq torpaq sahəsi 35 il müddətinə icarəyə verilmişdir, Bələdiyyənin səhvən 15 il qeyd etməsi bunu istisna etmir, göründüyü kimi torpaqayırma sənədlərində də müddətə düzəliş edilmişdir. Bundan əlavə torpaqdan müvəqqəti istifadə hiiququna dair JN-2868 nömrəli Şəhadətnamədə, Əliləmbəyli Bələdiyyəsinin 13 iyun 2019-cu il tarixli, 21 nömrəli arayışında da torpaq sahəsinin 35 il miiddətinə icarəyə verildiyi açıq şəkildə qeyd olunur. Torpaq sahəsindən örüş kimi istifadə etmədiyi və nəticədə təyinatını pozulduğunu əsaslandırmağa çalışırlar ki, bununla bağlı qeyd edir ki, JN-2868 nömrəli Şəhadətnamədə, Əliləmbəyli Bələdiyyəsinin 13 iyun 2019-cu il tarixli, 21 nömrəli arayışında yenə göstərilir ki, torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir. Onun buğda əkməyi də buna uyğun gəlir, yəni torpaqdan təyinatına uyğun istifadə edilmişdir. Onu da qeyd edir ki, torpaq sahəsindən çıxmağı üçün ona çoxsaylı təzyiqlər edilmiş, həmin sahədən örüş kimi istifadə edilərək heyvanlar sahəyə buraxılmış, onun razılığı olmadan bunlar edilmiş və ərazidəki bütün əkin, buğda məhv edilərək ona çoxlu ziyan vurulmuşdur. Sonda isə Rayon İcra Hakimiyyətinin tövsiyə məktubu əsasında, ona torpaq sahəsinin ayrılmasına əsas olmuş qərar ləğv olunmuşdur. Hesab edir ki, Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərara aldı hissəsinin 1.2-ci bəndi əsassızdır və tövsiyə məktubuna istinadən qəbul edilmişdir, buna görə də həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci hissəsinə görə, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq torpaqların bölündüyü kateqoriyalardan biri kənd təsərrüfatı təyinatlı torpaqlardır, bu kateqoriya torpaqlardan hər hansı bir kənd təsərrüfatı məqsədləri üçün istifadə edilə bilər, yəni örüş əvəzinə buğda əkilməsi bu torpaqların təyinatına zidd istifadə edilməsi hesab edilmir. O da torpaqdan təyinatına uyğun istifadə etmişdir. Sözügedən Məcəllənin 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarınm istehsalı və emalı, habelə kənd təsərüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Yenə Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilmə əsasları göstərilmişdir. Lakin həmin maddədə göstərilən əsaslardan heç biri hazırda ona münasibətdə mövcud deyildir, yəni icarə müddəti bitməmişdir, bütün sənədlərdə 35 il qeyd olunmuşdur, məqsədli təyinatına uyğun sahədən istifadə edilmiş, sahəni istifadəsiz qalmamış, icarə müqaviləsinin şərtləri pozulmamışdır. Bütün bunlar bir daha göstərir ki, Cavabdeh mübahisələndirdiyi qərarı əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə bələdiyyə mülkiyyətində olan 55 ha örüş torpaq sahəsi İddiaçı X13na 15 il müddətinə icarəyə verilmişdir. Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və 15 iyun 2001-ci il tarixli, 05 saylı icarə müqaviləsi ilə 55 ha torpaq sahəsi İddiaçı X13na 15 il müddətinə icarəyə verilmiş və JN-2868, KOD 90904018 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatlarında da Cavabdeh tərəfindən torpaq sahəsinin İddiaçı X13na 15 il müddətinə icarəyə verilməsi qeyd edilmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarına müdaxilə edilərək “on beş il müddətinə icarəyə verilsin” sözləri düzəliş edilərək “otz beş il müddətinə icarəyə verilsin” sözləri ilə dəyişdirilmişdir. Həmin bu düzəlişə əsasən də yenidən Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və 15 iyun 2001-ci il tarixli, 05 saylı icarə müqaviləsinə əsasən 55 ha torpaq sahəsi İddiaçı X13na 35 il müddətinə icarəyə verilməsi barədə JN-2868, KOD 90904018 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamə Əmlak Məsələləri Dövlət Xidmətinin baza məlumatlarında aşkar edilməmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi İddiaçı X13na qısamüddətli, yəni 15 il müddətinə icarəyə verilmişdir. Lakin İddiaçı X13 bələdiyyənin qərarında qanunsuz olaraq düzəliş etmiş və icarə müddətini 35 ilə dəyişmişdir. Bu hallar müvafiq orqanların apardığı araşdırma ilə sübuta yetirilir. Həmçinin, 05 noyabr 2020-ci il tarixli aktdan da görünür ki, ƏMDX-nin, Əliləmbəyli kənd icra nümayəndəsinin və bələdiyyəsinin və iddiaçının nümayəndəsi ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı 15 illik icarə müqaviləsinin müddətinin bitməsi müəyyən edilmiş və bununla əlaqədar iddiaçıya xəbərdarlıq edilmiş və torpaq sahəsini təyinatı üzrə istifadə etməməsinə görə ona məlumat verilmişdir. Bu hal məhkəmə ekspertizası mərkəzinin 25 oktyabr 2021-ci il tarixli rəyinə əsasən də müəyyən edilir ki, 55 ha torpaq sahəsinin 25 ha təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilir. Bundan başqa Sabirabad rayonu Əliləmbəyli kənd sakinləri tərəfindən Şirvan Regional Ədliyyə İdarəsinə olunmuş kollektiv müraciət əsasında da aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı X13na 15 il müddətinə icarəyə verilmişdir. Lakin İddiaçı X13 bələdiyyənin qərarında qanunsuz olaraq düzəliş etmiş və icarə müddətini 35 ilə dəyişmişdir. Bu səbəbdən də bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarının, JN- 2868, KOD 90904018 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv edilməsini və 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsini təklif etmişdir. Daha sonra qeyd edilir ki, Cavabdeh ilə İddiaçı X13 arasında bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi və bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı arasında uyğunsuzluq var. Belə ki, İddiaçı X9 rəhbəri B.Cəfərov 55 ha torpaq sahəsinin onun icarəsinə ayrılması barədə 19 aprel 2001-ci il tarixdə bələdiyyəyə müraciət etmiş, bununla əlaqədar bələdiyyənin iclası 05 may 2001-ci il tarixdə keçirilmiş və qərar qəbul edilmişdir. Tərəflər arasında icarə müqaviləsi isə 01 aprel 2001-ci il tarixdə bağlanmış və icarə müddəti uzunmüddətli, yəni 35 il müddət göstərilmişdir. Cavabdeh ilə İddiaçı X13 arasında bağlanmış 01 aprel 2001ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi və bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı arasında uyğunsuzluq onların yazılış qaydasından da görünür. Belə ki, bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı kiril əlifbası ilə yazılmış, 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi isə latın əlifbası ilə yazılmışdır. Ona görə də hesab edirlər ki, 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi sonradan yazılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən; Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən; 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd, yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zərurəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 50-ci maddəsinin 3-cü hissəsinə əsasən; Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən; 1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan (neliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. 2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. 3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). 4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən torpaqdan təyinatı üzrə istifadə etmək torpaq icarəçilərinin vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya onaqarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı X9 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı X9 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Sabirabad rayon Əliləmbəyli Bələdiyyəsinin nümayəndəsi X5 izahatında İddiaçı X9 hazırkı iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Sabirabad rayon Əliləmbəyli Bələdiyyəsinin nümayəndəsi-vəkili Qanuni nümayəndə1 izahatında İddiaçı X9 hazırkı iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı X9 iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinin cavabdehə göndərdiyi 08 dekabr 2020-ci il tarixli, 1693/Kol-557 №-li məktubundan görünür ki, vətəndaş Rövşən Xəlilov və digərlərinin Şirvan Regional Ədliyyə İdarəsinə daxil olmuş kollektiv müraciətində göstərilən xüsusatların araşdırılması ilə əlaqədar idarə tərəfindən inzibati nəzarət icraatına başlanılaraq, həmin müraciət əsasında görülmüş zəruri tədbirlər nəticəsində müəyyən edilmışdır ki, Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı qərarı əsasında bələdiyyə mülkiyyətinə aid 55 ha torpaq sahəsinin İddiaçı X13na icarəyə verilməsi qərara alınmış, həmin qərar əsasında Torpaq Məcəlləsinin örüş torpaq sahələrinə münasibətdə müəyyən edilən tələblərinə zidd olaraq 35 il müddətinə Sairabad rayonu, Bala Həşimxanlı kənd sakini X8 ilə bələdiyyə arasında 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. İcarə münasibətlərinin davam etdiyi illər ərzində isə torpaq sahəsinin icarə müddəti ilə bağlı xüsusata bələdiyyə tərəfindən lazımınca diqqət göstərilmədiyi müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, bələdiyyənin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı və xx.xx.2001-ci il tarixli, 05 saylı icarə müqaviləsi ilə İddiaçı X13na JN-2868 saylı torpaqdan istifadə hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə örüş təyinatlı qeyd edilməklə torpaq sahəsinin icarə müddəti 15 il göstərilmişdir. Araşdırma zamanı həmçinin bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarına qanunsuz müdaxilə edilərək, icarə müddətinin 35 ilə dəyişdirildiyi muəyyən olunmuşdur. Odur ki, Əliləmbəyli bələdiyyəsinin mülkiyyətınə aid 55 ha torpaq sahəsının İddiaçı X9 rəhbəri X6 icarəyə verilməsi üçün əsas olmuş bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarının ləğv edilməsi, Bələdiyyə ilə X8 arasında bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 saylı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsı və İddiaçı X13na verilmiş JN-2868 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin ləğv edilərək, 55 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması, təklifin 5 iş günü müddətində bələdiyyə iclasında müzakirə olunmsı və müzakirənin nəticəsi barədə qəbul edilmiş qərarın surətinin Şirvan Regional Ədliyyə İdarəsinə göndərilməsi təklif edilmişdir. İş materiallarında olan Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı X9 rəhbəri X6 bələdiyyə mülkiyyətində saxlanılan ərazidən 55,0 ha torpaq sahəsinin ayrılması ilə bağlı ərizəsi nəzərə alınaraq Əliləmbəyli kəndinin bələdiyyə mülkiyyətində saxlanılan ərazidən 55,0 ha torpaq sahəsinin on beş il müddətinə İddiaçı X9 rəhbəri X4 icarəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2001-ci il tarixli, 05 saylı X10 surətindən görünür ki, Əliləmbəyli bələdiyyəsinin 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı əsasında X8 ilə Cavabdeh arasında 55,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 15 (on beş) illik icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan JN-2868 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və xx.xx.2001-ci il tarixli, 05 saylı icarə müqaviləsinə əsasən Əliləmbəyli bələdiyyəsinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 55,0 ha torpaq sahəsi 15 (on beş) il müddətinə İddiaçı X13na müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, 55,0 ha torpaq sahəsinin ayrılması ilə bağlı İddiaçı X9 rəhbəri X4 19 aprel 2001-ci il tarixli ərizəsi nəzərə alınaraq 55,0 ha torpaq sahəsinin otuz beş il müddətinə İddiaçı X9 rəhbəri X4 icarəsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan 01 aprel 2001-ci il tarixli, 02 saylı X10 surətindən görünür ki, Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı əsasında X8 ilə Cavabdeh arasında 55,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair uzunmüddətli (35 il) icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan JN-2868 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı və xx.xx.2001-ci il tarixli, 05 saylı icarə müqaviləsinə əsasən Əliləmbəyli bələdiyyəsinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının məhsullarının istehsalı üçün 55,0 ha torpaq sahəsi 35 (otuz beş) il müddətinə İddiaçı X13na müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan 05 noyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, ƏMDX-nin Şirvan Ərazi Şöbəsinin mütəxəssisləri və bələdiyyə tərəfindən Cavabdeh 05 may 2001-ci il tarixli, 03 saylı qərarı əsasında İddiaçı X13na 15 il müddətinə icarəyə verilmiş bələdiyyə mülkiyyətinə aid 55 ha torpaq sahəsinə baxış keçirilmiş, baza və uçot xəritə materiallarına əsasən bütövlükdə örüş sahəsi kimi qeydə alınmış həmin torpaq sahəsinin 25 hektarında arpa və yonca məhsulunun əkildiyi, 1,5 hektarında tikintisi 2010- 2015-ci illəri əhatə edən ferma, çoban evi və talvar inşa edildiyi, qalan sahədən örüş kimi istifadə olunduğu, bununla da, torpaq qanunvericiliyinin “örüş torpaq sahələri” ilə bağlı tələblərinin pozulduğu aşkar edilmiş, İddiaçı X9 sənədlərinə baxış keçirilərkən bələdiyyənin 05 may 2001-ci il tarixli, 03 saylı qərarındakı “on beş il müddətinə icarəyə verilsin” sözlərinə düzəliş edilərək “otz beş il müddətinə icarəyə verilsin” yazıldığı müəyyən olunmuşdur. İş materiallarında olan Sabirabad Rayon İcra Hakimiyyətinin Əliləmbəyli bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli 3143 nömrəli məktubunda qeyd olunmuşdur ki, rayon İcra Hakimiyyətinin sorğusuna ƏMDX-nin cavab məktubunda baza məlumatlarına əsasən İddiaçı X13na 15 il müddətinə icarəyə verilmiş 55 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahəsinin örüş sahəsi olduğu bildirilmiş və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alinaraq həmin torpaq sahəsindən istifadə edilməsi məsələsinə torpaq qanunvericiliyinin tələblərinə uyğun baxılması tösiyyə olunmuşdur. İş materiallarında olan Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı X9 rəhbəri X6 55,0 ha torpaq sahəsinin ayrılması barədə Əliləmbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı qərarı ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı 15 mart 2021-ci il tarixli, 14 nömrəli məktubun aşağıdakılar qeyd olunmuşdur: 2020-ci il tarixdə bir qrup Əliləmbəyli kənd sakinləri bələdiyyəyə, ƏMDX-nin Sabirabad rayon şöbəsinə, Şabirabad Rayon İcra Hakimiyyətinə və Şirvan Regional Ədliyyə İdarəsinə örüş sahələrinin olmaması ilə bağlı çoxsaylı müraciətlərində örüş sahələrinin müxtəlif şəxslər tərəfındən zəbt olunduğunu bildirərək bələdiyyə torpaqlarının araşdırılmasını xahiş etmişlər. Məsələ ƏMDX-nin Şirvan Ərazi Şöbəsinin mütəxəssisləri və bələdiyyə tərəfindən araşdırılmış və İddiaçı X9 icarəsində olan 55 ha torpaq sahəsinin baza materiallarına əsasən kənd təsərrüfatı torpaqları kateqoriyasına aid olmaqla örüş təyinatlı torpaq olması və bələdiyyə tərəfındən 15 (on beş) il müddətinə icarəyə verildiyi müəyyən olunmuşdur. Həmçinin qərarda “on beş il müddətinə icarəyə verilsin” sözləri dəyişdiıilərək “otz beş il müddətinə icarəyə verilsin” yazılması müəyyən edilmişdir. Bu ƏMDX-nin Şirvan ərazi şöbəsinin mütəxəssislərinin, bələdiyyə sədrinin, Əliləmbəyli kənd İƏD üzrə nümayəndənin və vətəndaşın iştirakı ilə tərtib edilmiş 05 noyabr 2020-ci il tarixli aktla təsdiq edilmişdir. Bundan başqa, İddiaçı X9 rəhbəri X4 19 aprel 2001-ci il tarixli müraciəti əsasında bələdiyyə şurasının 05 may 2001ci il tarixli, 03 saylı qərarından əvvəl, yəni 01 aprel 2001-ci il tarixdə 02 saylı “Torpaq icarə müqaviləsi” bağlanmışdır. Halbuki, mııqavilə qərardan sonra bağlanmalıdır. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədə isə bələdiyyə qərarının tarixi xx.xx.2001-ci il kimi göstərilmisdir. Həmçinin, torpaq sahəsi örüş sahəsi olduğu halda, şəhadətnamədə “əkin” kimi qeyd olunmuşdur. Bütün bunlar özü-özlüyündə sənədlərin hazırlanmasında şübhəli məqamların olmasından xəbər verir. Odur ki, bu hallara istinad edərək və vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq Sabirabad Rayon İcra Hakimiyyəti ƏMDX-nə, Şirvan Regional Ədliyyə İdarəsi isə Ədliyyə Nazirliyinə sorğu vermiş və həqiqətən də baza materiallarına əsasən torpaq sahəsinin kənd təsərrüfatı torpaqları kateqoriyasına aid olmaqla örüş təyinatlı torpaq olduğu və bələdiyyə tərəfındən 15 il müddətinə icarəyə veridiyi bir daha müəyyən edilmişdir. İş materiallarında olan Sabirabad rayon prokurorunun müavini kiçik ədliyyə müşaviri X11 “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 07 aprel 2022-ci il tarixli Qərarının surətində də öz əksini tapmışdır. Həmin qərardan görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, Cavabdeh sabiq sədri X7 barəsində Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, əməllərində cinayət tərkibi olmadığından X8, X18 və X3 barələrində cinayət işi başlanmasının rədd edilməsi, Cavabdeh mülkiyyətində olan 55 ha torpaq sahəsinin İddiaçı X9 rəhbəri X4 icarəsinə verilməsinə dair bələdiyyə şurasının 22 fevral 2001-ci il tarixli, 03 saylı protokolundan çıxarışın, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 15 iyun 2001-ci il tarixli, 5 nömrəli icarə müqaviləsinin, eləcə də “Torpaqdan müvəqqəti istifadə hüququna dair” 03 aprel 2003-cü il tarixli, Kod 90904018, JN-2868 saylı şəhadətnamənin əsllərinin saxlanıldığı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xdimətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan 55 ha torpaq sahəsinin 35 il müddətinə İddiaçı X9 mülkiyyətinə verilməsinə dair Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarış, sabiq bələdiyyə sədri Hümmət Həsrətovla təsərrüfatın sabiq rəhbəri Bahəddin Cəfərov arasında bağlanmış 01 aprel 2001-ci il tarixli, 02 nömrəli “Torpaq icarə müqaviləsi” və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsi tərəfindən verilmiş 03 aprel 2003-cü il tarixli, 35 il müddətində “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Kod 90904018, JN-2868 saylı şəhadətnamə saxta olduğundan cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, Cavabdeh 22 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə bələdiyyə miilkiyyətində olan 55 ha torpaq sahəsi on beş il müddətində «Ariz X13»nın icarəsinə verilmiş, bununla bağlı sabiq bələdiyyə sədri Hümmət Həsrətovla, təsərrüfatın sabiq rəhbəri Bahəddin Cəfərov arasında «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» 15 iyun 2001-ci il tarixli 5 nömrəli müqavilə bağlanmışdır. X20 və Xəritəçəkmə Komitəsinin Sabirabad rayon şöbəsi tərəfındən qeyd olunan torpaq sahəsinin 15 il müddətində «Ariz X13»nın icarəsinə verilməsi ilə bağlı 03 aprel 2003-cü il tarixli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» KOD 90904018, JN-2868 saylı şəhadətnamə verilmişdir. Bahəddin Cəfərov «Ariz X13»ndakı paylarını 19 mart 2019-cu il tarixdə notarial qaydada X1. Həmin vaxt o, Əli Bağışa, torpaq sahəsinə dair yuxarıda göstərilən bələdiyyə qərarı, icarə müqaviləsi və şəhadətnamədən fərqli olaraq, qeyd olunan torpaq sahəsinə dair, üzərində düzəliş edilərək on beş il sözü, «otzbeş» sözü ilə əvəz edilmiş Sabirabad rayon Əliləməbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışını, 01 aprel 2001-ci il tarixli, 02 nömrəli torpaq icarəsi müqaviləsini və həmin torpağın 35 il müddətində icarəyə verilməsinə dair 03 aprel 2003-cü il tarixli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» KOD 90904018, JN-2868 saylı şəhadətnaməni təqdim etmişdir. İstintaq nəticəsində qeyd olunan sənədlərin saxta olduğu müəyyən edilmişdir. Qərarda həmçinin qeyd olunur ki, iş üzrə təyin edilmiş kompleks məhkəməxətşünaslıq və sənədlərin texniki ekspertizasının 24 fevral 2022-ci il tarixli, 4/37-5/32 saylı rəyində, 01 aprel 2001-ci il tarixli, 02 nömrəli «Torpaq icarəsi müqaviləsi»ndə «H.Həsrətov» qrafasındakı imzanın sabiq bələdiyyə sədri Hümmət Həsrətov tərəfındən icra edilmədiyinin, müqavilənin son səhvəsindəki Əliləmbəyli bələdiyyəsinin möhür əksinin müqayisəli tədqiqat üçün təqdim edilmiş möhürlərlə eynilik təşkil etmədiyinin, torpaq sahəsinin 35 il müddətində istifadəyə verilməsinə dair 03 aprel 2003-cü il tarixli «Torpaqdan müvəqqəti istifadə hüququna dair» KOD 90904018, JN-2868 saylı şəhadətnamədə «M.İsrafılov» qrafasındakı imzanın şöbənin sabiq müdiri Mahmud İsrafilov tərəfındən yox, başqa bir şəxs tərəfindən icra edilməsinin qeyd olunması, eləcə də istintaq zamanı Əlilməbəyli bələdiyyəsinin 05 may 2001-ci il tarixli, 03 saylı protokolundan çıxarışda torpaq sahəsinin icarəyə verilməsinə dair müddəti göstərən on beş il sözünün üzərində düzəliş edilməklə «otzbeş» sözü ilə əvəz edilməsinin müəyyən edilməsi həmin sənədləri saxta olmasını bir daha təsdiq etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 3. Torpaq münasibətləri

1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.

2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.

4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər. Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər. Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər. Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri

1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.

2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (15 aprel 2023-cü ilədək qüvvədə olan mətn)

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1–4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.

6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.

7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (15 aprel 2023-cü ildən qüvvədə olan mətn)

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 50. Torpaq sahəsi üzərində istifadə hüququ

1. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. ... Maddə 73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının”

1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.

3. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.

18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir.

19. Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektarda 2—3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara otarılması (yemləndirilməsi) nəzərdə tutulur.

20. İstifadəyə və icarəyə verilmiş örüş sahələrinin və biçənəklərin sərhədləri naturada mərz nişanları ilə ayrılır, istifadəçilərə və icarəçilərə qanunvericiliyə uyğun olaraq müvafiq sənədlər verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli, 113 saylı Fərmanı Qanunun 5-ci maddəsinin beşinci hissəsində, 6-cı maddəsinin ikinci hissəsində, 12ci maddəsinin ikinci hissəsində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra MPM) Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı: “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Belə ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı bir şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. Başqa sözlə, iddiaçı yalnız öz subyektiv hüquqlarının pozulduğunu bildirməlidir. Onu da qeyd etmək lazımdır ki, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Qərarın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün iddiaçının müraciət etdiyi müəyyən ediləcəyi halda isə məhkəmə xidməti vəzifəsinə uyğun olaraq, ilk növbədə, mübahisələndirilən inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) iddiaçının istifadə edib-etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə edib etmədiyini aydınlaşdırmalı, istifadə etmədiyi müəyyən ediləcəyi təqdirdə İnzibati icraat haqqında Qanunun 68.2.2-ci maddəsinin tələbi baxımından mübahisəyə hüquqi münasibət bildirməlidir. Burada işin əsas diqqət edilməli halı hüquq münasibətlərinin yarandığı zaman örüşün 35 il müddətinə icarəyə verilməsinin qanunla yol verilməməsi, ən çoxu 15 ilədək icarəyə verilməsidir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər ödənilmiş olmalıdır. Bundan əlavə, həm də nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri isə hüquqların və qanunla qorunan maraqların pozulduğunun əsaslandırılmasıdır. Hazırkı qərarda göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələrin ilk növbədə yoxlamalı olduğu hallardan biri də inzibati hüquq münasibətlərində tərəflərdən ən azı birinin «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan, mübahisənin isə inzibati mübahisə olub-olmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, 05 may 2001-ci il tarixli, 03 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, 55,0 ha torpaq sahəsinin ayrılması ilə bağlı İddiaçı X9 rəhbəri X4 19 aprel 2001-ci il tarixli ərizəsi nəzərə alınaraq 55,0 ha torpaq sahəsi 15 il müddətinə ayrılması nəzərdə tutulmuş, həmin müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, iş üzrə təyin edilmiş kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 24 fevral 2022-ci il tarixli, 4/37-5/32 saylı rəyində müəyyən olunmuşdur ki, on beş il sözü, «otzbeş» sözü ilə əvəz edilmişdir. Birdaha sübut olunur ki, iddiaçı ilə bağlanmış müqavilə müddəti xx.xx.2016-cı ildə bitmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş qərarın hazır ki, mübahisəyə birbaşa preyudisial əhəmiyyəti var. İbtidai istintaq orqanı tərəfindən saxta hesab edilmiş qərara inzibati hüquqda ehtimat hüquqi prinsipi baxımından yanaşılması əsasızdır.İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən sonra Cavabdeh hesabına ödənilmiş bələdiyyə ödənişlərinin qəbul edilməsi, yeni təyin olunmuş bələdiyyə sədrinin müqavilə müddətinin bitməsindən məlumatının olmaması, vətəndaşların müraciətləri əsasında araşdırma aparıldıqdan sonra müqavilə müddətinin bitməsi barədə məlumatlı olması, xx.xx.2016-cı ildən sonrakı müddət ərzində iddiaçı tərəfindən torpaq sahəsindən istifadə edilməsi, həmçinin mübahisəli torpaq sahəsinin hal-hazırda iddiaçının faktiki istifadəsində olması müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində, iddiaçıya dəymiş maddi və mənəvi zərərə, əldən çıxmış faydaya və üçüncü şəxslərin qarışısında götürmüş olduğu öhdəliklərə görə məhkəmədə iddia tələbi irəli sürmək hüququ vardı. Bununla yanaşı məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən qəbul edilmiş 01 dekabr 2020-ci il tarixli qərarın mahiyyəti xx.xx.2016-cı il tarixdə müddəti bitmiş müqaviləni ləğv etməkdən ibarət olmuş, həmin qərarın hüquqi qüvvəsi xx.xx.2016-cı il tarixdə başa çatmış, bununla da həmin vaxtdan qərar faktiki qüvvədən düşmüşdür. İddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərarı məhəkəmə tərəfindən ləğv edildiləcəyi halda iddiaçının hüquqi marağı bərpa olunmayacaqdır. İddiaçı tərəfindən müqavilənin uzadılamasına dair Cavabdehnə edilmiş müraciətinə, 08 iyun 2023-cü il tarixdə baxılmış, həmin mübahisəli torpaq sahəsilə bağlı məsələ məhkəmədə mübahisə predmeti olduğu üçün baxılmamış saxlanılmışdır. Həmin müraciət baxılacağı təqdirdə qəbul edilmiş qərar əsasında iddiaçının hüquqi marağı bəarpa olunmadığı halda məhkəmə mübahisəsinin predmeti ola bilər. Yuxarıda qeyd edilən məsələlərlə bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli və xx.xx.2024 2024-cü il tarixli 2-1(120)-1910/2024 saylı məktublarla və xx.xx.2024 2024-cü il tarixli məhkəmə iclasında şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Göründüyü kimi qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüquqları və qanunla qorunan maraqları pozulmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı X9 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı:

İddiaçı X9 cavabdeh Sabirabad rayon Əliləmbəyli Bələdiyyəsinə qarşı “Cavabdeh 01 dekabr 2020-ci il tarixli, 17 saylı iclas protokolunun qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar