Məhkəmə qərarları › İş №2-1(120)-192/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-192/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-192/2022 14.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, İddiaçı ilə, İddiaçı Cavabdehnə qarşı “kirayə haqqının, həqiqi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 14 oktyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kirayə haqqının, həqiqi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmiş, daha sonra məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı qərardadı ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1980-cı ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuş. Cəlilabad şəhərində kirayəçi yaşayır. O, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə olmuş, 17 sentyabr 2008ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə müvafiq olaraq vəzifədən azad olunmuş, şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. O, Cavabdehnə ərizə ilə müraciət edərək həyətyanı torpaq sahəsi və yaşayış evinin olmadığı üçün müvəqqəti qeydiyyata düşməklə yaşadığını bildirmiş və RİH-də mənzil növbəsində alınmağını xahiş etmişdir. Cavabdeh 10 fevral 2020-ci il tarixli sərəncamına əsasən onu ev növbəsinə qeydiyyata almışdır. Bununla da o, evi olmadığı üçün bu gün kirayədə yaşayır və kirayə haqlarını cavabdeh boynuna götürsə də bu ilin aprel ayından kirayə haqlarını verməkdən imtina etmişdir. Bu da onun ehtiyaclar içərisində yaşamağına səbəb yaratmış, ailəsinin ağır durumda yaşamasına şərait yaradılmışdır. Bu barədə aidiyyəti orqanlara o, cümlədən cavabdehə etdiyi müraciətlər məqbul qəbul edilməmişdir. Rüblük olaraq kirayə haqlarının ödənilməsi qanunlarla tənzimlənməli və həyatda yaşamaq üçün ona və ailəsinə şans verilməlidir. Azərbaycan Respublikasının qanunları bir daha ehtiyata buraxılmış hərbiçilərin şəraitinin günün tələbləri səviyyəsində həyata keçirilməsindən ötəri işləkdir və cavabdehin, eləcə də 3-cü şəxsin kirayə haqlarının verilməməsindən ötəri imtinaları qeyri- qanunudur və qanunlarla tənzimlənə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi mənzil kirayə xərcinin ödənilməsinə köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, 1012 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, ehtiyatda və ya istefada olan şəxslərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarı ilə həyata keçirilir. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərara əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya cıraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müəyyən edilmiş məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. Siz xx.xx.2008-ci il tarixdə komandirin əmri ilə “xidmət müddəti başa çatdığına görə” ehtiyata buraxılmısınız. Qeyd olunanlara əsasən, Sizə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müəyyən edilmiş məbləğdə kompensasiyanın ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Kirayə Müqaviləsi”ndən görünür ki, “Kirayə verən” X2 ilə “Kirayəçi” İddiaçı arasında bağlanmış “Kirayə Müqaviləsi”nə əsasən Kirayə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.8 kv.m, yaşayış sahəsi 40 kv.m olan 3 otaqlı mənzildən “Kirayəçi” İddiaçı kirayə vermiş, “Kirayəçi” İddiaçı kirayə verilən sahənin istifadəsinə görə “Kirayə verən” X1 aylıq 340 (üç yüz qırx) manat kirayə haqqı ödəyir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 2054 nömrəli arayışından görünür ki, həqiqətən İddiaçı, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2008-ci il tarixə kimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət etmişdir. Hərbixidmətkeçmə haqqında əsasnamənin 156-cı maddəsinin “A” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata təxris olunmuşdur. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2002-ci il tarixli, 17 nömrəli Sərancamından görünür ki, 2-ci qrup hərbi əlil İddiaçı Cavabdehnə müraciət edərək, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına və ona kirayə haqqının ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Cəlilabad rayonu, Sabirabad kənd sakini 2-ci qrup hərbi əlil İddiaçı imtiyazlı mənzil növbəsinə götürülmüşdür Rayon icra hakimiyyəti başçısının aparatı yanında vətəndaşlara kommunal mənzillərin verilməsi məsələsinə baxan komissiyaya tapşırılsın ki, İddiaçı imtiyazlı mənzil növbəsinə götürülməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilsin. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, 23/1269 saylı arayışından görünür ki, Azərbaycan Respublikası üzrə İddiaçı adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində və keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumat bazasında məlumat yoxdur. ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında İddiaçı adına Cəlilabad rayonu, Sabirabad kəndində 8 nəfər ailə üzvləri ilə ümumi-birgə 2-ci keyfiyyət qrupuna aid 3.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 272 nömrəli qərarından görünür ki, 1998-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.2006-cı cı ildən xx.xx.2006-cı ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz: "Hər iki ayaq pəncəsinin epidermofitiyası” xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz: "Kəskin diffuz bronxit” 09.01,2008-ci ildən xx.xx.2008-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz: "Kəskin bronxit” və xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz: “Kəskin bronxit. Sol ayağın mikozu” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 144 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 144 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2008-ci il tarixli çıxarış epikrizləri, N nömrəli hərbi hissədən verilmiş xx.xx.2006-cı il tarixli, xx.xx.2008-ci il tarixli çıxarış epikrizləri, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “xəstəlikdir, hərbi xidmət dövründə alındığı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh başçısının Sabirabad kənd İnzibati ərazi dairəsi nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 135 nömrəli arayışından görünür ki, İddiaçı və onun ailə üzvləri hal-hazırda heç bir yerdə işləmirlər. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxxxx 1980-cı ildə Cəlilabad rayonu, sabirabad kəndində anadan olmuş, xx.xx.2021-ci il tarixli, 2054 nömrəli arayışından görünür ki, həqiqətən İddiaçı, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2008-ci il tarixə kimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olaraq xidmət etmişdir. xx.xx.2008-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad şöbəsində hərbi qeydiyyatdadır. Cavabdeh başçısının xx.xx.2002-ci il tarixli, 17 nömrəli Sərəncamı ilə mənzil növbəsinə götürülmüş və o, ona aylıq kirayə pulu ödənilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin həmin orqan onun xidməti müddəti başa çatdığına görə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi kompensasiyanın ona şamil edilmədiyini əsas gətirərək, ona həmin aylıq kirayə pulunun verilməsindən imtina edilmişdir. Lakin, inzibati orqan imtina zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 272 nömrəli qərarına əsasən hərbi xidmət dövründə aldığı xəstəliyi nəzərə almamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Həmin Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayə haqqı ödənilməsi ilə baglı müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndinə və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarına əsasən hesab etmişdir ki, qanunvericilik ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğini və ödənilməsi qaydasını müəyyən etmiş, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış şəxslərə kirayə üçün kompensasiya nəzərdə tutulsada, bu kompensasiya öz arzusu ilə həqiqi hərbi xidmətdən buraxılmış şəxslərə şamil edilməmişdir. Məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci hisəsinə əsasən, səhhətinə (xəstəliyinə) görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən hərbi qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən normanı təhlil edərək bildirir ki, qanunverici mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini fərqləndirmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. Yəni, həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Halbuki, elə istinad olunan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qanunverici konkret iradəsini ifadə etmiş və müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Bu baxımdan, məhkəmə cavabdeh inzibati orqanın imtina və etiraz dəlilləri razılaşmayaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasının məzmunundan da göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Eyni ilə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. Məhz bu səbəbdən, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 7-ci bəndinin məzmunu ehtiyata və ya istefaya buraxılmış şəxslərin həmin maddənin 2-ci bəndində nəzərdə tutulmuş hüquqlarına təsir etmir. Məhkəmənin qənaətinə görə, Nazirlər Kabinetinin göstərilmiş Qaydalarına münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan, tətbiq edildiyi subyektlərin dairəsi fərqləndirilmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edildiyi kimi, səhhətinə (xəstəliyinə) görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin də bu hüququ təmin edilməlidir. Məhkəmə hesab edir ki, inzibati orqan imtina zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 272 nömrəli qərarına əsasən hərbi xidmət dövründə aldığı xəstəliyi nəzərə almamış və bu səbəbdən də, cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar