Məhkəmə qərarları › İş №2-1(120)-1917/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1917/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1917/2025 07.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və onun tabeliyində olan Tikintidə X1rşı “İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə X2 Agentliyi tərəfindən tikilmiş 1 mərtəbəli və 2 (iki) otağlı fərdi yaşayış evinin 1 mərtəbəli 3 (üç) otağlı fərdi yaşayış evi ilə əvəz edilməsinin və 2010-cu il tarixdə Kür çayının daşması nəticəsində iddiaçının yaşayış evinin qəzalı vəziyyətə düşməsinə görə iddiaçının və ailə üzvlərinin müvəqqəti olaraq ayrıca yaşayış yerində yaşanması ilə əlaqədar 2012-ci ildən 2020-ci il tarixə kimi cavabdeh tərəfindən ödənilməmiş kirayə haqqının iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “cavabdeh tərəfindən iddiaçıya tikilmiş 1 mərtəbəli və 2 otağlı evin iddiaçıya münasibətdə yenidən tikilməklə 1 mərtəbəli və 3 otağlı ilə əvəz edilməsinin və 2010-cu il tarixdə Kür çayının daşması nəticəsində yaşayış evinin qəzalı vəziyyətə düşməsinə görə ayrıca yaşayış yerinin təmin edilməsi ilə əlaqədar 2012-ci il tarixdən 2020-ci il tarixə kimi verilməmiş kirayə haqqının birdəfəlik ödənilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2025-ci il tаriхli, 2-1(120)-1917/2025 nömrəli qərardadı ilə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə X2 Agentliyi tərəfindən tikilmiş 1 mərtəbəli və 2 (iki) otağlı fərdi yaşayış evinin 1 mərtəbəli 3 (üç) otağlı fərdi yaşayış evi ilə əvəz edilməsinin və 2010-cu il tarixdə Kür çayının daşması nəticəsində iddiaçının yaşayış evinin qəzalı vəziyyətə düşməsinə görə iddiaçının və ailə üzvlərinin müvəqqəti olaraq ayrıca yaşayış yerində yaşanması ilə əlaqədar 2012-ci ildən 2020-ci il tarixə kimi cavabdeh tərəfindən ödənilməmiş kirayə haqqının iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Əlişəfa oğlu və 4 nəfər olmaqla ümumi 5 nəfər ailə üzvü 2012-ci il tarixə kimi Sabirabad rayonu, Yaxa-Dəllək kəndində 1 mərtəbəli, 1 (bir) otaqdan ibarət fərdi yaşayış evində yaşayırlar. Lakin 2010-cu il tarixdə Kür çayının daşması nəticəsində Kür çayı ətrafı olan rayon və şəhərin kənd və qəsəbələrin də yerləşən evlərin əksəriyyəti qəzalı vəziyyətə düşərək yaşayış üçün təhlükəli hal yaranmışdır. Həmin daşqın nəticəsində İddiaçı Əlisəfa oğlunun yerləşdiyi Sabirabad rayonu, Yaxa-Dəllək kəndində ki, 1 mərtəbəli və 1 otağlı evdə qəzalı vəziyyətə düşərək yaşayış üçün yararsız halda olmuşdur. Həmçinin 2010-cu il tarixdən Kür çayının daşması nəticəsində qəzalı vəziyyətə düşən evinin tikilməsinə kimi o və 4 nəfərdən ibarət ailə üzvü olaraq ümumilikdə 5 nəfərin köçürülməsi, qohum və yaxud digər yerdə müvəqqəti yaşayışını təmin etməyi onlara cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin və üçüncü şəxs Sabirabad rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən bildirilmişdir. Lakin iddiaçı birgə 4 nəfərdən ibarət ümumi 5 nəfər ailə üzvü 2010-2012-ci il tarixə kimi yaxın qohum evində qalsalarda, amma sonradan qohumunun yaşayış yeri darısqal olduğundan, evdən çıxmaq qərarına gələrək, cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və üçüncü şəxs Sabirabad rayon İcra Hakimiyyətinə müraciət edərək evlərinin tikilməsinin sürətləndirilərək tikilməsini və müvəqqəti olaraq yaşayış yerlərinin təmin edilməsi üçün aylıq kirayə haqqının verilməsini xahiş etsələrdə amma 2020-ci il tarixə kimi xahişləri nəzərə alınmamış, əksinə 2012-ci il tarixdə iddiaçı daxil olmaqla 4 nəfərdən ibarət ümumi 5 nəfər ailə üzvünə tikiləcək evin tikintisi dayandırılaraq, tikinti materialları aparılmışdır. Həmin tarixdən iddiaçıya nə ev tikilmiş, nə də ki, yaşayışlarını təmin edilməsi üçün aylıq kirayə haqqı ödənilməmişdir. Bu barədə dəfələrlə cavabdeh və üçüncü şəxsə müraciət etmələrinə baxmayaraq, lakin ev tikilməsi və kompensasiyanın ödənilməsi halları həyata keçirilməmişdir. Bu barədə iddia ərizəsinə əlavə edilmiş o qədər məktublar vardır ki, iddiaçı tərəfindən sözügedən məsələ ilə bağlı etdikləri müraciətlərə müxtəlif bəhanələr əsasında eyni məzmunlu formal xarakter daşıyan sözlərlə cavab verilmişdir. Lakin sözügedən məsələ ilə əlaqədar cavabdeh tərəfindən hər hansı bir addım atılmamışdır. Ona görə də iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli. 3-18-2/2- S-l326/3-37/202-1 №-li məktubla cavab verərək, Kür və Araz çaylarının daşması ilə əlaqədar baş vermiş təbii fəlakət nəticəsində Sabirabad rayonu ərazisində ziyan çəkmiş evlərə Nazirliyin sahə komissiyası tərəfindən baxış keçirilmiş və müvafiq akt tərtib edilmişdir. Həmin akta əsasən fərdi yaşayış eviniz qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar tərəfimizdən sizə 2 (iki) otaqlı yeni fərdi yaşayış evi tikilmişdir və yaxın zamanda rayon İcra Hakimiyyətinin balansına təhvil veriləcəkdir, əlavə olaraq bildirilmişdir ki, Nazirliyin sahə komissiyaları öz fəaliyyətini 2012-ci il tarixdə bitirdiklərini bildirilmişdir. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı "tikilmiş 1 mərtəbəli ev və 2 otağlı fərdi yaşayış evin, iddiaçıya münasibətdə yenidən 1 mərtəbəli və 3 otağlıdan ibarət fərdi yaşayış evinin tikilməsinin və 2010-cu il tarixdə Kür çayının daşması nəticəsində yaşayış evinin qəzalı vəziyyətə düşməsinə görə ayrıca yaşayış yerinin təmin edilməsi ilə əlaqədar 2012-ci il tarixdən 2020-ci il tarixə kimi verilməmiş kirayə haqqının birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair məhkəməyə müraciət etmişdir. Möhtərəm məhkəmə 2012-2024-cü il tarixləri ərzində iddiaçı tərəfindən çoxsaylı aidiyyatı orqanlara müraciətindən sonra cavabdeh fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən iddiaçı daxil olmaqla 4 nələrdən ibarət ümumi 5 nəfər ailə üzvünə 2 otaqlı evin tikintisinə başlanılmış və tikinti 2024-cü ilin sentyabr ayında təhvil verilmişdir. Lakin cavabdehə müraciətimin əsas səbəbi iddiaçı daxil olmaqla 4 nəfərdən ibarət ümumi 5 nəfər ailə üzvünə tikilən evin ətrafında olan qonşularına da evlər cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən tikilmiş və həmin tikilmiş evlər 3 və 1 otağdan ibarət olmuş və bu da evləri tikilmiş şəxslərin ailə üzvlərinin 4 və 5 olduğuna əsasən qərara alınmışdır. Amma iddiaçı daxil olmaqla 4 nəfərdən ibarət ümumi 5 nəfər ailə üzvünə isə 1 mərtəbəli və 2 (iki) otağlı ev tikilmişdir. Bu barədə cavabdeh Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə və üçüncü şəxs Sabirabad rayon İcra Hakimiyyətinə müraciət etdikdə, bu qərarın cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verildiyi və bunun dəyişdirilməsi onların səlahiyyətində deyil. Yalnız cənab nazir Kəmaləddin Heydərovun səlahiyyətində olduğunu bildirmişlər. Bu səbəbdən də iddiaçı ilk olaraq cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi cənab Kəmaləddin Heydərova və sürəti olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik və X4 müraciət etmək məcburiyyətində qalmışdır. Lakin iddiaçıya cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən deyil, digər cavabdeh olan Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən cavab verilmişdir. Cavab məktubu iddia ərizənin işin halları hissəsində açıqlama vermişdir. Möhtərəm məhkəmə iddiaçı daxil olmaqla ümumi 5 nəfər ailə üzvünün Sabirabad rayonu, Yaxa-Dəllək kəndində 2012-ci il tarixə kimi həmin kənddə yerləşən çiy kərpicdən tikilmiş 1 otaqdan ibarət yaşayış evində 5 (beş) nəfər ailə üzvü ilə birlikdə yaşadıqlarını təsdiq edən Sabirabad rayon İHB-nın Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şahidlərin birgə iştirakı ilə xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Həmçinin bildirir ki, həmin aktda imza atmış şəxslərin iddiaçının qonşuları olduğu və onlara da ailə üzvlərinin sayina əsasən 3 və 4 otaqlı fərdi yaşayış evi tikildiyini təsdiq edə və hətta bu barədə məhkəmədə şahid qismində izahat verə bilərlər.Möhtərəm məhkəmə həmçinin yuxanda qeyd etdiyi hallara əsasən iddiaçı daxil olmaqla 4 nəfərdən ibarət ümumi 5 nəfər ailə üzvünün 2012-ci il tarixdən 2020-ci il tarixədək müvəqqəti olaraq yaşayış yerinin təmin edilməsi üçün aylıq kirayə pulu verilmədiyinə görə həmin dövrlərdə iddiaçı öz daxili vəsaiti əsasında müxtəlif yerlər də kirayə haqqı ödəməklə yaşamışdır. Bu barədə iddiaçıya cavabeh və üçüncü şəxs tərəflərindən heç bir kirayə haqqı ödənilməmişdir. Halbuki, bildiyinə görə bu barədə dövlət Kür çayının daşmasına görə evləri qəzalı vəziyyətə düşmüş hər bir şəxsə müvəqqəti yaşayış yerlərinin təmin edilməsi üçün bazar qiymətinə uyğun olaraq aylıq kirayə haqqının ödənilməsi barədə vəsait ayırmış, lakin həmin vəsait iddiaçıya ayrılmamış və bu günə kimi də ödənilməmişdir. Ona görə də hesab edir ki, cavabdehin imtinası əsassızdır və yuxarıda qeyd etdiyim hallara əsasən formal xaralterli sözlərə istinad edilməsi imtina üçün əsas ola bilməz. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən İddiaçı tikilmiş 1 mərtəbəli və 2 (iki) otağlı fərdi yaşayış evinin iddiaçıya münasibətdə yenidən tikilməklə 1 mərtəbəli 3 (üç) otağlı fərdi yaşayış evi ilə əvəz edilməsinin və 2010-ci il tarixdə Kür çayının daşması nəticəsində yaşayış evinin qəzalı vəziyyətə düşməsinə görə ayrıca yaşayış yerinin təmin edilməsi ilə əlaqədar 2012-ci il tarixdən 2020-ci il tarixə kimi ona cavabdeh tərəfindən verilməmiş kirayə haqqının birdəfəlik ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə həvalə edilməsi barədə qərar çıxamasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbi müdafiə etdiyini bildirərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, tələbə cavab verməli inzibati orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi deyildir. Odur ki, iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia tələbinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə X2 Agentliyi tərəfindən tikilmiş 1 mərtəbəli və 2 (iki) otağlı fərdi yaşayış evinin 1 mərtəbəli 3 (üç) otağlı fərdi yaşayış evi ilə əvəz edilməsinin və 2010-cu il tarixdə Kür çayının daşması nəticəsində iddiaçının yaşayış evinin qəzalı vəziyyətə düşməsinə görə iddiaçının və ailə üzvlərinin müvəqqəti olaraq ayrıca yaşayış yerində yaşanması ilə əlaqədar 2012-ci ildən 2020-ci il tarixə kimi cavabdeh tərəfindən ödənilməmiş kirayə haqqının iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsinı istəyir və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyini göstərmişdir. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə X2 Agentliyi tərəfindən tikilmiş 1 mərtəbəli və 2 (iki) otağlı fərdi yaşayış evinin 1 mərtəbəli 3 (üç) otağlı fərdi yaşayış evi ilə əvəz edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş aktdan görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında tərtib olunmuş və iddiaçı tərəfindən imzalanmış aktdan görünür ki, "xxxx" MMC tərəfindən 2 (iki) otaqlı fərdi yaşayış evini vaxtında, keyfiyyətli və tam layihə üzrə inşa edərək başa çatdırılmış və iddiaçı tərəfindən şəxsən təhvil alınmışdır. Həmçinin iddiaçı tərəfindən görülmüş tikinti işləri ilə bağlı "xxxx" MMC-yə qarşı heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iddia tələbinin 2010-cu il tarixdə Kür çayının daşması nəticəsində iddiaçının yaşayış evinin qəzalı vəziyyətə düşməsinə görə iddiaçının və ailə üzvlərinin müvəqqəti olaraq ayrıca yaşayış yerində yaşanması ilə əlaqədar 2012-ci ildən 2020-ci il tarixə kimi cavabdeh tərəfindən ödənilməmiş kirayə haqqının iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının tələbi həmin tələbə cavab verməyən inzibati orqana – cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və onun tabeliyində olan Tikintidə X1rşı yönəlmişdir. Belə ki, ödənilməmiş kirayə haqqının iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia tələbi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və onun tabeliyində olan Tikintidə X1rşı yönələ bilməz. Başqa sözlə hazırki iş üzrə cavabdeh tələbə cavab verən inzibati orqan deyildir. Məhkəmə iddiaçıya izah edərək bildirir ki, iddiaçının həmin tələbinə cavab verməli orqan Sabirabad rayon İcra Hakimiyyəti olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli 2-1(120)- 1917/2025 saylı məktubla yardım edərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və onun tabeliyində olan Tikintidə X1rşı “İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə X2 Agentliyi tərəfindən tikilmiş 1 mərtəbəli və 2 (iki) otağlı fərdi yaşayış evinin 1 mərtəbəli 3 (üç) otağlı fərdi yaşayış evi ilə əvəz edilməsinin və 2010-cu il tarixdə Kür çayının daşması nəticəsində iddiaçının yaşayış evinin qəzalı vəziyyətə düşməsinə görə iddiaçının və ailə üzvlərinin müvəqqəti olaraq ayrıca yaşayış yerində yaşanması ilə əlaqədar 2012-ci ildən 2020-ci il tarixə kimi cavabdeh tərəfindən ödənilməmiş kirayə haqqının iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və onun tabeliyində olan Tikintidə X1rşı “İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyində Tikintidə X2 Agentliyi tərəfindən tikilmiş 1 mərtəbəli və 2 (iki) otağlı fərdi yaşayış evinin 1 mərtəbəli 3 (üç) otağlı fərdi yaşayış evi ilə əvəz edilməsinin və 2010-cu il tarixdə Kür çayının daşması nəticəsində iddiaçının yaşayış evinin qəzalı vəziyyətə düşməsinə görə iddiaçının və ailə üzvlərinin müvəqqəti olaraq ayrıca yaşayış yerində yaşanması ilə əlaqədar 2012-ci ildən 2020-ci il tarixə kimi cavabdeh tərəfindən ödənilməmiş kirayə haqqının iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar